Azərbaycan respublikasi azərbaycan texniKİ universiteti DÖVLƏTİn pul-kredit siyasəTİ



Yüklə 195,27 Kb.
tarix05.04.2023
ölçüsü195,27 Kb.
#104397
Dövlətin pul-kredit siyasəti


AZƏRBAYCAN RESPUBLİKASI
AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


DÖVLƏTİN PUL-KREDİT SİYASƏTİ

Fakultə: İqtisadiyyat və idarəetmə


Kafedra: İqtisadiyyat və statistika
İxtisas: Menecment
Fənnin adı: Makroiqtisadiyyat
Müəllim: Rauf Musayev
Tələbə: Bayramova Günay
E-mail: bayramovagunay72@gmail.com
Telefon: 070 609 55 95
Makroiqtisadiyyat fənnindən


SƏRBƏST İŞ
Bakı – 2023
1Pul-kredit siyasətinin mərkəzində pul haqqında nəzə-riyələr du­rur. Bunlar özlərində, pulun və dövlətin yeritdiyi pul-kredit siyasətinin iqtisadiyyata təsirini əks etdirirlər. Lakin problemin aydınlaşdırıl­ması­na iki yanaşma metodu diqqəti daha çox cəlb edir. Bunlardan biri mo­dernləşdirilmiş Keyns nəzəriyyəsi, digəri isə monetarizmdir. Onların ikisi də pul üzrə təklifin dəyişməsinin nominal ÜMM-in dəyişmə-sinə təsirini etiraf etsələr də, məsələni müxtəlif mövqelərdən qiymətləndi­rir­lər. Belə ki, Keynsçilər pul-kredit siyasətinin faiz dərəcələrindən, mone­ta­ristlər isə pul üzrə təklifdən ibarət olduğunu deyirlər. Keynsçilərin fikrincə bazar iqtisadiyyatı qeyri-sabit sistemdir. Ona görə də dövlət müxtəlif vasitələrdən istifadə etməklə, iqtisadiyyatı, o cümlədən pul-kredit münasibət-lərini tənzimləməlidir. Pul üzrə təklifin dəyişməsinin səbəbi faiz dərəcələrinin dəyişməsidir. Bu isə öz növbə­sində inves-tisiyaya olan tələbin dəyişməsinə gətirib çıxarır. Monetar siya­sət iqtisadiyyatın sabitləşdirilməsində fiskal və ya büdcə siyasəti qə­dər faydalı deyildir. Son maliyyə və iqtisadi böhranı da bunu təsdiq etdi. Böhran göstərdi ki, bazardakı qiymət dəyişiklikləri hökmən nəzarət altında olmalıdır. Tənzimləmə dedikdə, inzibati qərarlarla qiymətlərin müəyyənləşdirilməsi nəzərdə tutulmur. Dövlət makro səviyyədə tələbi tənzimləməklə bazarda qiymətlərin arzuedilən səviyyədə dəyişməsinə çalışır. Burada söhbət dövlətin yürütdüyü pul-kredit siyasətindən gedir. Dövlət məhz düzgün qurulan pul-kredit siyasəti hesabına iqtisadi inkişaf üçün əlverişli maliyyə təminatı yaradır. Pul-kredit siyasətinin başlıca vəzifəsi qiymətlərin sabitliyini və iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Bu baxımdan uzun illər, tədqiqatçıların öyrənməyə çalışdıqları əsas məsələ tədavüldəki pul ilə qiymətlər arasındakı əlaqə olub. Yekunda əsas nəzəriyyələrin orta xəttində bu fikir dayandı ki, makroiqtisadi səviyyədə qiymətlər birbaşa pul kütləsi ilə əlaqəlidir.
Nəzəri fikirlərin əsas müddəalarını ümumiləşdirərək deyə bilərik ki, pul-kredit siyasətinin əsas mahiyyətini dövlətin pul kütləsini tənzimləməklə, ona müdaxilələr etməklə makroiqtisadi səviyyədə qiymətlərin sabitliyinə çalışması təşkil edir. Bununla bərabər fiskal (büdcə-vergi) siyasətə nisbətən pul-kredit siyasətinin iqtisadiyyata təsiri daha operativdir ki, bu baxımdan makroiqtisadi səviyyədə qiymətlərin tənzimlənməsində pul-kredit siyasətinin əsas vasitə kimi seçilməsi zəruridir. Pul-kredit siyasəti vasitəsilə iqtisadiyyatda borc faiz dərəcələrinin tənzimlənməsi investisiyaların stimullaşdırılması, iqtisadi tənəzüllərə qarşı mübarizə baxımından əhəmiyyətlidir. Dövlət pul-kredit siyasətinin əhəmiyyətini artırmaq məqsədilə həmçinin valyuta rejimi, valyuta məzənnəsinin tənzimlənməsini də həyata keçirir və s.
Pul-kredit siyasətinin əsas ideyası iqtisadiyyatda tam məşğulluğu təmin etmək və inflyasiya olmayan bir səviyyəyə çatmağa kömək etməkdir. Pul-kredit siyasəti əsasən iqtisadiyyatı stabilləşdirmək üçün istifadə edilən pul təklifindəki dəyişikliklərdən ibarətdir.Pul-kredit siyasəti iqtisadiyyatın vəziyyətindən asılı olaraq ya kreditin stimullaşdırılmasına və pul emissiyasına(kredit ekspansiyası), ya da kredit verilməsi-nin məhdudlaşdırılmasına(kredit restriksiyasına) yönəldilir. Böhran dövründə Mərkəzi Bank kretit verilmə-sinin artırılması və faiz normasının azaldılması ilə konyukturanı canlandırmağa çalışır. Əksinə, yüksəliş dövründə isə qiymətlər qalxdığına və iqtisadiyyatda dispriporsiyalar artdığına görə Mərkəzi Bank kreditin verilməsini azaldır.
İqtisadiyyatın idarəedilməsi üçün pul-kredit siyasətinin aşağıdakı metodları var.
1. Ümumi
2. Selektiv
Pul-kredit siyasətinin əsas vəzifələrinə aşağıdakılar aiddir:
1)İqtisadi konyukturanıtənzimləmək və infilyasiya ilə mübarizə aparmaq.
2)Milli valyutanın məzənnəsini aparıcı dövlətlərin dönərli valyutalarına nisbətən tənzimləmək.
3)Ölkənin müsbət tədiyə balansına nail olmaq.
Dövlət tərəfindən həyata keçirilən pul-kredit siyasətini reallaşdırmaq üçün onun aşağıdakı istiqamətlərini seçirlər:
1)Dövriyyədə olan pul kütləsini tənzimləmək və infilyasiyanın səviyyəsini müəyyən etmək.
2)Dövlət üçün vacib sayıla bilən iqtisadi sabitliyə nailolmada pul-kredit siyasətinin müəyyən vaxt üçün zəruri olan metodlarının seçilməsi və tətbiqi.
3)Dövlətin cari və gələcək dövr üçün pul-kredit siyasəti sahəsində strategiyanın müəyyənləşdirmək.
4)Hər il üçün pul-kredit siyasətində tətbiq edilən tədbirlərin istiqamətlərini və müddətini dövlətin idarəedici hakimiyyət orqanları tərəfindən təsdiqləmək.
2Pul-kredit siyasəti hər şeydən əvvəl investisiya xərclərinə - bununla da istehsalın və qiymətlərin səviyyəsinə - təsir göstərir. Müasir bazar iqtisadiyyatı şəraitində pul kimi kredit anlayışı da böyük əhəmiyyətə malikdir. Bazar sistemindən əvvəlki, iqtisadi sistemlərdə kredit geniş yayılmamışdır. Bazar iqtisadiyyatında nəğdsiz pulun xüsusi çəkisinin artımına zərurət yarandığından kreditin də geniş vüsət alması zəruri oldu. Kredit – qaytarılmaq və faiz ödənilmək şərtilə pul və ya əmtəə formasında verilən borca deyilir. Kredit iqtisadiyyatda spesifik rol oynayır; o nəinki istehsalın fasiləsiz hərəkətini təmin edir, həmçinin onu daha da sürətləndirir. Kredit tədavül xərclərinin azalmasına kömək edir.
Kreditin aşağıdakı funksiyaları var:

  1. Pul vəsaitlərinin mərkəzləşməsi və təmərgüzləşməsinin sürətlənməsi.

  2. Pul vəsaitlərinin yenidən bölgüsü

  3. Kredit alətlərinin və əməliyyatlarının yaradılması

  4. Məcmu pul dövriyyəsinin həcminə nəzarət olunması

  5. Nəğd pulların yerləşdirilməsi

  6. Pulların yığılması

Kredit siyasəti müəyyən iqtisadi və siyasi məqsədlərə çatmaq üçün Mərkəzi bank və dövlət tərəfindən pul-kredit sferasında həyata keçirilən tədbirlər sistemidir. Onun əsas məqsədi kreditin və pul tədavülünün vəziyyətinə tə’sir etməklə təsərüfat konyukturasını tənzimləməkdir. Hal-hazırkı keçid dövründə biznesin inkişafında kreditin rolu əvəzedilməzdir. Milli iqtisadiyyatın yenidən qurulduğu bir zamanda ölkənin öz istehsalı olan malların xüsusi çəkisinin yüksək olması vacibdir. Buna da yalnız yerli müəssisələrin sürətli inkişafı nəticəsində nail olmaq olar. Yeni yaranan müəssisələrin vəsait çatışmamazlığını nəzərə alsaq, kreditin zəruriliyini aydın görmək olar. Beləliklə, yeni yaranmış müəssisələrin əsas və dövriyyə fondlarının maliyyələşməsi, yeni biznesin yaradılmasındakı maliyyə problemlərin aradan qaldırılmasının yeganə yolu bank kreditləridir. Bu prosesdə həm dövlət, həm banklar, həm də kredit alan tərəf maraqlıdır. Bank kredit vasitəsilə maliyyələşmə prosesi apararaq ölkə iqtisadiyyatının inkişafına kömək edir. Həm də öz sərbəst vəsaitlərini dövriyyəyə buraxaraq mənfəət əldə edir. Kredit alan subyekt isə öz təsərrüfatını quraraq həm mənfəət əldə edir, həm də vergi ödəməklə ölkədə sosial bərabərsizliyin aradan qaldırılmasında iştirak edir.
Hal-hazırda bütün bazar iqtisadiyyatlı ölkələr kimi azərbaycanda da kredit qoyuluşlarının həcmi gündən-günə artmaqdadır.Bu siyasətin əsas məqsədi inflyasiyanı dayandırmaq və xərcləri azaltmaq üçün pul təklifini məhdudlaşdırmaqdır.
Ümumiyyətlə pul-kredit siyasətini iki qrupa ayırmaq olar:

  • Sərt pul-kredit siyasəti

    1. qiymətli kağızların alınması

    2. aşağı faiz dərəcəsi

    3. aşağı məcburi ehtiyyat norması

  • Yumşaq pul-kredit siyasəti

    1. qiymətli kağızların satılması

    2. yuxarı faiz dərəcəsi

    3. yuxarı məcburi ehtiyyat normaları

3Pul-kredit siyasətini adətən ölkənin mərkəzi bankı həyata keçirir.Məsələn, ABŞ da Federal Ehtiyat Bankları, B.Britaniyada İngiltərə bankı, Almanyada Almaniya Federal Bankı,Azərbaycanda isə Milli Bank. ABŞ-da pul siyasətini Federal ehtiyat sistemi ilə pul dövriyyəsinə nəzarət edən orqan birlikdə həyata keçirir. Bu orqan ölkədəki bütün kredit təşkilatlarının fəaliyyətinə nəzarət edir. Bu orqanlarla yanaşı ayrı-ayrı ştatların bank departamentləri və depozit sığortasının federal şirkəti də fəaliyyət göstərir. B.Britaniyada mərkəzi bank olan İngiltərə bankı ilə yanaşı ixtisaslaşmış kredit idarələri olan diskont evləri fəaliyyət göstərir. Diskont evlərinə İngiltərə bankı ilə kredit institutları arasında vasitəçi rolunu oynayan 8 institut aiddir. Yalnız bu institutlar Mərkəzi Bankda təkrar maliyyələşməni həyata keçirə bilər. Bu ölkədə digər kredit institutları Mərkəzi bankda təkrar maliyyələşmə ilə məşğul ola bilməz. Almaniyada Federal bank milli kredit sistemi ilə əlaqəni özünün filial şəbəkəsi ilə yanaşı, böyük banklar vasitəsilə həyata keçirir. Bu ölkədə Federal bankın filiallarının əsas vəzifəsi kommersiya banklarının minimum ehtiyat normalarına nəzarət etmək, ərazidə yerləşən kredit institutlarının nəğd vəsaitlə təmin edilməsi və milli krilinq mərkəzləri funksiyasının icrasıdır. Bu filiallar Mərkəzi bankla kredit institutları arasında vasitəçi rolunu oynayır.
Azərbaycanda pul-kredit siyasətini Mərkəzi bank olan Milli bank həyata keçirdir. Milli bank öz siaysətini ərazi-zona idarələri(sayı 10 dur), kammersiya bankları və ixtisaslaşdırılmış maliyyə-kredit qurumları vasitəsilə həyata keçirdir. “Milli Bankı haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Bu qanunun 5-ci fəsli(maddə 28-35) “Pul siyasəti” adlanır və tamamilə pul-kredit siyasətinə həsr edilib. İqtisadiyyatın canlanması üçün Mərkəzi bank qiymətli kağızlara olan tələbi artırır. O, ya kursu müəyyənləşdirir və qiymətli kağızları istənilən təklif olunan həcmdə alır, ya da eyni tipli qiymətli kağızların müəyyən bir hissəsini təklifin məzənnəsindən asılı olamayaraq əldə edir. Yəni tədavüldə pul azlıq təşkil edərsə, Milli bank dövlət istiqrazlarını almaqla tədavül əlavə pul buraxır. Əgər tədavüldə pul artıqlıq təşkil edərsə, Milli bank dövlət istiqrazlarını satmaqla tədavüldəki artıq pulu yığır. Bunu 2 yolla edir. Ya məzənnəni müəyyənləşdirməyə nail olduqdan sonra istədiyi qədər qiymətli kağız təklif etməklə, ya da əlavə olaraq müəyyən miqdarda qiymətli kağız təklif etməklə. Hər milli valyuta digər valyutalara nisbətən pul dəyərinə malikdir ki, buna valyuta kursunun (məzənnəsinin) təyin edilməsi, ticarət əməliyyatları həyata keçirmək üçün, dünya bazar qiymətləri ilə daxili milli bazar qiymətlərini müqayisə etmək üçün, müəssisə və və təşkilatıların hesablarının xarici valyutada yenidən qiymətləndirilməsi üçün vacib sayılır. Bazar iqtisadiyyatında dövlət tərəfindən həyata keçirilən belə tənzimləmələr valyuta siyasətində əks olunur. Valyuta siyasətinin 2 forması mövcuddur:
1) Sturuktur valyuta siyasəti – Dünya valyuta sistemində sturuktur dəyişikliklərin həyata keçirilməsinə yönəldilən uzunmüddətli tədbirlər məcmusudur. O, valyuta islahatları formasında reallaşdırılır.
2) Cari valyuta siyasəti – Bu, operativ olaraq valyuta məzənnəsinin tənzimlənməsinə, gündəlik valyuta əməliyyatlarının, valyuta bazarının və qızıl bazarının tənzimlənməsinə yönəldilən qısamüddətli tədbirlər məcmusudur.
Valyuta siyasətinin aşağıdakı metodları var:
1) Diskont valyuta siyasəti.
2) Deviz valyuta siyasəti metodları.
Pul-kredit siyasəti yalnız makromaliyyə sabitliyi naminə deyil, istehsalın canlandırılması və sağlamlaşdırılmasına və bütövlükdə iqtisadi konyukturanın yaxşılaşdırılmasına kömək etməlidir. Manatın sabitliyinin və inflyasiyanın cilovlanmasını təmin edən sərt pul-kredit siyasəti elə aparılmalıdır ki, bu siyasətin iqtisadiyyata olan mənfi təsirini minimuma endirmək mümkün olsun. Bu gün iqtisadi islahatları uğurla aparmaq üçün sabit manat və inflyasiyanın aşağı olması vacibdir. Buna nail olmaq üçün möhkəm iqtisadiyyata söykənən əsl maliyyə sabitliyi olan mikromaliyyə sabitliyinin yaradılması zəruridir. Bunun üçün pul-kredit siyasəti iqtisadi siyasətin digər blokları ilə əlaqə aparmalı və bütövlükdə iqtisadiyyatın səmərəli fəaliyyət göstərməsinə xidmət etməlidir.
4Azərbaycanda bütün bu işləri, yəni pul-kredit siyasətini Mərkəzi Bank (AMB) həyata keçirir. Mövcud qanunvericiliyə əsasən, hər il oktyabr ayının 1-dən gec olmayaraq AMB növbəti il üçün dövlətin pul siyasətinin əsas istiqamətlərini prezidentə təqdim edir, dekabrın 31-dək isə ictimaiyyətə açıqlayır. Bu zaman AMB cari ildə həyata keçirilən pul siyasətinin yekunları və qarşıdakı il üçün pul siyasətinin məqsəd və vəzifələrini, onların həyata keçirilməsi yollarını göstərir. Bu məqsədlə hər il AMB "Pul siyasətinin əsas istiqamətləri" adlı sənəd hazırlayır.Bu sənəddə qanunvericilikdə AMB-nin qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi, pul siyasətinin ötən il ərzində yerinə yetirilməsi vəziyyəti, növbəti il üçün pul siyasəti üzrə hədəflər və bu hədəflərə nail olmaq yolları öz əksini tapır."Pul siyasətinin istiqamətləri" ona görə hər il hazırlanır ki, o iqtisadiyyatda baş verən dəyişikliklərlə uyğunlaşdırılır. Burada həm dövlətin marağı, həm də biznes mühiti nəzərə alınır. İqtisadiyyatda sürətli dəyişikliklərin baş verdiyi, məsələn son maliyyə böhranı şəraitində AMB daha qısa müddətlərə pul siyasəti işləyə bilər. İstənilən halda AMB-nin 2008-2009-cu illərdə dünya maliyyə böhranı zamanı bu böhranın mənfi təsirlərinin ölkəyə daha az təsir göstərməsi, inflyasiyanın arzuolunmaz şəkildə yüksəlməməsi, milli valyutanın kursunun qorunub saxlanılması baxımından qənaətbəxş hesab edilə biləcək pul, kredit və valyuta siyasəti yürütdüyünü demək olar.
Təhlillər göstərir ki, AMB dünya ölkələrinin təcrübəsində müşahidə edilən və müasir iqtisadi proseslərin daha çox zəruri etdiyi bir neçə pul-kredit siyasəti alətlərindən istifadə edir. Bunlara açıq bazarda əməliyyatların aparılmasını, uçot-faiz dərəcələrinin müəyyənləşdirilməsini, kommersiya bankları üçün məcburi ehtiyat normalarının müəyyən edilməsini, kommersiya banklarının reinvestisiyasını, depozit əməliyyatlarının aparılmasını, bank əməliyyatlarının məhdudlaşdırılmasını və s. aid etmək olar. Tədqiqatçıların fikrincə, pul-kredit siyasəti geniş və dar mənada nəzərdən keçirilməlidir. Geniş mənada o inflyasiya və işsizliklə mübarizə, pul kütləsinin tənzimlənməsidir, dar mənada isə optimal valyuta kursunun müəyyənləşdirilməsi, qısamüddətli faiz dərəcələrinin tənzimlənməsidir. AMB valyuta kursunun tənzimlənməsində də bazar əməliyyatından istifadə edir. Bunun üçün onun zəruri valyuta ehtiyatına malik olması lazımdır. Əgər xarici valyutanın təklifi artırsa, bu milli valyutanın möhkəmlənməsi, milli valyutanın möhkəmlənməsi isə ölkənin ixrac potensialına mənfi təsir ilə nəticələnir. Belə olan halda, AMB valyuta alışını həyata keçirərək bazardakı nisbəti birincinin xeyrinə dəyişməyə çalışır. Əks proses baş verdikdə, yəni xarici valyutanın təklifi azaldıqda milli valyutanın ucuzlaşması, bununla da ölkədə maliyyə sabitliyinin pozulması, əhalinin real gəlirlərinin azalması, inflyasiya təhlükəsi meydana gəlir.
Buna görə də AMB bazara xarici valuta çıxarmağa başlayır. Son qlobal maliyyə böhranı zamanı AMB-nin fəaliyyətində belə bir tendensiya müşahidə edilib. Dünya ölkələrinin təcrübəsi və çoxsaylı iqtisadçı alimlərin yekdilliklə qəbul etdiyi belə bir rəy mövcuddur ki, müasir dövrdə milli iqtisadiyyatın ümumi vəziyyəti yüksək səviyyədə pul-kredit siyasətinin vəziyyətindən asılıdır. Pul-kredit sferasının mövcud vəziyyətini isə pul bazarı, pula məcmu tələb, məcmu pul təklifi, kredit bazarı, valyuta bazarı və digər bu kimi amillər səciyyələndirir. Bu baxımdan hökumətin iqtisadi siyasətində mühüm yer tutan və pul-kredit tənzimlənməsinin əsas təminedicisi olan AMB-nin qarşısında duran əsas vəzifə bu parametrləri iqtisadi inkişafın davamlılığı və makroiqtisadi sabitlik baxımından yolverilən səviyyədə saxlamaq və tənzimləməkdir. Hər bir ölkədə AMB iqtisadi proseslərin məcrasını dəyişmək, pozitiv iqtisadi tendensiyaları stimullaşdırmaq, neqativ prosesləri isə əksinə məhdudlaşdırmaq üçün əsasən pul bazarına müdaxilələrdən, pul təklifini idarə etməkdən istifadə edir. Məlum məsələdir ki, pul təklifi zəruri səviyyədən çox artarsa, bu inflyasiyaya gətirib çıxarar, əksinə azalarsa, bu defilyasiyaya səbəb olar. Bunların hər ikisi iqtisadi inkişaf üçün zərərlidir. Bir sözlə, pul bazarında təkliflə iqtisadiyyatdakı inflyasiya arasında düz mütənasiblik mövcuddur. Bu mütənasiblikdə isə elə bir nöqtə mövcuddur ki, bu halda müşahidə edilən inflyasiya tempi iqtisadi inkişaf üçün yolverilən və zəruridir. AMB məhz bu nöqtəyə uyğun pul təklifi formalaşdırmalıdır.
Yuxarıda qeyd edilən məqsədlərə çatmaq üçün bazarın tənzimlənməsində müxtəlif alətlərdən istifadə edilir. Bu alətlərə misal kimi AMB tərəfindən faiz dərəcələrinin müəyyənləşdirilməsini, açıq bazarda əməliyyatların aparılmasını, kredit təşkilatları üçün məcburi ehtiyat normalarının müəyyən edilməsini, depozit əməliyyatları, bank əməliyyatlarının məhdudlaşdırılmasını və digər əməliyyatları göstərmək olar. Əsas pul-kredit siyasəti alətləri ilə yanaşı, AMB maliyyə aktivlərinin yenidən nizamlanması da həyata keçirə bilər. O cümlədən, kassa ehtiyatları ilə depozitlər arasında nisbət, likvid aktivlərlə depozitlər arasında nisbət, səhmdar kapitalı ilə borclar arasında nisbət və s. aid edilir. Bu nisbətləri AMB müəyyən edə və ona nəzarət həyata keçirə bilər.
AMB kommersiya bankları üçün kredit limitləri də müəyyənləşdirir. Belə limitlər iqtisadiyyatın ayrı-ayrı sektorları üzrə müəyyən edilir. Məsələn, AMB kommersiya bankları qarşısında kreditlərin real sektora, yaxud real sektora yönəldilən kreditlərin nə qədər hissəsinin kənd təsərrüfatına verilmə limitini təyin edə bilər və s. AMB qiymətli kağızlar bazarında alqı-satqı əməliyyatlarını həyata keçirir. Bu fəaliyyətlərin də əsas məqsədi pul bazarına zəruri təsir etməkdir. Açıq bazar əməliyyatları adlanan bu cür əməliyyatlar AMB-nin tədavüldəki pul kütləsini azaltmaq və ya çoxaltmaq üçün apardığı əməliyyatdır. Qiymətli kağızlar bazarının inkişaf etdiyi ölkələrdə mərkəzi bankların pul-kredit tənzimlənməsində açıq bazar əməliyyatları xüsusi əhəmiyyətə malikdir. Əgər mərkəzi bank qiymətli kağızları bazarda satırsa və kommersiya bankları bunu alırsa, belə olan halda bankların kredit vermə imkanları azalır. Bu da öz növbəsində iqtisadiyyatda pul təklifinin azalmasına imkan verir. Bununla yanaşı, kredit üçün vəsait azaldığına görə, kreditlər üzrə faizlər artır. Əks halda, yəni açıq bazarda kommersiya banklarından qiymətli kağızların geri alınması ilə banklara əlavə likvidlik verilir. Banklara kredit bazarında canlanma və pul kütləsində artım müşahidə edilir. Bu proses borc faizinin azalması və iqtisadi fəaliyyətin stimullaşması üçün əsasa çevrilir.
AMB-nin pul-kredit siyasətinin "məcburi ehtiyat normaları" aləti əsasən kredit resurslarından istifadənin tənzimlənməsində işlədilir. Bu, həm də bank sektorunda risklərin idarə edilməsi üçün əla vasitədir. "Məcburi ehtiyat normaları" qaydasına əsasən, AMB kommersiya banklarını onların resurslarının müəyyən faizini mərkəzi bankın hesabında "dondurulmuş" vəziyyətdə saxlamağa məcbur edir. Banklar bu vəsaitlərdən kredit kimi istifadə edə bilmir. Deməli, mərkəzi bank məcburi ehtiyat normasını yüksəltdikdə bank kreditləri və pul kütləsi azalır, bankların borcları üzrə faizlər yüksəlir. Bu məcburi normanın azaldılması isə banklara əlavə likvidlik verməklə kreditlərin və pul kütləsinin genişlənməsinə, bazar faizinin aşağı düşməsinə gətirib çıxarır. AMB-nin fəaliyyətinin və onun pul-kredit siyasətinin mühüm istiqamətlərindən biri də bank sisteminin inkişaf etdirilməsi, bu sektorda risklərin azaldılması, likvidliyin yüksəldilməsi, bankların pul yaratma kimi keyfiyyət göstəricisinin daha da artırılmasıdır.
İstifadə olunmuş ədəbiyyat siyahısı
1. R.M.Rzayevin redaktəsilə “ Pul, kredit və banklar” dərslik Bakı-2000.
2. Zahid Fərrux Məmməd “Pul, Kredit, Banklar” Bakı, Azərnəşr, 2010, səh 320.
3. «İqtisadi nəzəriyyə» Dərslik. Vəliyev T.Ş. Qavarov Ş.S üm redaktəsilə. «Bakı Dövlət Universiteti» nəşr. Bakı, 2002.
4. Azərbaycan Mərkəzi Bankının məlumatları, 2022.
Yüklə 195,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə