Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Qızlar Universiteti SƏRBƏst iŞ №



Yüklə 27,5 Kb.
səhifə3/5
tarix24.06.2022
ölçüsü27,5 Kb.
#90070
1   2   3   4   5
Sərbəst iş-Nərmin İsayeva (Pedaqogika)

Estetik zövq mənbələri.

«Estetik» sözü «Estetika» sözündəndir. Estetika isə gözəllik haqqında elmə deyilir. «Dünyanı gözəllik xilas edəcək» deyənlər heç də səhv etməmişlər. Doğrudan da gözəlliyi duymaq, qavramaq və düzgün qiymətləndirmək insana xüsusi zövq verir, insan hər hansı bir gözəllikdən xoşhal olur, mədəni istirahət edir. Gözəllikdən mütəəssir olan insanın bütün yorğunluğu çıxır, qəmi-qüssəsi dağılır, bütün pislikləri unudur və yalnız yaxşılıqlar barədə düşünür. Ona görə də ailədə, bağçada, təlim-tərbiyə müəssisələrində, ictimai təşkilatlarda, sosial mühitdə uşaqlara, yeniyetmələrə, gənclərə, zəhmətkeş kütləyə gözəlliyi duymağı, qavramağı və qiymətləndirməyi bacarmağı öyrətmək üçün bir sıra nəzəri müddəalardan və təcrübi amillərdən istifadə etınədikdə, onlara estetik hissləri aşılamaq daha asan olur. Bu hissələrin aşılanması prosesi estetik tərbiyənin həyata keçirilməsi prosesidir. Gözəl söz, gözəl danışıq, gözəl sima, gözəl geyim, gözəl xasiyyət, gözəl davranış, gözəl səs, gözəl baxış, gözəl yeriş, gözəl ünsiyyət, gözəl münasibət, gözəl qamət, insanı daha gözəl göstərir. Bu gözəllikləri müşahidə edənlər isə zövq alaraq özləri də bir növ gözəlləşirlər. Deməli, gözəllik hisslərini insanlar ilkin olaraq öz davranış və fəaliyyətlərində əldə edirlər. İnsanlann bir qismi müşahidə etdikləri və duyub qavradıqları estetik gözəllikləri təbiəti müşahidə etdikdən sonra qazanırlar. Güllərin, çiçəklərin zəngin ətiri, çəmənliklərin əsrarəngiz yaşıllıqları, ağacların duruşu, qaməti, çayların, bulaqların, şəlalələrin, fəvvarələrin şırıltısı, saflığı, büllur ahəngi, təpələrin vüqarı, dağların, əzəmətli, göy qurşağının füsünkar rənglərə boyanması, ayın, günəşin çıxması (doğması), batması (qürub etməsi) zamanı onların əl çatmaz ünyetməz gözəlliklərə qərq olunması, çisgin dumanın gözəlləşməsi, qarın narın yağması, yağışın sakit çiləməsi, küləyin xəfif əsməsi, ulduzların sayrışması, quşlann xoş nəğmə oxuması, qatara düzülüb süzməsi, zərif heyvanların duruşu, yerişi, qaçışı, hovuzlarda, göllərdə, akvariumlarda rəngarəng balıqların oynaması, insanlara hədsiz zövq verir. Onlar bu zövqün sayəsində həm fiziki, həm də mənəvi cəhətdən zənginləşirlər.


Mahnıların həzinliyi, muğamların bir qədər kövrək, bir qədər nikbin, bir qədər qəmli-kədərli, bir qədər səmimi, bir qədər coşğun, bir qədər sevgi-məhəbbətlə dolu hisslər aşılaması insanları düşündürür, daşındırır, onların yaşamaq eşqini artırır. Rəqslərin həzinliyi, coşqunluğu, çevikliyi, oynayanların, dinləyənlərin, tamaşa edənlərin, ifa edənlərin hal-əhvalını yaxşılaşdınr. Ansamblların, orkestrlərin gur ifası dinləyənlərin duyğularına qol-qanad verir. Səhnə əsərlərinə tamaşa edənlər aktyorların geyimindən, hərəkətindən, danışığından, dekorların təbiiliyindən, əsərin qayəsinə uyğun olan, səsin, nəğmənin, rəqsin, bədii təsvirlərin vəhdətindən yaranan gözəllikləri səmimi qəbul edir və ruhən dincəlirlər. Əsərin ideyasından nəticə çıxaranlar isə daxilən saflaşırlar. Rəssamın fırçasından çıxan tablolar isə insanları rənglərin sehirli dünyası ilə tanış edir. Minbir rəng çalarlarının ahəngindən yaranan təbiət və cəmiyyət hadisələri, döyüş səhnələri onlara canlı aləmdə olduğundan təbii və orijinal görünür. Cəmiyyətdə kütlələrin yaratdığı adətlər, ənənələr, mərasimlər, tədbirlər, bayramlar bütün xalqın estetik mədəniyyətinin bariz nümunəsini özündə əks etdirir. Bütün bunlar isə deməyə əsas verir ki, estetik tərbiyə insanların fərdi davranış və fəaliyyətində, həmçinin cəmiyyətdə, təbiətdə və incəsənətdə olan gözəlliklərin təmkinlə duyulması, şüurlu qavranılması və düzgün qiymətləndirilməsi bacanğının inkişaf etdirilməsi, formalaşdırılması və vərdişlərə çevrilməsi prosesidir.
Estetikanın əsas mahiyyəti estetik tərbiyə, estetik inkişaf, estetik şüur, estetik ideal və s. məfhumlarla sıx bağlıdır.
Tarix boyu ulu babalarımızın yaratdığı estetik baxışları mənimsəmək və yaradıcı formada inkişaf etdirib yaratmaq bu gün qarşımızda əsas vəzifə kimi durur.
Bizim cəmiyyətin mənəvi siması hər cəhətdən gözəl olmalıdır: Aqillərin birinin dediyi kimi: “Gənclər həmişə gözəldir, əgər onlar düzgün tərbiyə olunursa, düzgün, yaşayırsa, düzgün işləyir, düzgün sevinirsə...” Buradakı dərin məna kiçik yaşlı və gənc nəslin estetik tərbiyəsi ilə hərtərəfli bağlıdır. Əgər doğrudan da insan düzgün tərbiyə olunursa, nəticədə bu tərbiyə insanın gələcəyi üçün işıqlı bir yol açır.
Estetik tərbiyə vasitəsilə insan yalnız “Həyatı gözəllik qanunları üzrə öyrənir, həm də onun əqli, əxlaqi, fiziki cəhətdən inkişafı və kamilləşməsi təmin olunur”. Məlumdur ki, insan ətraf mühiti duyğular vasitəsilə qavrayır. Uşaq heç bir əqli əlamət olmadan dünyaya gəlir. İ.M.Seçenovun dediyi kimi, uşağın fikrinin kökü hiss etməsi üzərindədir, başqa sözlə desək, uşaq fikirləşməzdən qabaq, ətraf mühiti hiss orqanları (görmə, eşitmə, duyma və s.) vasitəsilə dərk edir.



  1. Yüklə 27,5 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə