Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Qızlar Universiteti SƏRBƏst iŞ №


Füzulinin 15-ci qəzəlinin təhlili



Yüklə 34,86 Kb.
səhifə5/6
tarix24.06.2022
ölçüsü34,86 Kb.
#90072
1   2   3   4   5   6
Sərbəst iş-Nərmin İsayeva (Füzuli ədəbiyyatı)

Füzulinin 15-ci qəzəlinin təhlili.




  1. Canımın cövhəri ol ləli-gühərbarə fəda,

Ömrümün hasili ol şiveyi-rəftarə fəda.



  1. Dərd çəkmiş başım ol xali-siyəh qurbani,

Tab görmüş tənim ol türreyi-tərrarə fəda.



  1. Gözlərimdən tökülən qətrəyi-əşkim gühəri,

Ləblərindən tökülən lölöi-şəhvarə fəda.



  1. Çak sinəmdə olan qanlı cigər parələri,

Məst çeşmində olan qəmzeyi-xunxarə fəda.



  1. Parə-parə dili-məcruhi-pərişanimdən,

Səri-kuyində gəzən hər itə bir parə fəda.



  1. Canü dil qeydini çəkməkdən özüm qurtardım,

Canı cananəyə etdim, dili dildarə fəda.



  1. Ey Füzuli, nola gər saxlar isəm cani əziz,

Vəqt ola kim, ola ol şuxi-sitəmkarə fəda.


Beyt 1: Canımın cövhəri ol ləli-gühərbarə fəda,
Ömrümün hasili ol şiveyi-rəftarə fəda.

Sözlük: Gövhərbar = gövhər yağdıran.


Qeyd: Bu qəzəlin məqsədi mütəal məhbubun özü olmasa da onun cilvələrini və xəbərlərini gətirən vasitələrdən, yaxud gözəl simasından ilahi hüsnlər nişanəsi olan dünyəvi bir candan ibarətdir.


Nişanə 1 – “Cövhər” - içəri və həqiqi həyatdan nişanədir.
Nişanə 2 – “Ləl”: A – İlahi cəlalələr ilə şaqın olan mürşid ürəyindən nişanədir. B – ləl, mənəvi həyat bağışlayan ilahi nəfəslərdən, yaxud, “ikinci nəfəs”dən nişanədir.
Nişanə 3 – “Gövhər” - yeni həyat bağışlayan ilahi özəl feyzlərdən (ikinci nəfəs) nişanədir.
Nişanə 4 – “Şiveyi rəftar” - həzrəti-məbudun, yaxud mürşidin, yoxsa bir dünyəvi gözəlin aşiqi tərbiyə edən cəfa və vəfasından nişanədir.
Nişanə 5 – “Fəda” - bu beytdə bir vücudun başqa vücud ilə qaynayıb-qarışmağından və özünü onda fani edərkən “istihlak” ünvanlı məhvlik məqamına çatdırmağından nişanədir.
Anlam: Ey gözəl məhbub, sənin nurunda məhv olmaq zövqilə mənliyimdən ayrılmağa çalışıram.



Yüklə 34,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə