Azərbaycan Respublikası və Ukrayna arasında 2009-cu IL aprelin 9-da Bakı şəhərində imzalanmış sənədlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



Yüklə 128,06 Kb.
Pdf görüntüsü
tarix04.02.2018
ölçüsü128,06 Kb.
#23721


Azərbaycan Respublikası və Ukrayna arasında 2009‐cu il aprelin 9‐da Bakı şəhərində 

imzalanmış sənədlər haqqında 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 

1. Azərbaycan Respublikası və Ukrayna arasında 2009‐cu il aprelin 9‐da Bakı şəhərində 

imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin: 

1.1.  24  mart  1997‐ci  il  tarixdə  Kiyev  şəhərində  imzalanmış  Azərbaycan  Respublikası 

Hökuməti  ilə  Ukrayna  Hökuməti  arasında  hərbi‐texniki  əməkdaşlıq  haqqında  Sazişə 

dəyişikliklərin  edilməsi  barədə  Azərbaycan  Respublikası  Hökuməti  ilə  Ukrayna  Nazirlər 

Kabineti arasında Protokol; 

1.2. Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında kosmik 

məkanın sülh məqsədləri üçün tədqiqi və istifadəsi sahəsində əməkdaşlıq haqqında Çərçivə 

Sazişi; 

1.3.  Azərbaycan  Respublikasının  Milli  Təhlükəsizlik  Nazirliyi  və  Ukraynanın  Xarici 

Kəşfiyyat Xidməti arasında əməkdaşlığa dair Saziş; 

1.4.  Azərbaycan  Respublikasının  Gəncə  Şəhər  İcra  Hakimiyyəti  və  Ukraynanın  Volın 

vilayətinin  Dövlət  Administrasiyası  arasında  ticarət‐iqtisadi,  elmi‐texniki  və  mədəni 

əməkdaşlıq haqqında Saziş. 

2.  2009‐cu  il  aprelin  9‐da  Bakı  şəhərində  imzalanmış  Azərbaycan  Respublikası  və 

Ukrayna  Xarici  işlər  nazirlikləri  arasında  ikitərəfli  və  çoxtərəfli  əməkdaşlığın  aktual 

məsələləri üzrə 2009‐2010‐cu illər üçün məsləhətləşmələr Planı nəzərə alınsın. 

3.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinə  tapşırılsın  ki,  bu  Sərəncamın  1.1‐

1.4‐cü bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün. 

4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi: 

4.1. bu Sərəncamın 1.1‐1.4‐cü bəndlərində göstərilən sənədlərin qüvvəyə minməsi üçün 

zəruri  olan  dövlətdaxili  prosedurların  yerinə  yetirilməsi  barədə  Ukrayna  tərəfini  xəbərdar 

etsin. 

4.2. bu Sərəncamın 1.5‐ci bəndində göstərilən sənədin həyata keçirilməsini təmin etsin. 



İlham Əliyev 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 24 iyun 2009‐cu il. 

№ 339 



Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının Birinci iclasının 

PROTOKOLU 

Azərbaycan Respublikası və Ukrayna Prezidentlərinin Şurası (bundan sonra ‐ Şura) 9 

aprel  2009‐cu  il  tarixində  Bakıda,  qarşılıqlı  əhəmiyyət kəsb  edən məsələlərin  müzakirəsi 

məqsədilə öz iclasını keçirdi. 

Şuranın  iclasına  Azərbaycan  Respublikanın  Prezidenti  İlham  ƏLİYEV  sədrlik  edirdi 

(yaxud  ‐ Şuranın  İclası  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  ƏLİYEV  və  Ukrayna 

Prezidenti Viktor YUŞŞENKONUN sədrliyi ilə keçirdi). 

İclasda Şuranın aşağıdakı üzvləri iştirak etdilər: 

Azərbaycan  tərəfindən:  Azərbaycan  Respublikasının  Xarici  İşlər  Naziri  Elmar 

MƏMMƏDYAROV, 

Azərbaycan 

Respublikasının

 İqtisadi

 İnkişaf 

Naziri

 Şahin 


MUSTAFAYEV, Azərbaycan Respublikasının Müdafiə Naziri Səfər ƏBİYEV, 

Ukrayna  tərəfindən:  Ukraynanın  Xarici  İşlər  Naziri  ___________  , 

Ukraynanın 

İqtisadiyyat  Naziri  Boqdan  DANİLİŞİN,  Ukraynanın  Müdafiə  Naziri  Yuriy  YEXANUROV, 

Ukraynanın  Yanacaq  və  Energetika  Naziri  Yuriy  PRODAN,  Ukrayna  Prezidentinin 

Katibliyinin rəhbərinin müavini Andrey QONÇARUK, ʺUkraynanın Neft və Qazʺ İdarəsinin 

Sədri Oleq DUBİNA, 

Şuranın iclasında həmçinin iştirak edirdilər: 

Azərbaycan tərəfindən:........  

Ukrayna tərəfindən: Ukraynanın Azərbaycan Respublikasındakı Səfiri Boris Klimçuk, 

enerji  təhlükəsizliyinə  dair  beynəlxalq  məsələlər  üzrə  Ukrayna  Prezidentinin  müvəkkili 

Boqdan  Sokolovskiy,  ʺUkrspetseksportʺ  dövlət  şirkətinin  Baş  direktoru  Serqey  Bondarçuk, 

Ukraynanın Milli kosmik agentliyinin Baş direktorunun birinci müavini Valeriy Komarov; 

22  may  2008‐ci  il  tarixli  Dostluq  və  strateji  əməkdaşlıq  haqqında  Bəyannaməyə 

müvafiq  olaraq  Azərbaycan  Respublikası  və  Ukrayna  arasındakı  strateji  tərəfdaşlıq 

münasibətlərinin inkişafında əhəmiyyətli irəliləyişlə bağlı məmnunluğunu bildirərək, 

Əmin olaraq ki, bu cür strateji tərəfdaşlıq iki ölkə arasında əlaqələrin daha yüksək və 

keyfiyyətcə  yeni  səviyyəyə  qaldırılmasını  və  ona  həm  ikitərəfli  əlaqələr  sahəsində, həm də 

beynəlxalq  arenada  xüsusilə  sıx  və  dinamik  əməkdaşlıq  xarakterinin  verilməsini  nəzərdə 

tutur, 


Bir  çox  vacib  regional  və  beynəlxalq  məsələ  və  problemlər  üzrə  hər  iki  ölkənin 

siyasəti  və  yanaşmasının  yaxınlığı və  üst‐üstə  düşməsini qeyd  edərək və  bununla  əlaqədar 




mövcud ikitərəfli məşvərət mexanizmlərinin daha da möhkəmləndirilməsi, eləcə də BMT və 

digər  çoxtərəfli  forumlar  çərçivəsində  faydalı  əməkdaşlığın  inkişaf  etdirilməsində  öz 

qətiyyətini təsdiqləyərək, 

Ticarət və  iqtisadiyyat,  energetika  və  nəqliyyat,  hərbi‐texniki  əməkdaşlıq  kimi 

sahələrdə,  aerokosmik  sahədə, həmçinin  qarşılıqlı  maraq  doğuran  digər  sahələrdə 

əməkdaşlığın vəziyyəti və perspektivlərini hərtərəfli nəzərdən keçirərək, 



ŞURA: 

Azərbaycan Respublikası və Ukraynanın Xarici İşlər Nazirliklərinə 2009‐2010‐cu illər 

üçün  Prezidentlərin  imzaladığı  Azərbaycan‐Ukrayna  əməkdaşlığının  Tədbirlər  Planında 

nəzərdə  tutulmuş  tədbirlərin  hər  iki  ölkə  tərəfindən həyata  keçirilməsinə  ümumi  nəzarət 

etməyi  və  onun  icra  edilməsinə  dair  vəziyyət  haqqında  Prezident  Şurasının  Kiyevdə 

keçiriləcək ikinci iclası zamanı müvafiq surətdə məlumatın verilməsini tapşırdı; 

2009‐2010‐cu  illər  üçün  hər  iki  ölkənin  Xarici  İşlər  Nazirləri  tərəfindən  imzalanmış 

Xarici İşlər Nazirlikləri arasında Məsləhətləşmələr Planının vacib əhəmiyyətini qeyd etdi və 

Azərbaycan  Respublikası  və  Ukraynanın  xarici  siyasət  idarələrinə  gələcəkdə  regional  və 

beynəlxalq arenada hər iki ölkənin əməkdaşlığının səmərəliyini artırmaq məqsədilə ikitərəfli 

siyasi dialoqun və əməkdaşlığın fəallaşdırılmasını tapşırdı; 

İki  ölkənin  Avropa  İttifaqı  ilə  əməkdaşlığının  və  onların  Avropa  Qonşuluq 

Siyasətinin  və  ʺŞərq  Tərəfdaşlığıʺ  təşəbbüsünün  həyata  keçirilməsində  iştirakına  strateji 

əhəmiyyət verərək gələcəkdə də avrointeqrasiyanın praktiki məsələlərinə dair dialoq və sıx 

qarşılıqlı fəaliyyəti inkişaf etdirməyi həvalə etdi; 

Son illərdə, xüsusilə 2008‐ci ildə Azərbaycan Respublikası və Ukrayna arasında ticari‐

iqtisadi  əməkdaşlığın  fəal  inkişafını  və  nəticədə  hər  iki  ölkə  arasındakı  mal  və  xidmətlər 

sahəsində  xarici  ticarət  dövriyyəsinin  həcminin  2007‐ci  illə  müqayisədə  50  faiz  artmasını 

qeyd etdi; 

İki  ölkə  arasında  mal mübadiləsi  və  qarşılıqlı  sərmayə  qoyuluşunun  həcminin  daha 

da  artırılmasına  yardım  məqsədilə  ticari‐iqtisadi  və  sərmayə  sahəsindəki  əməkdaşlığın 

fəallaşdırılması və diversifikasiyası haqqında təklifi dəstəklədi; 

Azərbaycan  Respublikası  və  Ukrayna  iqtisadiyyatlarının  enerjiyə  qənaət  edən,  elm 

tutumlu və innovasiya texnologiyalarına daha da artan tələbatını nəzərə alaraq, iki ölkənin 

elmi‐texniki  və  innovasiya  sahələrində  əməkdaşlığın  inkişafında  qarşılıqlı  maraqlarını 

alqışlayır; 

ARDNŞ  tərəfindən  2000‐ci  ildə  tədarük  edilmiş  dizel  yanacağına  görə  Ukrayna 

tərəfinin borcunun ödənilməsi məsələsini müzakirə etdi və Ukraynanın Nazirlər Kabinetinə 

bu borcun 2009‐cu ilin birinci yarısı ərzində ödənilməsi üçün bütün zəruri tədbirləri görməyi 

tapşırdı. 




Transsərhəd  enerji  nəqli  layihələrinin  və  iki  ölkə  və  Avropa  İttifaqı  arasında 

Azərbaycan  və  Ukraynanın  avrointeqrasiya  siyasətinə  cavab  verən  əməkdaşlığın 

dərinləşməsi  elementinin  həyata  keçirilməsinə  əsas  kimi  Baltik  dənizi  ‐ Qara  dəniz  ‐ Xəzər 

dənizi  enerji  tranzit  məkanının  yaradılması  məsələləri  üzrə  qarşılıqlı  fəaliyyətin 

dərinləşməsinə olan marağı təsdiq etdi. 

ʺKrakov təşəbbüsüʺnün  inkişafı kontekstində və Bakı Enerji Sammitinin (2008‐ci ilin 

noyabr  ayı)  nəticələrini  nəzərə  alaraq  AAENND  (Avropa‐Asiya  enerji  neft‐nəqli  dəhlizi) 

layihəsinin  həyata  keçirilməsi  ilə  bağlı  proseslərə,  o  cümlədən tərəflərin  Texniki‐İqtisadi 

Əsaslandırmam  (TİƏ)  tezliklə  təsdiqləməsi  və  layihənin  həyata  keçirilməsi  ilə  bağlı 

mühəndislik,  kommersiya  və  təşkilati  ‐ korporativ  məsələlərin  yerinə  yetirilməsi  sahəsində 

TİƏ‐nın nəzərdə tutduğu fəaliyyətin başlanmasına yardım göstərəcək. 

Azərbaycan  və  Ukraynanın  ümumavropa  enerji  məkanına  inteqrasiyasına  yardım 

göstərəcək,  Azərbaycan  və  Ukrayna  şirkətlərinin  iştirakı  ilə  enerji  sahəsində  digər sərmayə 

layihələrini dəstəkləyəcək. 

Həm  ikitərəfli,  həm də  QUAM  və  TRASEKA  çərçivəsində  nəqliyyat  sahəsində 

əməkdaşlığın  cari  vəziyyətini  məmnunluqla  qeyd  etdi  və  nəqliyyat  əlaqələrinin  daha  da 

dərinləşməsinə,  xüsusilə  Qara  dəniz,  Xəzər dənizi  və  Baltik  dənizi  regionları  arasında 

nəqliyyat dəhlizlərinin inkişafına yardım etməyi tapşırdı. 

Azərbaycan  tərəfinə  2008‐ci  il  may  ayında  Vilnüsdə  imzalanmış  Ukrayna,  Litva  və 

Belarus Nəqliyyat Nazirlikləri arasında əməkdaşlıq haqqında Müqaviləyə qoşulmaqla bağlı 

məsələni  nəzərdən  keçirməyi,  Ukrayna  tərəfinə  isə  2007‐ci  il  fevral  ayında  Tbilisidə 

imzalanmış  Bakı  ‐ Tiflis  ‐ Qars  yeni  dəmir  yolu  xətti  haqqında  Sazişə  qoşulmaqla  bağlı 

məsələni nəzərdən keçirməyi tapşırdı. 

İki  ölkə  arasında  hərbi  və  hərbi‐texniki  sahələrdə  sıx  əməkdaşlığı gələcəkdə  də 

inkişaf etdirməyi qərara aldı. 

Hərbi‐texniki  sahədə  gələcək fəaliyyətdə  ʺ1997‐ci  il  24  mart  tarixində  imzalanmış 

Azərbaycan  Respublikası  Hökuməti  və  Ukrayna  Hökuməti  arasında  hərbi‐texniki 

əməkdaşlıq  haqqında  Sazişə  dəyişikliklər  haqqında  Azərbaycan  Respublikası  Hökuməti  və 

Ukrayna Nazirlər Kabineti arasında Protokol”un müddəalarını nəzərə alacaq. 

Azərbaycan  Respublikası  və  Ukraynanın  müvafiq  nazirliklərinə  2009‐cu  ilin  ikinci 

yarısında  Kiyev  şəhərində  Azərbaycan‐Ukrayna  hökumətlərarası  komissiyasının  hərbi‐

texniki əməkdaşlıq məsələləri üzrə iclasını hazırlamağı və keçirməyi tapşırdı. 

Gələcəkdə  regional  əməkdaşlığın  inkişafına  və  yerli  hakimiyyət  orqanları  arasında 

özünüidarəetmə  sahəsində  təcrübə  mübadiləsinə,  birbaşa  xarici  sərmayələrin  cəlb 

edilməsinə,  kiçik  və  orta  biznesin  inkişafına  dəstəyə,  yeni  iş  yerlərinin  açılmasına  yardım 

etməyi tapşırdı; 

Növbəti iclasın Kiyevdə keçirilməsini qərara aldı; 

Bakı şəhərində ʺ 9 ʺ aprel 2009‐cu il tarixində Azərbaycan, Ukrayna və rus dillərində 

iki əsl nüsxədə imzalanmışdır. Bütün mətnlər autentikdir. 



Azərbaycan Respublikasının 

Ukraynanın 

Xarici İşlər Naziri 

Xarici İşlər Naziri v.i.e. 

Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında kosmik 

məkanın sülh məqsədləri üçün tədqiqi və istifadəsi sahəsində əməkdaşlıq haqqında 

ÇƏRÇİVƏ SAZIŞİ 

Bundan  sonra  Tərəflər  adlandırılacaq  Azərbaycan  Respublikası  Hökuməti  və 

Ukraynanın Nazirlər Kabineti, 

iki  dövlət  arasında  mövcud  olan  ənənəvi  dostluq  və  əməkdaşlıq  münasibətlərinin 

möhkəmlənməsinə yardım etmək niyyətində olaraq; 

Azərbaycan  Respublikası  və  Ukraynada  kosmik  texnologiyaların  hazırlanması  və 

tətbiqi sahəsində həyata keçirilən fəaliyyəti nəzərə alaraq: 

Azərbaycan Respublikası və Ukraynanın sosial‐iqtisadi və elmi‐texniki inkişafı üçün 

kosmik elmin və texnikanın əhəmiyyətini dərk edərək; 

kosmik  tədqiqatlar,  xüsusilə  ətraf  mühitin  mühafizəsi  üzrə,  yer  kürəsinə  dair 

müşahidələr,  kosmik  texnologiyaların  inkişafı,  kosmik  sənayedə  qarşılıqlı  əməkdaşlıq 

məsələlərində Tərəflərin istəyini nəzərə alaraq; 

kosmik məkanın sülh məqsədləri üçün istifadəsinə ümumi marağı və tətbiqi kosmik 

tədqiqatların  nəticələrinin  hər  iki  dövlətin  iqtisadi,  sosial  və  elmi  inkişafına  yardım 

etməsində əmin olduqlarını təsdiqləyərək; 

aşağıdakılar haqqında razılığa gəldi: 



MADDƏ 1 

Sazişin məqsədi 

Bu  Çərçivə  Sazişin  (bundan  sonra‐Saziş)  inkişafı  istiqamətində  hər  iki  dövlətin 

iqtisadiyyatının,  elminin  təkmilləşdirilməsi,  təhlükəsizliyinin  və  sosial  inkişafının  təmin 

olunması məqsədilə Tərəflər kosmik məkanın tədqiq və istifadəsi, kosmik texnologiyalarının 

hazırlanması və tətbiqi üzrə əməkdaşlıq edəcək. 



Tərəflər  Sazişin  müddəalarının  lazımi  səviyyədə,

hər  iki  dövlətin  milli 

qanunvericiliyinə  uyğun,  bərabərlik,  qarşılıqlıq  və  tərəflərin  hər  birinin  maraqlarını  nəzərə 

almaqla yerinə yetirilməsi üçün hərtərəfli səylər göstərəcəklər. 



MADDƏ 2  

Əməkdaşlığın istiqamətləri  

Bu Sazişin çərçivəsində Tərəflər aşağıdakı istiqamətlər üzrə əməkdaşlıq edə bilər: 

1. Aşağıdakılara yardım edən Tətbiqi proqramlar:  

a) 


təbii ehtiyatların inventarlaşması və istifadəsi;  

b) 


infrastrukturun 

inkişafı: 

xəritəçəkmə, 

planlaşdırma 

və 

şəhərsalma,  



telekommunikasiya və s; 

c) 


ətraf mühitin mühafizəsi; 

d) 


təbii  və  texnogen  hadisələr  haqqında  xəbərdarlıq,  mənfi  nəticələrin  təsirinin 

minimuma endirilməsi; 

e) 

yeni telekommunikasiya xidmətlərinin yaradılması və təkmilləşdirilməsi; 



2. 

Yuxarıda adlan çəkilən proqramların icrası üçün kosmik texnologiyalar və peyk 

sistemləri; 

3. 


Kosmik  tədqiqatların  nəticələrinin  alınması,  emalı,  saxlanılması,  yayılması, 

istifadəsi,  komersiyalaşdırılması  və  əlavə  dəyərlə  məhsulun  yaradılması  üçün  yerüstü 

infrastruktur; 

4. 


İstismara  verilmə  ilə  əlaqədar  xidmətlərin  göstərilməsi.  Digər təkliflər  olduqda, 

Tərəflər Azərbaycanın telekommunikasiya peyklərinin Ukraynanın ʺZenitʺ raketdaşıyıcısı ilə 

orbitə çıxarılmasının mümkünlüyünə prioritet təklif kimi baxırlar; 

5. 


Peyk naviqasiyası; 

6. 


Kosmik hüquq; 

7. 


Müxtəlif təyinatlı peyk sistemlərinin layihələşməsi, hazırlanması və istismarı üzrə 

kadrların hazırlanması və mütəxəssislərin ixtisaslarının artırılması; 

8. 

Tərəflər arasında texniki, sənaye və elmi əməkdaşlığın möhkəmlənməsinə yardım 



edən, ikitərəfli razılaşma əsasında müəyyən edilən digər istiqamətlər; 

MADDƏ 3 

Əməkdaşlığın formaları 


Bu Saziş çərçivəsində əməkdaşlıq aşağıdakı formalarda həyata keçirilə bilər: 

-

konsepsiyaların  birgə  hazırlanması,  tədqiqatların  aparılması,  işlərin  yerinə 



yetirilməsi və layihələrin hazırlanması; 

-

informasiya və məlumatların mübadiləsi; 



-

əməkdaşların mübadiləsi və mütəxəssislərin hazırlanması; 

-

seminar, simpozium, praktikum və təqdimatların birgə təşkili; 



-

bu Sazişin  məqsəd və  vəzifələrinə cavab verən, Tərəflərin birgə müəyyən  etdiyi 

əməkdaşlığın hər hansı bir digər forması. 

Tərəflər  bu  Saziş  çərçivəsində  əməkdaşlığın  əlaqələndirilməsi  məqsədilə  müvafiq 

səlahiyyətli orqanları müəyyən etdilər: 

Azərbaycan  Respublikası  tərəfindən  ‐ Rabitə  və  İnformasiya  Texnologiyaları 

Nazirliyi; 

Ukrayna tərəfindən ‐ Milli Kosmik Agentliyi. 

Zərurət  yarandıqda,  Tərəflər  bu  Sazişin  çərçivəsində  keçirilən tədbirlərdə  üçüncü 

tərəfin (bundan sonra ‐ Müəyyən təşkilatlar) iştirakmı qarşılıqlı razılaşdıracaq. 



MADDƏ 4 

Əqli mülkiyyət 

Bu  Sazişin  həyata  keçirilməsi  çərçivəsində  Tərəflərə  əqli  mülkiyyət  obyektlərinin 

qorunması  üzrə  verilən  hüquq  hər  iki  dövlətin  beynəlxalq  öhdəlikləri,  habelə  Tərəflərin 

dövlətlərinin milli qanunvericiliyi ilə qorunur. 

Əqli  mülkiyyət  obyektləri  üzrə  hüququn  bölüşdürülməsi,  istifadəsi  və  sərəncama 

verilməsi,  hansılar  ki  birgə  layihələr,  proqramlar  və  tədbirlər çərçivəsində  göstərilir  və 

yaranır,  Tərəflər və  ya  Müəyyən təşkilatlar  tərəfindən  ayrıca  saziş  və  kontraktlarda 

(müqavilələrdə) müəyyənləşdirilir. 



MADDƏ 5  

İnformasiya mübadiləsi və konfidensiallıq  

Tərəflər  öz  üzərinə,  Azərbaycan  Respublikası  və  Ukrayna  qanunvericiliyi 

çərçivəsində, qapalı xarakterli informasiyanın mühafizəsi üzrə öhdəliklər götürür. 



Tərəflər  bu  Sazişin  Maddə  2‐də  göstərilən  əməkdaşlıq  istiqamətləri  çərçivəsində 

yerinə 


yetirdiyi 

uyğun 


proqramlar 

haqqında 

qarşılıqlı

 əsaslarla 

bir‐birini 

məlumatlandıracaq. 

Tərəflərdən  birinin  digər tərəfdən  aldığı hər  hansı  informasiyanın  üçüncü  tərəfə, o 

cümlədən kütləvi informasiya vasitələrinə (KİV) çatdırılması əvvəlcədən digər Tərəflə yazılı 

şəkildə razılaşdırılmalıdır. 

KİV  üçün  birgə  bəyanatları  yaymaq  yolu  ilə  Tərəflər  ictimaiyyət  üçün  nəzərdə 

tutulan informasiyanın yayılmasına dair hərəkətlərini əlaqələndirmək üçün bütün tədbirləri 

görəcək. 



MADDƏ 6 

Xərclər 

Bu Sazişin müddəalarının yerinə yetirilməsi ilə bağlı bütün xərcləri Tərəflər müstəqil 

ödəyir. 

Tərəflərin 

götürdükləri 

öhdəliklərin 

yerinə 

yetirilməsi 



müvafiq 

maliyyə 


prosedurlarından və ayrılan vəsaitdən asılı olacaq. 

MADDƏ 7 

Mübahisələrin həlli 

Bu  Sazişin  təfsiri  və  tətbiqi  ilə  bağlı  bütün  mübahisələr Tərəflər  arasında  danışıqlar 

yolu ilə həll olunmalıdır. 

MADDƏ 8 

Sazişin qüvvəyə minməsi və qüvvədən düşməsi 

Bu  Saziş  qeyri‐məhdud  müddətə  bağlanır  və  onun  qüvvəyə  minməsi  üçün  zəruri 

dövlətdaxili  prosedurların  yerinə  yetirilməsi  haqqında  Tərəflərin  son  yazılı  bildirişindən 

sonra qüvvəyə minir. 

Tərəflərdən  biri  digərindən  diplomatik  kanallar  vasitəsilə  müvafiq  yazılı  bildiriş 

aldıqdan altı ay sonra bu Saziş qüvvədən düşür. 

Tərəflər  digər  razılaşmaya  gəlmədikdə,  bu  Saziş  qüvvədən  düşdüyü  halda,  onun 

müddəaları  bütün  başa  çatmamış  layihə,  proqram  və  tədbirlərə  qarşı tətbiq  olunacaq.  Bu 




zaman, Maddə 5 (İnformasiya mübadiləsi və konfidensiallıq) müddəaları bu Sazişin təsirinin 

itirilmə tarixindən başlayaraq 10 (on) il ərzində qüvvədə qalacaq. 

Bu  Sazişin  təsirinin  dayandırılması  onun  çərçivəsində  maliyyə  və  müqavilə 

öhdəliklərindən Tərəfləri  azad  etmir,  bu  Sazişin  yerinə  yetirilməsi  nəticəsində  müvafiq 

olaraq  əldə  edilən və  qəbul  olunan  hər  iki  dövlətin  hüquqi  və  fiziki  şəxslərin  yaranmış 

vəziyyətlərinə, öhdəliklərinə, hüquqlarına toxunmur. 

Bu  Saziş  Bakı  şəhərində  ʺ9ʺ  aprel  2009‐cu  ildə  iki  nüsxədə, hər  biri  Azərbaycan, 

Ukrayna və rus dillərində imzalanıb. Bütün mətnlər autentikdir. Bu Sazişin şərhi ilə əlaqədar 

fikir ayrılığı yarandığı halda, üstünlük rus dilindəki mətnə verilir. 

Azərbaycan Respublikası 

Ukrayna 

Hökuməti 

Nazirlər Kabineti 

adından 

adından 

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Ukraynanın Xarici 

Kəşfiyyat Xidməti arasında əməkdaşlığa dair 

SAZİŞ 

Bundan 


sonra 

«Tərəflər» 

adlandırılan 

Azərbaycan 

Respublikasının 

Milli 


Təhlükəsizlik Nazirliyi və Ukraynanın Xarici Kəşfiyyat Xidməti, 

öz  dövlətlərinin  milli  maraqlarının  və  təhlükəsizliyinin  təmin  edilməsində  qarşılıqlı 

faydalı əməkdaşlığın inkişaf etdirilməsi niyyətini rəhbər tutaraq, 

Hər  iki  Tərəf  üçün  maraq  kəsb  edən məsələlər  üzrə  informasiyanın  mübadiləsində 

qarşılıqlı maraqdan çıxış edərək, 

səlahiyyətləri  çərçivəsində  və  öz  dövlətlərinin  milli  qanunvericiliklərinə  müvafiq 

fəaliyyət göstərərək, 

aşağıdakılar haqqında razılığa gəlmişlər: 



Maddə 1 


Tərəflər  öz  dövlətlərinin  milli  maraqlarının  və  təhlükəsizliyinin  təmin  edilməsi 

məqsədi ilə kəşfiyyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə əməkdaşlığı təşkil edirlər. 



Maddə 2 

Kəşfiyyat  fəaliyyətinin  istiqamətləri  üzrə  Tərəflərin  əməkdaşlığı  ayrıca  protokollar 

əsasında həyata keçirilir. 

Maddə 3 

Tərəflər  xarici  dövlətlərin  xüsusi  xidmətlərinin  digər Tərəfin  dövləti  əleyhinə 

yönəlmiş cəhdləri barədə qarşılıqlılıq əsasında bir‐birini vaxtlı‐vaxtında məlumatlandırırlar. 

Maddə 4 

Tərəflərin  dövlətlərinin  xaricdəki  diplomatik  nümayəndəliklərinin,  onların 

əməkdaşlarının və ailə üzvlərinin, həmçinin bu ölkələrdə olan öz fəaliyyətləri ilə bağlı dövlət 

sirri  təşkil  edən məlumatlara  buraxılışa  malik  Azərbaycan  Respublikası  və  Ukrayna 

vətəndaşlarının  və  onlarla  birlikdə  olan  ailə  üzvlərinin  təhlükəsizliyinin  təmin  edilməsi 

maraqları  baxımından  Tərəflər  üçüncü  ölkələrdə  müvəkkil  edilmiş  nümayəndələri 

səviyyəsində əməkdaşlıq edirlər. 

Maddə 5 

Tərəflər  əməkdaşlığa  dair  ayrıca  protokollar  üzrə  əməliyyat  qeydiyyatlarında, 

informasiya  sistemləri  və  arxivlərdə  saxlanılan  məlumatların,  həmçinin  kəşfiyyat 

fəaliyyətinin  hüquqi  təminatı,  maddi‐texniki  təminatı,  Tərəflərin  əməkdaşlarının  sosial 

müdafiəsi  məsələləri  üzrə  informasiyaların,  normativ  hüquqi  aktların  mətnlərinin  və  sair 

materialların  mübadiləsini  Tərəflərin  dövlətlərinin  milli  qanunvericiliyinin  tələblərinə 

müvafiq olaraq həyata keçirirlər. 

Maddə 6 



Öz  dövlətlərinin  dövlət  hakimiyyət  orqanlarının  səmərəli  informasiya  təminatı 

məqsədilə, Tərəflər rabitə kanallarından informasiyanın götürülməsi üçün nəzərdə tutulmuş 

xüsusi  texniki  vasitələrdən  istifadə  etməklə  informasiyanın  çıxarılması,  texniki  vasitələrlə 

informasiyanın  qeyri‐aşkar  yolla  əldə  edilməsinin  digər  vasitələri  sahəsində  əməkdaşlıq 

edirlər. 

Maddə 7 

Tərəflər qarşılıqlı razılığa uyğun olaraq, avtomatlaşdırılmış informasiya sistemlərinin 

yaradılması  və  istismarı,  orada  olan  informasiyanın  işlənilməsi  və  mühafizəsi  sahəsində 

texnologiyaların  mübadiləsini  həyata  keçirir,  həmçinin  bu  məsələlərlə  əlaqədar  bir‐birinə 

məsləhət və praktiki köməklik edirlər. 

Maddə 8 

İnformasiya  mübadiləsi  ayrıca  protokollara  müvafiq  olaraq  texniki  vasitələrdən 

istifadə etməklə də həyata keçirilə bilər. 

Maddə 9 

Tərəflər kəşfiyyat  orqanlarının  əməkdaşlarının  hazırlanması,  yenidən  hazırlanması 

və ixtisasının artırılması, təhsil prosesinin informasiya təminatının və kəşfiyyat fəaliyyətinin 

problemləri üzrə elmi‐tədqiqat işlərinin həyata keçirilməsi sahəsində əməkdaşlıq edirlər. 



Maddə 10 

Əməkdaşlıq  prosesində  əldə  edilmiş  informasiya  onu  təqdim  etmiş  Tərəfin  yazılı 

razılığı olmadan açıqlana və ya üçüncü tərəfə ötürülə bilməz. 

Əməkdaşlıq  prosesində  əldə  edilmiş  informasiyanın  açıqlanmasına  və  ya  üçüncü 

tərəfə ötürülməsinə görə məsuliyyət, belə informasiyanı qəbul etmiş Tərəfin dövlətinin milli 

qanunvericiliyinə  müvafiq  qaydada,  həmin  Tərəfin  bu  hərəkətlərlə  əlaqəli  şəxslərinin 

üzərinə düşür. 

Maddə 11 



Tərəflər qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirəsi üçün mütəmadi əsaslarda 

ekspert məsləhətləşmələri keçirirlər. 

Qəbul  edən Tərəf nəqliyyat  və  rabitə  vasitələri  ilə  təminat  da  daxil  olmaqla 

ekspertlərin  qarşısında  duran  vəzifələrin  səmərəli  və  operativ  həlli  məqsədilə  lazımı  şərait 

yaradır. 

Rəsmi nümayəndə heyətlərinin səfərləri zamanı onların qəbulu və yerləşdirilməsi ilə 

bağlı məsrəfləri beynəlxalq nəqliyyat xərcləri istisna olmaqla qəbul edən Tərəf çəkir. 

Maddə 12 

Hazırkı  Sazişin  müddəaları,  Tərəflərin  iştirakçı  olduqları  digər  beynəlxalq 

müqavilələrdən irəli gələn öhdəliklərinə toxunmur. 

Maddə 13 

Tərəflər qarşılıqlı razılığa əsasən hazırkı Sazişin mətninə, onun ayrılmaz hissəsi olan 

və  14‐cü  maddənin  birinci  hissəsində  nəzərdə  tutulan  qaydada  qüvvəyə  minən  ayrıca 

Protokollarla rəsmiləşdirilən əlavə və dəyişikliklər edə bilərlər. 



Maddə 14 

Hazırkı  Saziş  Tərəflərin  onun  qüvvəyə  minməsi  üçün  zəruri  olan  dövlətdaxili 

prosedurların  yerinə  yetirilməsi  barədə  göndərdikləri  sonuncu  yazılı  bildirişin  alındığı 

tarixdən qüvvəyə minir. 

Hazırkı Saziş iki il müddətinə bağlanır və müddətinin bitməsinə ən azı altı ay qalmış 

Tərəflərdən hər  hansı  biri  onun  fəaliyyətini  dayandırmaq  haqqında  digər Tərəfə  yazılı 

surətdə niyyətini bildirməzsə, avtomatik olaraq növbəti ikiillik müddətlərə uzadılır. 

Bu Saziş  Bakı şəhərində  «9»  aprel 2009‐cu ildə  hər biri  Azərbaycan, Ukrayna  və rus 

dillərində  olmaqla  iki  əsl  nüsxədə  imzalanmışdır,  bütün  mətnlər  autentik  olmaqla  eyni 

hüquqi  qüvvəyə  malikdir.  Bu  Sazişin  müddəalarının  təfsirində  fikir  ayrılığı  yarandığı 

təqdirdə, rus dilində olan mətndən istifadə ediləcəkdir. 



Azərbaycan Respublikası 

Ukrayna 

Milli Təhlükəsizlik Nazirliyi 

Xarici Kəşfiyyat Xidməti 

adından 

adından 

Azərbaycan Respublikasının Gəncə Şəhər İcra Hakimiyyəti və Ukraynanın Volın 

vilayətinin Dövlət Administrasiyası arasında ticarət ‐ iqtisadi, elmi ‐ texniki və mədəni 

əməkdaşlıq haqqında 

SAZİŞ 

Bundan  sonra  Tərəflər  adlandırılacaq  Azərbaycan  Respublikasının  Gəncə  Şəhər  İcra 

Hakimiyyəti və Ukraynanın Volın vilayətinin Dövlət Administrasiyası, 

Azərbaycan  Respublikası  və  Ukrayna  arasında  2000‐ci  il  16  mart  tarixində 

imzalanmış dostluq,  əməkdaşlıq  və  tərəfdaşlıq  haqqında müqavilənin  müddəalarmı nəzərə 

alaraq, 


iqtisadi,  elmi‐texniki  və  mədəni  əməkdaşlığın  bundan  sonra  dərinləşdirilməsinə, 

möhkəmləndirilməsinə və genişləndirilməsinə olan qarşılıqlı marağı nəzərə alaraq, 

bərabər hüquq və qarşılıqlı mənfəət prinsiplərini rəhbər tutaraq, 

aşağıdakılar barədə razılığa gəldilər: 



Maddə 1 

Tərəflər səlahiyyətləri çərçivəsində aşağıdakı sahələri inkişaf etdirilər: 

• 

sənaye, kənd təsərrüfatı, nəqliyyat və ticarət; 



• 

elm, texnika, təhsil və səhiyyə; 

• 

mədəniyyət və incəsənət; 



• 

turizm və idman; 




• 

ətraf mühitin mühafizəsi və təbii sərvətlərin səmərəli istifadəsi. 



Maddə 2 

1. 


Tərəflər  ticarət,  istehsal,  iqtisadi,  elmi‐texniki,  mədəni  əməkdaşlığın  və 

əməkdaşlığın digər növlərinin qarşılıqlı inkişafı üçün yardım edəcəklər. 

2. 

Tərəflər  Azərbaycan  Respublikası  və  Ukraynanın  qüvvədə  olan  qanunvericiliyi 



çərçivəsində sərmayələr sahəsində əməkdaşlığın inkişafı üçün müvafiq şərtlər yaradacaq və 

hərtərəfli köməklik göstərəcəklər. 

3. 

Tərəflər  birgə  müəssisələrin,  səhmdar  cəmiyyətlərin,  ticarət  evlərinin  və  digər 



ümumi  strukturların  yaradılması  üçün  köməklik  göstərəcək,  müəssisələrin,  həmçinin  kiçik 

və orta biznesin ikitərəfli əməkdaşlığını dəstəkləyəcəklər. 



Maddə 3 

1. 


Tərəflər öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Gəncə şəhəri 

və  Ukraynanın  Volın  vilayətində  yerləşən  mülkiyyət  növündən  asılı  olmayaraq  bütün 

müəssisələr və  təşkilatlar  arasında  xammalın,  istehsalat  ‐ texniki  təyinatlı  məhsulların  və 

kütləvi  istehlak  mallarının  təchizatı  və  xidmətlərin  göstərilməsi  haqqında  birbaşa 

müqavilələrin (kontraktların) bağlanması və tətbiqinə lazımi yardım göstərəcəklər. 

2. 


Bu  maddənin  1‐ci  bəndində  göstərilən  müqavilələrdə  (kontraktlarda)  nəzərdə 

tutulan  öhdəliklərin  yerinə  yetirilməsinə  görə  məsuliyyəti  müqaviləni  bağlayan  təsərrüfat 

subyektləri daşıyır. 

3. 


Tərəflər yeni iş yerlərinin açılmasının vacibliyini rəhbər tutaraq, öz səlahiyyətləri 

çərçivəsində  birgə  müəssisələrin,  səhmdar  cəmiyyətlərin  və  s.  yaradılması  və  səmərəli  işi 

üçün əlverişli şərait yaradacaqlar. 

Maddə 4 

1. 


Tərəflər əmtəə bazarlarının inkişafına yardım göstərəcək və Tərəflərin təsərrüfat 

subyektlərinin nümayəndəliklərinin yaradılması və səmərəli fəaliyyəti üçün paritet şərtlərlə 

əlverişli şərait yaradacaqlar. 

2. 


Tərəflər  Azərbaycan  Respublikasının  Gəncə  şəhəri  və  Ukraynanın  Volın 

vilayətində  yerləşən  müəssisələrin  məhsullarının  sərgi  və  yarmarkalarmı  təşkil  edəcək və 

keçirilməsinə yardım göstərəcəklər. 



Maddə 5 

1. 


Tərəflər sənaye  və  kənd  təsərrüfatı  müəssisələri,  həmçinin  bu  müəssisələrin  və 

əhalinin  əsas  sənaye  məhsullarına,  xalq  istehlakı  və  kənd  təsərrüfatı  məhsullarına  tələbatı, 

həmçinin  Tərəflərin  dövlət  ərazilərində  məqsədəuyğun  şəkildə  həyata  keçiriləcək 

perspektivli sərmayə layihələri haqqında məlumat mübadiləsini həyata keçirəcəklər. 

2. 

Tərəflər  Azərbaycan  Respublikasının  Gəncə  şəhəri  və  Ukraynanın  Volın 



vilayətinin  müəssisələri  tərəfindən  istehsal  olunan  və  ticarət‐iqtisadi  əməkdaşlığın 

səmərəliliyinin  artırılmasına  xidmət  edən  əsas  xidmət və  ixrac  məhsulları  növlərinin 

mübadiləsini həyata keçirəcəklər. 

Maddə 6 

Tərəflər  Azərbaycan  Respublikasının  Gəncə  şəhəri  və  Ukraynanın  Volın  vilayətinin 

idarəetmə  orqanları,  müəssisələri,  elmi  idarələri,  səhiyyə  təşkilatları  və  təhsil  müəssisələri 

arasında əlaqələrin yaradılmasına yardım göstərəcəklər. 



Maddə 7 

Tərəflər təcrübələrin,  tədqiqatların  nəticələrinin,  nəşrlərin,  elmi‐texniki  və  digər 

xarakterli  məlumatların  mübadiləsinə  köməklik  göstərəcək və  birgə  seminarların, 

simpoziumların, konfransların və s. keçirilməsində iştirak edəcəklər. 



Maddə 8 

1. 


Tərəflər  Azərbaycan  Respublikasının  Gəncə  şəhəri  və  Ukraynanın  Volın 

vilayətində  mədəniyyət cəmiyyətləri,  həvəskar  birliklər,  assosiasiyalar  və  fondlar  arasında 

birbaşa  əlaqələrin  yaradılması  vasitəsilə  mədəniyyət və  incəsənət  sahəsində  əməkdaşlığın 

fəallaşmasına yardım göstərəcəklər. 

2. 

Tərəflər: 



• 

birgə mədəniyyət tədbirlərinin keçirilməsinə; 

• 

rəssamların  sərgilərinin,  solistlərin  və  yaradıcı  kollektivlərin qastrollarının, 



teatr tamaşalarının mübadiləsinə; 


• 

yaradıcı  kollektivlərin  beynəlxalq  tədbirlərdə  iştirakının  təmin olunmasına; 

• 

tematik ʺdəyirmi masaʺların keçirilməsinə yardım edəcəklər. 



Maddə 9 

Tərəflər  ətraf  mühitin  mühafizəsi,  təbii  sərvətlərin  səmərəli  istifadəsi  və  təkrar 

istehsalı,  ekoloji  təhlükəsizliyin  təminatı  və  ekoloji  təmiz  istehsalat  sahəsinin 

genişləndirilməsinə yardım sahəsində qarşılıqlı əməkdaşlığı inkişaf etdirəcəklər. 



Maddə 10 

Tərəflər  hazırkı  Sazişin  müddəalarının  həyata  keçirilməsi  məqsədilə  Azərbaycan 

Respublikası və Ukraynanın milli qanunvericiliklərinə uyğun olaraq ikitərəfli əməkdaşlığın 

konkret istiqamətlərinə dair ayrı‐ayrı sazişlər imzalaya bilər. 



Maddə 11 

Tərəflərdən hər biri digər Tərəfə xələl yetirəcək istənilən hərəkətdən çəkinməlidir. 



Maddə 12 

Tərəflər zəruri  olduğu  halda  bu  Saziş  və  onun  əsasında  bağlanmış  digər  sazişlər, 

proqramlar və layihələrin yerinə yetirilməsi məsələləri haqqında ikitərəfli məsləhətləşmələr 

və danışıqlar keçirəcəklər. 



Maddə 13 

1. 


Tərəflər bu Sazişin birinci bəndində göstərilən sahələr, həmçinin qarşılıqlı maraq 

kəsb  edən  digər məsələlər  haqqında  məlumat  və  iş  təcrübəsinin  mübadiləsini  həyata 

keçirəcəklər. 

2. 


Tərəflər  öz  dövlətlərinin  milli  qanunvericiliyində  hazırkı  Sazişin  həyata 

keçirilməsinə təsir göstərən dəyişiklər haqqında bir‐birini əvvəlcədən məlumatlandırırlar. 




Maddə 14 

Tərəflər  Azərbaycan  Respublikası  və  Ukraynanın  milli  qanunvericiliklərinə  əsasən 

hazırkı  Saziş  çərçivəsində  və  Azərbaycan  Respublikası  və  Ukraynanın  milli  qanunvericiliyi 

ilə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində əməkdaşlığı həyata keçirəcəklər. 



Maddə 15 

Hazırkı  Sazişin  müddəalarının  tətbiqi  ilə  bağlı  yaranan  hüquqi  münasibətlər 

Azərbaycan  Respublikası  və  Ukraynanın  milli  qanunvericiliklərinin  normaları  əsasında 

nizamlanacaq. 



Maddə 16 

Hazırkı Sazişə əlavə və dəyişikliklər Tərəflərin qarşılıqlı yazdı razılığına əsasən edilir 

və Sazişin ayrılmaz tərkib hissəsini təşkil edən əlavə razılıq və protokollarla rəsmiləşdirilir. 

Maddə 17 

Hazırkı Sazişin müddəalarının təsviri və tətbiqi zamanı yaranan fikir ayrılığı Tərəflər 

arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll olunur. 

Maddə 18 

Hazırkı  Saziş  imzalandığı  gündən  qüvvəyə  minir  və  beş  il  müddətinə  qüvvədə 

olacaqdır. Əgər müvafiq müddətin bitməsindən 3 ay əvvəl Tərəflərdən biri digərinə hazırkı 

Sazişin  fəaliyyətinin  dayandırılmasına  dair  niyyəti  haqqında  diplomatik  kanallar  vasitəsilə 

yazılı bildiriş verməzsə, Saziş avtomatik olaraq növbəti beşillik müddətə uzadılacaqdır. 

Tərəflər yazılı şəkildə başqa cür razılaşmazsa, hazırkı Sazişin dayandırılması Sazişin 

müddəalarına  əsasən  razılaşdırılmış  və  Sazişin  dayandırılması  anında  yekunlaşdırılmamış 

layihə və proqramların həyata keçirilməsinə təsir göstərmir. 




Bu  Saziş  Bakı  şəhərində  ʺ  9  ʺ  Aprel  2009‐cu  il  tarixində,  iki  əsl  nüsxədə  hər  biri 

Azərbaycan,  Ukrayna  və  rus  dillərində  imzalanmışdır,  bütün  mətnlər  eyni  qüvvəyə 

malikdir. Bu Sazişin təfsirində fikir aynlığı yarandığı təqdirdə rus dilindəki mətndən istifadə 

ediləcəkdir. 



Azərbaycan Respublikası 

Volın vilayətinin 

Gəncə Şəhər İcra Hakimiyyəti 

Dövlət Administrasiyası 

adından 

adından 


Azərbaycan Respublikası və Ukrayna Xarici işlər nazirlikləri arasında ikitərəfli və 

çoxtərəfli əməkdaşlığın aktual məsələləri üzrə 2009‐2010‐cu illər üçün məsləhətləşmələr 

PLANI 

1.  Azərbaycan  Respublikası  və  Ukrayna  Xarici  işlər  nazirlikləri  arasında  qarşılıqlı 

fəaliyyətin  və  əməkdaşlığın  fəallaşdırılması  məqsədi  ilə,  Azərbaycan  Respublikası  və 

Ukraynanın  Xarici  işlər  nazirləri  (bundan  sonra  Tərəflər)  2009‐2010‐cu  illərdə  aşağıdakı 

ikitərəfli məsləhətləşmələrin həyata keçirilməsi barədə razılıq əldə etdilər: 

 

Məsləhətləşmələrin mövzusu 

Vaxt 

Yer 

T 

Azərbaycan 

1 

Strateji xarakterli münasibətlərin inkişafı məsələləri: 

• Azərbaycan‐Ukrayna  münasibətlərinin hazırkı vəziyyəti və 

inkişafının perspektivləri; 

II 


yarımillik 

2009 


Kiyev 

Nazir müavini X.Xələfov 

Birinci Ərazi İdarəsi; İq 

Əməkdaşlıq və İnkişaf İ 

Beynəlxalq Hüquq və 

Müqavilələr İdarəsi 

• Siyasi sahədə əməkdaşlıq məsələləri

•Humanitar və mədəni əməkdaşlıq məsələləri; 

• Energetika sahəsində əməkdaşlıq məsələləri; 

•Beynəlxalq və regional təhlükəsizlik məsələləri; 

yarımillik 2010 



Bakı 

2 

Avropaya inteqrasiya məsələləri: 

• Avropa İttifaqının (Aİ) ʺŞərq tərəfdaşlığıʺ təşəbbüsün müzakirəsi; 

•  Azad  ticarət  zonasının  (ATZ)  yaradılması  daxil  olmaqla,  Ukrayna 

ilə  Aİ  arasında  birlik  haqqında  Sazişin  (Association  agreement) 

bağlanmasına  dair  Aİ  ilə  danışıqlarının  hazırlanması  və  keçirilməsi 

zamanı Ukraynanın əldə etdiyi təcrübə; 

•  Aİ  ilə  viza  rejiminin  liberalizasiyası  məsələləri,  Aİ‐nın  regional 

təşəbbüsləri kontekstində regional əməkdaşlıq məsələləri; 

• İqtisadi əməkdaşlıq məsələləri (o cümlədən QDİƏT çərçivəsində); 

II 


yarımillik 

2009 


Kiyev 

Nazir müavini M.Məmm 

Quliyev Təhlükəsizlik 

Problemləri İdarəsi; 

İqtisadi Əməkdaşlıq və 

İdarəsi; 

Birinci Ərazi İdarəsi; 

3 

•  Regional  təhlükəsizlik  məsələləri  üzrə  DİİT‐GUAM  çərçivəsində 

qarşılıqlı fəaliyyət və əməkdaşlıq; 

II 


yarımillik 

2009 


Bakı 

Nazir müavini 

A.Əzimov 

Təhlükəsizlik 

GUAM regionunda münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan 

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması; 

yarımillik 2010 



Kiyev 

Problemləri İdarəsi; 




• Regional təşəbbüslər və regional təhlükəsizlik məsələləri; 

• Yeni təhdid və çağırışlarla mübarizə

• Silahlara nəzarət sahəsində əməkdaşlıq; 

•  GUAM  regionunda  münaqişələrin,  o  cümlədən  Ermənistan‐

Azərbaycan 

Dağlıq 


Qarabağ 

münaqişəsinin 

nizamlanmasına 

beynəlxalq təşkilatların yardımı; 



4 

Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın aktual məsələləri 

• BMT, ATƏT və AŞ çərçivəsində əməkdaşlıq; 

• Beynəlxalq təşkilatlardakı vakant vəzifələrin əvəz edilməsində namizədlərə 

qarşılıqlı dəstək; 

yarımillik 2010 



Kiyev 

Nazir 


müavini 

Təhlükəsizlik 



Pr 

İdarəsi;


 İnsan 

Demokratikləşdirmə 



Humanitar Problemlər 

II 


yarımillik 2010 

Bakı 


5 

İkitərəfli 

müqavilə‐hüquq 

bazasının 

inkişafı 

və 


inventarlaşdırılmasının prioritet məqsədləri 

yarımillik 2010 



Bakı 

Beynəlxalq 

Hüqu 

Müqavilələr  İdarəsin 



Beynəlxalq 

Hüqu 


Müqavilələr İdarəsi 

6 

Azərbaycan  Respublikası  XİN‐in  və  Ukrayna  XİN‐in  Diplomatik 

Akademiyaları arasında əməkdaşlıq 

II 


yarımillik 2009 

Yüklə 128,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə