Azərbaycan Respublikası və Yunanıstan Respublikası arasında 2009-cu IL fevralın 16-da Afina şəhərində imzalanmış sənədlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



Yüklə 54,28 Kb.

tarix08.03.2018
ölçüsü54,28 Kb.


Azərbaycan Respublikası və Yunanıstan Respublikası arasında 2009‐cu il fevralın 

16‐da Afina şəhərində imzalanmış sənədlər haqqında 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 

1.  Azərbaycan  Respublikası  və  Yunanıstan  Respublikası  arasında  2009‐cu  il 

fevralın 16‐da Afina şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin: 

1.1. Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti 

arasında  informasiya  və  kommunikasiya  texnologiyaları  sahəsində  əməkdaşlıq 

haqqında Saziş; 

1.2.  Azərbaycan  Respublikası  Sənaye  və  Energetika  Nazirliyi  və  Yunanıstan 

Respublikası  İnkişaf  Nazirliyi  arasında  bərpa  olunan  enerji  mənbələri  və  enerji 

səmərəliliyi sahəsində Anlaşma Memorandumu. 

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 

1.1‐1.2‐ci  bəndlərində  göstərilən sənədlərin  həyata  keçirilməsi  üçün  zəruri  tədbirlər 

görsün. 

3.  Azərbaycan  Respublikasının  Xarici  İşlər  Nazirliyinə  tapşırılsın  ki,  bu 

Sərəncamın  1.1‐1.2‐ci  bəndlərində  göstərilən sənədlərin  qüvvəyə  minməsi  üçün 

zəruri  olan  dövlətdaxili  prosedurların  yerinə  yetirilməsi  barədə  Yunanıstan 

Respublikası tərəfini xəbərdar etsin. 

İlham Əliyev, 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 12 mart 2009‐cu il. 

№ 207 

Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında 

informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında 

SAZİŞ  



Azərbaycan  Respublikası  Hökuməti  və  Yunanıstan  Respublikası  Hökuməti  (bundan 

sonra  ʺTərəflərʺ  adlandırılacaq),  hər  iki  ölkənin  sosial  və  iqtisadi  inkişafı  çərçivəsində 

informasiya  və  kommunikasiya  texnologiyaları  sahəsində  qarşılıqlı  faydalı  əməkdaşlığı 

inkişaf etdirməyi və möhkəmləndirməyi arzu edərək, 

hər iki ölkədə əhaliyə səmərəli və dayanıqlı xidmətlərin yerinə yetirilməsi ilə əlaqədar 

eyni məqsəd və maraqları bölüşərək, 

informasiya  və  kommunikasiya  texnologiyaları  sahəsində  aparılan  əməkdaşlığın 

hazırkı  səviyyəsinin  təkmilləşdirilməsinin  və  ideyalar,  məlumatlar,  bilik  və  təcrübələr 

mübadiləsi  yolu  ilə  ümumi  maraq  kəsb edən  sahələrdə  əməkdaşlığın  Tərəflər  üçün  faydalı 

olacağını nəzərə alaraq, 

informasiya  və  kommunikasiya  texnologiyaları  sahəsində  Tərəflər  arasında 

kommersiya  əlaqələrinin  möhkəmləndirilməsində  mövcud  olan  potensialı  və  mövcud 

imkanlardan tam istifadə etmək üçün ehtiyacı dərk edərək, 

hər  iki  Tərəfin  informasiya  və  kommunikasiya  texnologiyaları  sahəsində  sərmayələri, 

birgə  müəssisələri,  ümumi  maraqları,  texnoloji  inkişafı  və  ticarəti  inkişaf  etdirmək 

arzusunda olduqlarını nəzərə alaraq, 

aşağıdakılar barədə razılığa gəldilər: 

Maddə 1 


Tərəflər  qarşılıqlı  fayda  əsasında,  öz  ərazilərində  qüvvədə  olan  qanunvericiliyə  və 

beynəlxalq  hüququn  müvafiq  norma  və  prinsiplərinə, həmçinin  bu  Sazişə  uyğun  olaraq, 

informasiya və kommunikasiya texnologiyaları sahəsində öz iqtisadi, sənaye, elmi və texniki 

əməkdaşlığını inkişaf etdirəcək və təkmilləşdirəcəklər. 

Maddə 2 

Elektromaqnitik  uyğunluq  (EMU)  məsələləri  də  daxil  olmaqla,  informasiya  və 

kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq aşağıdakıları əhatə edir: 

1.  telekommunikasiyanın  tənzimlənməsi  ilə  əlaqədar  Yunanıstan  Respublikasının 

təcrübəsinin öyrənilməsi; 

2. E‐hökumət və E‐imzanın tətbiqi sahəsində əməkdaşlıq; 

3.  Azərbaycan  Respublikasının  informasiya  və  kommunikasiya  texnologiyaları 

sahəsinə Yunanıstan Respublikası tərəfindən sərmayə qoyuluşlarının təşviq etdirilməsi; 




4.  qarşılıqlı  məqbul  şərtlərlə  Azərbaycan  Respublikasında  informasiya  və 

kommunikasiya  texnologiyaları  sahəsində  birgə  müəssisələrin  yaradılmasının  təşviq 

etdirilməsi; 

5.  Yunanıstan  Respublikasının  telekommunikasiya  təsisatlarında  azərbaycanlı 

mütəxəssislər üçün təlim kurslarının təşkili; 

6. birgə seminar, konfrans, forum və sərgilərin keçirilməsi; 

7.  beynəlxalq  təşkilatlarda  (ÜPİ  və  BTİ  kimi)  hər  iki  ölkənin  milli  maraqları  üst‐üstə 

düşdüyü təqdirdə bir‐birini dəstəkləməsi; 

8.  hər  iki  Tərəfin  nümayəndə  heyətlərinin  təcrübə  mübadiləsi  məqsədilə  qarşılıqlı 

səfərlərinin təşkili; 

9.  elektromaqnitik  uyğunluq  sahəsində  əməkdaşlığın  inkişaf  etdirilməsi,  öz 

məhsullarının  dəstəklənməsi,  təşviq  edilməsi  və  sertifikatlaşdırılması  sahəsində  müvafiq 

tədbirlərin görülməsi; 

10. qarşılıqlı razılaşma əsasında digər məsələlər. 

Maddə 3 

Tərəflər  İKT  sahəsində  fəaliyyətin  təşviq  olunması,  əməkdaşlığın  inkişaf  etdirilməsi, 

yeni  texnologiyaların  tətbiq  edilməsi  və  birgə  müəssisələrin  təşviqi  məqsədilə,  aidiyyəti 

orqanları,  təşkilat  və  müəssisələri  tərəfindən  bu  sahədə  sıx  əlaqələrin  və  məlumat 

mübadiləsinin  təkmilləşdirilməsini,  eləcə  də  mümkün  olduqda,  xüsusi  proqramların  və 

layihələrin yerinə yetirilməsi sahəsində əməkdaşlığı təşviq edəcəklər. 

Tərəflər kəndlərdə  telekommunikasiyanın  inkişaf  etdirilməsi,  rəqəmsallara  keçidin 

təmin  edilməsi  və  lokal  şəbəkələrin  tənzimlənməsi  sahəsində  Azərbaycan  Respublikasının 

və  Yunanıstan  Respublikasının  təcrübəsinin  tətbiqi  üçün  hər  iki  Tərəfin  mütəxəssislərinin 

birgə iş aparmasını təmin edəcəklər. 

Maddə 4 

Bu Sazişin müddəaları Tərəflərin iştirakçısı olduqları digər beynəlxalq sazişlərdən irəli 

gələn  hüquq  və  öhdəliklərə, həmçinin  Yunanıstan  Respublikasının  Avropa  Birliyinə 

üzvlüyündən irəli gələn öhdəliklərinə toxunmur. 

Maddə 5 



Tərəflər

 əməkdaşlıq 

çərçivəsində 

mübadilə 

etdikləri 

informasiyanın 

konfidensiallığının  öz  qanunvericiliklərinə  uyğun  surətdə  qorunması  üçün  zəruri  tədbirlər 

görəcəklər,  həmçinin  belə  informasiyanı  təqdim  etmiş  Tərəfin  yazılı  icazəsi  olmadan  bu 

informasiyanı  üçüncü  tərəfə  aşkarlamayacaq  və  yaymayacaqlar.  Bu  müddəa  bu  Saziş 

qüvvədən düşdükdən sonra üç il müddətində qüvvədə qalır. 

Maddə 6 

Tərəflər  bu  Sazişin  müddəalarının  təfsiri  və  ya  tətbiqi  zamanı  mübahisələr  yarandığı 

təqdirdə, onları danışıqlar və məsləhətləşmələr yolu ilə həll edəcəklər. 

Maddə 7 


Bu  Sazişin  həyata  keçirilməsi  üzrə  fəaliyyətin  əlaqələndirilməsinə  görə  məsul 

səlahiyyətli orqanlar: 

Azərbaycan  Respublikasının  Rabitə  və  İnformasiya  Texnologiyaları  Nazirliyi  ‐

Azərbaycan Respublikası Hökuməti adından; 

Yunanıstan  Respublikasının  Nəqliyyat  və  Rabitə  Nazirliyi  ‐ Yunanıstan  Respublikası 

Hökuməti adından. 

Bu  Sazişdən  irəli  gələn məsələlərin  həyata  keçirilməsi  üzrə  səlahiyyətli  orqanlanrı 

qarşılıqlı fəaliyyəti zamanı işçi dil qismində ingilis dilindən istifadə ediləcəkdir. 

Tərəflər  əməkdaşlığın  xüsusiyyətlərindən  asılı  olaraq,  bu  Sazişin  həyata  keçirilməsi 

üzrə  fəaliyyətin  əlaqələndirilməsinə  görə  məsul  olan  digər  hökumət  orqanlarını  təyin  edə 

bilərlər və onlar diplomatik kanallar vasitəsilə bir‐birini bu barədə məlumatlandıracaqlar. 

Maddə 8 


Tərəflərin  yazılı  razılığına  əsasən,  bu  Sazişə  düzəlişlər  edilə  bilər.  Belə  düzəlişlər  bu 

Sazişin ayrılmaz hissəsi olan və onun 9‐cu maddəsində nəzərdə tutulmuş qaydada qüvvəyə 

minən ayrıca protokollarla rəsmiləşdiriləcəkdir. 

Maddə 9 


Bu  Saziş  onun  qüvvəyə  minməsi  üçün  zəruri  olan  dövlətdaxili  prosedurları  yerinə 

yetirdikləri  barədə  Tərəflərin  diplomatik  kanallar  vasitəsilə  bir‐birlərinə  göndərdikləri 




sonuncu  yazılı  bildirişin  tarixindən  qüvvəyə  minir.  Bu  Saziş  iki  il  müddətinə  bağlanılır. 

Tərəflərdən  biri  bu  Sazişin  müddətinin  bitməsinə  ən  azı  altı  ay  qalmış  bunun  əksi  barədə 

digər Tərəfə bildirmədikdə, Sazişin qüvvəsi növbəti iki il müddətinə uzadılacaqdır. 

Bu  Saziş  Afina  şəhərində  16  fevral  2009‐cu  il  tarixində,  Azərbaycan,  yunan  və  ingilis 

dillərində, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı 

fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir. 



Azərbaycan Respublikası 

Yunanıstan Respublikası 

Hökuməti adından 

Hökuməti adından 

(imza) 

(imza) 

Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Yunanıstan Respublikası İnkişaf 

Nazirliyi arasında bərpaolunan enerji mənbələri və enerji səmərəliliyi sahəsində  

ANLAŞMA MEMORANDUMU  

Bundan sonra ʺTərəflərʺ adlandırılacaq Azərbaycan Respublikası Sənaye və Energetika 

Nazirliyi və Yunanıstan Respublikası İnkişaf Nazirliyi, 

Tərəflərin  bərpaolunan  enerji  mənbələri  və  enerji  səmərəliliyinə  əsaslanan  enerji 

sahəsindəki proqramlarının səmərəliliyinin təmin olunmasını və Tərəflərin alimləri arasında 

bu sahədə əməkdaşlığın genişləndirilməsini arzu edərək, 

Tərəflər  arasında  əməkdaşlığın  genişləndirilməsinin  Tərəflərin  iqtisadiyyatının 

inkişafına  və  mövcud  dostluq  münasibətlərinin  gücləndirilməsinə  töhfə  verəcəyini  etiraf 

edərək, 

Tərəflərdən hər  birinin  bu  Anlaşma  Memorandumunu  öz  milli  qanunvericiliklərinə, 

beynəlxalq  hüququn  norma  və  prinsiplərinə  və  Yunanıstan  Respublikasının  Avropa 

Birliyinə üzvlüyündən irəli gələn öhdəliklərinə uyğun həyata keçirəcəyini vurğulayaraq, 

aşağıdakılar barədə razılığa gəldilər: 

Maddə 1 


Məqsəd 


Bu  Anlaşma  Memorandumunun  məqsədi  Tərəflər  arasında  bərpa  olunan  enerji 

mənbələri  və  enerji  səmərəliliyinə  aid  tədqiqatlarda  birgə  fəaliyyətin  həyata  keçirilməsi 

Proqramının  dəstəklənməsi  və  onun  üçün  əsas  yaradılmasıdır.  Bu  cür  fəaliyyət  qarşılıqlı 

fayda, bərabərlik və qarşılılıq əsasında həyata keçiriləcəkdir. 

Maddə 2 

Fəaliyyət sahələri 

Bu Anlaşma Memorandumu çərçivəsində fəaliyyət sahələri aşağıdakıları əhatə edir: 

müvafiq sahədə təcrübə mübadiləsi, qanunvericilik və inzibati islahatlara dəstək; 

institusional gücləndirmə və imkanların yaradılması; 

enerji siyasəti və planlaşdırma; 

bərpaolunan enerjinin (günəş enerjisi, külək enerjisi, biokütlə enerjisi ‐ bioyanacaq) və 

enerji səmərəliliyi tədbirlərinin təşviq olunması üçün fəaliyyətin işlənib hazırlanması; 

enerji  səmərəliliyi  və  enerjiyə  qənaət  (binalarda,  nəqliyyatda)  sahəsində  ən  qabaqcıl 

təcrübənin paylaşılması; 

maliyyə  mexanizmlərinin  müəyyənləşdirilməsi  üçün  Aİ  və  beynəlxalq  səviyyədə 

ümumi  strategiyaların  və  layihələrin  işlənib  hazırlanması,  bərpa  olunan  enerji 

mənbələrindən istifadənin genişləndirilməsi və enerji səmərəliliyinin təşviq olunması. 

Maddə 3 

Əməkdaşlığın formaları 

3.1.  Bu  Anlaşma  Memorandumu  çərçivəsində  birgə  fəaliyyət,  yalnız  bununla 

məhdudlaşmamaq şərtilə, aşağıdakı formaları əhatə edəcək: 

2‐ci maddədə əks olunmuş sahələrdə fəaliyyətin planlaşdırılması üçün rəsmi şəxslər və 

proqram rəhbərləri arasında məsləhətləşmələrin aparılması; 

hər  bir  ölkənin  mərkəzlərində,  institutlarında,  laboratoriyalarında  və  digər 

müəssisələrində  aparılan  inkişaf  fəaliyyəti,  tədqiqatlar,  təhlillər

və  eksperimental 

fəaliyyətlərdə  iştirak  etmək  üçün  alim  və  mütəxəssislərin  əvvəlcədən  razılaşdırılmış 

müddətə mübadiləsi; 

hipotezaların sınaqdan keçirilməsi məqsədilə elmi və texniki informasiyanın, tədqiqat 

metodlarının və elmi nəticələrin mübadiləsi; 

razılaşdırılmış mövzular üzrə seminarların, təlim kurslarının və görüşlərin təşkili; 



bərpaolunan  enerji  və  enerji  effektivliyinə  dair  xüsusi  layihələrin  hazırlanması  və 

tətbiqi; 

sənaye  və  yanacaq‐energetika  sahəsində  əməkdaşlığın  inkişaf  etdirilməsi  və  Tərəflər 

arasında müştərək müəssisələrin yaradılması. 

Maddə 4 

Layihə təsviri 

4.1.  Tərəflər  bu  Anlaşma  Memorandumu  əsasında  həyata  keçiriləcək  layihələrin  hər 

biri üçün Layihə Təsviri tərtib edəcəklər. 

4.2. Layihə Təsviri birgə layihənin yerinə yetirilməsi üçün ətraflı müddəalardan ibarət 

olacaq  və  texniki  imkanlar,  avadanlıq  mübadiləsi,  büdcə, xərclərin  bölüşdürülməsi  və 

layihənin  qrafiki,  əməkdaşlığın  idarə  edilməsi  və  elmi‐texniki  informasiya  mübadiləsi  kimi 

məsələləri əhatə edəcəkdir. 

Maddə 5 


İdarəetmə 

5.1.  Bu  Anlaşma  Memorandumunun  lazımi  qaydada  icrası  məqsədilə  Azərbaycan 

Respublikası  Sənaye  və  Energetika  Nazirliyi  və  Yunanıstan  Respublikası  İnkişaf  Nazirliyi 

tərəfindən təyin edilən nümayəndələrdən ibarət Koordinasiya Komissiyası yaradılır. 

5.2.  Koordinasiya  Komissiyası  hər  il  üzvləri  arasından  alternativ  olaraq  Sədr  təyin 

edəcəkdir. 

5.3.  Koordinasiya  Komissiyası  bu  Anlaşma  Memorandumu  çərçivəsində  həyata 

keçiriləcək hər  bir  layihə  üçün  4‐cü  maddədə  əksini  tapmış  Layihə  Təsvirinin  tərtib 

olunmasını təmin edəcəkdir. 

5.4.  Koordinasiya  Komissiyası  bu  Anlaşma  Memorandumu  əsasında  həyata  keçirilən 

əməkdaşlığın  vəziyyətini  qiymətləndirmək  üçün  zəruri  olduğu təqdirdə  görüşlər  keçirəcək 

və  yazışmalar  aparacaqdır.  Əlavə  olaraq,  Koordinasiya  Komissiyası  əməkdaşlıq  üçün  yeni 

mühüm təklifləri nəzərdən keçirəcək və bu istiqamətdə işlər görəcəkdir. 

Maddə 6 


İnformasiya mübadiləsi 


6.1.  İnformasiya  mübadiləsinə  elmi  və  texniki  məlumatlar,  tədqiqatın  nəticələri  və 

formaları  və  ya  Anlaşma  Memorandumuna  uyğun  olaraq,  Layihə  Təsviri  çərçivəsində 

təqdim olunan, mübadilə edilən və ya meydana gələn istənilən informasiya daxildir. 

6.2. Bu Anlaşma Memorandumu çərçivəsində həyata keçirilən əməkdaşlıq zamanı əldə 

edilən  konfidensial  məlumatlar  da  daxil  olmaqla,  istənilən məlumatın  açıqlanması  belə 

məlumatı  təqdim  edən Tərəfin  yazılı  razılığına  əsasən Tərəflərin  müvafiq  milli 

qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcəkdir. 

Maddə 7 


Əqli mülkiyyət hüquqları 

Əqli mülkiyyət hüquqları hər bir xüsusi layihə çərçivəsində müəyyən olunacaqdır. 

Maddə 8 

Maliyyələşmə 

Tərəflərin əməkdaşlığından irəli gələn maliyyə öhdəliyinin formasının, metodlarının və 

şərtlərinin  detalları  Tərəflər  arasında  daha  sonra  imzalanacaq  ayrıca  Protokolla  müəyyən 

ediləcəkdir. 

Maddə 9 

Ümumi müddəalar 

Bu Anlaşma Memorandumu çərçivəsində bütün fəaliyyətlər Azərbaycan Respublikası 

və Yunanıstan Respublikası ərazisində qüvvədə olan müvafiq qanunvericiliyə uyğun olaraq 

həyata keçiriləcəkdir. 

Anlaşma  Memorandumunda  heç  bir  müddəa Tərəflər  arasında  digər  əməkdaşlığa və 

tərəfdaşlığa təsir göstərməyəcəkdir. 

Maddə 10 

Mübahisələrin həlli 



Bu Anlaşma Memorandumunun təfsiri və ya həyata keçirilməsi ilə əlaqədar meydana 

çıxan  istənilən  mübahisələr Tərəflər  arasında  qarşılıqlı  məsləhətləşmələr və  danışıqlar 

vasitəsilə həll ediləcəkdir. 

Maddə 11 



Düzəlişlər 

Tərəflərin  qarşılıqlı  razılığı  əsasında  bu  Anlaşma  Memorandumuna  ayrıca 

Protokollarla  düzəlişlər  edilə  bilər.  Bu  düzəlişlər  bu  Anlaşma  Memorandumunun  12‐ci 

maddəsinin  birinci  bəndində  nəzərdə  tutulmuş  qaydada  qüvvəyə  mindikdən  sonra  bu 

Anlaşma Memorandumunun ayrılmaz hissəsi olacaqdır. 

Maddə 12 



Qüvvəyə minmə və qüvvədən düşmə 

Bu  Anlaşma  Memorandumu  onun  qüvvəyə  minməsi  üçün  zəruri  olan  dövlətdaxili 

prosedurların  yerinə  yetirilməsi  barədə  Tərəflərin  sonuncu  yazılı  bildirişinin  diplomatik 

kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir. 

Bu  Anlaşma  Memorandumu  beş  il  müddətinə  bağlanılır  və  Tərəflərdən  biri  bu 

Anlaşma  Memorandumunun  müddətinin  bitməsinə  ən  azı  altı  ay  qalmış  onu  ləğv  etmək 

niyyəti  barədə  digər Tərəfə  diplomatik  kanallar  vasitəsilə  yazılı  məlumat  verməzsə,  onun 

qüvvəsi avtomatik olaraq növbəti beşillik müddətlərə uzadılacaqdır. 

Bu  Anlaşma  Memorandumu  Afina  şəhərində  16  fevral  2009‐cu  il  tarixində  iki  əsl 

nüsxədə, hər  biri  Azərbaycan,  yunan  və  ingilis  dillərində  imzalanmışdır,  bütün  mətnlər 

bərabər  autentikdir.  Təfsirdə  fikir  ayrılığı  olduğu təqdirdə,  ingilis  dilindəki  mətnə  istinad 

ediləcəkdir. 



Azərbaycan Respublikası 

Yunanıstan Respublikası 

Sənaye və Energetika Nazirliyi 

İnkişaf Nazirliyi 

adından 

adından 

(imza) 

(imza) 


: edocs -> lexdocs -> laws
laws -> Haqsız Rəqabət haqqında Azərbaycan Respublikasının Qanunu
laws -> Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
laws -> Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu
laws -> Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında
laws -> Nəşriyyat işi haqqında Azərbaycan Respublikasının Qanunu
laws -> Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında Azərbaycan Respublikasinin qanunu
laws -> ÜƏmt-nin ifalar və fonoqramlara dair Müqaviləsi-nə qoşulmaq haqqında Azərbaycan Respublikasının Qanunu
laws -> Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
laws -> Azərbaycan Respublikası və Ukrayna arasında 2009-cu IL aprelin 9-da Bakı şəhərində imzalanmış sənədlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
laws -> İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması Qaydaları-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə