Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Qızlar Universiteti SƏRBƏst iŞ №


Füzulinin “Leyli və Məcnun” poemasında Leyli obrazı



Yüklə 34,86 Kb.
səhifə4/6
tarix24.06.2022
ölçüsü34,86 Kb.
#90072
1   2   3   4   5   6
Sərbəst iş-Nərmin İsayeva (Füzuli ədəbiyyatı)

Füzulinin “Leyli və Məcnun” poemasında Leyli obrazı.



Füzuli Leyli ilə əlaqədar hadisələrə yeni məzmun verərək onu yaşadığı dövr ilə bağlayır. Bununla belə Leyli bütün varlığı ilə atalardan və bütünlüklə köhnə cəmiyyətdən ayrılmışdır. O da Məcnun kimi bayağı adət və qanunların mahiyyətini dərk etdiyindən həmin qanunların gözü bağlı qulları olan atalardan bizardır. Bu fikirləri şair belə təsvir edir:


Girmişdi həsarə gənc manənd.
Urmuşdu əyaqə pənddən bənd.
bir fərəhi, nə bir nişati,
Nə kimsə ilə ixtilati.
Füzuli qəhrəmanları atalardan və ataları təmsil edən köhnə cəmiyyətdən o qədər ayrılmışdır ki, sonuncuların nəsihəti də onlara xoş gəlmirdi. Füzuli Leylisinin anasına verdiyi cavab bu baxımdan diqqətəlayiqdir:

Həm sən dersən ki: “Məktəbə var!”
Həm dersən sən ki: “Getmə zinhar!”
Hansı sözə etiqadım olsun,
Sənə necə etimadım olsun.


Leylinin fikrincə köhnə cəmiyyətə bağlı olan ana özü də nə etdiyini bilmir. O, bir tərəfdən adətlərin əsiridir, digər tərəfdən Leylinin hərəkət və tələblərində bir həqiqət və mədəniyyət hiss edir.
Nizami Leylisindən fərqli olaraq Füzuli Leylisi zəmanədən daha çox şikayətlənir, etirazlarını ardıcıl bəyan edir. Bu cəhətdən o, Nizaminin Məcnunu ilə müqayisə oluna bilər. Füzuli lirik şair kimi yeni əlavə ricətlərlə Leyli surətinin fəaliyyətinə geniş meydan açdığını özü də qeyd edir. Əsərin bir yerində Leyli və Məcnunun məhəbbət atəşinə daha çox yandığını və tənə oxuna artıq giriftar olduğunu söyləyir. Ancaq əlavə edir ki, sevgilisi heç olmazsa “hicab məhbusu, ağzı bağlı deyil, başqaları ilə danışmaq, səhralara üz tutmaqla dərdini azaldır.” O isə daxili aləmini bəyan etmək, səhralara qaçmaq hüququndan da məhrum edilmişdir. Leylinin dörd divar arasında ağlamaqdan başqa imkanı yoxdur. Leyli çırağı məhz özünün bu vəziyyətinə uyğun gördüyü üçün ona müraciət edir:


“Başdan ayağa nədir bu yanmaq,
Dudi-dilə dəmbədəm boyanmaq,
Nə cinsidir əslin ey bəlakeş
Kim abi-həyatın oldu atəş?
Mən həm sənə bənzərəm vəfadə,
Bəlkə neçə mərtəbə ziyadə
Sən gecə həmin yaparsan ey zar
Mən gecəvü gündüzəm giriftar.

Füzuli qəhrəmanı özünün tədbirliliyini, sədaqətini və kamalını İbn Səlamın evində də nümayiş etdirir. Nizamidə Leyli İbn Səlama sillə vurub onu özündən uzaqlaşdırır. Füzuli isə poemada konfliktin kluminasiya nöqtələrindən olan bu hissəni özünə məxsus inandırıcılıqla təsvir edir. Füzuli Leylisi İbn Səlama sillə vurmur. Burada Leyli İbn Səlamı xürafatla aldadır. Leyli İbn Səlama deyir:


Bir şəxs mənə göründü nagah,


Oldum pəri olduğundan agah,
Cinnilər içində ol pərizad
Ülfət mənim ilə qıldı bünyad.
Hər ləhzə durar mənə bərabər,
Der kim: - “Bəni-adəm etmə həmsər."


Burada qadının azad seçim hüququnun əlindən alındığı aşkar olur. Füzuli bununla İslam Dininin qadına verdiyi seçim hüququnu tələb edir və bunun üçün insanları ilahi həqiqətə əməl etməyə çağırır. Dünyada hakim adət-ənənə və düşüncə tərzi qadına mənəvi sərbəstlik verilir, qadın qəlbinin səsini eşitmək istəmirdi.
Əsər patriaxal mədəniyyətin bazis nümunəsi kimi də dəyərləndirilə bilər. Burada qadınlar hər bir hərəkətlərində çox ehtiyatla davranırlar. Elə Leylinin Məcnuna olan məhəbbətini eşidən ana da bu həyəcan və qorxu dəhşətini yaşayır. Və o, bunu Leyliyə etdiyi nəsihətlərdə açıq bildirir.
Məzmundan qadının hüquqsuzluğu, öz taleyinin sahibi olmadığı görünür. Fizuli əsərdə qadına seçim hüququnun tanınmasına çağırır. Bu baxımdan əsər patrarxal mədəniyyətin bariz nümunəsi kimi qiymətlidir. Bu dövrdə qadınlar hər bir hərəkətlərində ehtiyatlı davranmağa məcburdurlar. Bütün bunlar Leylinin anasının onun Məcnuna olan sevdasından xəbər tutduqdan sonra verdiyi nəsihətlərdən də görünməkdədir:

Keyşux, nədir bu göftugulər?


Qılmaq sənə tənə eybculər?
Nəycün özünə ziyan edirsən?
Yaxşı adını yama edirsən?
Nəyçün sənə tənə edə bədyu?
Namusuna laiq işmidir bu?


Qadın azadlığı həya, abır, namus, ismət cilovları ilə buxovlanmış olur. Əsərdə qadının öz istəyini dilinə gətirməsi, sərbəst ailə qurmaq arzusu ilə yaşaması belə ədəb-ərkandan kənar sayılır. Əsas faciə ondadır ki, Leyli öz hüququ uğrunda qismən də olsa mübarizə aparsa da, ətrafında özünə həmdəm tapılmaması üzündən nəticə əldə olunmur.


  1. Yüklə 34,86 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə