Azərbaycan respublikasi adindan qətnamə surəTİ



Yüklə 83,53 Kb.
Pdf görüntüsü
tarix13.11.2017
ölçüsü83,53 Kb.
#10316


 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN 

QƏTNAMƏ 

SURƏTİ 

20 dekabr 2016-cı il  

İş № 2(106)2500/2016 

Şirvan şəhəri 

Şirvan  Apellyasiya  Məhkəməsinin  mülki  kollegiyasının  hakimləri  Heydərov  Tofiq 

Xudayar oğlu (sədrlik edən, məruzəçi), Mirzəyev Nüsrət Fətulla oğlu və Cəbrayılov Vüsal 

Adil oğlundan ibarət tərkibdə, Xıdırov Bəhruz Müseyib oğlunun katibliyi ilə, iddiaçı “Bank 

of Baku”ASC-nin cavabdehlər Həsənova İradə Şükür qızına və Əhmədova Şərqiyyə Şükür 

qızına  qarşı  pul  tələbinə  dair  mülki  iş  üzrə  Şirvan  Şəhər  Məhkəməsinin  2(032)488/2016 

saylı 28 sentyabr 2016-cı il tarixli qətnaməsindən cavabdeh Əhmədova Şərqiyyə Şükür qızı 

tərəfindən  verilmiş  apellyasiya  şikayətinə  Şirvan  Apellyasiya  Məhkəməsinin  inzibati 

binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, 

MÜƏYYƏN ETDİ: 

Şirvan  Şəhər  Məhkəməsinin  2(032)488/2016  saylı  28  sentyabr  2016-cı  il  tarixli 

qətnaməsi  (hakim  Əliyev  Ziya  Müqərrəm  oğlu)  ilə,  iddianın  təmin  edilməsi,  cavabdehlər 

Həsənova  İradə  Şükür  qızından  və  Əhmədova  Şərqiyyə  Şükür  qızından  2281,61  (iki  min 

iki  yüz  səksən  bir  dolları  altımış  bir  sent)  ABŞ  dolları  məbləğində  əsas  borcu,  738,23 

(yeddi yüz otuz səkkiz dolları iyirmi üç sent) ABŞ dolları faiz borcunun, cəmi 3019,84 (üç 

min on doqquz dolları səksən dörd sent) ABŞ dolları manat hesabı ilə və 30 (otuz) manat 

dövlət  rüsumu  müştərək  qaydada  alınaraq  iddiaçı  “Bank  of  Baku”ASC-yə  verilməsi  qət 

edilmişdir. 

Qətnamədən  narazı  qalan  cavabdeh  Əhmədova  Şərqiyyə  Şükür  qızı  tərəfindən 

apellyasiya şikayəti verilmişdir. 

İŞİN HALLARI: 

Kreditor  “Bank  of  Baku”ASC  ərizə  ilə  birinci  instansiya  məhkəməsinə  müraciət 

edərək  borclular  Həsənova  İradə  Şükür  qızından  və  Əhmədova  Şərqiyyə  Şükür  qızından 

2281,61  ABŞ  dolları  məbləğində  əsas  borcu,  738,23  ABŞ  dolları  faiz  borcunun,  cəmi 

3019,84  ABŞ  dolları  və  iddia  verilərkən  ödənilmiş  20  manat  dövlət  rüsumunun  tutularaq 

“Bank of Baku”ASC-yə ödənilməsi barədə əmrin verilməsini xahiş etmişdir. 

Şirvan şəhər məhkəməsinin 21 yanvar 2016-ci il tarixli, 2(032)-488/2016 saylı əmri 

ilə  Həsənova  İradə  Şükür  qızından  və  Əhmədova  Şərqiyyə  Şükür  qızından  2281,61  ABŞ 

dolları  məbləğində  əsas  borcu,  738,23  ABŞ  dolları  faiz  borcunun,  cəmi  3019,84  ABŞ 

dolları və iddia verilərkən ödənilmiş 20 manat dövlət rüsumu tutulmuşdur. 

Birinci instansiya məhkəməsi əmrindən narazı qalan Əhmədova Şərqiyyə Şükür qızı 

etiraz  ərizəsi  ilə  birinci  instansiya  məhkəməsinə  müraciət  edərək  21  yanvar  2016-ci  il 

tarixli 2(032)-488/2016 saylı əmrin ləğv edilməsini və mülki iş iddia icraatına keçirilməsini 

xahiş etmişdir.  

Şirvan şəhər məhkəməsinin 29.07.2016-cı il tarixli 2(032)-488/2016 saylı qərardadı 

ilə birinci instansiya məhkəməsinin 21.01.2016-ci il tarixli əmri ləğv olunmuş və mülki iş 

iddia icraatına keçirilmişdir. 



 

İddiaçı  “Bank  of  Baku”  ASC-nin  nümayəndəsi  Bayramlı  Elgiz  Pərviz  oğlu  birinci 



instansiya  məhkəməsi  tərəfindən  aparılan  icraat  zamanı  təmsil  etdiyi  qurumun  iddiasını 

müdafiə  edərək  izahatında  “Bank  of  Baku”ASC-nin  filialı  ilə  borcalan  Həsənova  İradə 

Şükür  qızı  arasında  bağlanmış  07.04.2014-cü  il  tarixli  kredit  sazişi  müqaviləsinə  əsəsən 

bank borcluya 24 ay müddətinə illik 25,90 % olmaqla 3000 ABŞ dolları məbləğində kredit 

verildiyini, öhdəliyin icrasının təmini məqsədi ilə həmin tarixdə “Bank of Baku”ASC-e ilə 

Əhmədova Şərqiyyə  Şükür qızı ilə zaminlik müqaviləsi bağlandığını, borclunun krediti və 

kreditlə  hesablanmış  faizləri  müvafiq  surətdə  vaxtı-vaxtında  ödəməyi  öhdəsinə 

götürdüyünü,  müqavilə  üzrə  öhdəliklərini  icra  etmədiyinə  görə  borclunun  banka  2281,61 

ABŞ dolları məbləğində əsas borcu, 738,23 ABŞ dolları faiz borcunun, cəmi 3019,84 ABŞ 

dolları  borc  yaranmışdır  və  cavabdehlərə  dəfələrlə  xəbərdarlıq  edilməsinə  baxmayaraq, 

kreditin  və  kreditdən  istifadəyə  görə  faizlərin  ödənilməsi  üçün  tədbir  görməmələrini  və 

ödənilmiş  20  manat  məbləğində  dövlət  rüsumunun  borclular  Həsənova  İradə  Şükür 

qızından  Əhmədova  Şərqiyyə  Şükür  qızından  müştərək  qaydada  alınaraq  “Bank  of 

Baku”ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 

Birinci  instansiya  məhkəməsinin  məhkəmə  iclasının  vaxtı  və  yeri  barədə  müvafiq 

qaydada  xəbərdar  olunmuş  cavabdeh  Əhmədova  Şərqiyyə  Şükür  qızının  qeydiyyatda 

olduğu  yer  üzrə  məhkəmə  bildirişi  göndərilməsinə  baxmayaraq,  bildiriş  geri  qaytarılaraq 

ünvanda yaşamaması qeyd olunmuşdur. 

Azərbaycan  Respublikasının  Mülki  Prossesual  Məcəlləsinin  147-ci  maddəsinə 

əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan 

axırıncı  yaşayış  yeri  üzrə  yerli  özünüidarə  orqanının,  müvafiq  icra  hakimiyyəti  orqanının 

və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin çağırış vərəqəsini aldığını 

təsdiq edən qeyd yazılmış çağırış vərəqəsi məhkəməyə daxil olduqdan sonra işə baxılması 

mümkün hesab edir. 

Cavabdeh Həsənova İradə Şükür qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi 

qaydada  xəbərdar  edildiyinə  baxmayaraq  birinci  instansiya  məhkəməsinin  məhkəmə 

iclaslarına gəlməmiş və bunun səbəbi barəsində heç bir məlumat verməmişdir . 

Məhkəmə  xatırladır  ki,  Azərbaycan  Respublikasının  MPM-nin  185.5-ci  maddəsinə 

əsasən  məhkəmə  iclasının  vaxti  və  yeri  haqqında  lazımi  qaydada  xəbərdar  edilmiş 

cavabdehin  gəlməməsinin  səbəbləri  haqqında  məlumat  olmadıqda  və  ya  məhkəmə 

gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən 

yubandırdığını  aşkar  etdikdə  işə  baxmağa  haqlıdır.  Bu  halda  qətnamə  çəkişmə  şəraitində 

qəbul  edilmiş  kimi  qiymətləndirilərək  cavabdehə  apellyasiya  qaydasında  şikayət  etmək 

hüququ verilir. 

Belə  olan  vəziyyətdə  birinci  instansiya  məhkəməsi  cavabdehlər  Əhmədova  Şərqiyyə 

Şükür  qızının  və  Həsənova  İradə  Şükür  qızının  iştirakı  olmadan  işə  baxılmasını  mümkün 

hesab etmişdir. 

Birinci  instansiya  məhkəməsi  tərəfindən  iddia  tələbi  üzrə  yuxarıda  göstərilən 

məhkəmə aktı qəbul edilmişdir. 

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: 

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Əhmədova 

Şərqiyyə Şükür qızı vermiş olduğu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci 

instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən, mühüm əhəmiyyətli olan bütün 

faktiki hallar aydınlaşdırılmamış, sübutlar tam və obyektiv qiymətləndirilməmişdir. Maddi 



 

və  prosessual  hüquq  normaları  düzgün  tətbiq  edilməməsi  konteksindən  məsələyə 



yanaşanda görmək olar ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli inzibati işin 

həlli zamanı maddi və prosessual hüquq normaları mübahisəyə münasibətdə düzgün təfsir 

edilməmişdir.  Birinci  instansiya  məhkəməsi  qanunvericiliyin  göstərilən  tələblərinə  riayət 

etməmiş,  mübahisənin  maddi-hüquqi  əsasını  düzgün  müəyyən  etməmiş,  işin  hallarını  tam 

və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla 

da işin faktiki hallarına uyğun olmayan nəticəyə gələrək qətnamə qəbul edilmişdir. 

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Əhmədova 

Şərqiyyə  Şükür  qızı  vermiş  olduğu  apellyasiya  şikayətində  Şirvan  Şəhər  Məhkəməsinin 

2(032)488/2016  saylı  28  sentyabr  2016-cı  il  tarixli  qətnaməsini  “hesablanmış  əsas 

borcunun,  cərimə  və  faiz  borcunun”  hissəsində  ləğv  edilməsini  və  iş  üzrə  yeni  qətnamə 

qəbul edilməsini xahiş etmişdir. 

TƏRƏFLƏRİN İZAHATI: 

İddiaçı  “Bank  of  Baku”ASC-nə,  cavabdehlər  Həsənova  İradə  Şükür  qızına  və 

Əhmədova  Şərqiyyə  Şükür  qızına  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  məhkəmə 

iclasının  vaxtı  və  yeri  barədə  məlumat  verilməsinə  baxmayaraq  məhkəmə  iclasına  iştirak 

etməmişlər  və  iştirak  etməmələrinin  səbəbləri  barədə  heç  bir  məlumat  verməmişlər. 

Məhkəmə  kollegiyası  Mülki  Prosessual  Məcəllənin  376.2-ci  maddəsinə  əsasən  tərəflərin 

iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. 

HÜQUQİ MƏSƏLƏLƏR: 

Azərbaycan  Respublikası  MPM-in  372.1-ci  maddəsinə  əsasən  apellyasiya  instansiya 

məhkəməsi  tam  hüquqlu  məhkəmə  kimi  işə,  işdə  olan  və  əlavə  təqdim  olunmuş  sübutlar 

əsasında  mahiyyəti  üzrə  baxır.  Həmin  Məcəllənin  372.7-ci  maddəsinin  tələbinə  görə 

apellyasiya  instansiya  məhkəməsi  şikayətin  dəlillərindən  asılı  olmayaraq,  məhkəmənin 

maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 

Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddianın 

təmin  edilməsini  mülki  iş  üzrə  tədqiq  olunmuş  sübutlar  və  iş  üzrə  tərəflərin  izahatları  ilə 

əsaslandırmışdır. 

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Əhmədova 

Şərqiyyə  Şükür  qızı  vermiş  olduğu  apellyasiya  şikayətində  Şirvan  Şəhər  Məhkəməsinin 

2(032)488/2016  saylı  28  sentyabr  2016-cı  il  tarixli  qətnaməsini  “hesablanmış  əsas 

borcunun,  cərimə  və  faiz  borcunun”  hissəsində  ləğv  edilməsini  və  iş  üzrə  yeni  qətnamə 

qəbul edilməsini xahiş etmişdir. 

Məhkəmə  kollegiyası  Şirvan  Şəhər Məhkəməsinin 2(032)488/2016 saylı 28 sentyabr 

2016-cı il tarixli qətnaməsindən cavabdehlərdən yalnız biri Əhmədova Şərqiyyə Şükür qızı 

birinci instansiya  məhkəməsinin  gəldiyi nəticəni mübahisələndirilərək apellyasiya  şikayəti 

verilməsini  nəzərə alaraq hesab edir  ki, birinci  instansiya  məhkəməsinin qətnaməsinə  ona 

münasibətdə baxılaraq hüquqi qiymət verilməlidir. 

Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası 

məhkəməsi  birinci  instansiya  məhkəməsinin  qətnaməsinin  əsaslılığını  onun  düzünə  və  ya 

dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya 

apellyasiya  şikayətində  və  ona  etirazlarda  ifadə  olunmuş  dəlillərə  əsasən  mübahisənin 

predmeti bölünməz olduqda isə tam yoxlayır. 




 

Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  Plenumunun  “Azərbaycan 



Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  372-ci  maddəsinin  apellyasiya  baxışının 

hədləri  barədə  müddəalarının  həmin  Məcəllənin  372.1  və  372.7-ci  maddələrinin  tələbləri 

baxımından  şərh  edilməsinə  dair”  20  may  2011-ci  il  tarixli  Qərarında  qeyd  edilir  ki, 

“Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  372.1-ci  maddəsinə  uyğun 

olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə 

tutulduğu 

hallarda 

birinci 


instansiya 

məhkəməsinin 

qətnaməsinin 

əsaslılığını 

mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla 

əlaqədar  olaraq,  apellyasiya  instansiyası  məhkəməsi  qətnamənin  mübahisələndirilməyən 

hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını 

şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə 

prinsipinin  pozulması  kimi  qiymətləndirilməlidir.”  Odur  ki,  Məhkəmə  kollegiyası 

cavabdeh  Əhmədova  Şərqiyyə  Şükür  qızınun  apellyasiya  şikayətinin  dəlilləri  həddində 

Şirvan  Şəhər  Məhkəməsinin  2(032)488/2016  saylı  28  sentyabr  2016-cı  il  tarixli 

qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. 

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli 

olan  halları  kifayət  qədər  araşdırmış,  mübahisə  predmeti  ilə  bağlı  tərəflərin  yaranmış 

qarşılıqlı  münasibətləri  üzrə  hüquqi  nəticəyə  gələrkən  tətbiq  edilməli  olan  maddi  hüquq 

normalarını tətbiq etmişdir. Odur ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)488/2016 saylı 28 

sentyabr  2016-cı  il  tarixli  qətnaməsi  dəyişdirilmədən  saxlanılmalı,  apellyasiya  şikayəti 

təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun 

qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya 

instansiyası  məhkəməsi  tərəfindən  araşdırılması  və  onlara  hüquqi  qiymət  verilməsi 

zəruridir.  Belə  ki,  “İnsan  hüquqlarının  və  əsas  azadlıqların  müdafiəsi  haqqında”  Avropa 

Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri 

müəyyən  edilərkən  və  ya  ona  qarşı  hər  hansı  cinayət  ittihamı  irəli  sürülərkən,  qanun 

əsasında yaradılmış müstəqil  və qərəzsiz  məhkəmə  vasitəsi  ilə, ağlabatan müddətdə işinin 

ədalətli  və  açıq  araşdırılması  hüququna  malikdir...”.  Həmçinin  MPM-nin  392.2-ci 

maddəsinə  əsasən  apellyasiya  şikayəti  təmin  edilmədikdə  və  ya  məhkəmənin  qətnaməsi 

dəyişdirildikdə,  apellyasiya  instansiyası  məhkəməsi  hansı  dəlillərə  əsasən  şikayətin  təmin 

edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. 

Məhkəmə  kollegiyası  apellyasiya  şikayətinin  dəlilləri  ilə  əlaqədar  iş  materiallarını 

araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. 

İş materiallarına  əlavə edilmiş  «Bank of Baku»  ASC-nin  Şirvan filialı ilə cavabdeh 

Həsənova İradə Şükür qızı arasında bağlanmış 07.04.2014-cü il tarixli kredit müqaviləsinin 

surətindən görünür ki, bank borc alana illik faiz dərəcəsi 25,90 % olmaqla 24 ay müddətinə 

3000  ABŞ  dolları  məbləğində  kredit  verməyi,  borc  alan  isə  müqavilədə  göstərilmiş 

müddətdə  və  qaydada  kredit  və  kredit  üzrə  hesablanacaq  faizləri  borc  verənə  qaytarmağı 

öhdəsinə götürmüşdür. 

İş materiallarına  əlavə edilmiş «Bank of Baku»  ASC-nin  Şirvan filialı ilə cavabdeh 

Əhmədova  Şərqiyyə  Şükür  qızı  arasında  bağlanmış  07  aprel  2014-ci  il  tarixli  Zaminlik 

müqaviləsinin  surətindən  məlum  olur  ki,  Əhmədova  Şərqiyyə  Şükür  qızı  borcalan 

Həsənova  İradə  Şükür qızının bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün 

məsuliyyəti öz üzərınə götürmüşdür. 



 

İş  materiallarına  əlavə  edilmiş  07.04.2014-cü  il  tarixli  kreditin  ödəmə  cədvəlindən 



görünür ki borclu hər ay 161,48 ABŞ dolları ödəməklə borcunu və ona hesablanmış faizləri 

07.04.2016-cı il tarixə kimi ödəməli idi. 

İş  materiallarına  əlavə  edilmiş  07.04.2014-cü  il  tarixli  kassa  məxaric  orderindən 

görünür ki, Həsənova İradə Şükür qızı 3000 ABŞ dolları pulu bankdan almışdır. 

Məhkəmə  kollegiyası  apellyasiya  şikayəti  dəlilləri  ilə  mülki  iş  materiallarını 

müqayisəli tədqiq edərək qeyd edilən dəlilləri formal mülahizə hesab etməklə aşağıdakıları 

qeyd edir: 

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  385.1-ci  maddəsinə  əsasən  öhdəliyə 

əsasən  bir  şəxs  (borclu)  başqa  şəxsin  (kreditorun)  xeyrinə  müəyyən  hərəkəti  etməlidir, 

məsələn,  pul  ödəməli,  əmlak  verməli,  iş  görməli,  xidmətlər  göstərməli  və  i.a.  və  ya 

müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək 

hüququ vardır. 

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  386.1-ci  maddəsinə  əsasən  öhdəliyin 

zərər  vurulması,  əsassız  varlanma  və  ya  bu  Məcəllədə  nəzərdə  tutulmuş  digər  əsaslar 

nəticəsində  əmələ  gəlməsi  halları  istisna  olmaqla,  öhdəliyin  əmələ  gəlməsi  üçün  onun 

iştirakçıları arasında müqavilə olmalıdır. 

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  425.1-ci  maddəsinə  əsasən  öz 

hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın 

tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə 

və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar 

adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 448.1 və 465.2-ci maddələrinə 

əsasən  öhdəliyin  icra  edilməməsi  dedikdə,  onun  pozulması  və  lazımınca  icra  edilməməsi 

başa  düşülür.  Borclu  onun  risk  dairəsinə  daxil  olan  icra  etmədiyi  bütün  hallar  üçün 

cavabdehdir  və  hüququ  pozulmuş  şəxsin  ona  vurulmuş  zərərin  (real  zərərin)  və  əldən 

çıxmış  faydanın  əvəzinin  tam  ödənilməsini  tələb  etmək  hüququ  vardır.  Əgər  borclu 

öhdəliyin  lazımınca  icra  edilmədiyi,  o  cümlədən  müəyyənləşdirilmiş    müddətdə  icra 

edilmədiyi  halda,  cərimə  ödəcəyini  vəd  etmişdirsə,  kreditor  cərimənin  ödənilməsini  və 

öhdəliyin icrasını tələb edə bilər.  

Azərbaycan  Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci  maddəsinə əsasən öhdəliyin 

onun  icrası  üçün  müəyyənləşdirilmiş  müddətdə  icra  edilməməsi  borclunun  icranı 

gecikdirməsi sayılır. 

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  445.1-ci  maddəsinə  əsasən  icranı 

gecikdirmiş  borclu  gecikdirmə  nəticəsində  vurduğu  zərər  üçün  və  gecikdirmə  zamanı 

təsadüfən  baş  vermiş  icra  mümkünsüzlüyünün  nəticələri  üçün  kreditor  qarşısında 

məsuliyyət daşıyır. 

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  500.1-ci  maddəsinə  əsasən  əgər 

öhdəliyin  icrası  bir  neçə  şəxsə  onlardan  hər  birini  öhdəliyin  tam  icrasında  iştirak  etməyə 

borclu  edən  şəkildə  həvalə  edilirsə,  kreditor  isə  yalnız  birdəfəlik  icranı  tələb  etmək 

hüququna malikdirsə, onlar birgə borclulardır. 

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  500.2-ci  maddəsinə  əsasən  birgə 

öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. 

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  501-ci  maddəsinə  əsasən  kreditor  öz 

arzusu ilə  istənilən  borcludan həm tam, həm də  hissə-hissə icranı tələb edə bilər. Öhdəlik 

tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır.  



 

Cavabdeh Əhmədova  Şərqiyyə  Şükür qızı tərəfindən verilmiş apellyasiya şikayətinin 



əsas dəlili  ondan  ibarətdir  ki, birinci  instansiya  məhkəməsi tərəfindən  maddi  və prosesual 

hüquq normaları düzgün tədqiq edilməmişdir.  

Məhkəmə  kollegiyası, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir 

ki,  cavabdeh  ilə  iddiaçı  arasında  kredit  müqaviləsi  bağlanmış  və  cavabdehin  bağlanmış 

kredit  müqaviləsi  üzrə  öhdəliyi  lazımınca  və  vicdanlılığın  tələb  etdiyi  tərzdə  icra 

etmədiyindən  müqavilədən  yaranan  öhdəliyə  görə  məsuliyyəti  yaranmışdır.  Buna  görə  də 

tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit 

borcu, faiz və cərimə borcu) icra etməlidir. 

Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən mübahisəli 

inzibati  işin  həlli  zamanı  maddi  və  prosessual  hüquq  normaları  mübahisəyə  münasibətdə 

düzgün təfsir edilmədiyini göstərsə də, birinci instansiya məhkəməsi tərəfindən inzibati işə 

deyil,  mülki  işə  baxılaraq  qətnamə  qəbul  edilmişdir.  Bu  isə  cavabdeh  tərəfindən  verilmiş 

apellyasiya  şikayətinin  formal  xarakter  daşıdığını  təsdiqləyir.  İş  materiallarına  əlavə 

edilmiş  (mülki  iş  materialları  səh.  12)  CC/26910/39/26  nömrəli,  07.04.2014-cü  il  tarixli 

kredit  müqviləsindən  görünür  ki,  bank  tərəfindən  cavabdehə  illik  faiz  dərəcəsi  25,90  % 

olmaqla  24  ay  müddətinə  3000  ABŞ  dolları  məbləğində  kredit  verilmiş,  lakin  həmin 

müqavilənin  şərtlərini  yerinə  yetirməyən  cavabdehin  bank  qarşısında  öhdəlikləri 

yaranmışdır.  Cavabdehin  bank  qarşısında  öhdəlikləri  yaranması  iş  materiallarına  əlavə 

edilmiş (mülki iş materialları səh. 5) maliyyə arayışında da öz təsdiqini taparaq, cavabdehin 

27.12.2015-ci  il  tarixə  banka  2281,61  ABŞ  dolları  məbləğində  əsas  kredit  borcunun, 

738,23  ABŞ  dolları  faiz  borcu  olduğunu  bir  daha  təsdiqləyərək,  birinci  instansiya 

məhkəməsi  tərəfindən  qəbul  edilmiş  qətnamənin  qanuni  və  əsaslı  olduğunu,  həmin 

qətnamədə maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyi anlamına 

gəlir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və 

prosessual  hüquq  normalarının  düzgün  tətbiq  edilmədiyini  qeyd  etsə  də,  apellyasiya 

şikayətində  birinci  instansiya  məhkəməsi  tərəfindən  konkret  olaraq  hansı  maddi  və 

prosessual  hüquq  normalaraının  pozulduğunu  göstərməmiş,  məhkəmə  iclasının  yeri  və 

vaxtı  barədə  qanunvericiliklə  nəzərdə  tutulmuş  qaydada  məlumatlandırılmasına 

baxmayaraq  nə  birinci  instansiya  məhkəməsi  iclasına,  nədə  ki,  apellyasiya  instansiya 

məhkəməsinin iclasına gəlməmiş, nə birinci instansiya məhkəməsi əmrinə etiraz ərizəsinin 

(mülki iş materialları səh. 31) dəlilləri ilə bağlı nə dəki, apellyasiya şikayətinin dəlilləri ilə 

bağlı  heç  bir  sübut  təqdim  etməmişdir.  Bu  isə  apellyasiya  şikayətinin  verilməsinin 

pozulması ehtimal olunan hüquq  və maraqlarla bağlı olmadığını,  əksinə birinci  instansiya 

məhkəməsinin  qanuni  və  əsaslı  qətnaməsi  ilə  müəyyən  edilmiş  öhdəliyin  gecikdirilməsi 

xarakteri  daşıyır.  Bu  isə  Azərbaycan  Respublikası  mülki  prosessual  qanunvericiliyi  ilə 

yolverilməz hal hesab edilir. 

Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 

Məhkəmə  yalnız  tərəflərin  təqdim  etdiyi  sübutları  araşdırmalı  və  onlardan  istifadə 

etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin 

sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun 

məhkəmə  üçün  qabaqcadan  müəyyən  edilmiş  qüvvəsi  yoxdur.  Məhkəmə  (hakim)  öz 

qətnaməsini  yalnız  məhkəmə  iclasında  tədqiq  olunmuş  sübutlarla  əsaslandırır  (Mülki 

Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). 

Məhkəmə kollegiyası qeyd edilən maddi və prosessual hüquq normalarını və tərəflər 

arasında  bağlanmış  müqaviləni  müqayisəli  təhlil  edib  apellyasiya  şikayətinin  qeyd  edilən 



 

dəlilinə  hüquqi  qiymət  verərək  hesab  edir  ki,  iradə  ifadəsi  ilə  bağlanmış  müqavilənin 



şərtləri  cavabdeh  tərəfindən  lazımınca  icra  edilməmiş  və  nəticədə  həmin  müqavilənin 

vaxtında  və  lazımınca  icra  edilməməsinə  görə  məsuliyyəti  yaranmışdır.  Belə  ki,  iddiaçı 

müqavilə  üzrə  öhdəliklərini  yerinə  yetirmiş,  müqavilədə  nəzərdə  tutulan  kredit  məbləğini 

cavabdehə  ödəmişdir.  Cavabdehlər  isə  müqavilədə  nəzərdə  tutulan  öhdəliyi  lazımınca 

yerinə yetirməmişlər. 

Beləliklə məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, 

apellyasiya  şikayətinin  dəlilləri  əsassızdır.  Apellyasiya  şikayətinin  təmin  edilməsi  və 

Şirvan  Şəhər  Məhkəməsinin  2(032)488/2016  saylı  28  sentyabr  2016-cı  il  tarixli 

qətnaməsinin  ləğv  edilməsi  üçün  Azərbaycan  Respublikası  MPM-nin  385-ci  maddəsində 

nəzərdə  tutulan  əsaslar  yoxdur.  Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin 

385.2-ci  maddəsinə  əsasən  birinci  instansiya  məhkəməsinin  faktlar  nöqteyi-nəzərindən 

qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə 

görə ləğv edilə bilməz.  

Şərh  olunanlara  əsasən  və  Azərbaycan  Respublikası  MPM-nin  372,  384.0.1,  385.2, 

392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası,  

QƏT ETDİ: 

Cavabdeh  Əhmədova  Şərqiyyə  Şükür  qızı  tərəfindən  verilmiş  apellyasiya  şikayəti 

təmin edilməsin. 

Şirvan  Şəhər  Məhkəməsinin  2(032)488/2016  saylı  28  sentyabr  2016-cı  il  tarixli 

qətnaməsi  cavabdeh  Əhmədova  Şərqiyyə  Şükür  qızı  tərəfindən  verilmiş  apellyasiya 

şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. 

Qətnamə  işdə  iştirak edən şəxslərə rəsmi qaydada  verildiyi  gündən 2 ay  müddətində 

Şirvan  Apellyasiya  Məhkəməsi  vasitəsi  ilə  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinə 

kassasiya şikayəti verilə bilər. 

Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul 

edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. 

Sədrlik edən:  

imza var. 

Hakimlər: 

imzalar var. 

Əsli ilə düzdür, 

Sədrlik edən 

 

 

Tofiq Heydərov 

 

 

 

 



 

 



 

 

 

 

Sədrlik edən: 

Tofiq Heydərov 

Hakimlər: 

Nüsrət Mirzəyev 

   

 

 

 

 

 

 

Vüsal Cəbrayılov 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 



 

 

 



 

 

 



Yüklə 83,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə