Azәrbaycan respublikasi döVLӘt neft şİRKӘTİ ekoloji SİyasәT



Yüklə 341,25 Kb.
Pdf görüntüsü
səhifə3/13
tarix26.10.2017
ölçüsü341,25 Kb.
#6603
1   2   3   4   5   6   7   8   9   ...   13

                                                                                                                           EKOLOJİ SİYASӘT 

 



Mövcud  ekoloji  problemlərin  həllinə,  ətraf  mühitə  təsirlərin  azaldılmasına 

yönələn  tədbirləri  özündə  birləşdirən  fəaliyyət  planlarının  hazırlanması  və 

yerinə yetirilməsi; 

 



 

Ekoloji monitorinq, ətraf təbii mühitə və insanların sağlamlığına təsir edəcək 

ekoloji 

risklərin 

proqnozlaşdırılması, 

qiymətləndirilməsi 

sisteminin 

təkmilləşdirilməsi; 

 



 



Ətraf    mühitin  qorunması,  əhalinin  sağlamlığı,  təbii  ehtiyatlardan  səmərəli 

istifadə  sahəsində  dövlət,  hökumət  orqanları  və  ictimai  təşkilatlarla  

əlaqələrin genişləndirilməsinin həyata keçirilməsi; 

 



 

Ekologiya və təbii ehtiyatlardan səmərəli istifadə sahələrində elmi‐texniki və 

beynəlxalq  iqtisadi əlaqələrin inkişaf etdirilməsi ; 

 



 

İstehsalat  müəssisələrində  və  idarələrdə  kadrların  hazırlanması,  biliklərin 

təkmilləşdirilməsi  sisteminin  inkişaf  etdirilməsi,  personalın  ümumi  ekoloji 

mədəniyyətinin yüksəldilməsi; 

 



 



Ekoloji  problemlərin  həlli  və  Siyasətin  müddəalarının  icrası  ilə  bağlı  geniş 

informasiya – təbliğat tədbirlərinin yerinə yetirməsi, ictimai fikirlərin inkişaf 

etdirilməsi,  ekoloji  məsələlərin  həllində  ictimaiyyətin  köməyindən  istifadə 

olunması. 

 

9

 




                                                                                                                           EKOLOJİ SİYASӘT 

 

    3. EKOLOJİ SIYASƏTIN HÜQUQİ ƏSASLARI 



 

    3.1. GİRİŞ 

 

      Bu 

bölmədə 

neft‐qaz 

sənayesinin 

bütün 


texnoloji 

mərhələlərində 

(layihələndirmədən  başlamış  neftin  çıxarılması,  nəqli  və  emalına  kimi)  Azərbaycanda 

ətraf  mühitin  qorunmasını,  ekoloji  tarazlığı  və  təhlükəsizliyi  tənzimləyən 

qanunvericilik  aktlarının,  fərman  və  qərarların,  norma  və  qaydaların  neft‐qaz 

sənayesinə  aid  hissələrinin  təhlili  və  icmalı    verilir.  Bu  təhlillər  əsasında  milli  hüquqi 

çərçivəyə  uyğun  olaraq  ekoloji  siyasətin  prinsipləri  işlənilmişdir.    Bu  prinsiplər  eyni 

zamanda  əsaslandırılmış  daxili  standartların  işlənilməsi  istiqamətlərini  də  özündə  əks 

etdirir.    

 

3.2.  ƏTRAF  MÜHİTİN  MÜHAFİZƏSİ  SAHƏSİNDƏ  QANUNVERİCİLİK  VƏ   



TƏNZİMLƏYİCİ QAYDALAR 

 

       



 Ümumi  qanunvericilik

Azərbaycan  Respublikası  Konstitusiyasında  Maddə  148 

milli qanunvericilik sistemini aşağıdakı kimi təsdiq edib. 

  

I. Milli qanunvericilik sisteminə daxil olan aktlar: 



 

Konstitusiya; 



 

Referendumla qəbul edilmiş aktlar; 



 

Qanunlar; 



 

Fərmanlar; 



 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarları; 



 

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları; 



 

II.  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələr  Azərbaycan 

Respublikasının hüquq sisteminin ayrılmaz tərkib hissəsidir. 

 

       



Ətraf  Mühitin  Mühafizəsi  və  Ekoloji  Təhlükəsizlik  üzrə  Qanunlar.

 

Azərbaycanda ətraf mühitin mühafizəsini və təbii ehtiyatlardan istifadəni tənzimləyən 



baza qanunvericilik aktları Cədvəl 1‐də verilmişdir.  

 

      



Ətraf  Mühitin  Mühafizəsi  Qanunu,

  1999‐cu  ildə  qəbul  olunub  (son  düzəlişlər  30 

mart 2000‐ci ildə edilib). Qanunda təbiəti mühafizənin əsas prinsipləri, dövlətin, ictimai 

təşkilatların  və  vətəndaşların  bu  sahədə  hüquq  və  vəzifələri  göstərilmiş,  təbiət 

istifadəçiləri  tərəfindən  ətraf  mühitin,  istehsalat  monitorinqinin  aparılması  vəzifələri 

müəyyən  edilmiş,  təhlükəli  fəaliyyət  növləri  üçün  «ekoloji  sığorta»  termini,  habelə 

təsərrüfat  fəaliyyətinin  könüllü  və  məcburi  ekoloji  auditi  daxil  edilmişdir.  Həmçinin 

qanunda  onun  tələblərinin  pozulmasına  görə  məsuliyyətin  əsasları  müəyyən 

edilmişdir. 

 

 

10

 




                                                                                                                           EKOLOJİ SİYASӘT 

Cədvəl 1.  

Ətraf mühit və Təbii ehtiyatlardan istifadə sahəsində əsas qanunlar 

 

Qanunvericilik aktları 

Ətraf Mühitin Mühafizəsi Haqqında  

Ekoloji Təhlükəsizlik Haqqında  

Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri və Obyektləri Haqqında  

Sanitar‐Epidemioloji Təhlükəsizlik Haqqında  

Atmosfer Havasının Mühafizəsi Haqqında  

Torpaq Məcəlləsi 

İstehsalat və Məişət Tullantıları Haqqında  

Su Məcəlləsi  

Radioaktiv Tullantılar Haqqında  

Torpaqların Məhsuldarlığı Haqqında  

Azərbaycan  Respublikasının  ʺƏtraf  mühit  ilə  bağlı  məsələlərdə  məlumatın  əldə 

edilməsi,  ictimaiyyətin  qərar  qəbul  edilməsində  iştirakı  və  ədalət  məhkəməsinin  açıq 

keçirilməsi  haqqındaʺ  BMT‐nin  Konvensiyasına  qoşulması  barəsində  Azərbaycan 

Respublikasının Qanunu

 

Balıqçılıq Haqqında 



 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi: Ekoloji Cinayətlər 

 

Əhalinin Radiasiya Təhlükəsizliyi Haqqında 



 

Heyvanlar Aləmi Haqqında 

 

Yerin Təki Haqqında 



 

Hidrometeorologiya Fəaliyyəti Haqqında 

 

 

Qanun aşağıdakı məsələlərə ünvanlanıb: 



− Dövlət, onun vətəndaşları, ictimai əlaqələr və yerli hakimiyyət orqanlarının hüquq və 

öhdəlikləri ; 

− Təbii sərvətlərdən istifadə; 

− Monitorinq, standartlaşdırma və sənədləşdirmə; 

− Ətraf mühitin mühafizəsinin iqtisadi tənzimlənməsi; 

− İqtisadi fəaliyyətlər üçün ekoloji tələbatlar; 

− Ekoloji təhsil, elmi axtarış, statistika və məlumat; 

− Ekoloji böhran və ekoloji cəhətdən təhlükəli zona; 

− Ətraf mühitin mühafizəsinə nəzarət; 

− Ekoloji auditin aparılması; 

− Ətraf mühit qanunvericiliyində pozuntu halları baş verən zaman öhdəliklər; 

− Beynəlxalq əməkdaşlıq. 

 

Ətraf  mühitin  mühafizəsi  haqqında  Qanuna  görə  təbii  ehtiyatlardan  istifadə  edənlər 



qanunla  müəyyən  edilmiş  ekoloji  və  texnoloji  tələblərə,  qüvvədə  olan  standartlara  və 

ətraf mühitin kəmiyyət, keyfiyyət normativlərinə riayət etməlidirlər.  Qanuna görə təbii 

ehtiyatlardan  istifadə  edənlər  torpaqların  rekultivasiyası,  təbii  resursların  bərpası  və 

11

 




Yüklə 341,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə