Azәrbaycan respublikasi döVLӘt neft şİRKӘTİ ekoloji SİyasәT



Yüklə 341,25 Kb.
Pdf görüntüsü
səhifə8/13
tarix26.10.2017
ölçüsü341,25 Kb.
#6603
1   ...   5   6   7   8   9   10   11   12   13

                                                                                                                           EKOLOJİ SİYASӘT 

 



Neft  dağılmalarına    qarşı  mübarizədə  milli  və  regional  əməkdaşlığın  həyata 

keçirilməsi; 

 

ARDNŞ‐nin  Xəzər  dənizindəki  fəaliyyət  zonalarında  və  onların  ətrafında 



çirklənmənin müntəzəm monitorinqinin aparılması; 

 



Xəzər  dənizinin  ekologiyası  və  ətraf  mühitinin  mühafizəsi  ilə  məşğul  olan 

təşkilatlarla  elmi‐texniki,  fövqəladə  hallarda  isə  operativ  informasiya 

mübadiləsinin həyata keçirilməsi; 

 



Xəzər  dənizinin  ekologiyası  və  biomüxtəlifliyinin    qorunması  sahəsində 

regional  və  milli  proqramlara,  layihələrə  dəstək  verilməsi,  onların  həyata 

keçirilməsinə yardım edilməsi. 

 

21

 




                                                                                                                           EKOLOJİ SİYASӘT 

 

5.

 

EKOLOJİ SİYASƏT SAHƏSİNDƏ BEYNƏLXALQ TƏCRÜBƏ 

         Dünyanın aparıcı neft şirkətlərinin ətraf mühit sahəsində siyasətləri bu şirkətlərin 

ümumi  davamlı  inkişaf  konsepsiyasının  tərkib  hissələrindən  biridir.    Davamlı  inkişaf 

konsepsiyası  iqtisadi,  sosial  və  ekoloji    amillərin  balanslaşdırılmış  şəkildə  nəzərə 

alınması  şəraitində,  bu  günkü  tələbatları  gələcək  nəsillərin  maraqlarına  ziyan 

vurmadan  ödəmək  deməkdir.  Beynəlxalq  neft  şirkətlərinin    “Davamlı  İnkişaf” 

hesabatlarının təhlili göstərir ki,  onların ətraf mühit və ekoloji təhlükəsizlik sahəsindəki 

məsələlərin  idarə  edilməsi  bütün  istehsalat  prosesləri,  daima  tənzimlənən  və  əlaqəli 

vahid sistem çərçivəsində həyata keçirilir. Bu sistem aşağıdakı elementlərdən ibarətdir: 

I.

 



İstehsalat əməliyyatları və texnologiyaların tətbiqi, yeni layihələr. 

II. Əməyin təhlükəsizliyi və sağlamlıq. 

III. Ətraf mühitin idarə olunması: 

 



İstixana effekti yaradan qazlar (tullantıların miqdarı, azaldılma tədbirləri və 

proqnozları) və atmosferə atılan digər tullantılar; 

 

Qazın məşəldə yandırılması; 



 

Enerji istehlakı (yanacağın və elektrik enerjisindən istifadə, enerjiyə qənaət edən 



texnologiyaların tətbiqi və alternativ enerji mənbələrindən istifadə); 

 



Su mühitinə olan tullantılar, o cümlədən qazma şlamları; 

 



Tullantıların idarə olunması; 

 



Ətraf mühitin monitorinqi; 

 



Ətraf mühitin idarə olunması: a)podratçıların monitorinqi; b)beynəlxalq ətraf 

mühit standartlarına riayət olunması; c) yeni layihələrdə ətraf mühitlə bağlı 

tələblər; d) mədəni irsin qorunması. 

IV. Təhlükəsizlik və insan hüquqları: 

 

Yerli icmalarla iş; 



 

Müraciətlərin qəbulu və problemlərin həlli; 



 

Texniki təhlükəsizlik; 



 

Müstəqil monitorinq. 



V. Əməkdaşlıq, etik normalara riayət (ölkə daxili və xarici işgüzar əməkdaşlıq); 

IV. 


Davamlı inkişafa dəstək: 

 



Regional inkişafa dəstək; 

 



Təhsilə dəstək; 

 



İctimai və ətraf mühitə sərmayələr (əsas fəaliyyət sahəsindən kənarda); 

 



Yerli kiçik sahibkarlığın inkişafına dəstək və s. 

22

 




                                                                                                                           EKOLOJİ SİYASӘT 

      Bu  kompaniyalar  fəaliyyətlərində  BMT‐nin  Ətraf  Mühit  və  Davamlı  İnkişaf 

sahəsində qəbul etdiyi Konvensiyaları, öz ölkələrinin ətraf mühit sahəsindəki siyasətini, 

beynəlxalq  standartları,  BMT‐nin  İnsan  Haqları  Bəyannaməsini,  Qlobal  Müqavilə 

Sənədini,  Dünya  Bankının  və    AYİB‐ın  Ətraf  Mühitin  Qorunması,  İnformasiyaların 

Aşkarlığı  sahəsində,  İqtisadi  İnkişaf  və  Əməkdaşlıq  Təşkilatının  (OECD),  BMT‐nin 

Ətraf  Mühit  Proqramı  (UNEP)  sənədlərini  və  standartlarını,   

İPİECA‐


ın  neft 

sənayesində  ətraf  mühitə  təsirlərin  azaldılması  üzrə  metodiki  təlimatlar  və  rəhbər 

sənədləri,  BMT‐nın    Minilliyin  Astanasında  Ekosistemlərin  Qiymətləndirilməsi  

Çağırışı, Elm, təhsil, mədəni irsin qorunması sahəsində UNESCO‐nun qərarlarını və s. 

rəhbər  tuturlar.  Layihələrin  başlanğıc  mərhələsində  Dünya  Bankı  və  AYİB‐in  rəhbər 

sənədləri  əsasında  Ətraf  Təbii  və  Sosial  Mühitlərə  Təsirlərin  Qiymətləndirilməsi  

(ƏMTQ)  işlərini  yerinə  yetirirlər.  Həmçinin  neft  kompaniyaları  beynəlxalq 

Konvensiyalar üzrə öz ölkələrinin öhdəliklərini paylaşırlar.  

      Sadalanan  qanun  və  qaydalar  çərçivəsində  hər  bir  şirkətin  sağlamlıq,  əməyin 

təhlükəsizliyi  və  ətraf  mühitin  qorunması  üzrə  daxili  standartları,  etik  qaydaları, 

fəaliyyət planları mövcuddur. 

    Ümumən  Ətraf  Mühitin  Qorunması    sahəsində  strategiya  əsasən  aşağıdakı 

istiqamətlərdə qurulub: 

 



İqlim Dəyişmələri sahəsində  Fəaliyyət  Strategiyaları və Planları; 

 



Neft dağılmalarının və ekoloji risklərin azaldılması planları; 

 



Bioloji müxtəlifliyin qorunması strategiyası; 

 



Çoxsəviyyəli və Hərtərəfli Monitorinq Planları; 

 



Sağlamlığın və Təhlükəsizliyin qorunması Planları; 

 



Yerli İcmaların İnkişafı, Mədəni İrsin Qorunması Planları.  

Ətraf Mühitin idarə olunması əsasən müstəqil podratçı  şirkətlər vasitəsi ilə, onlara 

nəzarət isə auditor kompaniyaları vasitəsi ilə yerinə yetirilir. 

 

23

 




Yüklə 341,25 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə