Azərbaycan Respublikası Təhsil Nazırliyi Azərbaycan Respublikiası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti.



Yüklə 7,25 Kb.
Pdf görüntüsü
səhifə1/57
tarix29.05.2018
ölçüsü7,25 Kb.
#46640
  1   2   3   4   5   6   7   8   9   ...   57



 
  Azərbaycan Respublikası Təhsil Nazırliyi 
Azərbaycan Respublikiası Kənd Təsərrüfatı Nazirliyi 
Azərbaycan Dövlət Aqrar Universiteti. 
Naxçıvan Dövlət Texniki Kolleci 
Abbasov Suliddin Ağamalı oğlu  
Mehdiyev  Mehdi  Əliqulu oğlu 
Ruşanov Asəf  Əyyub oğlu  
Turabov Urfan Turan oğlu 
Nəcəfova Gülbəniz Kamil qızı 
H e y v a n d a r l ı q 
D ə r s l i k 
 
                
Gəncə-2011
 



 
 
Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  Elmi-Metodik 
Şurasının ”Kənd təsərrüfatı bölməsində (14.02.2011-ci il tarixli, 82 
saylı  protokol  )  dərslik  kimi  nəşr  edilməsi  məsləhət  görülmüş  və 
Təhsil Nazirliyinin 04 mart 2011-ci il tarixli 375 saylı  əmri ilə qrif 
verilmişdir. 
 
 
Elmi  redaktor
:Bayramov  S.  S.  Naxçıvan  Dövlət  Universiteti.  kənd       
təsərrüfatı elmləri namizədi, dosent. 
 Rəy  verənlər
:  Balakişiyev  M.Q.  Akademik  F.Məlikov  adına  Az.  ETHİ-
nin  direktoru. k.t.e.n. dosent. 
                             Əbilova  S.F.  Azərbaycan  Texnologiya  Universitetini, 
k.t.e.n. dosent 
                             Bağırov  Y.C.  Azərbaycan  Dövlət  Aqrar  Universitetini, 
k.t.e.n. dosent. 
  Məmmədov  İ.B.  AMEA  Naxçıvan  Bölməsi  Bioresurlar 
İnstitutunun  Elmi  işlər  üzrə  direktor  müavini,  Biologiya 
elmləri namizədi, dosent. 
  Tahirov  Ə.S.  Naxcıvan  Dövlət  Universitetini,  Biologiya 
elmləri üzrə fəlsəfə doktoru. 
 
Dərslik  aqrar,  pedoqoji  sahədə  təhsili  alan  tələbələr,  mütəxəssislər  və 
fermerlər  üçün  yazılmışdır.  Dərslikdə  dünya  ədəbiyyatlarından,  internet 
məlumatlarından  istifadə  olunaraq  müasir  heyvandarlığın  əsası  əks 
olunmuşdur.  Dərslikdə  qaramal,  qoyun,  at,  dəvə,  qatır,  quş,  balıq,
 
arı 
növlərinin  bioloji  -  təsərrüfat  xüsusiyyətləri,  növlərin  cins  tərkibi, 
məhsuldarlıq göstəriciləri, dünyada tətbiq olunan yetişdirmə texnologiyaları 
haqqında geniş məlumatlar əks olunmuşdur.
 
 



 
 
Ön söz 
Heyvandarlıq  dərsliyi  Aqrar,  Pedoqoji  sahələrdə  təhsil  alan  tələbələr  və  mütəxəsislər 
üçün nəzərdə tutulmuĢdur. Dərslikdə heyvandarlığın inkiĢaf etdirilməsi üçün nəzərdə tutulan ən 
aktual  problemlərin  həlli  yolları  göstərilmiĢdir.  Kənd  təsərrüfatı  heyvanlarının  yetiĢdirilməsi, 
qaramal, qoyun, keçi, at, dəvə, qatır, eĢĢək, donuz, quĢ, balıq və arı növləri haqqında ən müasir 
yeniliklər, ətraflı məlumatlar dərslikdə Ģərh edilmiĢdir.  
Hələ bu günə kimi Aqrar və pedoqoji universitetlərdə Azərbaycan dilində ilk dəfə olaraq 
dəvə,  qatır,  eĢĢək  və  balıq  haqında  geniĢ  müasir  faktlara  əsaslanaraq  həcmli  dərslik  dolğun 
formada  yazılmamıĢdır.  Dərslikdə  xüsusən  dünya  maldarlığının  inkiĢafında  ən  önəmli  sahə 
olan zebu cinsləri və ondan yaradılmıĢ hibridlərin sxemləri əsaslı göstərilmiĢdir. 
Heyvandarlığın  bütün  sahələrində  məhsuldarlığını  öyrənmək  üçün  onların  eksteryer,  
konstitusiya və interyer göstəricilərini bilmək ən zəruri amildir.Ona görədə dərslikdə bütn növ 
heyvanların  eksteryer  quruluĢu  onların  qiymətləndirilməsi  yolları  ölçmə  qaydaları  əks 
olunmuĢdur. 
Dərslikdə    müxtəlif  növ  heyvanların  daxili  orqanları,  xüsusən  həzm  sistemlərinin 
topoqrafik  formulası  göstərilməklə  ardıcıl  həzm,  qan  və  sinir  sisteminin  iĢ  prinsipləri 
açıqlanmıĢdır.  Xüsusən  qeyd  etmək  lazımdır  ki,  növlər  və  onları  müxtəlif  məhsuldarlıq 
istiqamətinə aid edilən cinslərin bir çox göstəriciləri dərslikdə öz əksini tapmıĢdır. 
Eyni zamanda hər bir növün məhsuldarlıq istiqamətinə uyğun olaraq sistemləĢdirilmiĢ və 
onların  orta  məhsuldarlıq  göstəriciləri  verilmiĢdir.  Əhalinin  ərzaq  məhsullarına  olan  tələbatın 
ödənilməsi  üçün,  ət,  süd,  yumurta  istehsalının  artırılması  vacibliyini  yetiĢdirmə  üsullarının 
müasir tədbiqi əsasları göstərilmiĢdir. 
Dərslikdən  istifadə edən hər bir tələbə, mütəxəsis mövcud qaramal, zebu, at, qoyun, keçi, 
dəvə,  quĢ,  qatır,  donuz  ,  balıq,  arı  cinslərinin  ayrılıqda  Ģəkilləri  əsasında  tanıyacaq  və  onların 
məhsuldarlıq  göstəricilərinə  əsasən  yeni  cinslərin  yaradılması  üçün  vacib  olan  iĢ  prinsiplərinə 
yiyələnəcəklər. 
Xüsusən  dərslikdə  hər  bir  növ  heyvanların  yemləndirilməsi  normaları  və 
həzməgediciliyin fizioloji qanuna uyğunluğu əks olunmuĢdur. Hər bir fərdin  normal bəslənmə 
Ģəraitində  öz  genetik  potensial  imkanını  üzə  çıxarılması  açıqlanır.  Xüsusən  balanslaĢmıĢ 
yemlənmə, geniĢ sağım, seleksiya səmərəliliyi, təkrar istehsal və təsərrüfatın təĢkili amillərinin 
məhsuldarlığa təsir göstərdiyini faktiki əsaslarla təhlili verilmiĢdir.  
 
 
 
 
 



 
 
Dünya ölkələrində olan heyvandarlığın müasir vəziyyəti. 
        Dünya  XXI-əsrin  birinci  onilliyini  artıq  geridə  qoymuĢdur,  ancaq  əhalinin    ərzaq 
məhsullarına olan tələbatının  ödənilməsi problem kimi qalır. Son beĢ ildə (2005-2010) dünya 
əhalisi  6453628  min  nəfərdən  6846143  min  nəfərə  qədər    və  ya  6,1%  artmıĢdır.  Ona  görədə 
ekoloji  təmiz  heyvandarlıq  məhsullarının  artırılması  üçün  heyvandarlığın  intensiv  inkiĢaf 
etdirilməsi  əsas  məqsəd  və  tapĢırıq  olaraq  qalır.  Əhalinin  ərzaq  məhsullarına  olan  tələbatın 
ödənilməsi  böyük  əhəmiyyət  kəsb  edir.  Bir  çox  ölkələrdə  ərzaq  məhsullarının    çatıĢmazlığı 
mövcuddur. 
         XXI-əsirdə  FAUN-nun  məlumatlarında  inkiĢaf  etmiĢ  ölkələrin  modelinə  əsasən  ərzaq 
məhsullarına  tələbat  il  ərzində  800  kq  buğda  (100-150  kq  çorək,  düyü  və  650-700  kq  ət, 
yumurta,  süd  və  baĢqa  məhsullara  çevirməklə  ),  zəif  inkiĢaflı  ölkələrdə  ən  azı  200  kq  adam 
baĢına toplanması vacibdir. 
         Ġnsan üçün ən vaclb heyvan mənĢəli zülaldır. 2008-ci ilin məlumatlarına əsasən dünyada 
71 milyon ton heyvan mənĢəli zülal istehsal olunub ki, bu da il ərzində adam baĢına 10 kq və 
gün  ərzində  30  qram  deməkdir.  Ġstehsal  olunan  zülal  insan  qidası  üçün  tələb  olunur.  Əgər 
dünyada  gün  ərzində  hər  bir  insan  üçün  30  qram  zülal  istehsal  olunursa,  ancaq  müxtəlif 
ölkələrdə bu göstəricilər; Avropada 62, Asiyada-20, Afrikada 11, Cənubi Amerikada 60, ġimali 
Amerikada  90,  Okeanlarda  164  qrama  çatır.Yüksək  keyfiyyətli  zülal  istehsalı  və  onun 
əhəmiyyəti dövlətlərdə müxtəlif yanaĢmalara səbəb olur. Məsələn: Rusiyada gün ərzində insan 
üçün  40  qram  heyvani  zülal  istehsal  olunmuĢdur.  Bu  göstərici  Almaniyada,  Fransada, 
Ġspaniyada  70-80  qram,  Belarusiyada,  Kanada,  ABġ-da  90-100,  Avstraliyada-140,  Yeni 
Zelandiyada 500 qramdan çox olmuĢdur. 
           ĠnkiĢaf etmiĢ  ölkələrdə  mədaxil və məxaric olunan zülal tələbatı gün  ərzində 50 qrama 
kimi ödənilir. Hazırda gün ərzində tələb olunan zülal inkiĢaf etmiĢ ölkələrdə 10-30 qram azlıq 
təĢkil  edir.  Ancaq  yaxın  illərdə  dünya  əhalisinin  zülala  və  tələb  olunan  enerjiyə  (  kalori  ) 
çatıĢmazlığı  baĢ  verəcəkdir.  Son  dövrlərdə  az  yağlı  ətə  tələbat  artmıĢdır.  Ona  görə  də  belə 
heyvanların  yaradılması  avropa  mənĢəli  və  zebu  əsasında  yetiĢdirilir.  Bu  heyvanların  əti 
mərmərvari ət hesab edilir ki, bu qidalıq keyfiyyətinə görə üstündür. 
            Ətlik  və  südlük  heyvanlara  olan  tələbat  ilə  faktiki  istehsal  arasında  olan  fərqə  görə 
heyvandarlığın inkiĢaf etdirilməsinə fikir verilməlidir. Bir çox ölkələrdə cinslərin strukturunda 
və  ona  olan  tələbata  uyğun  baĢ  saylarında  dəyiĢikliklər  edilmiĢdir.  Məsələn  son  8-il  ərzində 
iribiynuzlu qaramal-0.2%, donuz-3,7%, qoyun-7.8%, keçi-18.9% artmıĢdır. Ən çox quĢçuluqda 
yüksəliĢ  olmuĢdur.  Belə  ki,  quĢlarda  27,65%,  ördəklərdə  23,55%,  qazlarda  46.6%  , 
hindquĢunda  101,8  %  artım    özünü  göstərmiĢdir.  Dünyada  bir  il  ərzində  qoyunların  baĢ  sayı 
5,9%,keçilər 4,3%,quĢlar 4,2%,donuzlar 2.9%,qazlar 2,3% hind toyuğu 2,15 və camıĢlar 2,0% 
artmıĢdır. Cədvəl.1. 
 
 


Yüklə 7,25 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə