Azərbaycan Respublikası Təhsil Nazirliyi İlk peşə-ixtisas təhsili müəssisəsi



Yüklə 43,69 Kb.
tarix20.10.2017
ölçüsü43,69 Kb.
#5610
növüDərs

Azərbaycan Respublikası

Təhsil Nazirliyi

İlk peşə-ixtisas təhsili müəssisəsi

Qəbələ Peşə məktəbi

İstehsalat təlimi dərsinin

təşkili üzrə

metodiki tövsiyyələr
Peşə: 030302. Kənd təsərrüfatı maşın və avadanlıqlarının təmiri üzrə çilingər
Mövzu: “Yanacaq nasosunun (benzonasos) sökülməsi və yığılması”



Qəbələ 2016

Qəbələ Peşə məktəbi


İstehsalat təlimi və ixtisas fənləri üzrə metodiki komissiyada baxılmışdır

Komissiyanın sədri ____________________

___ _____________________ 2016 il

Təsdiq edirəm:

Tİİ üzrə direktor

Müavini________________

___ _____________________ 2016 il


İstehsalat təlimi dərsinin

təşkili üzrə

metodiki tövsiyyələr

Peşə: 030302 Kənd təsərrüfatı maşın və avadanlıqlarının təmiri üzrə çilingər
Hazırladı: Camal Rəsulov

Qəbələ Peşə məktəbinin

Tİİ üzrə direktor müavini

İzahat vərəqi
Bu dərsin planı “Kənd təsərrüfatı maşın və avadanlıqlarının təmiri üzrə çilingər” peşəsi üzrə tədris proqramına uyğun hazırlanmışdır.

Yanacaq nasosu karbüratorlu mühərriklərin əsas konstruktiv elementlərindən biridir. Müasir mühərriklərdə benzonasos qida sisteminin əsasını təşkil edir. Mühərrikin qida sisteminin təzyiqi və verilən yanacağın miqdarı benzonasosun texniki vəziyyətindən asılıdır. Benzonasos yanacaq verilməsinin əvvəli hesab edilir və buna baxmayaraq kobud və incə təmizləmə filtrləri, karbürator onun işinə təsir edir. Tədris proqramında qida sisteminin öyrənilməsinə kifayət qədər saat ayrıldığını nəzərə alınmışdır. Yanacaq nasosunun sökülməsi və yığılması üzrə əməliyyatlar gələcək çilingərin fəaliyyətində əhəmiyyət kəsb edir. İstehsalat təliminin müasir təlim üsulları ilə tədrisinin keyfiyyətinin yüksəldiləsi məqsədi ilə bu tövsiyyə hazırlanmışdır. İnformasiya texnologiyalarının köməyi ilə tədrisin aparılması müəllim və istehsalat təlimi ustasının işini yüngülləşdirir və şagirddə mövzuya uyğun motivasiya yaratmaq asanlaşır və təlimin keyfiyyəti yüksəlir.

İş fəaliyyətinə başlamazdan əvvəl yanacaq nasosunun sökülməsi və yığılması üzrə videonun nümayişi şagirdlərdə öz bacarıqlarını üzə çıxarmağa imkan yaradır.

Əldə etdiyi bilik və bacarıqlarıdan gələcək fəaliyyətində istifadə etməklə, şagird peşəsi üzrə müstəqil işləmək qabiliyyətinə yiyələnir.



Metodiki tövsiyyənin hazırlanması zamanı məktəbin çilingər peşəsi üzrə maddi-texniki bazası nəzərə alınmışdır.

Dərsin

planı
Dərsin texnoloji xəritəsi


Proqramın mövzusu

Qidalanma sistemi

Dərsin mövzusu

Yanacaq nasosunun (benzonasos) sökülməsi və yığılması

Peşə

Avtomobil və kənd təsərrüfatı maşın və avadanlıqlarının təmiri üzrə çilingər

Kurs-qrup

I kurs Qrup № __

Dərsin məqsədi

Yanacaq nasosunun quruluşu və sökülməsi üzrə biliklərin möhkəmləndirilməsi;

Şagirdlərdə əmək fəaliyyətinə həvəs yaradılması;

Öyrəndikləri peşəyə marağın yüksəldilməsi və müsbət motivasiyanın formalaşması;

Tapşırığı müstəqil təhlil etmək bacarıqlarının inkişaf etdirilməsi;

Yerinə yetirdikləri işə görə şagirdlərdə məsuliyyət hisslərinin, şəxsi keyfiyyətlərin tərbiyə edilməsi;

Əyani vəsaitlərdən istifadə etməklə şagirdlərdə təfəkkür fəaliyyətinin fəallaşdırılması.

Fənlərarası inteqrasiya

“Çilingər-təmir işləri”, “Avtomobil və kənd təsərrüfatı maşınlarının quruluşu”

İş metodları

Fərdi, frontal və müstəqil

Tədris resursları

Texnoloji xəritə, dərsin icmalı, kompyuter, mövzu üzrə videodisk

Dərsin təchizatı

Müxtəlif ölçülü qayka açarları, başlıqlı açarlar, otvertka müxtəlif, çəkic, benzin şlanqı, xomut-3 ədəd, bıçaq, kist, benzonasosun ehtiyat hissələri, əlcək, iş paltarı, kanistr, sürtmə (pritir), əski, yuyucu vasitə, benzin nasosu



Dərsin gedişi

1. Dərsin təşkili – 5 dəq:

  • qrupun dərsə hazırlığı, şagirdlərin davamiyyəti yoxlanılır;

  • Motivasiya: benzonasosu plakatda göstərkəklə dərsin mövzusu, məqsədlər elan edilir;


2. Giriş təlimatı – 30 dəq:

  • şagirdlərin mövzu üzrə biliklərinin fəallaşdırılması və möhkəmləndirilməsi: əsas anlayışlar haqqında suallar verilir, yanacaq nasosunun mühərrikdəki rolu və baş verə biləcək nasazlıqlar haqqında məlumatlar verilir, şagirdlər dərsin məqsədinin reallaşdırılması vasitələri ilə tanış edilir.

  • şagirdlər dərsin məqsədinin reallaşdırılması vasitələri ilə tanış olurlar, suallara cavab verirlər və mühərrikin qida sisteminin diaqnostikası yerinə yetirirlər.


3. Cari təlimat və müstəqil iş – 3 saat

  • texniki təhlükəsizlik üzrə təlimat keçirilir; Müstəqil iş üçün tapşırıqlar verilir, şagirdlər iş yerləri üzrə bölünür, iş vaxtı norması elan edilir.

  • şagirdlər müstəqil olaraq işin yerinə yetirilməsinə başlayırlar və texniki xidmət qaydalarını öyrənir və inkişaf etdirirlər.

  • şagirdlərin iş yerlərinə baxış keçirilir, fərdi təlimat aparılır, şagirdlərin bacarıqları və alətlərlə rəftarı müşahidə olunur.

  • şagirdlər müstəqil olaraq tapşırığı yerinə yetirirlər və benzonasosda baş verən nasazlıqları görürlər və aradan qaldırırlar.


3. Yekun təlimat – 18 dəq:

  • dərsin yekunu: buraxılmış səhvlər araşdırılır və şagirdlərin bacarıqları qiymətləndirilir;

  • şagirdlər komanda halında səmərəli işləməyi öyrənirlər;

  • ev tapşırığı: “Çilingər-təmir işləri”, “Avtomobil və kənd təsərrüfatı maşınlarının quruluşu” fənlərindən “Qida sistemi” mövzusunu təkrar etmək.


4. Yaradıcı-tətbiq etmə - 2 dəq:

əldə olunmuş bilik və bacarıqlar təhlil olunur və inkişaf edir: “Mən ... bacarmırdım – İndi isə öyrəndim, bacarıram” deyə dərsə münasibət bildirirlər və öz fəaliyyətini dərk edərək bacarığını qiymətləndirir.



Dərsin icmalı:
Benzonasosun vəzifəsi və quruluşu

Benzonasos karbüratorlu mühərrikin qida sisteminin əsas tərkib hissələrindən biridir. Qida sistemi aşağıdakı hissələrdən ibarətdir:

yanacaq bakı;

yanacaq filtrləri;

benzonasos;

karbürator;

yanacaq boruları və s.

Yanacaq nasosu lazımi yanacağı bakdan karbüratorun üzücü kamerasına verir. Müasir mühərriklərdə bir-birindən klapanların sayı, korpusunun forması ilə fərqlənən membranlı yanacaq nasoslarından istifadə edilir.

Benzonasosun əsasən korpusu texniki alüminiumdan, sink ərintisindən, klapan yəhərləri bürünc və latundan, diafraqması armaturlaşdırılmış benzinə davamlı rezindən hazırlanır.

Benzonasosun təmirinin səbəbləri aşağıdakılar ola bilər:


  • mühərrik işə düşmür;

  • mühərrik lazımi gücü əldə edə bilmir;

  • korpusundan benzin axır;

  • korroziya;

  • incə təmizləmə filtrinin çirklənməsi;

  • benzonasosun detallarının nasazlığı və s.


Təmirdən əvvəl hazırlıq işləri:

  • iş yerini hazırlamaq;

  • təmir üçün alətlərin əldə edilməsi və sazlığının yoxlanması;

  • benzonasosun təmiri üçün lazımi mümkün ehtiyat hissələrin olması;


Benzonasosun mühərrik üzərindən çıxarılması və sökülməsi:

  1. kapotu açmaq;

  2. otvertkanın köməyi ilə xomutları boşaltmaq;

  3. benzin şlanqlarını stuserdən çıxarmaq- bu zaman benzin mühərrikin üzərinə tökülməməli;

  4. qayka açarı ilə benzonasosun mühərrikə bərkidilməsini boşaltmaq;

  5. benzonasosu şpilkalardan çıxarmaq;

  6. ara qatını və istilik izoləedici araqatını çıxarmaq;

Benzonasosun mühərrikə bağlanması əks qaydada yerinə yetirilir.
Benzonasosun sökülmə və yığılma qaydası:

  1. benzonasosdan yanacağın qalığını şlanq vasitəsi ilə kanistrə boşaltmaq;

  2. nasosu verstak üzərində bərkitmək;

  3. qapağı açmaq;

  4. filtri çıxarmaq;

  5. səliqə ilə klapanlı baçlığı çıxarmaq;

  6. membranı çıxarmaq

  7. membranın yayını çıxarmaq;

  8. sorucu və qovucu klapanları çıxarmaq;

  9. membranı ştokdan çıxarmaq;

10.dəstəyi çıxarmaq;

11.əl ilə çəkmə dəstəyini çıxarmaq.

Benzonasosun yığılması əks qaydada aparılır.
Təmirçi-çilingər avtomobil və kənd təsərrüfatı texnikasının texniki xidməti və təmiri üzrə zəruri biliklərə və praktik bacarıqlara malik olmalıdır.

Bu dərsimizdə biz sizinlə benzonasosun sökülməsi və yığılması qaydalarını öyrənəcəyik.

Benzonasosun sökülməsi və yığılması qaydalarını kompyuterin köməyi ilə izləmək (kompyuterdə video izləmək).
Əməyin mühafizəsi və texniki təhlükəsizlik haqqında

Təlimat


  • alətləri istifadə üçün rahat olan qaydada yerləşdirin;

  • sökülmüş detalları stolun və ya verstakın üzərinə sökülmə sırası ilə düzün;

  • saz alətlərdən təyinatı üzrə istifadə edin;

  • nasaz alətlərdən istifadə etməyin;

  • işə başlamazdan əvvəl iş paltarı və əlcək geyinin;

  • stend üzərində mühərrikin möhkəm bağlandığını yoxlayın;

  • istehsalat təlim ustasının icazəsi ilə mühərrik və detalları döndərmək və ağır hissələri çıxararmaq və s.



Keçirilmiş materialın ümumləşdirilməsi üçün suallar:

benzonasosun vəzifəsi;

benzonasosun intiqalı;

əl ilə çəkmə dəstəyinin vəzifəsi;

diafraqmanın dəstəyinin vəzifəsi;

diafraqmanın vəzifəsi;

filtrin vəzifəsi və s.
İstifadə edilmiş ədəbiyyat
1. V.A. Skotnikovun redaksiyası ilə “Traktorlar və avtomobillər” rus dilində “Kolos” nəşriyyatı 1985

2. B.M. Qelman, M.V. Moskvin “Kənd təsərrüfatı traktorları” 1978



3. Ə.Ə. Səmədov “Avtomobil çilingəri”, Bakı, “Şərq-Qərb” Nəşriyyat evi, 2011

4. E.S. Cəfərov və başqaları “Təmirçi çilingər” Bakı, İndigo mətbəəsi, 2012
Yüklə 43,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə