Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə



Yüklə 439,91 Kb.
səhifə2/5
tarix18.06.2018
ölçüsü439,91 Kb.
#49290
1   2   3   4   5

1.0.0. "ÜMUMİ DÖVLƏT XİDMƏTLƏRİ" bölməsi "1.1.0. Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları", "1.2.0. Beynəlxalq təşkilatlara üzvlük haqqı", "1.3.0. Xarici iqtisadi yardım", "1.4.0. Elm", "1.5.0. Başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidmətləri", "1.6.0. Dövlət borcu üzrə xidmətlər" və "1.7.0. Büdcələr arasında transfertlər" köməkçi bölmələrindən ibarətdir.
1.1.0. "Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması" köməkçi bölməsi "1.1.1. Qanunvericilik orqanları", "1.1.2. Ali və yuxarı icra hakimiyyəti orqanları", "1.1.3. Mərkəzi icra hakimiyyəti orqanları", "1.1.4. Azərbaycan Respublikasının xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinin saxlanılması", "1.1.5. Yerli icra hakimiyyəti orqanları", "1.1.6. Yerli özünüidarəetmə (bələdiyyə) orqanları" və "1.1.7. Digər mərkəzi təşkilatların saxlanılması" paraqraflarından ibarətdir.

1.1.1."Qanunvericilik orqanları" paraqrafına Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin saxlanılması xərcləri daxildir.

1.1.2. "Ali və yuxarı icra hakimiyyəti orqanları" paraqrafına ali və yuxarı icra hakimiyyəti orqanlarının saxlanılması xərcləri daxildir.

1.1.3."Mərkəzi icra hakimiyyəti orqanları" paraqrafına mərkəzi icra hakimiyyəti orqanlarının saxlanılması və həmin orqanlar tərəfindən göstərilən xidmətlər üzrə xərclər daxildir. Həmçinin mərkəzi icra hakimiyyəti orqanları tərəfindən öz sahələrindəki vəziyyət haqqında məlumatların yığılması, onların yoxlanılması, idarə edilməsi və ya onlara yardım edilməsi ilə bağlı xərclər daxildir.

1.1.4."Azərbaycan Respublikasının xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinin saxlanılması" paraqrafına xarici münasibət və siyasət sahələrində fəaliyyətin təşkili və onun operativ idarə olunmasını həyata keçirən xaricdəki səfirlik konsulluq və başqa diplomatik nümayəndəliklərin saxlanılması, xaricdə yerləşən informasiya və mədəniyyət nümayəndəliklərinin, kitabxanaların saxlanılması xərcləri daxildir.

1.1.5."Yerli icra hakimiyyəti orqanları" paraqrafına yerli icra hakimiyyəti orqanlarının və onların müstəqil idarə və şöbələrinin saxlanılması xərcləri daxildir.

1.1.6."Yerli özünüidarəetmə (bələdiyyə) orqanları və yerli özünüidarəetmə (bələdiyyə) orqanlarının müstəqil idarə və şöbələri" paraqrafına yerli özünüidarəetmə (bələdiyyə) orqanlarının və onların müstəqil idarə və şöbələrinin saxlanılması xərcləri daxildir.

1.1.7. «Digər mərkəzi təşkilatların saxlanılması» paraqrafına digər mərkəzi təşkilatların saxlanılması və həmin təşkilatlar tərəfindən göstərilən xidmətlər üzrə xərclər daxildir. Həmçinin digər mərkəzi təşkilatlar tərəfindən öz sahələrindəki vəziyyət haqqında məlumatların yığılması, onların yoxlanılması, idarə edilməsi və ya onlara yardım edilməsi ilə bağlı xərclər daxildir.


1.2.0. "Beynəlxalq təşkilatlara üzvlük haqqı" köməkçi bölməsi "1.2.1. Beynəlxalq maliyyə kredit təşkilatlarına" və "1.2.2. Digər beynəlxalq təşkilatlara" paraqraflarından ibarətdir, həmçinin beynəlxalq və digər təşkilatlar üzrə üzvlük haqlarının ödənilməsi bu paraqrafın xərclərinə daxil edilir.
1.3.0."Xarici iqtisadi yardım" köməkçi bölməsinə xarici dövlətlərə iqtisadi və texniki yardımla bağlı xərclər daxildir. Bu köməkçi bölmə "1.3.1. inkişaf etməkdə olan və keçid dövrünü yaşayan ölkələr" və "1.3.2. Beynəlxalq təşkilatların vasitəsi ilə" paraqraflarından ibarətdir.

1.3.1."İnkişaf etməkdə olan və keçid dövrünü yaşayan ölkələr" paraqrafına inkişaf etməkdə olan və keçid dövrünü yaşayan ölkələrə iqtisadi yardım göstərən təşkilatların idarə olunması, xarici dövlətlərin hökumətlərində akkreditə olunmuş iqtisadi yardım üzrə missiyaların idarə olunması və onlara texniki kömək göstərilməsi ilə bağlı proqramların idarə olunması, əvəzsiz şəkildə verilən iqtisadi yardımlarla bağlı xərclər daxildir.

1.3.2."Beynəlxalq təşkilatların vasitəsi ilə" paraqrafına beynəlxalq təşkilatların vasitəsi ilə göstərilən iqtisadi yardımla bağlı məsələlərə rəhbərlik, beynəlxalq, regional və sair təşkilatların iqtisadi inkişaf fondlarına maliyyə və maddi formada göstərilən ödənişlər üzrə xərclər daxildir.
1.4.0. "Elm" köməkçi bölməsinə fundamental elmi-tədqiqatlarla və ümumi dövlət xidmətləri ilə məşğul olan dövlət orqanlarında elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən işlər və onların saxlanılması üzrə xərclər daxildir. Bu köməkçi bölmə "1.4.1. Fundamental elm" və "1.4.2. Ümumdövlət xidmətləri üzrə tətbiqi tədqiqatlar" paraqraflarından ibarətdir.

1.4.1. "Fundamental elm" paraqrafına fundamental elmi tədqiqatlarla məşğul olan təşkilatlara rəhbərlik və onların idarə edilməsi, qeyri-dövlət elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən fundamental tədqiqatlara yardım üzrə xərclər daxildir.

1.4.2. "Ümumi dövlət xidmətləri üzrə tətbiqi tədqiqatlar" paraqrafına konkret funksiyalara aid edilməyən elmi təşkilatların saxlanılması, idarə edilməsi, konkret praktiki məqsədlərə nail olmaq üçün yeni biliklərin əldə edilməsi ilə bağlı xərclər, elmi tədqiqatlar və praktiki təcrübə nəticəsində əldə olunmuş biliklərin istifadəsi ilə bağlı yeni materialların alınması, qurğuların yaradılması, yeni proseslərin, sistemlərin və xidmətlərin tətbiqi və təkmilləşdirilməsi ilə bağlı xərclər, qeyri-dövlət elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən ümumi təyinatlı dövlət xidmətləri ilə əlaqədar tətbiqi və təcrübi tədqiqatlara yardımların verilməsi xərcləri daxildir. Həmçinin bu paraqrafa arxiv idarələrinin saxlanılması xərcləri daxildir.
1.5.0. "Başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidmətləri" köməkçi bölməsinə ölkədə seçicilərin qeydiyyatı, seçkilərin, referendumların və digər seçkilərin keçirilməsi, respublika miqyaslı siyahıyaalınma və statistika sistemində islahatların aparılması xərcləri daxildir. Bu köməkçi bölmə "1.5.1. Azərbaycan Respublikası Prezidentinin seçkilərinin keçirilməsi", "1.5.2. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsi", "1.5.3. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin keçirilməsi", "1.5.4. Azərbaycan Respublikasının bələdiyyə orqanlarına seçkilərin keçirilməsi", "1.5.5. Ümumxalq səsverməsinin (referendumunun) keçirilməsi", "1.5.6. Digər seçki ilə bağlı tədbirlərin keçirilməsi", "1.5.7. Müxtəlif siyahıyaalınma tədbirlərinin keçirilməsi" və "1.5.8. Statistika sistemində islahatların aparılması" paraqraflarından ibarətdir.
1.6.0. "Dövlət borcu üzrə xidmətlər" köməkçi bölməsinə xarici ölkələrdən və beynəlxalq maliyyə-kredit təşkilatlarından alınmış kreditlərə xidmətlə əlaqədar və dövlət istiqrazlarının zəmanətləri və ya onların yerləşdirilməsi, Milli Bankdan və digər səhmdar kommersiya banklarından alınmış kreditlərlə əlaqədar faizlərin ödənilməsi ilə bağlı xərclər daxildir. Bu köməkçi bölmə "1.6.1. Xarici ölkələrdən alınan kreditlər", "1.6.2. Beynəlxalq maliyyə-kredit təşkilatlarından alınan kreditlər", "1.6.3. Dövlət istiqrazlarının yerləşdirilməsi "1.6.4. Dövlət daxili uduşlu istiqraz vərəqələri və başqa qiymətli kağızlar üzrə tirajların keçirilməsi və uduşların verilməsi", "1.6.5. Azərbaycan Respublikası Milli Bankından alınmış kreditlər", "1.6.6. Səhmdar kommersiya banklarından alınmış kreditlər" və "1.6.7. Digər borclar" paraqraflarından ibarətdir.
1.7.0. "Büdcələr arasında transfertlər" köməkçi bölməsinə müxtəlif səviyyəli büdcələr arasında (Dövlət büdcəsi, Naxçıvan MR-in büdcəsi və yerli (bələdiyyə) büdcələri) ümumi xarakter daşıyan və konkret funksiyaya aid edilməyən transfertlərlə bağlı xərclər daxildir. Bu köməkçi bölmə "1.7.1. Naxçıvan Muxtar Respublikasının büdcəsi", "1.7.2. Yerli (bələdiyyə) büdcələr" və "1.7.3. Büdcələrarası digər transfertlər" paraqraflarından ibarətdir.
2.0.0. "MÜDAFİƏ" bölməsi "2.1.0. Müdafiə qüvvələri", "2.2.0. Milli təhlükəsizlik", "2.3.0. Müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar" və "2.4.0. Digər kateqoriyalara aid edilməyənlər" köməkçi bölmələrindən ibarətdir.
2.1.0. "Müdafiə qüvvələri" köməkçi bölməsinə silahlı qüvvələr, müdafiə sahəsində məsələlərə və xidmətlərə rəhbərlik, quru, dəniz, hava hücumlarından müdafiə qüvvələrinin idarə edilməsi, mühəndis və nəqliyyat qoşunlarının, rabitə qoşunlarının, hərbi kadr xidmətinin və digər qeyri-nizami xidmətlərin, ehtiyatda olanların və müdafiə məqsədli köməkçi qüvvələrin idarə edilməsi və ya onlara kömək göstərilməsi, həmçinin xaricdə olan hərbi attaşelərin aparatlarının və səhra hospitallarının saxlanılması ilə bağlı xərclər, həmçinin xarici dövlətlərə hərbi yardımların göstərilməsi, mülki müdafiə məsələləri ilə bağlı xidmətlər daxildir. Bu köməkçi bölmə "2.1.1. Ordu və donanma", "2.1.2. Mülki müdafiə", "2.1.3. Xarici dövlətlərə hərbi yardım" və "2.1.4. Müdafiə sahəsində digər tədbirlər" paraqraflarından ibarətdir.

2.1.1. "Ordu və donanma" paraqrafına silahlı qüvvələr, müdafiə sahəsində məsələlər və xidmətlərə rəhbərlik, quru, dəniz, hava hücumlarından müdafiə qüvvələrinin idarə edilməsi, mühəndis və nəqliyyat qoşunlarının, rabitə qoşunlarının, hərbi kadr xidmətinin və digər qeyri-nizami xidmətlərin, ehtiyatda olanların və müdafiə məqsədli köməkçi qüvvələrin idarə edilməsi və ya onlara kömək göstərilməsi ilə bağlı xərclər daxildir.

2.1.2. "Mülki müdafiə" paraqrafına mülki müdafiə məsələləri və bununla bağlı xidmətlərə rəhbərlik, müxtəlif şəraitdə hərəkət planlarının işlənib hazırlanması, mülki idarələrin və əhalinin cəlb edilməsi ilə təlimlərin keçirilməsi, mülki müdafiə qüvvələrinin idarə edilməsi və ya onlara kömək göstərilməsi ilə bağlı xərclər daxildir.

2.1.3. "Xarici dövlətlərə hərbi yardım" paraqrafına hərbi yardım məsələlərinə rəhbərlik və xarici dövlətlərin hökumətləri yanında akkreditə olunmuş və ya beynəlxalq hərbi təşkilatlara və ya ittifaqlara verilmiş, hərbi yardım göstərilməsi üzrə xidmətlərin idarə edilməsi, kreditlər (onlara görə tutulan faizlərdən asılı olmayaraq) şəklində hərbi yardım və ya qaytarılmaq şərti ilə avadanlıqların borc verilməsi, hərbi kontingentlərin verilməsi də daxil olmaqla, sülhün qorunması üzrə beynəlxalq qüvvələrin saxlanmasında iştirakla bağlı xərclər daxildir.

2.1.4. "Müdafiə sahəsində digər tədbirlər" paraqrafına müdafiə sahəsində ümumi siyasətin və proqramların hazırlanması, onlara rəhbərliyin edilməsi, əlaqələndirilməsi və onların həyata keçirilməsinə nəzarət, müdafiə sahəsində qanunlara əməl olunmasının təmin edilməsi, müdafiə məsələləri üzrə ümumi xarakterli məlumatların hazırlanması, yığılması, yayılması və bağlı xidmətlər üzrə xərclər daxildir.
2.2.0. "Milli təhlükəsizlik" köməkçi bölməsinə milli təhlükəsizlik qüvvələrinə rəhbərlik və onun idarə olunması, kadr siyasəti və saxlanılması ilə bağlı xərclər daxildir.
2.3.0. "Müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar" köməkçi bölməsinə müdafiə və milli təhlükəsizliklə əlaqədar tətbiqi tədqiqatları və təcrübi işləri həyata keçirən təşkilatlara rəhbərlik və onların idarə edilməsi, elmi tədqiqat institutları tərəfindən həyata keçirilən müdafiə və milli təhlükəsizliklə əlaqədar tətbiqi tədqiqatların və təcrübi işlərin həyata keçirilməsi ilə bağlı xərclər daxildir.
2.4.0. "Digər kateqoriyalara aid edilməyənlər" köməkçi bölməsinə "Müdafiə" bölməsinə daxil edilmiş paraqraflarda öz əksini tapmayan digər xidmətlərlə bağlı xərclər daxildir.
3.0.0. "MƏHKƏMƏ HAKİMİYYƏTİ, HÜQUQ MÜHAFİZƏ VƏ PROKURORLUQ" bölməsi "3.1.0. Məhkəmə hakimiyyəti", "3.2.0. Hüquq mühafizə", "3.3.0. Prokurorluq", "3.4.0. Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq sahəsində tətbiqi tədqiqatlar" və "3.5.0. Digər kateqoriyalara aid edilməyən xidmətlər" köməkçi bölmələrindən ibarətdir.
3.1.0. "Məhkəmə hakimiyyəti" köməkçi bölməsinə məhkəmə orqanlarının saxlanılması, məhkəmələrin qərarı ilə cərimələrin alınması və məhkəmə qərarlarının yerinə yetirilməsi, ona kömək göstərilməsi, vaxtından əvvəl şərti olaraq azadlığa buraxılma və şərti mühakimə sistemlərinin idarə edilməsi, mülki və cinayət məhkəmələrinə və məhkəmə sisteminə rəhbərlik və onun idarə edilməsi, tribunal və ombudsmanların saxlanılması və məhkəmə hakimiyyəti orqanlarında sair tədbirlər, həmçinin hökumət tərəfindən maliyyələş-dirilən və təchiz olunan, eyni zamanda hökumətin və ya başqa orqanların adından hüquqi yardım və məsləhətlə bağlı göstərilən xidmətlər üzrə xərclər daxildir. Bu köməkçi bölmə "3.1.1. Məhkəmə hakimiyyəti" və "3.1.2. Sair tədbirlər" paraqraflarından ibarətdir.
3.2.0. "Hüquq mühafizə" köməkçi bölmə "3.2.1. Hüquq mühafizə", "3.2.2. Yanğın təhlükəsizliyi" və "3.2.3. Sair tədbirlər" paraqraflarından ibarətdir.

3.2.1. "Hüquq mühafizə" paraqrafına xarici vətəndaşların qeydiyyatı, mühacirlərə işçi və yol sənədlərinin verilməsi, məhbuslarla əlaqədar sənədləşdirmə və statistik məlumatların aparılması və yığılması, yol hərəkətinin nizamlanması və ona nəzarət, polis qüvvələri tərəfindən qaçaqmalçılıq fəaliyyətinin qarşısının alınması, dənizdə və çaylarda balıq ovuna nəzarət də daxil edilməklə, polisin fəaliyyətinin təşkili, yol hərəkətinin təşkili, idarə edilməsi, nizami və köməkçi polis qüvvələrinin, liman, sərhəd və sahil mühafizəsinin və digər xüsusi polis qüvvələrinin idarə edilməsi, kriminalistika laboratoriyalarının, polis üçün kadr hazırlığı proqramlarının idarə edilməsi və onlara yardımların göstərilməsi ilə bağlı xərclər daxildir.

3.2.2. "Yanğın təhlükəsizliyi" paraqrafına yanğınla mübarizə və onun qarşısının alınması üzrə fəaliyyət və bu xidmətə rəhbərlik, nizami və köməkçi yanğınsöndürmə dəstələrinin, yanğınla mübarizə və yanğının qarşısının alınması üzrə digər xidmətlərin idarə edilməsi, yanğınla mübarizə və onun qarşısının alınması üzrə kadr hazırlığı proqramlarının idarə edilməsi və onlara yardımın göstərilməsi ilə bağlı xərclər daxildir.

3.2.3. "Sair tədbirlər" paraqrafına dağlarda xilasetmə xidməti, çimərliklərə nəzarət xidməti, su basmış ərazilərdən əhalinin köçürülməsi və sair bu kimi mülki əhalinin qorunması xidmətləri ilə bağlı xərclər daxildir.
3.3.0. "Prokurorluq" köməkçi bölməsinə prokurorluq sisteminin işinin təşkili, idarə edilməsi, saxlanılması və sair tədbirlərin xərcləri daxildir. Bu köməkçi bölmə "3.3.1. Prokurorluq" və "3.3.2. Sair tədbirlər" paraqraflarından ibarətdir.
3.4.0. "Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq sahə-sində tətbiqi tədqiqatlar" köməkçi bölməsinə məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq sahəsində tətbiqi tədqiqatlar və təcrübə işlərini hə-yata keçirən müəssisələrə rəhbərlik və onların idarə edilməsi, elmi tədqiqat institutları tərəfindən həyata keçirilən tətbiqi tədqiqatların və təcrübi işlərin həyata keçirilməsi ilə bağlı xərclər daxildir.
3.5.0. "Digər kateqoriyalara aid edilməyən xidmətlər" köməkçi bölmə-sinə "məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanları" bölməsinə daxil edilmiş paraqraflarda öz əksini tapmayan digər xidmətlər üzrə xərclər daxildir.
4.0.0. "TƏHSİL" bölməsi dövlət tərəfindən təhsilə, fərdi və kollektiv əsaslarla şagird və tələbələrə göstərilən xidmətlərə çəkilən xərcləri özündə birləşdirir. Təhsil sahəsində kollektiv xidmətlər, dövlət siyasətinin müəyyənləşdirilməsi və müvafiq proqramların işlənib hazırlanması, təhsil müəssisələrinin fəaliyyətlərinin tənzimlənməsi, təhsil sahəsində fəaliyyətlə və göstərilən xidmətlərlə əlaqədar təcrübə və əsaslı tədqiqatlarla bağlı görülən işlər bu bölmənin xərclərinə daxildir. Bu bölmə "4.1.0. Məktəbəqədər və ibtidai təhsil", "4.2.0. Natamam və orta təhsil", "4.3.0. İnternat və xüsusi məktəblər", "4.4.0. Texniki-peşə məktəbləri və liseylər", "4.5.0. Ali təhsil", "4.6.0. Təhsil sahəsində tətbiqi tədqiqatlar" və "4.7.0. Təhsil sahəsində digər xidmətlər" köməkçi bölmələrindən ibarətdir.
4.1.0. "Məktəbəqədər və ibtidai təhsil" köməkçi bölməsi "4.1.1. Məktəbəqədər təhsil" və "4.1.2. İbtidai təhsil" paraqraflarından ibarətdir.

4.1.1. "Məktəbəqədər təhsil" paraqrafına məktəbəqədər (uşaq bağçaları) təhsilin təmin edilməsi, məktəbəqədər təhsili təmin edən məktəblərin və digər təhsil müəssisələrinin saxlanılması və onlara kömək göstərilməsi ilə bağlı xərclər daxildir.

4.1.2. "İbtidai təhsil" paraqrafına ibtidai təhsilin (1-4-cü siniflər) təmin edilməsi, ibtidai təhsili təmin edən məktəblərin və digər təhsil müəssisələrinin saxlanılması və onlara kömək göstərilməsi ilə bağlı xərclər daxildir.
4.2.0."Natamam və orta təhsil" köməkçi bölməsi "4.2.1. Natamam təhsil" və "4.2.2. Orta təhsil" paraqraflarından ibarətdir.

4.2.1."Natamam təhsil" paraqrafına natamam orta təhsilin (5-9-cu siniflər) təmin edilməsi, natamam orta təhsili təmin edən məktəblərin və digər təhsil müəssisələrinin saxlanılması və onlara köməklik göstərilməsi ilə bağlı xərclər daxildir.

4.2.2. "Orta təhsil" paraqrafına orta təhsilin (10-11-ci siniflər) təmin edilməsi, orta təhsili təmin edən məktəblərin və digər təhsil müəssisələrinin saxlanılması və onlara kömək göstərilməsi ilə bağlı xərclər daxildir.
4.3.0. "İnternat və xüsusi məktəblər" köməkçi bölməsi "4.3.1. İnternatlar", "4.3.2. Xüsusi rejimli internatlar" və "4.3.3. Xüsusi məktəblər" paraqraflarından ibarətdir.

4.3.1. "İnternatlar" paraqrafına bütün tiplərdən olan (xüsusi rejimli və idman təmayüllü internat məktəblərindən başqa) internat məktəblərinin saxlanılması və onlara kömək göstərilməsi ilə bağlı xərclər daxildir.

4.3.2. "Xüsusi rejimli internatlar" paraqrafına lal-kar, kor, poliomielit keçirmiş, zəif görən, eləcə də zehni və fiziki inkişafında fiziki və başqa qüsurları olan uşaqlar üçün internat məktəblərinin saxlanılması və onlara kömək göstərilməsi ilə bağlı xərclər daxildir.

4.3.3."Xüsusi məktəblər" paraqrafına xüsusi tərbiyə edilmə şəraitinə ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulmuş xüsusi məktəblərin saxlanılması və onlara kömək göstərilməsi ilə bağlı xərclər daxildir.
4.4.0. "Texniki-peşə məktəbləri və liseylər" köməkçi bölməsi "4.4.1. Texniki-peşə məktəbləri", "4.4.2. Liseylər", "4.4.3. Xüsusi texniki-peşə məktəbləri və liseylər" və "4.4.4. Orta-ixtisas təhsili" paraqraflarından ibarətdir.

4.4.1."Texniki-peşə məktəbləri" paraqrafına texniki-peşə məktəblərində təhsilin təmin edilməsi və onlara kömək göstərilməsi, texniki-peşə məktəblərində məktəbdənkənar təhsilin təmin edilməsi, texniki-peşə məktəblərində təhsili təmin edən proqramların alınması və təqaüdlərin verilməsi ilə bağlı xərclər daxildir.

4.4.2."Liseylər" paraqrafına liseylərdə təhsilin təmin edilməsi və onlara kömək göstərilməsi, liseylərdə məktəbdənkənar təhsilin təmin edilməsi, liseylərdə təhsili təmin edən proqramların alınması və təqaüdlərin verilməsi ilə bağlı xərclər daxildir.
4.4.3. "Xüsusi texniki-peşə məktəbləri və liseylər" paraqrafına həddi-büluğa çatmamış uşaqlar üçün tərbiyə müəssisələri əsasında təşkil edilmiş və şagirdlərin maddi təminatı müəyyən olunmuş normalar üzrə aparılan xüsusi texniki-peşə məktəbləri və liseyləri, həmçinin islah-əmək müəssisələrinin bazasına yaradılan texniki-peşə məktəbləri və liseylərinin inzibati və müəllim (ustalar daxil edilir) heyətinin saxlanılması və başqa tədrislə bağlı xərclər daxildir.

4.4.4. "Orta-ixtisas təhsili" paraqrafına texnikum, pedaqoji, musiqi, xoreoqrafiya, rəssamlıq, tibb, olimpiya ehtiyatı və sair məktəblər tərəfindən təhsilin təmin edilməsi ilə bağlı xərclər daxildir.
4.5.0. "Ali təhsil" köməkçi bölməsi "4.5.1. Ali təhsilin birinci mərhələsi", "4.5.2. Ali təhsilin ikinci mərhələsi" və "4.5.3. İxtisasartırma institutları" paraqraflarından ibarətdir.

4.5.1. "Ali təhsilin birinci mərhələsi" paraqrafına ali təhsilin birinci mərhələsinin (bakalavr) təmin edilməsi ilə bağlı xərclər daxildir.

4.5.2. "AIi təhsilin ikinci mərhələsi" paraqrafına ali təhsilin ikinci mərhələsinin (magistratura) təmin edilməsi ilə bağlı xərclər daxildir.

4.5.3. "İxtisasartırma institutları" paraqrafına bütün ixtisaslar üzrə kadrların hazırlanması, yenidən hazırlanması və ixtisasartırma institutlarının saxlanılması ilə bağlı xərclər daxildir.
4.6.0. "Təhsil sahəsində tətbiqi tədqiqatlar" köməkçi bölməsinə təhsilə aid edilən təcrübə və tətbiqi tədqiqatlar üzrə işləri həyata keçirən təşkilat-ların idarə edilməsi, elmi tədqiqat institutları tərəfindən təhsil sahəsində hə-yata keçirilən təcrübə və tətbiqi tədqiqat işlərinə kömək göstərilməsi ilə bağlı xərclər daxildir.
4.7.0. "Təhsil sahəsində digər xidmətlər" köməkçi bölməsinə təhsil sahəsində digər xidmətlər, əsasən aldıqları təhsildən asılı olmayaraq, təhsil alanlara göstərilən nəqliyyat, qidalanma, yaşayış, tibbi, stomatoloji və digər köməkçi xidmətlərlə bağlı xərclər və "Təhsil" bölməsində öz əksini tapmayan digər xərclər daxildir.
5.0.0. "SƏHİYYƏ" bölməsi xəstəxanaların, klinikaların, tibb məntəqələrinin və sair tibbi personal üçün standartların işlənib hazırlanması və onlara əməl olunmasının təminatı, səhiyyə sahəsində xidmət göstərənlərin fəaliyyətlərinin tənzimlənməsi və lisenziyalaşdırılması, həmçinin tibbi sağlamlığın qorunması sahəsində təcrübə və tətbiqi tədqiqatlarla bağlı fəaliyyətləri əhatə edir. Bu bölmə "5.1.0. Poliklinikalar və ambulatoriyalar", "5.2.0. Xəstəxanalar", "5.3.0. Səhiyyə sahəsində digər xidmətlər", "5.4.0. Tibbi avadanlıq və məmulatlar", "5.5.0. Səhiyyə sahəsində tətbiqi tədqiqatlar" və "5.6.0. Səhiyyə sahəsinə aid edilən digər xidmətlər" köməkçi bölmələrindən ibarətdir.
5.1.0. "Poliklinikalar və ambulatoriyalar" köməkçi bölməsinə ümumi profilli həkimlər və paratibbi personal, həmçinin onların köməkçiləri tərəfindən ambulator xəstələrə göstərilən tibbi, stomatoloji və paratibbi xidmətlərlə (fərdi və ya qrup halında evlərdə, tibbi məsləhətxanalarda, dispanserlərdə və ya poliklinikalarda) bağlı xərclər daxildir və "5.1.1. Ümumi təyinatlı tibbi xidmət", "5.1.2. Xüsusiləşdirilmiş tibbi xidmət", "5.1.3. Stomatoloji xidmət" və "5.1.4. Paratibbi xidmət" paraqraflarından ibarətdir.

5.1.1. "Ümumi təyinatlı tibbi xidmət" paraqrafına ümumi təyinatlı tibbi klinikalar (poliklinikalar) və ümumi profilli həkimlər tərəfindən göstərilən xidmətlərlə bağlı faizlər daxildir.

5.1.2. "Xüsusiləşdirilmiş tibbi xidmət" paraqrafına xüsusiləşdirilmiş tibbi klinikalar (poliklinikalar) və həkim-mütəxəssislər tərəfindən göstərilən xidmətlər, o cümlədən poliklinikalarda həkim-mütəxəssislər tərəfindən fərdi qaydada göstərilən xidmətlər, müəyyən xəstəliklərə düçar olmuş və tibbi müalicə qəbul edən və ya müəyyən kateqoriyaya aid olunan xəstələrin müalicə edilməsi ilə bağlı xərclər daxildir.

5.1.3. "Stomatoloji xidmət" paraqrafına ümumi təyinatlı (profilli) və xüsusiləşdirilmiş stomatoloji poliklinikalar və diş həkimləri, ağız boşluğunun gigiyenası sahəsində mütəxəssislər və diş müalicəsinin digər köməkçi heyət tərəfindən həyata keçirilən xidmətlərlə bağlı xərclər daxildir.

Ambulator xəstələrə stomatoloji xidmətlərin göstərilməsi, diş protezlərinin uyğunlaşdırılmasına çəkilən xərclər, ümumi təyinatlı stomatoloji poliklinikalar və ya xüsusiləşdirilmiş stomatoloji poliklinikalar və diş həkimləri, ağız boşluğu sahəsində mütəxəssislər və ya diş müalicəsinin digər köməkçi heyəti tərəfindən həyata keçirilən stomatoloji xidmətlərlə bağlı xərclər bu paraqrafın xərclərinə daxildir.



5.1.4. "Paratibbi xidmət" paraqrafına ambulator xəstələrə paratibbi xidmətlərin göstərilməsi, tibb bacıları, fizioterapevtlər, əmək terapiyası sahəsində mütəxəssislər, loqopedlər və ya digər paratibbi personal tərəfindən nəzarət edilən klinikaların həyata keçirdikləri tibbi xidmətlərlə, həmçinin orta tibb işçisi və paratibbi personal tərəfmdən qəbul kabinetləri olmayan yerlərdə, xəstələrin evlərində və ya digər qeyri-səhiyyə müəssisələrində həyata keçirilən xidmətlərlə bağlı xərclər daxildir.

Ayaq dırnaqları üzrə mütəxəssislər, xiropraktiklər, optometristlər, ənənəvi tibb sahəsində mütəxəssislər və sair, tibbi tədqiqat laboratoriyalarının və rentgen kabinələrinin, müalicə avadanlığının kirayəsi, həkim tərəfindən təyin olunmuş bədən quruluşuna düzəliş verən müalicəvi gimnastika, bolneoloji ambulator müalicə və ya dəniz suyu ilə müalicə, xəstəxanalara məxsus olma-yan təcili yardım xidmətləri bu paraqrafın xərclərinə daxildir.


Yüklə 439,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə