Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/74
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19549
1   2   3   4   5   6   7   8   9   ...   74


 
məktəblərində şagirdlərin oxumağa marağının azalması, məktəblərdə bəzən anormal 
vəziyyətlərin  yaranması  da  bu  islahatların    aparılmasını  zəruri  etmişdir.  Məktəbdə 
Ana  dili  fənni  çox  müstəsna  əhəmiyyətə  malikdir.  Təbii  ki,  bütün  elmlərə  yol  bu 
fəndən  keçir.  Başqa  sözlə,  bu  fənn  nə  qədər  yaxşı,  effektli  mənimsədilərsə, 
ümumitəhsil  də  uğurlu  olacaq.  Bu  sahədə  böyük  işlər  görülmüş,  yeni-yeni  üsullar 
tətbiq edilmiş, nailiyyətlər qazanılılmışdır. Lakin etiraf etməliyik ki, bu sahədə hələ 
də  müəyyən  qüsurlar  və  obyektiv  problemlər  möbcuddur.Bu  fəndə  məhz  bu 
məsələlərə diqqət yetirilir, bəzi problemlərin həlli yolları göstərilir. 
     V.Davamiyyətə  verilən  tələblər:  Dərsdə  davamiyyətə  görə  verilən  maksimum  bal 
10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak 
etdiyi  halda  ona  10  bal  verilir;  semestr  ərzində  fənnin  tədrisinə  ayrılan  saatların  hər 
buraxılan  10%-  nə  1  bal  çıxılır;  Fənn  üzrə  semestr  ərzində  buraxılmış  auditoriya 
saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı (25 %-dən 
çox)  olduğu  halda  tələbə  həmin  fəndən  imtahana  buraxılmır,  onun  həmin  fənn  üzrə 
akademik borcu qalır və onun haqqında müvafiq qərar qəbul edilir. 
      VI.Qiymətləndirmə:  Tələbələrin  biliyi  100  ballı  sistemlə  qiymətləndirilir.  Bundan 
50 balı tələbə semestr ərzində , 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 
50 bala aşağıdakılar aiddir: 10 bal sərbəst işlərin  tərtib olunmasına görə , 10 bal seminar 
və  laboratoriya dərslərində    fəaliyyətinə  görə,10 bal dərslərə  davamiyyətinə  görə və  20 
bal kollokviumların nəticələrinə görə. 
     İmtahanda qazanılan balların maksimum miqdarı 50 - dir. 
     İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir. 
     Qiymət meyarları aşağıdakılardır: 
-10 bal- tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir. 
-9  bal-tələbə  keçilmiş  material  tam  başa  düşür,  cavabı  dəqiqdir  və  mövzunun  mətnini 
tam aça bilir. 
-8 bal-tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir; 
-7  bal-  tələbə  keçilmiş  material  başa  düşür,  lakin  nəzəri  cəhətdən  bəzi  məsələləri 
əsaslandıra bilmir 
-6 bal- tələbənin cavabı əsasən düzgündür. 
-5 bal-tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir. 
-4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol 
verir; 
3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandıra bilmir; 
1-2 bal- tələbənin mövzudan qismən xəbəri var. 
-0 bal- suala cavab yoxdur. 
Tələbənin  imtahanda  topladığı  balın  miqdarı  17-dən  az  olmamalıdır.  Əks  təqdirdə 
tələbənin  imtahan  göstəriciləri  semester  ərzində  tədris  fəaliyyəti  nəticəsində  topladığı 
bala əlavə olunmur. 
Semestr    nəticəsinə  görə  yekun  qiymətləndirmə  (imtahan  və  imtahanaqədərki 
ballar əsasında) 
№ 
Bal 
Qiymət 
Sözlə 
Hərflə 
1. 
91-100  
əla  

2. 
81-90  
çox yaxşı  

3. 
71-80  
yaxşı  

4. 
61-70  
kafi  

5. 
51-60  
qənaətbəxş  

6. 
50 və ondan aşağı 
qeyri-kafi  



10 
 
VII. Davranış qaydalarının pozulması:Tələbə Universitetin daxili nizam –intizam 
qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək
VIII. Təqvim mövzu  planıCəmi: 30 saat .  Mühazirə 15 saat , seminar 15 saat. 
№ 
Keçiriləcək mühazirə və seminar məşğələləri 
Saat 
Tarix 
 
Müh.  Sem. 

Fənnin mövzusu, məqsəd və vəzifələri 
Qısa  icmal:  Ana  dili  tədrisinin  aktual  problemləri  fənninin 
mövzusu,  məqsəd  və  vəzifələri,  ibtidai  siniflərdə  Ana  dili 
fənnin əhəmiyyəti açıqlanır. 
Mənbə: [2,4,7] 


 

Ana dili tədrisinin və dərsliklərinin tarixi ənənələri 
Qısa  icmal:    Azərbaycanda  ana  dilinin  tədrisi  məsələləri, 
tədrislə  bağlı  yazılmış  dərslik  və  dərs  vəsaitlərinin  tarixi 
haqqında məlumat verilir.  
Mənbə:[1,2,4,6,7,8] 


 

Ana dili tədrisinə dair müasir təhsil nəzəriyyələri 
Qısa  icmal:    Ana  dili  tədrisi  ilə  bağlı  nəzəriyyələr  təhlil 
olunur. 
Mənbə: [2,4,5,6,7] 


 

Məktəbəqədər dövrdə dilin mənimsənilməsi imkanları 
Qısa  icmal:  Məktəbəqədər  dövrdə  uşaqda  mənimsəmənin 
həm  fiziki,  həm  də  psixoloji  imkanlarının  nəzərə  alınması 
məsələləri izah olunur. 
Mənbə:[2,4,6,7,8] 


 

Əlifbayaqədərki dövr və onun əsas xüsusiyyətləri 
Qısa  icmal:    İbtidai  siniflərdə  əlifbayaqədərki  dövrdə 
qarşıya çıxan çətinliklər müzakirə olunur. 
Mənbə:[2,3,4,5,7,8] 


 

Müasir dərs və ona qoyulan tələblər 
Qısa icmal:  Müasir dərs necə olmalıdır?, ona hansı tələblər 
qoyulir? kimi məsələlər haqqında məlumat verilir.  
Mənbə:[2,4,5,6,7,8] 


 

Müstəqil düşüncəli şagird yetişdirməyin elmi istiqamətləri 
Qısa icmal:  İntellektual səviyyəli şagirdin yetişdirilməsinin 
elmi əsasları göstərilir.  
Mənbə:[3,4,5,6,7,8] 


 

Şagird nailyyətlərinin qiymətləndirilməsi 
Qısa icmal:  Müasir qiymətləndirmə və ona verilən tələblər 
müzakirə olunur.  
Mənbə:[1,2,3,5,6,7,8] 


 

Sərbəst işi üçün verilən tapşırıqlar Referat tipli işlər – 0-5 bal 

Ana dili təliminin nəzəri əsasları 

Ana dili dərsliklərinin tarixi ənənələri 

Çoxşaxəli əqli qabiliyyətlər nəzəriyyəsi 

Təfəkkürün növləri 

Ana dilinin öyrənilməsinin mərhələləri 

Yeni tipli ədəbiyyatın yaradılmasına qoyulan tələblər 

Müasir dərs və qiymətləndirmə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə