Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında Konsulluq Konvensiyası



Yüklə 177,41 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix01.09.2018
ölçüsü177,41 Kb.
#66286
  1   2   3   4   5   6   7


"Azərbaycan   Respublikası   və   Özbəkistan   Respublikası  arasında   Konsulluq 

Konvensiyası"nın təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:



I.    2004-cü   il   martın   23-də   Daşkənd   şəhərində   imzalanmış   "Azərbaycan   Respublikası   və 

Özbəkistan Respublikası arasında Konsulluq Konvensiyası" təsdiq edilsin.

II.  Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,



 Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 may 2004-cü il



              № 670-IIQ

 

 



Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında

K O N S U L L U Q       K O N V E N S İ Y A S I

 

Azərbaycan Respublikası və Özbəkistan Respublikası,



iki ölkə arasında dostluq münasibətlərinin inkişafına yardım etmək, habelə öz vətəndaşlarının 

hüquqlarmı və mənafeyini daha səmərəli qorumağa səy göstərərək,

1963-cü   il   aprelin   24-də   Vyanada   imzalanmış   konsulluq   əlaqələri   haqqında   Vyana 

Konvensiyasını inkişaf etdirmək məqsədilə konsulluq münasibətlərini yerinə yetirmək üçün əlavə 

müddəalar müəyyən etmək arzusu ilə,

aşağıdakılar barədə razılığa gəldilər:

M a d d ə       1

Təriflər

Bu Konvensiyada işlədilən terminlər aşağıdakı mənaları daşıyır:

1.

  

"Konsulluq" - hər hansı baş konsulluq, konsulluq, vitse-konsulluq və konsulluq agentliyi;



2.

  

"Konsulluq   dairəsi"   -   qəbul   edən   ölkənin   ərazisində   konsulluğa   öz   vəzifələrini   yerinə 



yetirmək üçün ayrılmış bölgə;

3.

  



"Konsulluq başçısı" - konsulluğa rəhbərlik etmək tapşırığı almış şəxs;

4.

  



"Konsulluğun   vəzifəli   şəxsi"   -   konsulluq   başçısı   daxil   olmaqla,   konsulluq

funksiyalarını yerinə yetirmək tapşırığı almış hər hansı şəxs;

5.

  

"Konsulluğun əməkdaşı" - konsulluqda inzibati və texniki vəzifələri yerinə yetirən hər hansı 



şəxs;

6.

  



"Xidmət personalı işçisi" - konsulluqda xidmət işlərini yerinə yetirən şəxs;

7.

  



"Konsulluğun  işçiləri"   - yəni  konsulluğun  vəzifəli  şəxsləri,  konsulluq   əməkdaşları  və  ya 

xidmət personalı işçiləri;

8.

  

"Konsulluq   personalı   işçiləri"   -   konsulluğun   vəzifəli   şəxsləri   (konsulluq   başçısı   istisna 



olmaqla), habelə konsulluğun əməkdaşı və xidmət personalı işçiləri;

9.

  



"Xüsusi ev xidmətçisi" - konsulluq işçisinin yalnız xüsusi xidmətində olan şəxs;


10.

 

"Konsulluq binaları" - kimin mülkiyyətində olmasından asılı olmayaraq, yalnız konsulluq 



funksiyalarmı yerinə yetirmək üçün ayrılmış binalar və ya bina hissələri, bu binalara və yaxud bina 

hissələrinə aid torpaq sahəsi;

11.

 

"Konsulluq arxivləri" - konsulluğa aid bütün kağızlar, yazışmalar, sənədlər, kitablar, filmlər, 



videosəsyazma   lentləri,   konsulluğun   reyestrləri,   şifr   və   kod   cədvəlləri,   kartotekalar,   onların 

saxlanılması və mühafizəsi, təmin edilməsi üçün ayrılmış ləvazimatlar;

12.

 

"Göndərən dövlətin hava gəmisi" - hərbi hava gəmiləri istisna olmaqla, göndərən dövlətdə 



qeydiyyatdan keçirilmiş bildirici işarələrini daşımaq hüququna malik olan hər hansı uçuş aparatı 

deməkdir.

M a d d ə       2

Konsulluqların açılması

1.

  



Göndərən dövlətin konsulluğu qəbul edən dövlətin ərazisində yalnız qəbul edən dövlətin 

razılığı ilə açıla bilər.

2.

  

Konsulluğun   yerləşdiyi   ərazi,   onun   dərəcəsi,   konsulluq   dairəsi   və   konsulluğun   vəzifəli 



şəxslərinin sayı göndərən dövlətlə qəbul edən dövlət arasında razılığa əsasən müəyyənləşdirilir.

3.

  



Konsulluğun   yerləşdiyi   ərazidə,   onun   dərəcəsində   və   konsulluq   dairəsində,   yaxud 

konsulluğun vəzifəli şəxslərinin sayında sonrakı dəyişiklikləri göndərən dövlət tərəfindən qəbul 

edən dövlətin razılığına əsasən həyata keçirilə bilər.

4.

  



Baş   konsulluq   və   ya   konsulluq,   yerləşdiyi   ərazidən   kənarda   vitse-konsulluq,   yaxud 

konsulluq agentliyi açmaq istədiyi halda da qəbul edən dövlətin razılığı zəruridir.

5.

  

Mövcud konsulluğun tərkib hissəsini təşkil edən dəftərxananın onun yerləşdiyi ərazidən 



kənarda açılması üçün də qəbul edən dövlətin əvvəlcədən müəyyən razılıq verməsi zəruridir.

M a d d ə       3



Konsulluq başçısının təyin olunması

1.

  



Konsulluq başçısı təyin edilməzdən əvvəl göndərən dövlət tərəfindən diplomatik və ya digər 

müvafiq kanallarla təklif olunan şəxs barədə qəbul edən dövlətin razılığı alınmalıdır.

2.

  

Qəbul   edən   dövlət   hər   hansı   bir   şəxsin   konsulluq   başçısı   sifətində   təyin



olunmasına razılıq verməzsə, 0, göndərən dövlətə bu imtinanın səbəblərini göstərməyə borclu 

deyil.


3.

  

Göndərən dövlət diplomatik kanallar vasitəsilə qəbul edən dövlətin Xarici İşlər Nazirliyinə 



konsulluq   patentinin   və   ya   konsulluq   başçısının   təyin   edilməsi   barədə   digər   analoji   sənədi 

göndərir. Bu sənəddə konsulluq başçısının tam adı, soyadı, vətəndaşlığı, konsulluğun yeri, dərəcəsi 

və konsulluq dairəsi göstərilir.

4.   Qəbul   edən   dövlət   konsulluq   patentini   və   ya   digər   analoji   sənədi   aldıqdan   sonra 

konsulluğun başçısının təyin edilməsi üçün ona formasından asılı olmayaraq ekzekvatura adlanan 

icazə sənədi verir.

Ekzekvaturanı və ya digər icazəni verməkdən imtina edən qəbul edən dövlət, göndərən dövlətə 

bu imtinanın səbəblərini göstərməyə borclu deyil.

5.

  

Bu maddənin 6-cı bəndində və 4-cü maddədə göstərilən hallar istisna olmaqla, konsulluq 



başçısı   yalnız   belə   ekzekvatura   və   ya   digər   icazə   verildikdən   sonra   öz   funksiyalarmı   yerinə 

yetirməyə başlaya bilər.

6.

  

Qəbul   edən   dövlət   ekzekvatura   və   ya   digər   icazə   sənədi   verənədək   müvəqqəti   olaraq 



konsulluq   başçısına   öz   funksiyalarını   yerinə   yetirməyə   razılıq   verə   bilər.   Bu   halda   hazırkı 

Konvensiyanın müddəaları tətbiq edilir.




Yüklə 177,41 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə