Azәrbaycan respublikasi döVLӘt neft şİRKӘTİ ekoloji SİyasәT



Yüklə 341,25 Kb.
Pdf görüntüsü
səhifə9/13
tarix26.10.2017
ölçüsü341,25 Kb.
#6603
1   ...   5   6   7   8   9   10   11   12   13

                                                                                                                           EKOLOJİ SİYASӘT 

 

6. 

ARDNŞ‐nin    EKOLOGİYA  SAHƏSİNDƏ  DÖVLƏT,  ÖZƏL  VƏ  BEYNƏLXALQ 

TƏŞKİLATLARLA  QARŞILIQLI FƏALİYYƏTİ  

 

Azərbaycanda  ətraf  mühitin  qorunmasına  cavabdeh  Azərbaycan  Hökumətidir.  Ətraf 



Mühitin  qorunmasına  nəzarəti  həyata  keçirən  mərkəzi  dövlət  orqanı  kimi 

Ekologiya  və 

Təbii Sərvətlər Nazirliyi (ETSN)

 

təyin edilib. Ətraf mühitin mühafizəsi üzrə qaydaların 



tətbiqinə,  normalara  və  standartlara    riayət  olunmasına  nəzarət    ETSN‐ə  həvalə 

edilmişdir. 

 

Torpaqlardan  istifadənin  tənzimlənməsini



 

Dövlət  Torpaq  və  Xəritəçəkmə  Komitəsi

 

nəzarət  edir,  daşınmaz  əmlakın,  o  cümlədən  torpaq  mülkiyyətçilərinin  qeyydiyatını 



Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yerinə yetirir.  

 

Neft  və  qaz  məhsullarının  satışına  lisenziyaların  verilməsini  Sənaye  və  Energetika 



Nazirliyi  yerinə yetirir. 

 

Fövqəladə  Hallar  Nazirliyi  (FHN)

  gözlənilməz  təbii  və  sənaye  qəzaları  baş  verən 

zaman  onların  odarə  olunmasına  cavabdeh  təşkilatdır.  FHN  həmçinin  tikintidə,  dağ‐

mədən işlərində, sənayedə təhlükəsizlik qaydalarının tətbiqinə  nəzarəti yerinə yetirən 

dövlət orqanıdır. 

 

 

 Səhiyyə  Nazirliyi



  ölkə  ərazisində  sanitar  ‐  epidemioloji  vəziyyəti  nəzarətdə  saxlayan 

dövlət  orqanıdır.  Nazirlik  həmçinin  istehsal  sahələrində  sağlamlığın  qorunması 

qaydalarını tənzimləyir. 

 

 Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi



 

 ölkə ərazisində ölçü 

avadanlıqlarının uyğunluğunu, keyfiyyətin və kəmiyyətin standartartarını təyin edir və 

bu sahələrdə dövlət siyasətini həyata keçirir. 

 

       ARDNŞ  Azərbaycan  Respublikasının  yanacaq‐energetika  kompleksinin  əsas  və  ən 



iri  vahidlərindən  biridir.  Onun  istehsalat  fəaliyyəti  ilə  bağlı  cari,  perspektiv,  həmçinin 

100  ildən  artıq  müddətdə  yığılıb  qalmış  ekoloji  məsələlərin  həllindən,  Azərbaycan 

Respublikasının  milli  və  beynəlxalq  ekoloji  proqramlarından,  öhdəliklərindən  irəli 

gələn  vəzifələrin  yerinə  yetirilməsi  qanunvericilik  və  Hökumət  qərarlarına  uyğun 

olaraq cavabdeh mərkəzi dövlət icra orqanları ilə əlaqəli şəkildə yerinə yetiriləcəkdir. 

 

Qeyd olunduğu kimi 



Xəzər Dənizi Gəmiçiliyi İdarəsi (XDGİ)

 Azərbaycanı Beynəlxalq 

Dəniz  Təşkilatında,  MARPOL  73/78,  OPRC,  90,  CLC  92  Konvensiyaları  orqanlarında 

təmsil edir. Eyni zamanda dənizdə neftin nəqli, ARDNŞ gəmiləri ilə məsələlər birbaşa  

XDGİ  ilə  bağlıdır  və  ARDNŞ‐nin  Xəzər  dənizindəki  fəaliyyətində  əlaqəli  əməkdaşlığı 

həyata keçirilir. 



 

 

 

24

 




                                                                                                                           EKOLOJİ SİYASӘT 

Özəl  Neft  Şirkətləri,

  dedikdə  Azərbaycanda,  onun  Xəzər  dənizində  fəaliyyət  göstərən 

xarici  və  yerli  neft  şirkətləri,  beynəlxalq  konsorsiumlar  nəzərdə  tutulur.  Bu 

konsorsiumların, birgə kompaniyaların işində ARDNŞ hərtərəfli təmsil olunub və ətraf 

mühit sahəsində fəaliyyət  çoxtərəfli sazişlərdə öz əksini tapmışdır. 



 

Xəzər  Ekoloji  Proqramının

 

  tədqiqat,  regional  ekoloji  layihələr  çərçivəsində,  eyni 

zamanda      Xəzər  dənizinin  Su  Mühitinin  Qorunması  üzrə  Çərçivə  Konvensiyası  ilə 

bağlı məsələlərdə ARDNŞ‐nin iştirakı vacibdir. Xəzər dənizindəki fəaliyyət zonalarında 

yeni  layihələrin  mənimsənilməsində,  sahilboyunda  ekoloji  tədbirlərin  həyata 

keçirilməsində ARDNŞ hərtərəfli əməkdaşlığı yerinə yetirəcəkdir. 

 

Azərbaycan  Milli  Elmlər  Akademiyasının

  elmi‐tədqiqat  İnstitutları  ilə  tullantıların 

zərərsizləşdirilməsi 

və 

utilizasiya 



olunması 

sahəsində, 

ekoloji 

risklərin 

modelləşdirilməsi,  radioekoloji  şəraitin  qiymətləndirilməsi  üzrə  birgə  elmi‐

tədqiqatların  aparılması,  qiymətləndirmə    metodlarının  hazırlanması,  ətraf  mühitin 

vəziyyətinin xəritələşdirilməsi işləri yerinə yetiriləcəkdir. 

 

İPİECA

‐dünyanın  iri  neft  şirkətlərinin  ətraf  mühit  üzrə  təşkilatıdır.  Bu  təşkilat  elmi‐

texniki  funksiyanı  yerinə  yetirir,  qlobal  və  regional  ekoloji  problemlərlə,  neft 

sənayesinin istehsalat ekologiyası ilə bağlı strategiyaları, neft şirkətlərində tətbiq olunan  

elmi, metodiki sənədləri hazırlayır. İPİECA ətraf mühit sahəsində beynəlxalq təşkilatlar 

tərəfindən  qəbul  edilən  bir  təşkilatdır  və  yaxın  gələcəkdə  ARDNŞ  onunla  əməkdaşlıq 

etmək niyyətindədir. 

 

 Avropa Yenidənqurma və İnkişaf Bankı(AYİB), Asiya İnkişaf Bank (AİB)ı, Beynəlxalq 

Maliyyə Korporasiyası (BMK), Dünya bankı (DB), Qlobal Ekoloji Fond (QEF)

 və digər 

maliyyə, ətraf mühit təşkilatları ilə böhran səviyyəsində olan ekoloji problemlərin həlli 

üçün  


uzunmüddətli  investisiya  və  qrant  layihələrinin  yerinə  yetirilməsi  planlaşdırılır.  Artıq 

belə əməkdaşlıq həyata keçirilməkdədir. 

 

Yerli və regional QHTlarla

 ictimai məsləhətləşmələr, məlumatların yayılması, ictimai 

köməklik və s. sahədə əməkdaşlıqların yerinə yetirilməsi nəzərdə tutulub. 

 

Yuxarıda sadalanan qarşılıqlı fəaliyyətin strukturu Şəkil 1‐də, ARDNŞ‐nin təşkilatlarla 



ekoloji  məsələlər  üzrə  məsuliyyətinin,  cavabdehliyinin  və  əməkdaşlığının  qısa  şərhi 

Cədvəl 3‐də verilmişdir.  

 

 

25



 


Yüklə 341,25 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə