Azərbaycan Respublikası Təhsil Nazirliyi Tərbiyə m əsələləri ekoloji MƏDƏNİYYƏTİN



Yüklə 54,12 Kb.
tarix25.06.2018
ölçüsü54,12 Kb.
#51619


Azərbaycan  Respublikası  Təhsil Nazirliyi

Tərbiyə  m əsələləri

EKOLOJİ  MƏDƏNİYYƏTİN 

FORMALAŞDIRILMASININ  MÜTƏRƏQQİ 

ƏNƏNƏLƏRİ

Rauf Sultanov,

biologiya  üzrə elmlər doktoru, 

professor

Açar sözlər: ekologiya,  məktəb ekologiyası,  ekoloji durum,  ekoloji qanunlar,  ekoloji 

problemlər,  ekoloji  mühit,  təbii  mühit,  ekoşüur,  insan-cəmiyyət-təbiət,  ekoloji  eksperiment, 

tədqiqat  eksperimenti,  doğma  diyar,  ekoloji  tədqiqat,  ekoloji  mədəniyyət,  təbii  resurslar, 

təbiəti mühafizə,  ekoloji təhsil.

Ключевые слова: экология,  школьная экология,  экологическая ситуация,  эколо­

гические  законы,  экологические  проблемы,  экологическая  среда,  природная  среда, 

экосознание,  человек-общество-природа,  экологический эксперимент,  исследователь­

ский эксперимент, родной край,  экологическое исследование,  экологическая культура, 

природные ресурсы,  охрана  природы,  экологическое образование.

Key  words:  ecology,  school ecology,  ecological situation,  ecological laws,  ecologi­

cal 

problems,  ecological  environment,  environment,  ecoconsciousness,  human-society- 

nature,  ecological experiment,  research  experiment,  native land,  ecological research,  eco­

logical culture,  natural resources, protection  nature,  ecological education.

"Ekologiya"  yunan  sözü  olub,  yurd 

(məkan)  haqda  təlim  deməkdir.  Ekoloji 

tərbiyə  ahəngdar  şəxsiyyət  tərbiyəsinin 

mühüm  tərkib  hissəsidir.  O,  gənc  nəsli  eko­

loji  biliklərlə  silahlandırmağa,  ekoloji 

mədəniyyəti 

formalaşdırmağa 

yönələn 

tədbirlər sistemidir.

Ekoloji  tərbiyənin  əsasını  təbiətin 

mühafizəsi,  onu  sevmək  işi  təşkil  edir.  İnsan 

təbiətin  bir  üzvüdür.  Təbiət  öz  sərvətləri  ilə 

insanı  bəsləyir,  yaşadır,  fiziki  və  mənəvi 

qüvvələrini  inkişaf  etdirir,  ona  həyat  verir. 

Lakin  çox  təəssüf  ki,  bəzən  insan  özü 

təbiəti,  ekoloji  mühiti  korlayır;  udduğu 

havanı,  içdiyi suyu, məhsulunu yediyi  torpa­

ğı  yararsız  edir.  Bu  yolla  insanlıq  öz-özünü 

məhvə  aparır,  özü  üçün  dəhşətli  fəlakətlər, 

xəstəliklər yaradır.

Ekoloji  təhsil  prioritet  olmalıdır,  o,

təsərrüfat  fəaliyyətinin  bütün  sahələrini 

qabaqlamalıdır.  Təhsilin  səviyyəsindən  və 

həyatda  tutduğu  mövqedən  asılı  olmayaraq 

hamı  ekoloji  biliklərə malik olmalıdır.

Respublikamızın  Konstitusiyasının 

II  fəslinin  78-ci  maddələrində  ekoloji  duru­

mu qorumaq və  ətraf mühitin mühafizəsinin 

hər bir vətəndaşın borcu olduğu göstərilir.

Ekoloji  tərbiyə  işində  müxtəlif yol­

lardan,  forma və  metodlardan  istifadə  edilir. 

Ekoloji  tərbiyə  hələ  kiçik  yaşlardan,  ailə  və 

uşaq  bağçasından  başlanmalıdır.  Erkən  yaş­

lardan  uşaqlarda  təbiət  hadisələrinə  düzgün 

baxışlar  yaratmaq,  onlara  təbiəti,  canlıları 

sevdirmək,  uşaq  qəlbində  xeyirxahlıq  his­

sləri oyatmaq lazımdır.  Kiçik yaşlardan buna 

diqqət  yetirilməzsə,  uşaqda  təbiətə,  heyvan 

və  quşlara  qarşı  laqeydlik,  hətta  qəddarlıq, 

rəhmsizlik  hissləri  baş  qaldıra  bilər.  Təbiətə

40



qarşı  qəddarlıq  təbiət  gözəlliklərinə  laqeyd­

likdən,  ətraf  aləmə  qeyri-həssas  münasi­

bətdən,  bir  sözlə,  uşaq  qəlbində  xeyirxahlıq 

hisslərinin kütləşməsindən başlanır.

Ümumtəlısıl  məktəblərinin  vəzifəsi 

şagirdləri  yalnız  ekologiya  sahəsində müəy­

yən  həcmdə  biliklərlə  formalaşdırmaqdan 

ibarət  deyildir.  Onlarda  elmi  təhlil  vərdişi 

əldə  etmək,  cəmiyyət  və  təbiətin  qarşılıqlı 

təsirini,  təbiətə  öz  köməyinin  əhəmiyyətini 

dərk etmək vərdişlərini aşılayır.

Azərbaycan  Respublikasında  ekoloji 

vəziyyətin  yaxşılaşdırılmasına  dair  Kom­

pleks  Tədbirlər  planında  cəmiyyətin  ekoloji 

maarifləndirilməsi  əsas  vəzifələrdən  biri 

kimi  göstərilir.  Bu cür keyfiyyətlərin  forma­

laşdırılması  müstəqil  axtarış-tədqiqat  prose­

sində  şagirdlərdə  müstəsna  əhəmiyyət  kəsb 

edir.  Ekoloji  tədqiqat  fəaliyyəti  -   problemli 

təhsilin vəzifələrindən birinə  çevrilir.

Məktəblilərdə ekoloji  tərbiyənin for­

malaşdırılması,  şagirdlərdə  doğma  diyarın 

ekoloji problemlərinə, yaşadığı  yerin  ekoloji 

vəziyyətinin  öyrənilməsinə,  elmi  eksperi­

mentlərə  fəal,  vicdanlı  münasibətin  yaran­

masına  kömək  edir.  Tədris  prosesi  çərçivə­

sində  ekoloji  tədqiqat  işləri  məktəblilərin 

praktiki  fəaliyyətində  ən kütləvi  və perspek­

tivli  formalardan biri  kimi  çıxış  etməlidir.

Təhsil  və  tərbiyə  sistemində  ekoloji 

təhsil və tərbiyə özünəməxsus yerə malikdir. 

Ekoloji maariflənmənin köməyilə və ekoloji 

tərbiyə  üzrə  işlərlə  əhatə  olunmaq  nəticə­

sində  təhsilalanlar  ətraf  aləmin  mühafizə­

sinə,  gözəlləşdirilməsinə,  yaşıllıqların  artı­

rılmasına  qayğı  ilə  yanaşır.  Vətənimizin 

maddi  və mənəvi  sərvətlərinə görə  iftixar və 

qürur hissləri  keçirir.  Hər bir şagird respub­

likamızın  florası  və  faunası  ilə  tanış  olmalı, 

ətraf mühitin  çirklənməsinə  yol  verməməli, 

ağacların,  quşların  və  heyvanların  qırılması 

ilə mübarizə aparmalı və həmin işə qrup yol­

daşlarını,  başqa  insanları  da  cəlb  etməli­

dirlər.


Elmi-texniki  tərəqqinin  sürətlə  inki­

şaf  etdiyi  müasir  şəraitdə  ekologiyanın, 

təbiətin  mühafizəsi,  onun  sərvətlərindən 

qənaətlə  və  səmərəli  istifadə  olunmaları 

məsələləri müstəqil Azərbaycan Respublika­

sının  qəbul  etdiyi  bir  sıra  rəsmi  sənədlərdə 

öz  əksini tapmışdır.

Təbiətin  ayrılmaz  tərkib  hissəsi  olan 

insan  onsuz  yaşaya  bilməz.  Onun  bütün 

fəaliyyəti  təbiətlə  bağlıdır  və  təbiətə  müna­

sibəti  həmişə  əxlaqi-mənəvi  səciyyə daşıyır.

Böyüməkdə  olan  nəslin  təbiətə  yeni 

təfəkkür  tərzində 

münasibəti, 

ekoloji 

mədəniyyəti  onları  həm  mənəvi  normalara 

riayət etməyə,  həm  də başqa adamların diq­

qətini  bu  aktual  problemin  həllinə  yönəl­

məyə vadar edir.

Ekoloji  tərbiyə  ekoloji  şüurun  və 

mədəniyyətin formalaşdırılması, məktəblilə­

rin təbiətə qayğı göstərməsi və onu mühafizə 

etməsi  üzrə  fəaliyyətinin  təşkili  üzrə 

müəllimin  məqsədəuyğun  ardıcıl  və  planlı 

işidir.

Ekoloji  mədəniyyət  təkcə  təbiətə 



müəyyən  baxışlar,  onun  sisteminin  işlənib 

hazırlanması  demək  deyildir.  O,  həm  də 

konkret  insan  fəaliyyəti  ilə  əlaqədardır. 

Şagirdlərin  təbiətin  mühafizəsinə  aid  kon­

kret  fəaliyyət  vərdişlərinin  formalaşması 

böyük  ekoloji  tərbiyə  məzmununa  malikdir. 

Şagirdin  müəyyən  fəaliyyətində  şəxsiyyətin 

iştirakı nəzəri bilik, praktik vərdiş və mənəvi 

sistem  arasındakı  ziddiyyətləri  qaldırmağa 

imkan verir.

Göründüyü  kimi,  ekoloji  mədəniy­

yətin  əsasını  şagirdlərdə  təbiətə,  onun  ehti­

yatlarından  istifadəyə  durğun  münasibətin 

aşılanması  təşkil  edir.  Ekoloji  biliklərin 

şagirdlərdə  formalaşdırılması  prosesində,

“Azərbaycan  məktəbi” 2017/2

41



Azerbaycan Respublikası  Təhsil Nazirliyi

onlar yaşadığı ərazinin ekoloji problemlərini 

və  eyni  zamanda,  bəşəriyyəti  qlobal  səviy­

yədə narahat edən ekoloji problemləri,  onla­

rın həlli  yollarını bilməlidir.

Ekoloji  problemlər  kompleks  xarak­

ter  daşıyır  və  buna  görə  də  onların 

öyrənilməsi  fənlərarası  əlaqələrin  imkanla­

rından  optimal  istifadə  edildikdə  səmərəli 

nəticələr  verir.  Bunun  üçün  təbiətşünaslıq 

biliklərinin,  bacarıq  və  vərdişlərinin  ayrı- 

ayrı  fənlər və  fənlər qrupu  arasında  diferen- 

siallaşması,  bölünməsi  vacibdir.  Həmçinin 

fəndaxili  bilik  və  vərdişlərin  ardıcıl  inkişaf 

etdirilməsinə  çalışmaq  lazımdır.  Tədris 

prosesində ekoloji  biliklərin mərhələlər üzrə 

inteqrasiya edilməsinə çalışmaq  lazımdır.

Mədəniyyətin  formalaşdırılmasında 

pedaqoji  prosesin  imkanlarından  faydalana­

raq,  şagirdlərin ekoloji  dünyagörüşünü artır­

maq  lazımdır.  M üasir  ekoloji  şəraitin 

mahiyyətini  şagirdlərə çatdırmaq üçün təhsil 

prosesində  yalnız  metodik  vəsaitlərdən 

istifadə  edilməlidir.

Şagirdlər  respublikamızda  metodik, 

elmi  və kütləvi  mətbuat səhifələrində ekolo­

giya,  ekoloji  mədəniyyət,  ekoloji  tərbiyə 

məsələlərinə  dair  çap  olunmuş  materiallar­

dan  istifadə  etməlidir.  Bunları  toplamaq, 

təfəkkür  süzgəcindən  keçirmək,  ardıcıllıqla 

sistemləşdirib  şagirdlərə çatdırmaq  lazımdır. 

Bunun  üçün  ilk  növbədə  müəllimlər  özləri 

ekoloji  maariflənmə  ilə  əhatə  olunmalı  və 

ekoloji  mədəniyyətə yiyələnməlidirlər.

Şagirdlərdə  ekoloji  mədəniyyətin 

formalaşmasına  imkan  verən  pedaqoji  vasi­

tələrdən  istifadə  edilməlidir.  Pedaqoji  vasi­

tələrə təlim-tərbiyə prosesinin  təşkili  forma­

ları,  əyani  vasitə  və  metodları,  məzmun 

cəhətləri  və  s.  daxildir.

Yerli  şəraitdən  asılı  olaraq  təbiəti 

mühafizə  işinin  m üxtəlif  formalarından

istifadə  olunur:  məktəb  meşəçiliyi,  gənc 

təbiətçi  dəmək  və  klubları,  məktəb  qoruqla­

rı,  meyvə  bağları,  şagird  istehsalat  briqada­

ları,  ekologiya  üzrə  olimpiada  və  viktorina­

lar,  məktəb  ekologiya  cəmiyyəti,  ekologiya 

ayları,  ekologiya  reydləri  və  s.  belə  maraqlı 

formalardandır.  M əktəblərdə  və  yaşayış 

yerlərində  yaşıllıq  iməcliklərinin  keçiril­

məsi, mavi və yaşıl keşikçi dəstələrinin yara­

dılması,  ilk  çiçək  bayramlarının,  meşə  və 

quş  günlərinin,  təbiət  dostları  və  gənc  bağ­

banların  müsabiqələrinin  təşkili  kimi  tədbir­

ləri  məktəblərdə  ənənə  şəklinə  salmaq 

lazımdır.

Biliklərin  davranışda əks  olunmasını 

göstərən  təlim  şəraitinin  yaradılması  son 

dərəcə  mühüm  vəzifədir.  Bu  zaman  ekoloji 

tərbiyənin  zəruriliyi,  cəmiyyət  qarşısında 

duran  problemlər  ekoloji  təhsilin  fasiləsizli­

yini  irəli  sürmüşdür.

Ailədə  və  uşaq  bağçasında  aparılan 

ekoloji  tərbiyə  işləri  məktəbdə daha  da inki­

şaf etdirilir və  sistemli  şəkil  alır.  Təlim  pro­

sesi  ekoloji  tərbiyənin  çox  mühüm  yoludur. 

Ayrı-ayrı fənlərin tədrisində ekoloji təhsil  və 

tərbiyə  üçün  böyük  imkanlar  vardır.  İbtidai 

siniflərdə  şagirdlər  təbiətşünaslıq  və  ətraf 

aləmlə  tanışlıq  dərslərində  təbiət  və  onun 

mühafizəsi  haqqında  ilkin  təsəvvürlərə 

yiyələnir,  onlarda  təbiətə  məhəbbət,  onu 

qorumağın vacibliyi  fikri  aşılanır.

Müəllim  şəxsiyyətinin  şagirdlərdə 

ekoloji  mədəniyyətin  formalaşmasına  təsiri 

böyükdür.  Müəllim  şəxsiyyətinin  ekoloji 

mədəniyyətinin formalaşmasının özünəməx­

sus  yeri,  psixoloji,  sosioloji  və  s.  xüsusiy­

yətləri  vardır.  İnsanın  ümumi  mədəniy­

yətinin  formalaşmasının  göstəriciləri  olan 

qazanılmış  biliklərin  əqidəyə  çevrilməsi  ilə 

bağlı informatik-idraki vəzifələr mövcuddur. 

Onlardan  biri,  əldə  olunmuş  yeni  bilikləri

42



“Azərbaycan  məktəbi” 2017/2

qiymətləndirmək  və  mənimsəmək  vəzifəsi­

dir.  İnsanın  sosial  yaradıcılıq  xəttini 

müəyyən  edən  idraki  fəallıq  vəzifələri,  dav­

ranış  və  fəaliyyətin  emosional  normalarını 

təmin  edən  ünsiyyət  vasitələri  yalnız  müəl­

lim  peşəsində  inteqrasiya  olunur,  öz  əksini 

tapır.


Təbiətin  qorunmasına  əsaslanan 

təfəkkür  sisteminin  formalaşdırılması  üçün 

cəmiyyətin  bütün  üzvlərinin  psixologiyasın­

da  ətraf mühitdə  vəziyyətin  başa  düşülməsi 

və təbiətin mühafizə edilməsinə, qorunması­

na münasibətdə müsbət dəyişiklik  olmalıdır.

Bunun  qarşısını  almaq  üçün  kiçik 

yaşlardan  uşaqları  təbiətə  qayğılı  münasibət 

ruhunda  tərbiyə  etmək,  ekoloji  şüuru  və 

mədəniyyəti  formalaşdırmaq  lazımdır.  Hər 

bir  insan  -  şəxsiyyət  və  vətəndaş  kimi  öz 

yurdunun,  bəşər  övladı  kimi  isə  dünyanın 

ekoloji  vəziyyəti  və  tarazlığı  üçün  mə­

suliyyət hiss etməli, onun pozulması halları­

na  barışmazlıq  göstərməlidir.  Bu,  dünyanın 

hər bir sakininin  insanlıq borcudur.

Müəllim  şəxsiyyəti,  cəmiyyətin  sağ­

lam, mütərəqqi mədəniyyətinin formalaşma­

sı  barədə  söylənmiş  fikirlər  bu  gün  də  öz 

aktuallığını  saxlamaqdadır.



Rəyçi: prof.  Ə.Hiiseynov

İstifadə  edilmiş  ədəbiyyat

1.  Əliyeva  R.,  Mustafayev  Q.  “Eko­

logiya” dərs  vəsaiti.  Bakı,  2004.

2.  Göyçaylı  Ş.,  Mikayılov N.  və baş- 

qalan.  Ə traf mühiti  mühafizə  və  təbii  ehti­

yatlardan  səmərəli  istifadə.  Bakı:  Hərbi,

1996.

3. 


Sadıqov  F.,  Əliyeva  E.,  Abbasov 

M.  Ekoloji tərbiyənin  etnopedaqoji  əsasları. 

BakrNurlan,  2007.

Р.Султанов

Прогрессивные традиции  формирова­

ния  экологической  культуры 

Резюме

Молодое  поколение,  подрастаю­

щее  в  образовательных  учреждениях  в 

связи  с  образом  жизни  в  первую  очередь 

должно овладеть необходимыми экологи­

ческими  знаниями.  Экологическое  обра­

зование  приоритетное,  независимо  от 

специальности,  уровня  образования  и 

занимаемого в жизни положения экологи­

ческими  знаниями  необходимо  обладать 

всем.  Поэтому  планирование  преподава­

ния  предмета  «Школьная  экология» 

имеет большое  значение  в  защите  приро­

ды  и здоровья  человека.



R.Sultanov

Traditions  of ecological  awarenesses 

Summary

The  young  generation  growing  in 

educational  institutions in  connection with  a 

way o f  life first o f all should seize necessary 

ecological  knowledge.  Ecological  education 

is  priority,  irrespective  o f specialty,  an  edu­

cation  level and  situation occupied in  life by 

ecological  knowledge  is  necessary  to  pos­

sess  everything.  Therefore planning  o f teac­

hing  o f  a  subject  “School  ecology”  is  of 

great  importance  in  protection  o f the  nature 

and health o f the person.



43

Yüklə 54,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə