respondetntlərin 54%-i). Müəssisələrin sayı nə qədər az olsa da, respondentlərin böyük
əksəriyyəti bu fikirlə razıdırlar. Yalnız xırda deyil, həmçinin orta və iri müəssisələr də hesab
edirlər ki, aşağı xərclər müəssisələr tərəfindən rəqabət qabiliyyəti amili kimi önəmli faktordur
(uyğun olaraq 29% və 30%).
Sorğular və ekspert qiymətləndirmələri göstərdi ki, hazırda tranzit xidməti ilə məşğul
olan nəqliyyat müəssisələrində ümumi xərclərin 3-5%-ni birbaşa loqistika xərcləri təşkil edir.
Respondentlərin fikrincə onların ixtisaslaşması baxımından elə də böyük fərq yoxdur.
Maraqlıdır ki, ekspeditor xidməti göstərən müəssisələr qeyd edirlər ki, geniş xidmətlər
paketinin təqdim edilməsi müəssisənin rəqib kimi müəyyən edilməsi üçün çox vacibdir (26%).
Nəqliyyat və maddi-texniki müəssisələr (respondentlərin 26%-i və 20%-i) ekspeditor
müəssisələr ilə müqayisədə ən aşağı qiymət səviyyəsi barədə düşünürlər.
Hazırda yük daşıma nəqliyyatında xidmətlərin konsentrasiyası elə də böyük deyil. Sorğu
aparılan bölgələrdə (əsasən Abşeron, qismən cənub və şimal) ekspert qiymətləndirmələrinə
görə 10 müəssisə bazarın yalnız 33%-ə malikdirlər. Qalan müəssisələr isə xırda müəssisələrdir:
34%-i 1; 51%-i 2-10 nəqliyyat vasitəsinə malikdir. Müəssisələrin yalnız 15%-i 11-dən çox
nəqliyyata malikdirlər. Belə halda bu bazarda rəqabət böyükdür, lakin bazarda təmərəküzləşmə
imkanları kiçikdir.
Daxili nəqliyyat xidməti bazarında alternativ xidmət növü kimi dəmiryol nəqliyyatı çıxış
edir. Xarici xidmət bazarına çıxış imkanlarının zəif olmasına baxmayaraq, hazırba nəqliyyat
müəssisələri daxili bazarda necə rəqabət aparmaqları və digər nəqliyyat növləri qarşısında
üstünlüyü necə əldə etməkləri haqqında düşünürlər. Ona görə də, nəqliyyat xidməti təklif edən
hər bir müəssisə üçün əsas problem bu resurslardan səmərəli istifadə etməkdir.
Daxili xidmət bazarında yalnız iri müəssisələr tam xidmət paketi: yükün daşınmasının
təşkili, yüklənməsinin təşkili, saxlanılması və s. təklif etmək imkanına malikdirlər. Bununla
belə, rəqabət üstünlüyü faktoru kimi enerji daşıyıcılarının qiyməti də digər ölkələrlə
müqayisədə yüksəkdir ki, bu da dəniz nəqliyyatını digər nəqliyyat-tranzit vasitələri ilə
müqayisədə daha rəqabətli edir.
Rəqabət üstünlüyünün digər bir faktoru tədarükçü üçün maliyyə vəsaitinə çıxış
imkanlarının asan olmasıdır. Mövcud təcrübə və Azərbaycan xidmət bazarının təhlili göstərir
ki, qiymət və ya ixtisaslaşma (əlavə xidmətlər göstərən) rəqabət üstünlüyünün əsas amili kimi
çıxış edir.
Digər tərəfdaş ölkələrlə müqayisədə Azərbaycanda nəqliyyat müəssisələri aşağı qiymətə
xidmət göstərmək potensialına malikdirlər. Eyni zamanda aşağı dəyərli xidmət strategiyası
rəqabət üstünlüyünü təmin etmir. Keçid dövrü nəqliyyat-tranzit xidmətləri üçün bu rəqabət
üstünlüyündən istifadə etməyə geniş imkanlar açır. Azərbaycan müəssisələri riskləri
differensiallaşdırmaq imkanlarını axtarmaq üçün xidmətlər üzrə ixtisaslaşmalıdırlar. Bununla
belə xaricilər üçün beynəlxalq nəqliyyat xidmətlərinin təşkili işi çox zəif təşkil edilmişdir.
Nəqliyyat xidmətləri (69%) və loqistik müəssisələr (20%) belə hesab edirlər ki, digər
müəssisələr qarşısında rəqabət imkanlarına malik ola bilərlər. Yalnız iri müəssisələrdən
müştərilər nəqliyyat müəssisələrinə üstünlük verirlər, lakin onlar da logistika üzərində
hakimlik edirlər (29%).
Ekspeditorlar digər sahədə ixtisaslaşmış müəssisələr qarşısında heç bir rəqabət
üstünlüyünə malik deyillər. Yalnız çox xırda müəssisələrin müştəriləri xidmət üçün ekspeditor
müəssisələrini seçirlər (8%). Nəqliyyat üzrə ixtisaslaşmış müəssissəyə daşıyıcılar (80%) və ya
loqgstiklər (12%) üstünlük verirlər. Ekspeditor müəssisələrin müştəriləri nəqliyyat vasitələrinə
(49%), daha sonra loqistika müəssisələrinə (22%) və nəhayət ekspeditorlara üstünlük verirlər.
Loqistika müəssisələrin müştəriləri də nəqliyyatçılara (68%) və digər loqistik müəssisələrə
(22%) üstünlük verirlər.
Ekspedtiorlar nəqliyyat xidmətindən çox tez-tez istifadə edirlər (40%). Yük daşıyıcısı
kimi toplam xidmət göstəriənlər iri müəssisənin müştəriləridirlər. Topdan və pərakəndə
ticarətçilər demək olar ki, hamısı ölçülərindən asılı olmayaraq, iri nəqliyyat müəssisələrinin
müştəriləridirlər. Müştərilərin fəaliyyətinin təhlili göstərir ki, nəqliyyat yükdaşıma xidmətləri
göstərən və şəxsi nəqliyyatı ilə çıxış edən müəssisələr üçün müstəsnalar yoxdur. Bununla
yanaşı qeyd etmək lazımdır ki, müştərilərin təxminən yarısı ekspeditorların müştəriləridirlər.
Bu onu göstərir ki, ekspeditorlar öz xidmətlərini digər ekspeditorlara satırlar. Bu şəraitdə əksər
nəqliyyat yükdaşıma xidmıətlərində əlavə zəncir yaranır.
Müştərilərin loyallığının təhlili zamanı qeyd edə bilərik ki, onların 85%-i daimi
müştərilərdir. Daimi müştərilərdən daha çoxu orta və iri yükdaşıma müəssisələridir. Xırda
müəssisələr
təsadüfi
müştərilərin
təxminən
25%-ə
malikdirlər.
Tədarükçünün
ixtisaslaşmasından asılı olaraq müştərilərin fasiləsizliyinin təhlili göstərir ki, nəqliyyat
müəssisələrin müştəriləri əsasən daimi müştərilərdir (87%). Daşıyıcılar (19%) və loqistika
(25%) müəssisələrin də təsadüfi müştəriləri olur.
Təcrübə göstərir ki, kiçik müəssisələr avtomobil nəqliyyatından (83%) və dəniz
nəqliyyatından (7%) istifadə edir. Yol və dənizdən başqa dəmiryolundan (8%) və hava
nəqliyyatından (2%) istifadə edilir. İri müəssisələr həmçinin qarışıq nəqliyyat növündən
istifadə edirlər (19%). Bununla belə Azərbaycanda nəqliyyat müəssisələri bütün hallarda
multimodal daşımaları təmin etmək iqtidarında deyildir. Bu təhlildən göründüyü kimi, yalnız
iri müəssisələr belə qarışıq yükdaşıma xidmətlərinin təmin edilməsində rəqabət üstünlüyünə
malikdir. Bütün müəssisələr (nəqliyyat, ekspeditor və loqistik) avtomobil nəqliyyatı
xidmətindən istifadə edirlər (98,5%).
Əksər nəqliyyat növlərindən istifadə edirlər: ekspeditor tədarükünün 24%-i hava
nəqliyyatından; 41% dəniz nəqliyyatında; 10% dəmiryolu nəqliyyatında; 21% qarışıq
daşımalardan. Ekspeditor müəssisələri ilə müqayisədə loqistik provayderlər daha az növ
nəqliyyat vasitələrinin xidmətindən istifadə edirlər: 15% hava və dəniz nəqliyyatından; 22%
dəmir yolu; 6% isə qarışıq xidmət növlərindən.
Lakin müştərilər infrastrukturnun seçimində məhdud imkanlara malikdirlər. Belə halda
avtomobil nəqliyyatı və qarışıq nəqliyyat növü əksər istehlakçıllar üçün zəruri olur. Bu zaman
istehlakçı dəmir yolu və ya avtomobil nəqliyyatından hansına üstünlük verməsini özü müəyyən
edir. Hər ikisinə çəkiləcək xərclər eynidir: dəmir yolu digər nəqliyyata nisbətən ucuzdur, lakin
kiçik məsafələr üçün nəqliyyat daha rəqabət qabiliyyətlidir.
Topdan və pərakəndə ticarətlə məşğul olanlar bilirlər ki, şəxsi nəqliyyat əldə etmək daha
baha olduğu üçün həmin ticarətçilər öz biznesində ixtisaslaşmağa fokuslaşırlar. Belə halda
nəqliyyat xidmətini sifariş edirlər. Potensial rəqiblər daxili bazarda artıq mövcud olsa da,
təhlükəli deyillər. Ağır yük daşıma xidmətlərinin ötürülməsində bütün nəqliyyat vasitələri
üçün baryerlər mövcuddur.
Yüklərin sığortalanması üzrə göstəricilər də ilbəil artır. Yalnız əməkdaşlıq və
konsolidasiya inkişaf üçün imkanlar yaradır. Rəqabət üstünlüyünün əldə edilməsində
yükdaşıma bazarının yeni iştirakçıları üçün əsas təhlükə faktoru mövcuddur. Bu vəziyyət kiçik
və maliyyə cəhətdən qeyri-stabil olan müəssisələrin imkanlarını azaldır. İqtisadi dinamika
göstərir ki, bir və ya bir neçə nəqliyyat vasitəsinə malik olan müəssisələrin səmərəli fəaliyyət
göstərmələri ehtimalı azdır. Iri (70-dən çox nəqliyyat vasitəsi olan) müəssisə olmaq da