Azәrbaycan respublikasi döVLӘt neft şİRKӘTİ ekoloji SİyasәT



Yüklə 341,25 Kb.
Pdf görüntüsü
səhifə2/13
tarix26.10.2017
ölçüsü341,25 Kb.
#6603
1   2   3   4   5   6   7   8   9   ...   13

                                                                                                                           EKOLOJİ SİYASӘT 

 

1. GİRİŞ 

 

      Bütün  dünyada  neft‐qaz  çıxarma  sənayesi,  həmçinin    onunla  əlaqəli  emal,  neft‐

kimya  və  başqa  sənaye  sahələri  ətraf  mühitə  mənfi  təsirlərinin  miqyasına  görə  birinci 

yerdə dururlar. Bu təsirlər ətraf mühitin bütün elementlərini əhatə edir:  

 



 



Yerin  təkində  geoloji  suxurların  strukturunun  pozulması  və  yeraltı  suların  

çirklənməsi; 

 

yer səthində, relyefdə pozulmalar, torpağın məhsuldar qatının məhv edilməsi və 



neft tullantıları ilə çirklənməsi və s; 

 



bitki və heyvanat aləminin deqradasiyası; 

 



su hövzələrinin çirklənməsi; 

 



atmosferin müxtəlif zərərli qazlarla çirklənməsi; 

 



müvafiq  olaraq  yaşayış  yerlərinə  və  insanların  sağlamlığına  mənfi  təsirlər 

göstərir. 

 

     Digər tərəfdən isə müasir dünya iqtisadiyyatı neft‐qaz erasını yaşayır. Bizim ölkənin 



də  neft  və  qazdan  asılılığı  böyükdür,  belə  ki,  ümumi  daxili  məhsulun  yarıdan  çox 

hissəsi neft‐qaz sənayesinin payına düşür. 

  

     Azərbaycan dünyanın ən qədim neft ölkəsi sayılır və burada neftin sənaye üsulu ilə 



çıxarılmasının 150 ilə yaxın tarixi vardır. XIX əsrin axırlarında və XX əsrin əvvəllərində  

neftin  çıxarılmasında,  torpaq  anbarlara  yığılmasında,  daşınmasında,  emalında  istifadə 

olunan  primitiv  texnologiyalar,  keçmiş  SSRİ  dövründə  isə  neft  istehsalının  ətraf 

mühitin qorunmasından üstün tutulması  torpaqların neftlə, neftli sularla çirklənməsinə 

səbəb olmuşdur. Torpaqlarla yanaşı bir çox təbii göllər və gölməçələr neft quyularının 

tullantı  suları  ilə  çirkləndirilərək  “ölü”  vəziyyətinə  salınmışdır.  Həmçinin  keçmişdə 

quyuların  ətrafında  torpaq  bəndlərdən  yaradılmış  neft  anbarları  kimi  istifadə  olunan 

ərazilər bu günə qədər neft və lay suları ilə doldurulur. Neftin Xəzər dənizində “ açıq 

fontan”  üsulu  ilə  çıxarılması,  dənizə  60  ilə  yaxın  dövrdə  həm  sahildən,  həm  də  açıq 

dənizdə fəaliyyət göstərən neft quyularından atılan çirkab suları, qazma şlamları, boru 

kəmərlərindən sızmalar, qəza hallarında dənizə atılan külli miqdarda neft onun ekoloji 

mühitinə  mənfi  təsirlər  göstərir.  Köhnəlmiş  və  korroziyaya  uğramış  metal 

konstruksiyalar həmçinin dənizin dibinə çökmüş ağır neft tullantıları təkrar çirklənmə 

mənbəyinə çevrilmişdir. 

 

     Neftin  çıxarılması  tarixi  ilə  yığılıb  qalmış  ekoloji  problemlərin  yaşı  eynidir.  Öz 



həcminə və kəskinliyinə görə bu problemlər dünyanın heç bir ölkəsi ilə müqayisə oluna 

bilməz.  Odur  ki,  son  illərdə  Azərbaycan  Hökuməti  uzun  illərdən  bəri  yığılıb  qalmış 

ekoloji  problemlərin  həllindən  ötrü  müvafiq  qərarlar  vermiş  milli  ekoloji  proqramlar 

həyata  keçirməkdədir.  Bu  problemlərin  həlli  üçün  Azərbaycan  Respublikası  Dövlət 

Neft  Şirkətindən    daha  çox  böyük  səylər  tələb  olunur  və  onun  qarşısında  konkret 

vəzifələr qoyulmuşdur.  

 

6

 




                                                                                                                           EKOLOJİ SİYASӘT 

 

      Bu vəzifələrin əməli icrası olaraq ARDNŞ 2006‐cı ildən başlayaraq keçmişdən miras 



qalmış ekoloji problemlərin həlli istiqamətində praktiki işləri yerinə yetirməklə yanaşı, 

bu  günkü  və  gələcək  fəaliyyətini  ətraf  mühitə  təsirləri  minimal  səviyyəyə  endirmək 

şəraitində  qurmağı  planlaşdırır.  Bundan  ötrü  ARDNŞ  ətraf  mühitin  qorunması  və 

ekoloji  təhlükəsizliyin  təmin  olunması  sahəsində  fəaliyyətini  sistemləşdirmək  və 

müasir  tələblərə  uyğun  qurmaq  məqsədi  ilə  öz  Ekoloji  Siyasətini  müəyyən  etməyi  və 

həyata keçirməyi qarşısına məqsəd qoymuşdur. 

 

1.1. İSTİFADƏ OLUNAN MƏLUMATLAR 

 

      ARDNŞ‐nin  Ekoloji  Siyasəti  Sənədinin  hazırlanmasından  ötrü  onun  fəaliyyət 

sahələrində  mövcud  olan  ekoloji  problemlər,  ətraf  mühiti  idarəetmə  sistemi 

araşdırılmış; milli və beynəlxalq qanunvericilik (Konvensiyalar, Protokollar, Sazişlər və 

rəhbər sənədlər), tənzimləyici qaydalar; AYİB‐ın və Dünya Bankının, Ətraf Mühit üzrə 

Neft  Sənayesi  Nümayəndələrinin  Beynəlxalq  Assosiasiyasının  (IPIECA)    ətraf  mühitin 

idarə  olunması  sahəsində  siyasətini  əks  etdirən  rəhbər  sənədləri  və  hesabatları; 

dünyanın iri

 

neft şirkətlərinin təcrübəsi; milli və regional ekoloji proqramlar, layihələr 



öyrənilmiş və təhlil edilmişdir.  

 

1.2. EKOLOJİ SİYASƏTƏ DƏYİŞİKLİKLƏR 



 

      Ətraf  mühitin  mühafizəsi,  ekoloji  təhlükəsizlik  və  təbii  ehtiyatlardan  səmərəli 

istifadə  sahəsində  qanunvericilikdə, 

Azərbaycan 

Respublikasının 

qoşulduğu 

Konvensiyalarda,  sazişlərdə  və  başqa  çoxtərəfli  müqavilələrdə  dəyişikliklər  olduqda, 

yeni  milli  və  regional  proqramlarda  ARDNŞ‐nin  iştirakı  təsdiqləndikdə    Ekoloji 

Siyasətdə dəyişikliklər ediləcəkdir. 

 

7



 


                                                                                                                           EKOLOJİ SİYASӘT 

 

2. ARDNŞ‐nin EKOLOJİ SIYASƏTININ MƏQSƏD VƏ VƏZIFƏLƏRI 

 

      2.1. EKOLOJİ SİYASƏTİN MƏQSƏDLƏRİ 

 

      ARDNŞ‐nin Ekoloji Siyasəti  ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli 



istifadə  sahəsində  onun  niyyətini,  ekoloji  təhlükəsizliyini  təmin  edən  prioritet 

vəzifələrin həlli  strategiyasını özündə əks etdirir. O ekologiya sahəsində atılacaq bütün 

növbəti addımların istiqamətlərini, mərhələlərini, prioritet texniki və texnoloji, təşkilati 

vəzifələrini  müəyyən  edir

,  ARDNŞ‐nin 

gələcək  strateji  fəaliyyətinin  konsepsiyasını  və 

əsas meyarların şərhini verir. 

 

       ARDNŞ‐nin  Ekoloji  Siyasətinin  əsas  məqsədi  ətraf  mühitin  qorunması,  ekoloji 



təhlükəsizlik  və  təbii  ehtiyatlardan  səmərəli  istifadə  sahəsində  onun  praktiki 

fəaliyyətinin ümumi istiqamətlərini müəyyən etməkdir: 

 



 



Keçmişdən  miras  qalmış  ekoloji  problemlərin    mərhələlərlə  həlli  yollarını 

müəyyən etmək və onların nəticələrini aradan qaldırmaq; 

 



 



Ətraf  mühitin  qorunması  və  ekoloji  təhlükəsizliyin  təmin  olunmasını  əsas 

fəaliyyətin bütün istiqamətlərinə yönəltmək; 

 



 



Ekoloji qaydaların və standartların tətbiqinə nail olmaq; 

 



 

ARDNŞ‐nin  obyektlərində,  müştərək  müəssisələrdə  və  çoxtərəfli  müqavilələrdə 

yeni  layihələri  həyata  keçirərkən  ətraf  mühitin  qorunması  və  ekoloji 

təhlükəsizliyin    təmin  olunması  məsələlərinin  Ekoloji  Siyasətə,  ən  yaxşı 

təcrübəyə əsaslanmasını təmin etmək; 

 



 

Əsas  strateji  vəzifə  kimi  yüksək  ekoloji  və  sosial  nəticələrə  gətirən  layihələrin 

dəstəklənməsini yerinə yetirmək.  

 

    2.2. EKOLOJİ SİYASƏTİN ƏSAS  VƏZİFƏLƏRİ 

      

     Yuxarıda göstərilən məqsədlərə çatmaq üçün ARDNŞ aşağıdakı təşkilati, texniki və 



texnoloji vəzifələrin həllini vacib sayır: 

 



 

Neft‐qaz çıxarma və emal sənayesi tullantıları ilə çirklənmiş ərazilərin ekoloji 

problemlərinin  həllini  və  istehsalatda  ekoloji  təhlükəsizliyi  təmin  etməkdən 

ötrü cari əməliyyat  tədbirləri sisteminin işlənilməsi; 

 



 



Ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin idarə olunması sisteminin 

təkmilləşdirilməsi, 

onun 

mərhələlərlə 



beynəlxalq 

standartlara 

uyğunlaşdırılmasına nail olunması; 

8

 




Yüklə 341,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə