Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü IL tarixli, 600 nömrəli əmri ilə təsdiq edilmişdir



Yüklə 63,2 Kb.
Pdf görüntüsü
tarix08.12.2017
ölçüsü63,2 Kb.
#14629
növüQaydalar


Azərbaycan Respublikası Təhsil Nazirliyinin

16  may 2014-cü il tarixli,

600 nömrəli əmri ilə təsdiq edilmişdir

MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI

1.

Ümumi müddəalar

1.1.


Müəllimlərin  etik  davranış  qaydaları (bundan  sonra - Qaydalar) təhsilin

bütün  səviyyələrində peşə  fəaliyyəti  zamanı təhsilverənlərin ümumi

davranışını və təhsil prosesi iştirakçıları  ilə qarşılıqlı  münasibətlərini

tənzimləyən normalar məcmusundan ibarətdir.

1.2.

Bu Qaydalar “Təhsil  haqqında”  Azərbaycan  Respublikası Qanununa, digər



qanunvericilik  aktlarına  və “Təhsil  prosesi  iştirakçılarının  etik  standartlar

modeli”nə uyğun hazırlanmışdır.

1.3.

Bu Qaydalar  müəllimlərin  etik  davranış prinsiplərini və  onlara uyğun



tələbləri, 

təhsil


prosesi

iştirakçılarının 

qarşılıqlı 

münasibətlərinin

xüsusiyyətlərini müəyyən edir və onları tənzimləyir.

1.4.


Bu Qaydalar bütün  növ təhsil  müəssisələrində  çalışan müəllimlərə  şamil

edilir.


1.5.

Bu Qaydaların tətbiqində əsas məqsəd təhsil müəssisələrində sağlam işgüzar

durumun  bərqərar  olmasına, vətəndaşların  təhsil  müəssisəsinə  və  müəllimə

etimadının 

artırılmasına,

təhsil 


müəssisələrinin  idarə

olunmasında

valideynlərin və  cəmiyyətin  daha  yaxından  iştirakının  təmin  edilməsinə,

təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına,

təhsil  müəssisəsində  korrupsiya  hallarının  və  maraqların  toqquşmasının

qarşısının alınmasına və müəllim nüfuzunun yüksəldilməsinə nail olmaqdan

ibarətdir.

2.

Etik davranış prinsipləri və onlara uyğun tələblər

Müəllim peşə fəaliyyətində aşağıdakı etik davranış prinsiplərini

gözləməli

və müvafiq tələblərə ciddi şəkildə əməl etməlidir.



Qanunun aliliyi – müəllim vəzifə funksiyalarının icrası zamanı Azərbaycan

Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının, habelə

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə,

insan hüquqlarına və demokratik prinsiplərə əməl etməyə borcludur.



Vicdanlılıq – müəllim

cəmiyyət və dövlətin maraqları naminə öz peşə

fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Müəllim bütün

hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.



Peşəkarlıq və fərdi məsuliyyət – müəllim öz fəaliyyətini Azərbaycan

Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində

peşəkar

səviyyədə



yerinə

yetirməyə

borcludur və vəzifə

funksiyalarının

keyfiyyətlə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.

Müəllim peşəkar

fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil



2

sisteminə,

təhsil

müəssisəsinə



təhsil


işçilərinə

inamını


artırmalı

möhkəmləndirməlidir.



Loyallıq – müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və

digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə

əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən,

çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir.

Müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil

müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir.



Mədəni davranış – müəllim təhsilalanlarla, rəhbərlik və

həmkarları ilə

davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə

fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və

onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim

səmimi, çalışqan, intizamlı,

təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman

səliqəli olmalıdır.



Qərəzsizlik – müəllim peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı,

irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə,

əqidəsinə, ictimai mənsubiyyətinə görə təhsilalanlara və təhsil prosesinin digər

iştirakçılarına fərq qoymamalıdır. Müəllim

özünün və ya maraqlı şəxslərin

mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol

verməməli və buna şərait yaratmamalıdır. Müəllim

öz peşə


vəzifəsindən və

səlahiyyətlərindən

kənar məsələlərə

müdaxilə etməməlidir.

Müəllim peşə

fəaliyyətini yerinə yetirərkən siyasi bitərəfliyə əməl etməyə borcludur.



Gender bərabərliyi – müəllim təhsil və tərbiyə prosesində kişi və qadın

cinsindən olan təhsilalanların bərabərliyi prinsipinin gözlənilməsinə davamlı

olaraq əməl etməlidir.

İctimai etimad – müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim

adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Müəllim etik davranış qaydalarını

pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai etimadın

bərpasına çalışmalıdır. Müəllim işlədiyi təhsil müəssisəsinin fəaliyyəti barədə KİV

nümayəndələrinin qanunla müəyyən edilmiş qaydada doğru məlumatlanmasına

kömək göstərməlidir.



Konfidensiallıq - qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla,

müəllim peşə vəzifələrinin icrası ilə bağlı təhsilalanların, onların valideynlərinin,

habelə həmkarlarının şəxsi həyatı barədə ona məlum olan məlumatların

konfidensiallığını təmin etməlidir.



3.

Müəllim şəxsiyyəti

3.1.


Müəllimin peşə fəaliyyəti qanunvericiliklə müəyyən olunmuş vəzifələrinin

yerinə yetirilməsi və hüquqlarının təmin olunması ilə əlaqədar fəaliyyətdir.

3.2.

Müəllim  təhsil  sahəsində  dövlət  siyasətinin həyata  keçirilməsində  iştirak



edir,  təhsil  proqramlarının  təhsilalanlar  tərəfindən  mənimsənilməsini  təmin

edir.


3.3.

Müəllim  təhsilalanlarda  fəal  vətəndaş  mövqeyi  formalaşdırır,  onları

vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik ruhunda tərbiyə edir, müstəqil

həyata və əmək fəaliyyətinə hazırlayır.




3

3.4.


Müəllim əlavə  təhsil  və  özünütəhsil  yolu  ilə ixtisasını,  elmi-pedaqoji və

peşəkarlıq səviyyəsini daim artırır, təhsilin  nəticə  və  göstəriciləri  üzrə

araşdırma və təhlillər aparır, keyfiyyətin yüksəldilməsi və nailiyyətlərin əldə

edilməsi üçün təkliflərlə çıxış edir.

3.5.

Müəllim yenilikçidir, innovasiya və yeni tədris texnologiyalarını mənimsəyir



və öz təcrübəsində tətbiq edir.

3.6.


Müəllim ona həvalə edilmiş işin keyfiyyətinə və nəticələrinə görə və hər bir

təhsilalanın intellektual, emosional, mənəvi inkişafı üçün məsuliyyət daşıyır.

3.7.

Müəllim  gənc  nəslə milli və  bəşəri dəyərləri  aşılamaqla  təhsilalanların



mədəni inikişafı prosesində birbaşa iştirak edir.

3.8.


Müəllim  təhsilalanlara  keyfiyyətli  təhsil  verməklə  peşəsinə  olan  ictimai

etimad və hörməti doğruldur.

3.9.

Müəllim pedaqoji etika və əxlaq normalarına riayət edir, müəllim nüfuzunu



yüksək tutur, ziyalılıq nümunəsi göstərir.

3.10. Müəllim  şəxsi  nümunəsi  ilə  təhsilalanlara  Azərbaycan  Respublikasının

Konstitusiyasına    və  qanunlarına,  dövlət  rəmzlərinə,  Azərbaycan  xalqının

tarixinə,  mədəniyyətinə,  dilinə,  adət  və  ənənələrinə,  milli  və  umumbəşəri

dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissi aşılayır.

3.11. Müəllim  təhsilalanların  şərəf  və  ləyaqətinə  hörmətlə  yanaşır, əsassız

mühakimələrə yol vermir, obyektivlik və qərəzsizlik nümayiş etdirir.

3.12. Müəllim  peşə  fəaliyyəti  dövründə  maraqların  toqquşmasına  yol  vermir və

vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etmir.

3.13. Müəllim bilərəkdən yalan, təhrif olunmuş, yaxud öz şəxsi marağı naminə

həmkarının vəziyyətini pisləşdirən və ya yaxşılaşdıran məlumat verilməsinə

görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

3.14. Müəllim təhsil  müəssisəsinin əmlakından səliqəli və  səmərəli  istifadə  edir,

onu  qoruyur. Müəllim  təhsil  müəssisəsinə  məxsus  əmlakdan (sinif  otağı,

tədris  resursları, telefon,  kompyuter,  mebel  və  s.) şəxsi  maraqları üçün

istifadə etmir.

3.15. Müəllim

icra və əmək intizamına riayət edir, iş vaxtında kənar işlərlə

məşğul olmur, üzürsüz səbəbdən işdən yayınmır.

3.16. Müəllim şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına riayət

edir.

4.

Münasibətlər

4.1.

Təhsilalanlarla münasibət

4.1.1. Müəllim

təhsilalanlarla

münasibətdə  qarşılıqlı  hörmətə  əsaslanan

ünsiyyət tərzi seçməlidir.

4.1.2. Müəllim özünə və təhsilalanlara qarşı tələbkar olmalı, bu tələbkarlıq əsaslı

və müsbət xarakter daşımalıdır.

4.1.3. Müəllim  təmkinli  davranmalı  və hər  bir  vəziyyətdə özünü ələ  almağı

bacarmalıdır.



4

4.1.4.


Müəllim

təhsilalanlarda

müsbət

keyfiyyətlərin  formalaşmasına  və



inkişafına 

təkan 


verəcək

müasir


təlim

texnologiyalarından

strategiyalarından istifadə etməlidir.



4.1.5. Müəllim  hər  bir təhsilalanın sağlamlığını  və rifahını  düşünərək, onları

zərərli vərdişlərdən çəkindirməlidir.

4.1.6. Müəllim  təhsilalanların  fəaliyyəti, nailiyyətləri və kompetensiyalarının

qiymətləndirilməsində

obyektiv

qərəzsiz



olmalı,

təhsilalanlarda

özünəinam  hissini  möhkəmləndirməli,  motivasiyanı  yüksəltməlidir.

Təhsilalanlara verilən qiymətin qərəzli şəkildə azaldılmasına və  ya əsassız

olaraq artırılmasına yol verməməlidir.

4.1.7. Müəllim  təhsilalanlara  qarşı  xeyirxah  və  ədalətli  olmalı, onlara qarşı

haqsızlığa  yol  verdikdə səhvini  etiraf  etməyi  bacarmalı, onun  nəticələrini

aradan qaldırmağa çalışmalıdır.

4.1.8. Müəllim  hər  zaman  nitqinə  fikir  verməli, nitqində kobud və  təhqiredici

sözlər işlətməməlidir.

4.1.9. Müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və

ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

4.1.10. Qanunvericilikdə  müəyyən  olunmuş  hallar  istisna  olmaqla,  müəllim

təhsilalanlar

tərəfindən  ona  verilən

şəxsi


məlumatların  məxfiliyini

qorumalıdır.

4.1.11. Təhsilalanlarla  münasibətdə  müəllim  öz  vəzifə  səlahiyyətlərindən  sui-

istifadəyə yol verməməlidir.

4.1.12. Müəllim peşə  fəaliyyətini  yerinə  yetirmək  müqabilində təhsilalanlardan

hər hansı maddi və qeyri-maddi nemətlər tələb etməməlidir.

4.1.13. Müəllim  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  təhsilalanlara

göstərdiyi əlavə təhsil xidməti (xidmətləri)  müqabilində hədiyyə və  ya pul

tələb etməməlidir.

4.2.

Kollektivlə münasibət

4.2.1. Müəllimlər  arasında  münasibət  əməkdaşlıq  və  qarşılıqlı  hörmət  prinsipinə

əsaslanmalıdır.  Müəllim  yalnız  şəxsi  nüfuzunu  deyil, işlədiyi  təhsil

müəssisəsinin  və həmkarlarının  da  nüfuzunu  qorumalıdır. Təhsilalanlar və

digər şəxslər qarşısında müəllimin  öz həmkarını təhqir  etməsi və  zor tətbiq

edilməsi yolverilməzdir.

4.2.2. Müəllim öz həmkarının peşəkar baxış və fikirlərinə hörmətlə yanaşmalıdır.

4.2.3. Müəllim  pedaqoji  münasibətlərdə  əsassız  münaqişə və  mübahisələrə yol

verməməlidir.  Münaqişə  yarandıqda  isə  onun  konstruktiv  həllinə

çalışmalıdır.

4.2.4. Müəllim  ümumi  vəzifələrin  icrasına  və  əməkdaşlığa  mane  olacaq  rəqabətə

yol verməməlidir.

4.2.5. Müəllim  həmkarlarının fəaliyyətini  düzgün  qiymətləndirməli,  onların

səhvlərinə  göz  yummamalı,  fikir  və  baxışlarına  yönəlmiş  tənqidləri  təhqirə

çevirməməlidir, tənqid əsaslandırılmış, dəqiq və xoşniyyətli olmalıdır.



5

4.2.6. Müəllim  öz  fəaliyyəti  ilə işlədiyi kollektivin nüfuzunun artmasına

çalışmalıdır.

4.3.

Rəhbərliklə münasibət

4.3.1. Müəllim  vəzifəyə  təyin  edilərkən  və işlədiyi müddətdə rəhbərlik  onu etik

davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının

qarşısının alınması ilə bağlı normativ hüquqi aktlarla tanış etməlidir.

4.3.2. Müəllim səlahiyyətləri daxilində rəhbərliyin qanuna uyğun yazılı əmrlərini,

sərəncamlarını və ya şifahi tapşırıqlarını yerinə yetirməyə borcludur.

4.3.3. Müəllim təhsil  müəssisəsinin rəhbərliyi  tərəfindən  ona  verilən  əmrin  və

tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə,

o, həmin əmri və  ya tapşırığı  yerinə  yetirməkdən imtina edə bilər. Bu barədə

yazılı əsaslandırmanı birbaşa rəhbərliyə və ya yuxarı orqana təqdim etməlidir.

4.3.4. Rəhbərliyin 

qanuni 


göstərişlərinin

müəllimlər 

tərəfindən

yerinə


yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.

4.3.5. Təhsil  müəssisəsinin  rəhbərliyi  kollektivin    etik  davranış  qaydalarına əməl

etməsinə birbaşa məsuliyyət daşıyır.

4.3.6. Rəhbərliyin 

müəllimlərlə

münasibəti

qarşılıqlı 

hörmət


əsasında

qurulmalıdır.

4.3.7. Rəhbərlik  tərəfindən  müəllim  əməyinin  qiymətləndirilməsi  həqiqi

xidmətlərinə görə olmalı, qərəzsiz və ədalətli formada həyata keçirilməlidir.

4.3.8. Rəhbərliyin müəllimdən peşə vəzifələrinin icrasına aid olmayan və ya şəxsi

həyatı haqqında məlumatlar tələb etməsi və yayması yolverilməzdir.

4.3.9. Müəllim rəhbərliyə öz həmkarları barədə bilərəkdən yalan və ya təhrif

olunmuş


məlumatlar

verməməli,

məlumatı

verməzdən

əvvəl

bütün


imkanlardan

istifadə


edərək

onun


düzgün

olub-olmamasını

müəyyən

etməlidir.



4.3.10. Təhsil  müəssisəsinin  rəhbərliyi tərəfindən müəllim  əməyinin  keyfiyyətinə

və onun  karyerasına təsir  edəcək  məlumatların  gizlədilməsi  və  ya ona təhrif

olunmuş məlumatların verilməsi yolverilməzdir.

4.3.11. Rəhbərlik

təhsil  müəssisəsinin  fəaliyyətinə  mənfi  təsir  göstərən

münaqişələr və maraqların toqquşması hallarının qarşısını vaxtında almalı,

yaranmış  münaqişəni  konstruktiv  həll  etməyə  çalışmalı və  nizam-intizam

yaratmalıdır.



4.4.

Valideyn və qanuni nümayəndələrlə münasibət

4.4.1.Müəllim valideyn və qanuni nümayəndələrin hüquqlarını bilməli, mütəmadi

olaraq  onlara təhsilalanlarla bağlı  tövsiyələr  verməli,  valideyn  və  uşaqlar

arasında yaranan münaqişələrin həllində yardımçı olmalıdır.

4.4.2.Müəllim  tərəfindən  valideynlərin  qanunazidd  hərəkətlərə  sövq  edilməsi

yolverilməzdir.

4.4.3.Müəllim  valideyn  və  digər qanuni  nümayəndələrlə  hörmətlə  və  nəzakətlə

davranmalıdır.




6

4.4.4. Valideyn 

və 

qanuni 


nümayəndələrlə 

münasibətlər

təhsilalanlarla

münasibətlərə  və  onların

nailiyyətlərinin

qiymətləndirilməsinə  təsir

göstərməməlidir.

4.4.5. Valideyn  və  qanuni  nümayəndələr  tərəfindən  könüllü və  qanuni  yollarla

təhsil müəsissəsinə edilmiş yardım, müəllim - təhsilalan münasibətlərinə və

nailiyyətlərin qiymətləndirilməsinə təsir göstərməməlidir.



4.5.

Müəllim və cəmiyyət

4.5.1. Müəllim  milli-mənəvi  dəyərlərin, mədəni  irsin  qoruyucusu missiyasını

daşımaqla bərabər cəmiyyətin fəal üzvü olmalıdır.

4.5.2. Müəllim  hər  zaman  cəmiyyətə  fayda  verməyə  çalışmalıdır.  Yalnız  peşə

fəaliyyətini həyata  keçirərkən deyil, bütün hallarda  münaqişələrə və    yersiz

mübahisələrə  yol  verməməli,  problemlərin  həllinə,  münaqişələrin    qarşısını

almağa çalışmalıdır.

4.5.3. Müəllim  vətəndaşlıq  borcunu dərk  etməli  və yerinə  yetirməli, cəmiyyət

üzvləri  ilə  münasibətlər  qurarkən  öz şəxsiyyətini  qorumalı  və  mənfi  təsir

altına düşməməlidir.



5. Müəllim andı

5.1.


And  Azərbaycan  Respublikası  ilə  müəllim  arasında  açıq  hüquqi  borc  və

sədaqət münasibətlərini təsdiq edir.

5.2.    Müəllim  ilk  dəfə  daimi  işə  qəbul  olunarkən  belə  bir  and  içir: “Azərbaycan

Respublikası Konstitusiyasına  və  qanunlarına  riayət  edərək  Azərbaycan

təhsilinin  ənənələrinə

sadiq  qalacağıma,  keyfiyətli  təhsil  xidməti

göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir

formasına  yol  verməyəcəyimə,  həmkarlarım,  təhsilalanlar,  valideynlər  və

digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracağıma,

müəllim adını və şərəfini uca tutacağıma and içirəm.”

5.3.      Andiçmə  təntənəli  şəraitdə  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı

altında  Azərbaycan  Respublikasının  Konstitusiyasına əl  basmaqla  həyata

keçirilir.

5.4.


Andiçmə  bir  dəfə  olur.  Andın  imzalanmış  mətni müəllimin şəxsi işində

saxlanılır.



6.

Etik davranış qaydalarına riayət olunmasının təmin edilməsi

6.1.


Hər bir müəllim etik davranış qaydalarına əməl etməyə borcludur.

6.2.


Müəllimlər tərəfindən etik davranış qaydalarına əməl olunması rəhbərlik

tərəfindən müntəzəm təhlil edilir və bu Qaydalarla müəyyən edilmiş

tədbirlər görülür.

6.3.


Təhsil müəssisəsinin rəhbərliyi:

6.3.1.


yeni işə qəbul olunan müəllimləri bu Qaydalarla tanış etməlidir.


7

6.3.2. müəllimlərin davranışının bu Qaydalara uyğunluğuna nəzarət etməli və

onun təhlilini aparmalıdır;

6.3.3. öz davranışı ilə Qaydalara əməl olunmasında nümunə göstərməlidir.

6.3.4. pedaqoji kollektivi və ya hər hansı bir müəllimi hüquqa və etik normalara

zidd olan hərəkətlərə sövq etməməlidir.

6.3.5. Qaydaların pozulmasının qarşısının alınması üzrə tədbirlər görməlidir.

6.3.6. pedaqoji kollektivə Qaydaları izah etməli və müraciət edən hər bir müəllimə

müvafiq tövsiyələr verməlidir.

6.3.7. bu Qaydaların pozulması hallarının rəhbərlikdə və kollektivdə müzakirəsini

təşkil etməli və qayda pozmuş müəllimlərin qanunvericiliyə uyğun intizam

məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir.

6.3.8. Qaydaların pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə

kollektivi və ictimaiyyəti məlumatlandırmalıdır.

6.3.9. bu Qaydaların pozulmasının nəticələrinin aradan qaldırılması, təhsil

müəssisəsinə ictimai etimadın artırılması üçün tədbirlər görməlidir.



Yüklə 63,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə