Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Qızlar Universiteti SƏRBƏst iŞ №



Yüklə 27,5 Kb.
səhifə4/5
tarix24.06.2022
ölçüsü27,5 Kb.
#90070
1   2   3   4   5
Sərbəst iş-Nərmin İsayeva (Pedaqogika)

Ailə tipləri.

Aparılmış uzunmüddətli tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, məktəb və sinif rəhbərləri, müəllimlər pedaqoji fəaliyyətləri bir neçə tip ailə ilə işləməli olurlar. Həmin tipləri belə qruplaşdıra bilərik:

  1. Anlaşma və razılaşma münasibətləri hökm sürən ailələr. Belə ailələrdə valideynlər bir-birini başa düşür, qarşılıqlı hörmət, xeyirxahlıq, bir-birinə kömək, yaşlı nəslin nümayəndələri olan nənəyə və babaya qayğı mühüm yer tutur. Ailə üzvləri arasında qarşılıqlı münasibətlər yaxşı olduqda və ailənin daxili həyatı səhmanlı, səliqəli qurulduqda onun üzvlərindən hər biri ailənin yaşayışından sevinc və səadət duyur. Belə ailədə böyüyən uşaqlar sakit, təmkinli, çalışqan, əməksevər, gülərüz olur, bir-biri ilə “bəli”, “xeyr”, “zəhmət olmasa” və s. kimi nəzakət bildirən sözlərlə danışır, evə gələn qonağı mehribanlıqla qarşılayır, valideynləri evdə olmadıqda onlara xüsusi qayğı ilə yanaşırlar. Belə ailə kollektivi müstəqil vətəndaşlıq fəaliyyəti yoluna qədəm qoyan zaman uşaqlara lazım olan ən yaxşı sifətləri tərbiyə edən bir ocağa oxşayır. Belə ailələrdə nəzakətli, ləyaqətli tərbiyə alan uşaqlar başa düşürlər ki, ən qiymətli hədiyyə başqa adama sevinc, xoşbəxtlik bəxş etməkdir. Nəzakət insanı ucaldır. Belə ailə başçıları məktəblə sıx əlaqə saxlayır, pedaqoji əməkdaşlığın tələblərinin ödənilməsinə çalışırlar. Belə ailələrdə daxili həyat qaydaları - əmək, istirahət, yemək, dərs məşğələsi, oyun, gəzinti, mədəni əyləncə və s. rejimi yaranır.

  2. Bir-biri ilə razılığa gələn ailələr. Belə razılığa gəlmə çox vaxt uşaqların inkişafına mane olur. Belə ailələrdə münasibətlər qismən normal şəraitdə baş versə də, müəyyən bir gərginlik, narahatlıq hiss olunur, normal psixoloji iqlim pozulur. Ailə üzvləri arasında təmkinli, səbirli olmaq ölçü həddindən çıxır və nəticədə əsəbi vəziyyət yaranır. Uşaqlar belə ailələrdə ata və anaları arasında soyuq münasibəti dərhal sezirlər, lakin üzə vurmurlar. Bununla belə onlar valideynləri, baba və nənələri arasında qeyri-normal münasibət olduğunu gördükdə, uşaqlara ruhi əzab verir. Ata ilə ananın soyuq münasibəti uşaqlara ciddi təsir edir və onlar bunun səbəblərini öyrənmək istəyirlər. Hər hansı bir yaşlı adamın ailədə yaranmış bu soyuq münasibətin aradan qaldırılmasında müəyyən xidməti olduqda, uşaqlar həmin xeyirxah adama böyük ehtiramla yanaşır, valideynləri arasında yaranmış dostluq münasibətlərindən sevinirlər. Onlar ata və anasının hər cür nəzakət və nəvazişini sevinclə qəbul edirlər. Həmişə qaş-qabağlı olan uşaqların simasında təbəssüm görünür.


  3. Yüklə 27,5 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə