Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ polis akademiyasi baki 2022



Yüklə 1,78 Mb.
səhifə1/7
tarix22.04.2023
ölçüsü1,78 Mb.
#106641
  1   2   3   4   5   6   7
Milli qanunvericilik və milli məhkəmələrin qərarların beynəlxalq hüquqa təsiri




AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ
POLİS AKADEMİYASI




BAKI 2022

MÜDƏRİCAT
GİRİŞ

  1. Beynəlxalq hüququn və dövlətdaxili hüququn qarşılıqlı münasibətinə dair nəzəriyyələr.......................................................5

  2. Beynəlxalq hüququn dövlətdaxili hüquq sistemində implementasiyası............................................................................8

  3. Milli qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması..........................................................................10

  4. Azərbaycan Respublikasının daxili hüquq sistemi və beynəlxalq hüquq............................................................................................11

  5. Beynəlxalq müqavilələrin milli məhkəmələr tərəfindən tətbiqi....13

Nəticə
Ədəbiyyat

G İ R İ Ş


1991-ci ilin sonundan Azərbaycan Respublikası müstəqil bir dövlət kimi yeni hüquqi məkana – beynəlxalq hüquq sisteminə daxil oldu. Bu vaxtdan etibarən 3 dövlətimizin tabula rasasına universal, regional və ikitərəfli beynəlxalq müqavilələr, habelə beynəlxalq adət normaları yazılmağa başladı. Bu gün Azərbaycan Respublikası dövlətlərarası münasibətlərin, demək olar ki, bütün sahələrini əhatə edən zəngin beynəlxalq hüquq və vəzifələr «ehtiyatına», şərti desək, «öz beynəlxalq hüquq bazasına» malikdir. Azərbaycanın «Beynəlxalq hüquq bazasında», dövlətimizin hal-hazıra qədər qoşulduğu 18 universal sazişdə ehtival olunmuş beynəlxalq insan hüquqları standartları xüsusi yer tutur. Həmin sazişlərin içərisində aşağıdakıları göstərmək olar. İqtisadi, sosial və mədəni hüquqlar haqqında 1966-cı il Beynəlxalq Paktı (qoşulma tarixi – 21 iyul 1992-ci il); Vətəndaş və siyasi və Hüquqlar haqqında 1966-cı il Beynəlxalq Paktı (21 iyul 1992-ci il); Uşaq hüquqları haqqında 1989-cu il Konvensiyası (21 iyul 1992-ci il); Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarını ləğv edilməsi haqqında 1979-cu il Konvensiyası (30 iyul 1995-ci il); Ayrıseçkiliyinin bütün formalarının ləğv edilməsi haqqında 1965-ci il Beynəlxalq Konvensiyası (31 may 1996-cı il); və başqaları. Diqqqətə layiq haldır Ki, hələ suveren xalqlar aidəsinə daxil olan anda dövlət müstəqilliyi haqqında konstitusiya aktında (maddə 19). Azərbaycan Respublikası ümumidünya insan hüqukqları bəyamnaməsi – insan hüquqları sahəsində Ən nüfuzlu beynəlxalq sənədi tanıdığını bəyan etdi. Dövlətimiz bütövlükdə beynəlxalq hüquqa o cümlədən insan hüquqları haqqında beynəlxalq hüquq normalarına özünün olduqca «lokal» münasibətini 1995- ci ilin noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş kosntitusiyanın bir sıra müddəalarında ifadə etmişdir. Müasir, xüsusilədə 1990-cı illərdə qəbul edilmiş konstitusiyalar üçün səviyyəli olan «Beynəlmiləlləşmə»ğtendensiyası Azərbaycan Respublikasının əsas qanununda özünün əksini tapmışdır. Qətiyyətlə qeyd etmək lazımdır Ki, Azərbaycanda dövlətimizin öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərin milli hüquqi implementasiyası üçün adekvat konstitusion əsas yaradılmışdır. Bu, ilk, amma olduqca əhəmiyyətli addımdır. Bu sahədə əsas sözü isə beynəlxalq standartları tətbiq etməli olan məhkəmələr, xüsusi ilə konstitusiya məhkəməsi deməlidir. İnsan hüquqları haqqında beynəlxalq hüquq normalarının Azərbaycanın Yuristiksiyası çərçivəsində həyata keçirilməsi probleminin öyrənilməsinin çöx mühüm praktik əhəmiyyəti vardır.



  1. Yüklə 1,78 Mb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə