Azərbaycan Respublikası



Yüklə 263,62 Kb.
səhifə1/2
tarix06.02.2018
ölçüsü263,62 Kb.
#26696
  1   2

Azərbaycan Respublikası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin

“17 “ aprel 2013-cü il tarixli

01-Q nömrəli Qərarı ilə təsdiq edilmişdir


16 nömrəli əlavə
Ətraf mühit və təbii sərvətlərlə bağlı məlumatların verilməsi üzrə inzibati reqlament
1. Ümumi müddəalar
1.1. Elektron xidmətin adı:

Ətraf mühit və təbii sərvətlərlə bağlı məlumatların verilməsi



1.2. Elektron xidmətin məzmunu:

Bu xidmət ətraf mühit və təbii sərvətlərlə bağlı məlumatların verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsindən və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsi;

1.3.2. “Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsi;

1.3.2. “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi;

1.3.3. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 14 dekabr tarixli 237 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Əlavə - “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə operativ və ümumi təyinatlı məlumatların növləri”;

1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 14 dekabr tarixli 237 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Əlavə - “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ödənişsiz və ödənişli məlumatların növləri;



1.3.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 iyul tarixli 115 nömrəli qərarı ilə təsdiq edilmiş “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə ödəmə dərəcələri və qaydaları”;

1.3.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 164 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması qaydası və miqdarı”;

1.3.8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 8 noyabr tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerin təki haqqında geoloji informasiyadan istifadənin qayda və şərtləri”;

1.3.9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 7 iyul tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Ətraf mühitə dair informasiyanın verilməsinin maliyyələşdirilməsi mənbələrinin və ödənişin həcminin müəyyənləşdirilməsi Qaydaları”;

1.3.10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 11.17-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya - Arxiv Fondu, Milli Hidrometeorologiya Departamenti və Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti



1.5. Elektron xidmətin digər icraçıları:

Yoxdur.


1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:

Elektron xidmət tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti:

10 (on) gün müddətində



1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:

Təqdim edilmiş sənədlər bu reqlamentdə göstərilənlərə uyğun olduğu halda istifadəçilərə ətraf mühit və təbii sərvətlərlə bağlı məlumatların verilməsi.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü:

İnteraktiv.



2.2. Elektron xidmət üzrə ödəniş:

Məlumatların növündən asılı olaraq ödənişli və ödənişsiz.



2.2.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 iyul tarixli 115 nömrəli qərarı ilə təsdiq edilmiş “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə ödəmə dərəcələri və qaydaları”nın 2-ci hissəsinə əsasən hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə ödəmə dərəcələri aşağıdakı kimi müəyyən olunur:



Aparılan müşahidələrin, xidmət işlərinin adı

Ödəmə dərəcələri

(manatla)

I. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə standart vaxtlarda aparılan müşahidələrin nəticələri:




Meteoroloji müşahidələr:




bir müşahidənin aparılması

7,6

sutka ərzində müşahidələrin aparılması (8 müşahidə)

36,6

Aktinometriya üzrə müşahidələr:




bir müşahidənin aparılması

2

sutka ərzində müşahidələrin aparılması (5 müşahidə)

12

İstilik balansı üzrə müşahidələr:




bir müşahidənin aparılması

4,4

sutka ərzində müşahidələrin aparılması (5 müşahidə)

7,2

Aeroloji müşahidələr:




bir müşahidənin aparılması

41

sutka ərzində müşahidələrin aparılması (4 müşahidə)

148

Radiometeoroloji müşahidələr:




bir müşahidənin aparılması

9,2

sutka ərzində müşahidələrin aparılması (8 müşahidə)

200

Aqrometeoroloji müşahidələr:




bir müşahidənin aparılması

176,6

Hidroloji (çay) müşahidələr:




bir müşahidənin aparılması

68,8

sutka ərzində müşahidələrin aparılması (2 müşahidə)

72,2

Göl müşahidələri:




bir müşahidənin aparılması

118,4

sutka ərzində müşahidələrin aparılması (2 müşahidə)

130,8

Su balansı üzrə müşahidələr:




bir müşahidənin aparılması

56

sutka ərzində müşahidələrin aparılması (2 müşahidə)

60

Qar uçqunu üzərində müşahidələr:




bir müşahidənin aparılması

80,8

il ərzində müşahidələrin aparılması

3368,6

Su üzərində müşahidələr:




bir müşahidənin aparılması

30

il ərzində müşahidələrin aparılması (2 müşahidə)

115

Dəniz sahil müşahidələri:




bir müşahidənin aparılması

18

sutka ərzində müşahidələrin aparılması (4 müşahidə)

220

Açıq dəniz müşahidələri:




bir müşahidənin aparılması

137,4

Atmosfer havasının çirklənməsi üzrə müşahidələr:




bir müşahidənin aparılması

18,6

sutka ərzində müşahidələrin aparılması (4 müşahidə)

32

Radiometrik çirklənmə üzrə müşahidələr:




bir müşahidənin aparılması

10

il ərzində müşahidələrin aparılması

1068

Səth sularının çirklənməsi üzərində müşahidələr:




bir müşahidənin aparılması

121

Dəniz suyunun çirklənməsi üzərində müşahidələr:




bir müşahidənin aparılması

531

Torpağın çirklənməsi üzərində müşahidələr:




bir müşahidənin aparılması

93

Ozonometrik müşahidələr:




bir müşahidənin aparılması

1,8

sutka ərzində müşahidələrin aparılması (4 müşahidə).

12,4

II. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elmi-tədqiqat gəmiləri ilə aparılan hidrometeoroloji, okeanoloji müşahidələrin, dəniz ekspedisiya işlərinin nəticələri və illik məlumatları:

elmi-tədqiqat gəmiləri ilə ekspedisiya şəraitində aparılan hidrometeoroloji və okeanoloji müşahidələrin nəticələri

3817

dəniz ekspedisiya müşahidələrinin nəticələrindən bir stansiya üçün hazırlanan illik məlumatlar.

1272,4

III. Arayış xarakterli hidrometeoroloji məlumatlar:

bir stansiya üzrə aylıq məlumat

441

bir stansiya üzrə illik məlumat

838

hidrometeoroloji bülleten

27

ekspedisiya, marşrut və aviameteoroloji müşahidələrin ümumiləşdirilmiş məlumatları (icmalları)

93,2


hidrometeoroloji illiklər

329,6

buraxılmış çoxillik və başqa növ hidrometeoroloji məlumatlar toplusu.

2360,4

IV. Xüsusi sifarişlə müşahidə edilmiş hidrometeoroloji məlumatlar:

standart müşahidə vaxtlarından əlavə aparılan hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə müşahidələr

razılaşma yolu ilə

sifarişə əsasən müvəqqəti təşkil olunmuş müşahidə şəbəkələrində aparılan hidrometeoroloji müşahidələr

razılaşma yolu ilə

sifarişə əsasən təbii mühitin çirklənməsinin vəziyyəti üzrə stasionar müşahidə şəbəkələrindən kənarda aparılan müşahidələr

razılaşma yolu ilə

əlavə müşahidə edilmiş hidrometeoroloji hadisələr (havanın, torpağın, suyun maksimum temperaturu, maksimum su sərfi, yağıntılar, ifrat təhlükəli hidrometeoroloji məlumatlar), kəmiyyətlər və onların şərhi.

razılaşma yolu ilə

V. İqtisadiyyat sahələrinə verilən xüsusiləşmiş hidrometeoroloji proqnozlar:

dəmir yol və avtomobil marşrutları üzrə hidrometeoroloji proqnozlar

2,4

kənd təsərrüfatı bitkilərinin fenoloji inkişafı üzrə aqrometeoroloji proqnozlar

130,6

kənd təsərrüfatı bitkilərinin fenoloji inkişafı üzrə aqrometeoroloji icmallar

326

heyvandarlıq üçün hidrometeoroloji proqnozlar

2,6

«Azərenerji» Səhmdar Cəmiyyəti üçün ayrı-ayrı rayon, ərazi və obyektlər üzrə hidrometeoroloji proqnozlar

2,6

Xəzər Dəniz Gəmiçiliyi, Xəzər Neft Donanması, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gəmiləri və dənizdə neft çıxaran təşkilatlar üçün dəniz sektorları və akvatoriyalar üzrə hidrometeoroloji proqnozlar

3,6

meşə yanğını təhlükəsizliyi barədə hidrometeoroloji proqnozlar

40,6

alpinizm üçün hidrometeoroloji proqnozlar

31,2

qar uçqunu təhlükəsizliyi barədə hidrometeoroloji proqnozlar

2,4

respublika aeroportları üzrə müxtəlif müddətlərə hazırlanan aviameteoroloji proqnozlar

0,8

aviasiya marşrutları, trasları, aviasiya işləyən rayonlar və yerli aeroportlar üçün hündürlüklər üzrə aviameteoroloji proqnozlar

0,8

VI. Xüsusiləşdirilmiş araşdırmalar və xülasələr (icmallar):

təhlükəli sel və qar uçqunu barədə məlumatlar

5675,4

kənd təsərrüfatı bitkilərinin vəziyyəti və inkişafı barədə məlumatlar

98

ifrat təhlükəli hidrometeoroloji hadisələrin nəticələri barədə məlumatlar

6138

dağlarda olan su ehtiyatı barədə məlumatlar (icmal)

5675,4

ərazinin və ya dəniz akvatoriyasının çirklənməsi barədə məlumatlar (icmal)

3480

VII. Arayış-rejim xarakterli hidrometeoroloji məlumatlar:

hidrometeoroloji şərhin nəticələri (göstəriciləri)

1058

hidrometeoroloji şərhin kəmiyyət göstəriciləri

1058

ənənəvi olmayan hidrometeoroloji şərhlər (tədqiqatlar)

1058

xüsusiləşdirilmiş hidrometeoroloji arayışlar və məsləhətlər

98

iqtisadiyyat sahələri üzrə hazırlanan xüsusiləşdirilmiş hidrometeoroloji arayışlar

3076,4

ekspedisiya və xüsusiləşdirilmiş hidrometeoroloji müşahidələrin ümumiləşdirilmiş məlumatları

3816,8

hidrometeoroloji atlaslar, monoqrafiyalar, hesabatlar, ekspertiza məlumatları

2652,6

Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ödənişli məlumatlardan istifadəyə görə ödəmələrin həcmi müvafiq icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi əsasında mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada hidrometeorologiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər ilə bağlanmış müqavilələrə uyğun müəyyənləşdirilir.

Ödənişli məlumatların seçilməsinə və surətlərinin çıxarılmasına bu reqlamentin 2.2.1-ci bəndində göstərilən ödəmə dərəcələrinin 0,5 faizi məbləğində vəsait sifarişçi tərəfindən ödənilir.

2.2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 164 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması qaydası və miqdarı”nın 2.4-cü və 2.5-ci bəndlərinə əsasən geoloji informasiyadan istifadəyə görə haqqın miqdarı ərizəçinin seçdiyi geoloji kəşfiyyat işlərinə sərf edilən xərclərdən (keçmiş illərin məsrəfləri cari dövrün qiymətlərinə uyğunlaşdırılmaqla) faizlə təyin olunur. Geoloji informasiyadan istifadəyə görə haqqın miqdarı onun xarakterindən və ərazidə aparılmış geoloji kəşfiyyat işlərinin mərhələlərindən asılı olaraq aşağıdakı faiz dərəcələri ilə təyin olunur:

2.2.2.1. Regional yönümlü geoloji informasiya - 1,5 faizə qədər;

2.2.2.2. Axtarış yönümlü geoloji informasiya - 3,0 faizə qədər;

2.2.2.3. Axtarış-qiymətləndirmə və keyfiyyət yönümlü geoloji informasiya - 5,0 faizə qədər.

2.2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 7 iyul tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Ətraf mühitə dair informasiyanın verilməsinin maliyyələşdirilməsi mənbələrinin və ödənişin həcminin müəyyənləşdirilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən ətraf mühitə dair informasiyanın verilməsi üçün müəyyən edilən haqq onun hazırlanması, axtarılması, surətinin çıxarılması və sair işlərin dəyərindən çox olmayaraq müəyyən edilir. İnformasiyanın verilməsinə görə ödənişin həcmi informasiya verən orqanın müvafiq qurumu tərəfindən müəyyənləşdirilir.


Ödənişli məlumatın verilməsinə görə ödəmə haqları ödəniləcək bank hesabının rekvizitləri:
Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya - Arxiv Fondu
Alan bank:

Kapital Bankın Bakı şəhəri, Yasamal rayon filialı

Kod: 200026

VÖEN: 9900003611

Müxbir hesab: AZ37NABZ01350100000000001944

S.W.I.F.T: AİİBAZ 2X


Alan müştəri:

Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya - Arxiv fondu

Hesab: AZ77AİİB33020019441020230102

VÖEN: 1300421701


Milli Hidrometeorologiya Departamenti
Alan bank:

Dövlət Xəzinədarlıq Agentliyi

Kod: 210005

Muxbir hesab: AZ85NABZ01360100000003003944

S.W.I.F.T: CTREAZ 22

VÖEN: 1401555071


Alan müştəri:

Milli Hidrometeorologiya Departamenti

Hesab: AZ35CTRE00000000000002197705

VÖEN: 1500356981

Büdcə təsnifatının kodu: 142319

Büdcə səviyyəsinin kodu: 3


Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti
Alan bank:

Adı: Dövlət Xəzinədarlıq Agentliyi 7 saylı Xəzinədarlıq İdarəsi

Kod: 210005

VÖEN: 1401555071

Muxbir hesab: AZ41NABZ01360100000000003944

S.W.I.F.T: CTREAZ 22


Alan müştəri:

Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti

Hesab № AZ78CTRE00000000000002197707

VÖEN: 1500504881

Büdcə təsnifat kodu: 142319

Büdcə səviyyəsinin kodu: 3

  Ödəmə üsulları - – bank, poçt, plastik kart, nağd və ya internet vasitəsi ilə.

Təminatçı elektron xidmətin göstərilməsi üçün ödənişin real vaxt rejimində elektron formada həyata keçirilməsi imkanını təmin etməlidir.



2.3. Elektron xidmətin istifadəçiləri:

Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər, dövlət orqanları, bələdiyyələr.



2.4. Elektron xidmətin təqdim olunma yeri:

www.e-gov.az, http://e-xidmet.eco.gov.az/



2.5. Elektron xidmət barədə məlumatlandırma:
İnternet ünvanı: http:/www.eco.gov.az

Elektron poçt: arxiv-fondu@mail.ru (Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya - Arxiv fondu )

Telefon: (+994 12) 538 33 24/52

Faks: (+994 12) 510 32 25


İnternet ünvanı: http:/www.eco.gov.az

Elektron poçt: hidrometaz@mail.ru (Milli Hidrometeorologiya Departamenti)

Telefon: (+994 12) 566 24 48

Faks: (+994 12) 493 15 76


İnternet ünvanı: http:/www.eco.gov.az

Elektron poçt: milli.monitoring@mail.ru (Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti)

Telefon: (+994 12) 441 51 23 (+994 12) 440 30 26

Faks: (+994 12) 441 51 23


2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

Elektron xidmətin göstərilməsi üçün ərizə (bu reqlamentə 1 və 2 nömrəli əlavələr), bu reqlamentin 3 nömrəli əlavəsinə uyğun olaraq tərtib olunmuş müqavilə və aşağıdakı sənədlərin skan edilmiş surəti elektron formada təqdim olunur:

2.6.1. istifadəçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamə;

2.6.2. istifadəçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə;


3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.2.1. Sorğunun formalaşdırılması:

Ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından (http://e-xidmet.eco.gov.az) yüklənərək doldurulur və istifadəçi tərəfindən bu reqlamentin 2.6-cı bəndində tələb olunan sənədlərin surətləri ilə birlikdə təqdim edilir.



3.2.2. Sorğunun qəbulu:

Sorğu inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir. Sorğunun sonrakı icrası ilə bağlı istifadəçiyə məlumat (elektron ünvanına bildiriş göndərmək vasitəsi ilə) verilir.



3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:

İstifadəçi tərəfindən təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, bu reqlamentin 2.6-cı bəndində göstərilənlərdən birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması, yaxud müqavilənin düzgün tərtib edilməməsi) aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçtuna dərhal məlumat göndərilir.

Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin ətraf mühit və təbii sərvətlərlə bağlı məlumatların verilməsi ilə bağlı elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.

3.3.2. Sorğunun qəbulu:

İmtina üçün əsaslar olmadıqda sorğunun qəbul edilməsi barədə ərizəçinin elektron poçt ünvanına bildiriş göndərilir.



3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün bu reqlamentin 1.4-cü bəndində adları qeyd olunan orqanların aidiyyəti sektorlarına ünvanlanır.

Sorğunun icrası üzrə bu reqlamentin 1.4-cü bəndində adları qeyd olunan orqanların rəhbərləri bilavasitə məsuliyyət daşıyırlar.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:

Sorğuya və ona əlavə edilən sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və təkrar sorğu ilə müraciət edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir;



3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat:

Yoxdur.


3.4.4. İnzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:

Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda ərizəçiyə məlumatın verilməsindən imtina edilməməsi barədə bildiriş göndərilir. Ərizəçi bildirişi aldıqdan sonra məlumatın verilməsinə görə müəyyən olunmuş ödənişin ödənildiyini təsdiq edən sənədi təqdim edir. Bundan sonra ətraf mühit və təbii sərvətlərlə bağlı məlumatın verilməsi barədə qərar qəbul edilir və rəsmiləşdirilərək birbaşa və ya poçt rabitəsi vasitəsilə istifadəçiyə təqdim olunur, həmçinin skan edilməklə elektron formada istifadəçiyə göndərilir.



3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti bu reqlamentin 1.4-cü bəndində adları qeyd olunan orqanlar həyata keçirir.



3.5.1. Nəzarət forması:

Kargüzarlıq, daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi.



3.5.2. Nəzarət qaydası:

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.



3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat:

İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.



3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:

Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayət ərizəsi kağız üzərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin poçt ünvanına, elektron formada isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir.



3.6.3. Şikayətin baxılma müddəti:

Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

Ətraf mühit və təbii sərvətlərlə bağlı

məlumatların verilməsi üzrə inzibati
reqlament”ə


1 nömrəli əlavə
Fiziki şəxslər üçün
Azərbaycan Respublikası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin

__________________________________

 
Ətraf mühit və təbii sərvətlərlə bağlı məlumatların verilməsi üçün


Ə R İ Z Ə
__________________________________________________________________

(istifadəçinin adı, atasının adı, soyadı)

__________________________________________________________________

İnformasiyanın növü və adı: ________________________________________


İnformasiyanın istifadə forması: _____________________________________

Şəxsiyyət vəsiqəsinə dair məlumatlar
Seriya və nömrə: “________”_______________________________________

Nə vaxt və kim tərəfindən verilib: ____________________________________

Ünvan: _________________________________________________________

Tel: ______________________

Faks: ______________________

Təqdim olunan məlumatların həqiqiliyini təsdiq edirik. 


_____________________ “___“____________20__

(istifadəçinin imzası)       

Ətraf mühit və təbii sərvətlərlə bağlı



məlumatların verilməsi üzrə inzibati
reqlament”ə


2 nömrəli əlavə
Hüquqi şəxslər üçün

(Hüquqi şəxsin blankında)


Azərbaycan Respublikası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin

__________________________________

 
Ətraf mühit və təbii sərvətlərlə bağlı məlumatların verilməsi üçün


Ə R İ Z Ə
__________________________________________________________________

(istifadəçinin tam adı)



__________________________________________________________________
__________________________________________________________________

(rəhbərin vəzifəsi, adı və soyadı)


Təşkilati-hüquqi forması: __________________________________________

Hüquqi ünvanı: __________________________________________________


İnformasiyanın növü və adı: ________________________________________
İnformasiyanın istifadə forması: _____________________________________

Hesablaşma hesabının nömrəsi: _____________________________________

Bankın adı: ______________________________________________________

Tel: ____________________________________________________________

Faks: __________________________________________________________

 Təqdim olunan məlumatların həqiqiliyini təsdiq edirik. 

_____________________ _________________________

(istifadəçinin imzası)        (rəhbərin adı, soyadı)

“___“____________20__
Qeyd: Ərizə möhürlə təsdiq olunmalıdır.

Ətraf mühit və təbii sərvətlərlə bağlı



məlumatların verilməsi üzrə inzibati
reqlament”ə


3 nömrəli əlavə


Ətraf mühit və təbii sərvətlərlə bağlı məlumatların verilməsi

haqqında
MÜQAVİLƏ №_____

_________________________ “___”___________20__ il

(şəhər (rayon)
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ____________ __________________________________________________________________

(orqanın adı)


__________________________________________________________________
(vəzifənin adı, şəxsin soyadı, adı və atasının adı)

(bundan sonra “İcraçı” adlanacaq) bir tərəfdən və __________________________

(təşkilatın və vəzifənin adı,

__________________________________________________________________

vəzifəli şəxsin soyadı, adı və atasının adı)

__________________________________________________________________

(fiziki şəxsin soyadı, adı və atasının adı, VOEN-i)
____________________________________ (bundan sonra “Sifarişçi ” adlanacaq) digər tərəfdən aşağıdakı müqaviləni bağlayırlar.









1. Ümumi müddəa
Bu Müqavilə “Yerin təki haqqında”, “Hidrometeorologiya fəaliyyəti haqqında” və “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq tərtib edilmişdir.
2. Müqavilənin predmeti
2.1. Müqavilənin predmetini ətraf mühit və təbii sərvətlərlə bağlı məlumatların verilməsinin elektron sənəd formasında həyata keçirilməsi və bu barədə elektron şəkildə bildirişin göndərilməsi təşkil edir.

2.2. Tərəflər müəyyən edilmiş formada tərtib edilən və göndərilən elektron sənədin məlumatlarının kağız formasında olan sənədin məlumatlarına bərabər olduğunu və hər iki sənədin eyni hüquqi qüvvəyə malik olduğunu qəbul edir.

2.3. İcraçı __________________________________________ məlumatları (informasiyanı) hazırlayaraq (Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlara münasibətdə bu Müqaviləyə 3 nömrəli əlavəyə uyğun olaraq) Sifarişçiyə verməyi öhdəsinə götürür, Sifarişçi isə məlumatların (informasiyanın) hazırlanaraq verilməsinə görə bu Müqavilənin 1 nömrəli (Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlara münasibətdə) və 2 nömrəli əlavələrinə uyğun olaraq müəyyən edilmiş məbləğdə və qaydada ödəmə haqqını İcraçının hesabına ödəməyi öz öhdəsinə götürür.
3. Sifarişçinin hüquq və vəzifələri
3.1. Sifarişçinin hüquqları aşağıdakılardır:

3.1.1. Verilmiş məlumatların (informasiyanın) keyfiyyətini yoxlamaq;

3.1.2. Məlumatların (informasiyanın) elektron formada verilməsi ilə bağlı mübahisəli məsələlər meydana çıxdıqda qanunvericiliyin tələblərinə əməl etməklə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və ya məhkəməyə müraciət etmək;

3.1.3. İcraçı tərəfindən bu Müqavilənin şərtləri pozulduqda, 10 gün qabaqcadan xəbərdarlıq etməklə müqavilədən birtərəfli qaydada imtina etmək.

3.2. Sifarişçinin aşağıdakı vəzifələri vardır:

3.2.1. Məlumatların (informasiyanın) hazırlanaraq verilməsinə görə haqqı (və ya əvvəlcədən) ödəmək;

3.2.2. Verilmiş məlumatları (informasiyanı) üçüncü tərəfə ötürməmək.
4. İcraçının hüquq və vəzifələri
4.1. İcraçının hüquqları aşağıdakılardır:

4.1.1. Məlumatların (informasiyanın) hazırlanaraq verilməsinə (birdəfəlik və ya mərhələlərlə) görə haqqın (və ya əvvəlcədən) ödənilməsini Sifarişçidən tələb etmək;

4.1.2. Məlumatların (informasiyanın) elektron formada verilməsi ilə bağlı mübahisəli məsələlər meydana çıxdıqda qanunvericiliyin tələblərinə əməl etməklə məhkəməyə müraciət etmək;

4.1.3. Sifarişçi tərəfindən bu Müqavilənin şərtləri pozulduqda, 10 gün qabaqcadan xəbərdarlıq etməklə müqavilədən birtərəfli qaydada imtina etmək.

4.2. İcraçının aşağıdakı vəzifələri vardır:

4.2.1. Məlumatları (informasiyanı) yüksək keyfiyyətlə hazırlamaq;

4.2.1. Müqavilənin qüvvədə olduğu müddətdə hazırladığı məlumatları (informasiyanı) Sifarişçiyə vermək.
5. Müqavilənin qüvvəyə minməsi və müqavilənin müddəti
5.1. Bu Müqavilə “___”__________20___ ildən qüvvəyə minir.

5.2. Bu Müqavilə Sifarişçi və İcraçı arasında _______ müddətinə bağlanır.


6. __________________________________ məlumatların (informasiyanın) verilməsinə görə haqq
6.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 iyul tarixli 115 nömrəli qərarı ilə təsdiq edilmiş “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə ödəmə dərəcələri və qaydaları”nın 2-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 164 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması qaydası və miqdarı”nın 2.4-cü və 2.5-ci bəndlərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 7 iyul tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Ətraf mühitə dair informasiyanın verilməsinin maliyyələşdirilməsi mənbələrinin və ödənişin həcminin müəyyənləşdirilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən müvafiq olaraq _________________________________________ məlumatların (informasiyanın) verilməsinə görə haqq müəyyən edilir.

6.2. Sifarişçi _______________________________________ məlumatların (informasiyanın) verilməsinə görə ___________ məbləğində haqqı İcraçıya ödəyir.

6.3. Ödəniş hər iki tərəfin tərtib etdiyi “__________________ məlumatların (informasiyanın) təhvili - qəbulu haqqında Akt” (bu Müqaviləyə 4 nömrəli əlavə) əsasında həyata keçirilir.
7. Tərəflərin məsuliyyəti
Tərəflər bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə və ya lazımi şəkildə yerinə yetirmədikdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
8. Mübahisələr
8.1. Bu Müqavilənin şərtlərinin yerinə yetirilməsi prosesində mübahisələr yarandığı halda, tərəflər onların tənzimlənməsi üçün qarşılıqlı şəkildə zəruri tədbirlərin görülməsini öhdələrinə götürürlər.

8.2. Elektron sənədlərin dəqiqliyi ilə əlaqədar mübahisə yarandığı halda, bu Müqavilənin maraqlı tərəfi digər tərəfə səbəblərini əsaslandırmaqla və mübahisə predmeti olan elektron sənədin tarixi və nömrəsini göstərməklə yazılı müraciət edir.

8.3. Müraciət qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə təqdim olunur və baxılaraq yazılı şəkildə cavablandırılır;

8.4. Müqavilə tərəfləri arasında mübahisənin həllinin nəticələrinə görə mübahisənin mahiyyətini və tipini özündə əks etdirən akt tərtib olunur və bu Müqavilənin tərəflərinin nümayəndələri tərəfindən imzalanır;

8.5. Mübahisənin həlli üçün bu Müqavilənin tərəfləri fayl şəklində olan mübahisəli elektron sənədi və təsdiqedici elektron sənədi təqdim etməlidirlər. Mübahisəyə baxılması zamanı Müqavilənin tərəfləri elektron sənədlərin dürüstlüyünü yoxlayırlar;

8.6. Tərəflər qarşılıqlı anlaşma əldə etmədikdə, mübahisələrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmədə baxılır.


9. Yekun müddəalar
9.1. Bu Müqavilə azərbaycan dilində 2 nüsxədə tərtib olunur və hər 2 nüsxənin eyni hüquqi qüvvəsi vardır.

9.2. Bu Müqavilənin 1 nüsxəsi Sifarişçidə və 1 nüsxə İcraçıda saxlanılır.


10. Tərəflərin rekvizitləri


İcraçı

Sifarişçi

_________________________________

(məlumat (informasiya) verən orqanın adı)



_______________________________

(məlumat (informasiya) alan hüquqi şəxsin, dövlət və bələdiyyə orqanının adı)


_________________________________

(şəxsin vəzifəsi, soyadı, adı və atasının adı)


_______________________________

(müqavilənin imzalanması üçün səlahiyyətli şəxsin soyadı, adı və atasının adı)


_________________________________




_______________________________

(fiziki şəxsin soyadı, adı və atasının adı, VOEN-i)









M.Y


M.Y


Yüklə 263,62 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə