Azərbaycan respublikasi azərbaycan döVLƏt pedaqoji universitetiNİn azərbaycan diLÇİLİYİ kafedrasi



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə57/57
tarix04.03.2022
ölçüsü1,05 Mb.
#84316
1   ...   49   50   51   52   53   54   55   56   57
azerbaycan dilcilik kafedrasi

 

 

         ilboyu     

 

 

         2016-2017  



 

 

         ilboyu 



     

       ilboyu 

 

 

 



Oktyabr, noyabr, 

2016 


Ilboyu 

 

Oktyabr, noyabr, 



2016 

 

Metodşuranın üzvləri 



 

Kaf.müdiri 

 

Kaf.müdiri,  baş  labo-



rant 

 

Baş laborant 



Kaf.müdiri,  baş  labo-

rant 


Kaf.müdiri 

 

                                Azərbaycan dilçiliyi  

                                kafedrasının müdiri:                                     prof.N.M.Xudiyev 

                                 


 

 

 



 

53 


 

                                  



11

.

KAFEDRANIN ƏSASNAMƏSİ 



Azərbaycan 

Dövlət  Pedaqoji  Universitetinin  Elmi 

Şurasının  “__”  _______  201__-cü  il  tarixli  “___”  saylı 

protokolu

 ilə təsdiq edilmişdir. 

 

 

 

 

 

 

 

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi    

kafedrası haqqında 

 

ƏSASNAMƏ 

 

1.

 



Azərbaycan  dilçiliyi  kafedrası  (bundan  sonra  kafedra)  ADPU-nun  Filologiya  fakultəsinin  əsas  tədris-elm  struktur 

sahələrindən  biri    olub,  filologiya  və  onunla  əlaqəli  fənlər  üzrə  tədris,  metodiki  və  elmi-tədqiqat,  elmi-pedaqoji  kadrların 

hazırlanması,  ixtisaslarının artırılması, təhsil alanlar arasında tərbiyəvi işləri həyata keçirir. 

2.

 



Kafedra  Azərbaycan  Respublikası  Qanunvericiliyinə,  Təhsil  Qanununa,  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin 

normativ  hüquqi  aktlarına,  təlimat  və  metodiki  göstərişlərinə,  qüvvədə  olan  digər  qanunvericilik  aktlarına,  “Ali  təhsil 

müəssisəsinin Nümunəvi Nizamnamə”sinə, ADPU-nun Nizamnaməsinə, ali təhsil müəssisəsinin professor-müəllim heyətinin 

vəzifələrə seçilməsi və attestasiyası qaydalarına və bu Əsasnaməyə uyğun olaraq formalaşdırılır və fəaliyyət göstərir. 

3.

 

Kafedraya ümumi rəhbərlik, bir qayda olaraq, elmi dərəcəsi və elmi rütbəsi olan kafedra müdiri tərəfindən həyata keçirilir.  



4.

 

Kafedranın  kollektiv  idarəetmə  orqanı    onun  ayda  bir  dəfədən  gec  olmayaraq    çağırılan  ümumi  yığıncağıdır.  Kafedra 



əməkdaşlarının elmi-tədqiqat işlərinin qurulmuş qrafik əsasında müzakirələri zamanı ayda bir neçə dəfə keçirilə bilər. 

5.

 



Kafedraya  -  kafedra  müdiri,  professorlar,  dosentlər,  baş  müəllim,  müəllim,  doktorantlar  laborant  və  baş  laborantlar  

daxildirlər. 

6.

 

Kafedranın əsas vəzifələri:  



-

 

bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş məşğələlərin, mühazirələrin, laboratoriya, praktiki seminar 



və digər dərslərin yüksək elmi-nəzəri səviyyədə aparılmasını təmin etmək; 

-

 



cari imtahanların və aralıq yoxlamaların keçirilməsini təmin etmək; 


 

 

 



 

54 


-

 

dövlət imtahanlarının təşkilində və keçirilməsində fəal iştirak etmək; 



-

 

təhsil alanlar arasında fəal vətəndaş mövqeyinin formalaşması işində iştirak etmək; 



-

 

kafedrada  tədris  edilən  fənlər  üzrə  tədris  proqramlarının  işlənib  hazırlanmasını,  müvafiq  qaydada  təsdiq  edilmək  üçün 



təqdim olunmasını təşkil etmək, digər kafedraların hazırladığı tədris proqramlarına rəy vermək; 

-

 



dərslik,  dərs  vəsaitləri,  metodiki  rəhbərlik,  təlimat,  göstəriş,  əyani  vəsait  və  b.  hazırlanmasını  təmin  etmək,  rektorluğun 

(fakültənin) göstərişi ilə dərslik, dərs vəsaiti və tədris-metodiki ədəbiyyata rəy vermək; 

-

 

elmi-tədqiqat işlərinin aparılmasını təşkil etmək, aspirantların, doktorantların və tələbələrin elmi-tədqiqat işlərinə rəhbərlik 



etmək; 

-

 



tamamlanmış  elmi-tədqiqat  işlərinin  müzakirəsini  təşkil  etmək,  onların  istehsalatda  tətbiq  edilməsi  və  ya  nəşr  edilməsi 

üçün rəy vermək; 

-

 

kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi planlarının tərtib olunmasını və onların icrasını təmin 



etmək; 

-

 



institutun,  respublikanın  və  xarici  ölkələrin  ali  məktəblərinin  pedaqoqlarının  qabaqcıl  iş  təcrübəsinin  öyrənilməsini  və 

yayılmasını təşkil etmək; 

-

 

tədris  prosesində  müasir  texniki  vasitələrdən,  yeni  metodikalardan    istifadə  edilməsinə  dair  tədbirlər  hazırlayıb  həyata 



keçirmək; 

-

 



elmi-pedaqoji və elmi kadrların hazırlanması üçün tələbələrlə, aspirantlarla və doktorantlarla işi təşkil etmək; 

-

 



kafedra  əməkdaşlarının  dissertasiyasının  yüksək  səviyyədə  hazırlanmasına  kömək  etmək,  həmçinin  rektorluğun 

(fakültənin) tapşırığına əsasən digər iddiaçıların dissertasiyalarını müzakirə edib rəy vermək; 

-

 

müasir  texnologiyaların tətbiqi  üzrə  qabaqcıl  təcrübənin öyrədilməsi  və  yeni  iş  metodlarının tətbiq edilməsi  məqsədi  ilə 



müxtəlif müəssisə və təşkilatlarla əməkdaşlığı təmin etmək, qarşılıqlı faydalı əlaqələri genişləndirmək; 

-

 



 pedaqoji  sahədə  çalışan  mütəxəssislərin  ixtisaslarının  artırılmasına  köməklik  göstərmək,  təhsil  müəssisələrinə  müqavilə 

əsasında müxtəlif xidmətləri təmin etmək, araşdırmalar aparmaq, proqramlar və təkliflər hazırlamaq; 

-

 

ADPU-nun bakalavr, kafedranın magistr və doktorant məzunları ilə daim əlaqələri təmin etmək; 



-

 

Təhsilin inkişafı, tələbələrə verilən biliyin yüksək səviyyədə təşkil edilməsi məqsədi ilə kafedrada tədris edilən fənlər üzrə 



elmi biliklərin təbliğini təşkil etmək; 

7.

 



Kafedra ADPU-nun Elmi Şurasının qərarı ilə, ən azı 3 professor müəllim (o cümlədən 3 nəfər elmi dərəcəyə malik) olduqda 

yaradılır. Kafedranın illik tədris yükü 3,0 min saatdan çox olmalıdır.   




 

 

 



 

55 


 

8.

 



Kafedra  iclaslarına  ADPU-nun  əməkdaşları,  fakültənin  və  qonşu  kafedraların  əməkdaşları,  doktorant  və  dissertantlar  da 

dəvət oluna bilərlər. 

9.

 

Kafedra iclaslarında aşağıdakı məsələlər müzakirə edilir: 



-

 

kafedra müdirliyinə seçimlə əlaqədar namizədlərin müzakirəsi; 



-

 

kafedranın bütün fəaliyyət növləri üzrə gördüyü işlər, professor - müəllim heyətinin,  doktorantların, aspirantların, magistr 



təhsili alan,  staj  keçən və ya fərdi planla təhsil alan tələbələrin tədris-tədqiqat planları və hesabatları;  

-

 



kafedrada tədris olunan fənlər  üzrə tədris vəsaitləri, proqramları, mühazirə və imtahan  materialları; 

-

 



müəllimlərin tədris yükünün bölünməsi və tədris yükünün yerinə yetirilməsi vəziyyəti; 

-

 



kafedra  tərəfindən  təşkil  edilən  elmi  seminarların,  konfransların,  açıq  dərslərin  və  s.  tematikası,  onların  keçirilməsinin 

nəticələri; 

-

 

Elmi rəhbərlərin və rəy  verənlərin təyin edilməsi; 



-

 

elmi və metodiki işlərin nəşr olunmasına dair təqdimatların verilməsi; 



-

 

tədris olunan fənlər üzrə sərbəst proqramla təhsil alan tələbələrin işlərinin mövzularının müəyyənləşdirilməsi; 



-

 

sərbəst işlərin hazırlanması, təhvil verilməsi və qiymətləndirilməsi qaydalarının müəyyən edilməsi. 



10.

 

Kafedra mövcud normativ hüquqi aktlara uyğun olaraq qarşısına qoyulmuş vəzifələri yerinə yetirmək üçün öz səlahiyyətləri 



daxilində digər məsələləri də müzakirə edib müvafiq qərar qəbul edə bilər. 

-

 



Kafedra iclaslarında  qəbul olunan qərarlar haqqında fakültənin rəhbərliyinə, zərurət olduqda isə  ADPU-nun rektorluğuna 

və ya Elmi Şurasına məlumat verilir. 

11.

 

Kafedra iclaslarında aşağıdakı məsələlər barədə təklif, tövsiyə və ya təqdimatlar verilə bilər: 



-

 

öz  səlahiyyətləri  daxilində  kafedra  müəllimlərini  xarici  ölkələrə,  stajkeçmə  və  ixtisasartırma  kurslarına,  yaradıcılıq  və 



tədqiqat ezamiyyətlərinə göndərmək üçün, eləcə də doktoranturaya qəbulla bağlı təqdimat vermək; 

-

 



müəllim və elmi işçilərin kafedraya işə qəbulu haqqında işəgötürmə komissiyasına tövsiyə, onlarla müqavilə bağlanması, 

mövcud qanunvericiliyə uyğun olaraq onlara vəzifə maaşı və əlavələrin təyin edilməsi haqqında müraciət hazırlamaq; 

-

 

magistraturaya, doktoranturaya qəbul və iddiaçıların kafedraya təhkim olunması ilə bağlı təkliflər vermək; 



-

 

tələbələrin fərdi planlarına uyğun təhsilə keçirilməsi ilə bağlı təkliflər hazırlamaq; 



-

 

əməkdaşların həvəsləndirilməsi və ya cəzalandırılması ilə bağlı əsaslandırılmış təqdimat vermək; 



-

 

kafedranın müəllimlərinin, elmi işçilərinin və digər əməkdaşlarının vəzifədən kənarlaşdırılması haqda təqdimat vermək; 




 

 

 



 

56 


-

 

digər təkliflər vermək. 



12.

 

Kafedra iclaslarında qərarlar açıq və ya gizli səsvermə yolu ilə, sadə səs çoxluğu ilə qəbul edilir.  



13.

 

Kafedra müdiri:  



-

 

kafedranın fəaliyyətinə rəhbərlik edir, onun işini planlaşdırır və təşkil edir; 



-

 

kafedra iclaslarını çağırır, onlara sədrlik edir; 



-

 

Elmi Şura qarşısında kafedranın fəaliyyəti barədə hesabat verir; 



-

 

kafedranı təmsil edir; 



-

 

kafedra müdirinin müavinləri vəzifələrinə namizədləri təklif edir; 



-

 

kafedranın fəaliyyətinin nəticələrinə görə məsuliyyət daşıyır. 



14.

 

Kafedrada kargüzarlıq mövcud qanunvericiliyə və  ADPU-da qəbul edilmiş qaydalara uyğun olaraq aparılır. 



15.

 

Əsasnaməyə əlavələr və dəyişikliklər, onun qəbul olduğu qaydada həyata keçirilir.  



 

Əsasnamə 

kafedranın “  7 ”  sentyabr

  

2016-cı il tarixli iclasında qəbul edilmişdir. 



 

 

Kafedra müdiri:_____________  prof. N.M.Xudiyev 

 

 

Azərbaycan ADPU-nun  

Tədris-Metodiki Şurasının “____”  “___________” 2016-cı il tarixli iclasında müzakirə edilərək bəyənilmiş, təsdiq edilməsi üçün 

Elmi Şuraya tövsiyə olunmuşdur. 



 

 

Tədris-Metodiki Şuranın sədri: ___________  porof.M.Cəbrayılov

 

 



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə