Azərbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi



Yüklə 5,15 Mb.
səhifə4/54
tarix03.05.2018
ölçüsü5,15 Mb.
#41187
1   2   3   4   5   6   7   8   9   ...   54

8. Suqəbuledici qurğular

8.1. Yeraltı suları qəbul edən qurğular

8.1.1. Ümumi göstərişlər

8.1.1.1. Suqəbuledici qurğuların növü və yerləşmə sxemi rayonun geoloji, hidrogeoloji və sanitariya şəraitlərindən asılı olaraq seçilməlidir.

8.1.1.2. Yeni suqəbuledicilər layihələndirildikdə və mövcud suqəbuledicilər genişləndirildikdə onların qonşu sahələrdəki mövcud və layihələndirilən suqəbuledicilərlə qarşılıqlı, həmçinin ətraf mühitə təsiri (yerüstü axımlar, bitkilər və s.) nəzərə alınmalıdır.

8.1.1.3. Yeraltı suyu götürmək üçün aşağıdakı qurğular tətbiq edilir: suqəbuledici quyular, şaxtalı quyular, üfüqi qəbuledicilər, şüavarı suqəbuledicilər, bulaq sularını toplayan kameralar (kaptajlar).

8.1.2. Suqəbuledici quyular

8.1.2.1. Quyuların layihələrində qazma üsulu göstərilməli və onların konstruksiyaları, dərinliyi, boru sütunlarının diametri, suqəbuledici hissənin, suqaldırıcının və başlığın növü, həmçinin onların sınaqdan çıxarılma üsulu təyin edilməlidir.

8.1.2.2. Quyuların qazılma üsulları tövsiyə olunan əlavə 1-də verilir.

8.1.2.3. Quyuların konstruksiyaları elə olmalıdır ki, onlarda məhsuldarlığın və su səviyyəsinin ölçülməsi, su nümunəsinin götürülməsi, həmçinin quyuların istismarı zamanı impulslu, reagentlə və kombinə edilmiş regenerasiya üsulları ilə təmir-bərpa işlərinin görülməsi mümkün olsun.

8.1.2.4. Quyularda istismar sütunlarının diametri suyu qaldırmaq üçün quyunun üstündə quraşdırılmış elektrik mühərrikli nasoslardan istifadə edildikdə nasosun nominal diametrindən 50 mm böyük, suya batırılmış mühərrikli nasoslardan istifadə edildikdə nasosun nominal diametrinə bərabər qəbul edilməlidir.

8.1.2.5. Yerli şəraitdən və avadanlığın növündən asılı olaraq quyuların ağzı, bir qayda olaraq, yerüstü köşkdə, yaxud yeraltı kamerada yerləşdirilməlidir.

8.1.2.6. Köşk və kameranın planda ölçüləri elə qəbul edilməlidir ki, onlarda elektrik mühərriki, elektrik avadanlığı və nəzarət-ölçü cihazları (NÖC) yerləşdirilə bilsin.

Yerüstü köşk və yeraltı kameranın hündürlüyü orada yerləşdirilmiş avadanlığın qabarit ölçülərindən asılı olaraq qəbul edilir və 2,4 m-dən az olmamalıdır.



8.1.2.7. Boruların istismar sütununun yuxarı hissəsi döşəmə səviyyəsindən ən azı 0,5 m yuxarı qalxmalıdır.

8.1.2.8. Quyunun başlığının konstruksiyası yerüstü axım suları və onlarla birlikdə çirkli maddələrin borulararası və borudan kənar fəzalara daxil ola bilməməsi üçün tam kipliyi təmin etməlidir.

8.1.2.9. Quyu nasoslarının bölmələrinin quraşdırılması və sökülməsinin mexaniki vasitələrin köməyilə quyunun ağzında qoyulmuş qapaqdan həyata keçirilməsi təmin edilməlidir.

8.1.2.10. Ehtiyat quyuların sayı cədvəl 9-a əsasən qəbul edilməlidir.

Cədvəl 9. Ehtiyat quyuların tövsiyə edilən sayı



İşləyən quyuların sayı

Aşağıdakı kateqoriyalı suqəbuledicilərdə ehtiyat quyuların sayı

I

II

III

1 – 4

5 – 12


13 və daha çox

1

2

20%



1

1

10%



1

-

-



Q e y d:

1.Hidrogeoloji şəraitdən asılı olaraq və müvafiq əsaslandırmaya görə ehtiyat quyuların sayı artırıla bilər.

2. Bütün kateqoriyalardan olan suqəbuledicilərin anbarında ehtiyat nasoslar olmalıdır: işləyən quyuların sayı 12-ə qədər olduqda 1 ədəd, 12-dən çox olduqda isə işləyən quyuların sayının 10%-i qədər.

3. Suyun verilmə təminatının dərəcəsinə görə suqəbuledicilərin kateqoriyası maddə 7.4-ə əsasən qəbul edilməlidir.

8.1.2.11. Quyunun suqəbuledici sahəsində yerləşən və istismarı mümkün olmayan quyular tamponaj üsulu ilə ləğv edilməlidir.

8.1.2.12. Quyularda süzgəclər yumşaq, dayanıqsız qayalıq və yarım qayalıq süxurlarda qoyul-malıdır.

8.1.2.13. Süzgəcin konstruksiyası və ölçüləri hidrogeoloji şəraitdən, quyunun məhsuldarlığından və istismar rejimindən asılı olaraq əlavə 2-nin tövsiyələrinə əsasən qəbul edilməlidir.

8.1.2.14. Zərbəli üsulla qazma zamanı istismar borusunun son diametri süzgəcin xarici diametrindən ən azı 50 mm, suzgəc çınqılla örtüldükdə ən azı 100 mm böyük olmalıdır.

Divarları boru ilə bərkidilməyən və rotorlu üsulla qazılan quyuların son diametri suzgəcin xarici diametrindən ən azı 100 mm böyük olmalıdır.



8.1.2.15. Hündürlüyü 10 m-ə qədər olan basqılı sudaşıyıcı laylarda süzgəcin işçi hissəsinin uzunluğu layın hündürlüyünə bərabər qəbul edilməlidir; basqısız laylarda süzgəcin işçi hissəsinin uzunluğu quyuda suyun istismar enmə səviyyəsini maddə 8.1.2.16-nın tövsiyələrini nəzərə alıb çıxmaqla (süzgəc, bir qayda olaraq, suya batırılmış vəziyyətdə olmalıdır) layın hündürlüyünə bərabər qəbul edilməlidir.

Hündürlüyü 10 m-dən çox olan sudaşıyıcı laylarda süzgəcin işçi hissəsinin uzunluğu süxurların sukeçirmə qabiliyyəti, quyuların məhsuldarlığı və süzgəcin konstruksiyasından asılı olaraq təyin edilməlidir.



8.1.2.16. Süzgəcin işçi hissəsi sudaşıyıcı layın tavanından və oturacağından ən azı 0,5-1 m məsafədə yerləşdirilməlidir.

8.1.2.17.Bir neçə sudaşıyıcı laydan istifadə etdikdə süzgəcin işçi hissələri hər bir sudaşıyıcı layda yerləşdirilməli və bir-birləri ilə zəif sudaşıyıcı layları kəsib keçən bütöv divarlı boru ilə birləşdirilməlidir.

8.1.2.18. Quyunun dərinliyi 50 m-ə qədər olduqda süzgəcüstü borunun yuxarı hissəsi istismar sütununun başmağının üstündən ən azı 3 m, 50 m-dən çox olduqda isə ən azı 5 m yuxarı olmalıdır; istismar sütunu ilə süzgəcüstü boru arasında ehtiyac olduqda kipləşdirici qoyulmalıdır.

8.1.2.19. Durulducunun uzunluğu 2 m-dən çox olmamalıdır.

8.1.2.20. Üstündə dayanıqlı süxurlar olan yumşaq qumlu yeraltı laylardan su götürmək üçün süzgəcsiz konstruksiyalı quyular qəbul edilir.

8.1.2.21. Quyular qazıldıqdan və süzgəclərlə təmin edildikdən sonra onlarda toplanan su, qazma gil məhlulu istifadə etməklə rotor üsulu ilə aparıldıqda, onlarda qalan gil, su tam şəffaflana qədər çıxarılmalıdır.

8.1.2.22. Suqəbuledici quyuların faktiki məhsuldarlığının layihə qiymətinə uyğunluğunu təyin etmək üçün su onlardan əlavə 3-də tövsiyə edilən üsulla çıxarılmalıdır.

8.1.3. Şaxtalı quyular

8.1.3.1. Şaxtalı quyular, bir qayda olaraq, yer səthinə yaxın birinci, 30 m-ə qədər dərinlikdə yerləşmiş, yumşaq süxurlardan ibarət basqısız laylardan su götürmək üçün tətbiq edilməlidir.

8.1.3.2. Sudaşıyıcı layın hündürlüyü 3 m-ə qədər olduqda onun bütün hündürlüyünü açan bitmiş şaxtalı quyu qəbul edilməlidir; hündürlüyü daha böyük olan laylardan su götürmək üçün bitmiş və layın hündürlüyünün bir hissəsini açan bitməmiş şaxtalı quyuların qəbul edilməsinə yol verilir.

8.1.3.3. Quyunun suqəbuledən hissəsi qumlu qruntlarda yerləşdikdə onun dibində qum-çınqıldan əks süzgəc, yaxud məsaməli betondan süzgəc, quyuların suqəbuledən divarlarında isə məsaməli betondan, yaxud çınqıldan süzgəcin olması nəzərdə tutulmalıdır.

8.1.3.4. Əks süzgəcin ümumi hündürlüyü 0,4-0,6 m olmaqla qum və çınqıldan düzəldilmiş, hər birinin qalınlığı 0,1-0,15 m, aşağı hissəsi kiçik, yuxarı hissəsi isə böyük fraksiyalı bir neçə laydan ibarət olmalıdır.

8.1.3.5. Süzgəcin ayrı-ayrı laylarının mexaniki tərkibi və qonşu layların dənələrinin orta diametrləri arasındakı nisbət cədvəl 10-a əsasən qəbul edilməlidir.

Cədvəl 10. Süzgəcin ayrı-ayrı laylarının mexaniki tərkibi və qonşu layların dənələrinin orta diametrləri arasındakı nisbət



Sudaşıyıcı layların süxurları

Süzgəclərin növü və konstruksiyaları

Qayalıq və yarımqayalıq dayanıqsız süxurlar, 20-100 mmölçülü hissəciklər üstünlük təşkil edən(kütləsinə görə 50%-dən çox) çınqıl, çaqıl daşı çöküntüləri

Milli-karkaslı (əlavə süzmə səthi olmadan), qalınlığı 4 mm və korroziya əleyhinə təbəqə ilə örtülmüş poladdan hazırlanmış dairəvi və yarıqlı məsamələri olan borulu, spiral-milli süzgəclər

Çınqıl, 2-5 mm ölçülü hissəciklər üstünlük təşkil edən(kütləsinə görə 50%-dən çox) çınqıllı qum

Milli və borulu, məftil sarğılardan və ya paslanmayan polad təbəqədən hazırlanmış su qəbul edən səthi olan süzgəclər. Qalınlığı 4 mm və korroziya əleyhinə təbəqə ilə örtülmüş poladdan hazırlanmış, spiral-milli süzgəclər

1-2 mm ölçülü hissəciklər üstünlük təşkil edən (kütləsinə görə 50%-dən çox) iri qumlar

Milli və borulu, məftil sarğılardan və ya paslanmayan polad təbəqədən hazırlanmış su qəbul edən səthi olan süzgəclər. Qalınlığı 4 mm və korroziya əleyhinə təbəqə ilə örtülmüş poladdan hazırlanmış, spiral-milli süzgəclər

0,25-0,5 mm ölçülü hissəciklər üstünlük təşkil edən (kütləsinə görə 50%-dən çox) orta dənəli qumlar

Milli və borulu məftil sarğılardan, kvadrat toxunmuş tordan, qum-çınqıl örtüklü paslanmayan polad təbəqədən hazırlanmış su qəbul edən səthi olan, spiral-milli süzgəclər

0,1-0,25 mm ölçülü hissəciklər üstünlük təşkil edən (kütləsinə görə 50%-dən çox) xırda dənəli qumlar

Milli və borulu məftil sarğılardan, güləbətinli işlənmiş tordan, bir, yaxud iki laylı qum-çınqıl örtüklü paslanmayan polad təbəqədən hazırlanmış su qəbul edən səthi olan, spiral-milli süzgəclər

8.1.3.6. Şaxtalı quyunun yuxarı hissəsi yer səthindən ən azı 0,8 m yuxarıda yerləşməlidir. Quyunun ətrafında eni 1-2 m, quyudan ətrafa mailliyi 0,1-ə bərabər sukeçirməyən səki nəzərdə tutulmalıdır; təsərrüfat-içməli su ehtiyaclarını ödəmək üçün su verən quyular ətrafında bundan əlavə gildən, yaxud yağlı gillicədən dərinliyi 1,5-2 m, eni 0,5 molan təbəqə yaradılmalıdır.

8.1.3.7. Quyularda yer səthindən ən azı 2 m hündürlüyə qalxmış ventilyasiya borusu qoyulmalıdır. Ventilyasiya borusunun deşikləri torlu qapaqla təchiz edilməlidir.

8.1.4. Üfüqi suqəbuledicilər

8.1.4.1. Üfüqi suqəbuledicilər, bir qayda olaraq, mümkün qədər yerüstü axınlara yaxın və 8 m-ə qədər dərinlikdə yerləşmiş basqısız sudaşıyıcı laylardan su götürmək üçün tətbiq edilirlər. Onlar qırma daşdan düzəldilmiş, yaxud borulu drenaj, su toplayan dəhliz, yaxud lağım şəklində layihələndirilə bilərlər.

8.1.4.2. Daş-çınqıl drenajlı suqəbuledicilərin müvəqqəti su təchizatı sistemlərində tətbiqi tövsiyə edilir.

5-8 m dərinliyə qədər II və III kateqoriyalı suqəbuledicilər üçün borulu drenajlar layihələndirilməlidir.

I və II kateqoriyalı suqəbuledicilər üçün, bir qayda olaraq, suyığıcı dəhlizlər qəbul edilməlidir.

Lağım şəkilli suqəbuledicilər müvafiq oroqrafik şəraitlərdə tətbiq olunmalıdır.



8.1.4.3. Sudaşıyıcı laydan qum, torpaq hissəciklərinin qurğuya daxil olmasının qarşısını almaq üçün üfüqi qurğuların suqəbuledici hissəsinin ətrafında iki-üç laydan ibarət əks süzgəc layihələndirilməlidir.

8.1.4.4. Əks süzgəcin ayrı-ayrı laylarının mexaniki tərkibi hesabatla təyin edilməlidir. Süzgəcin ayrı-ayrı laylarının qalınlığı ən azı 15 sm olmalıdır.

8.1.4.5. Daş-çınqıl drenajlı su qəbuledicilərdə suyun qəbulu üçün xəndəyin dibində ölçüləri 30x30sm, yaxud 50x50 sm olan və ətrafında əks süzgəc qurulmuş prizmalar yaradılır.

Prizmalar su yığılan quyu istiqamətində 0,01-0,05 mailliyə malik olmalıdırlar.



8.1.4.6. Borulu drenajların su qəbul edən hissəsi yan və üst divarlarında dairəvi deşiklər, yaxud yarıqlar açılmış saxsı, dəmir beton və plastmas borulardan qəbul edilməlidir; boruların aşağı hissəsinin diametrinin ən azı 1/3 hissəsi qədər hündürlüyündə deşiklər,yaxud yarıqlar olmamalıdır. Boruların minimal diametri 150 mm qəbul edilməlidir.

Q e y d. Deşikli metal borular yalnız müəyyən əsaslandırmaya görə qəbul edilə bilərlər.

8.1.4.7. Üfüqi suqəbuledicilərdə boruların diametrləri sudaşıyıcı layın maksimal gücünə hesablanmalı, hesabi dolma dərəcəsi isə borunun diametrinin 0,5-i qədər qəbul edilməlidir.

8.1.4.8. Boruların su toplanan quyu istiqamətində mailliyi aşağıda göstərilənlərdən az olmamalıdır:

D,mm i D,mm i D,mm i

150 0,007 250 0,004 400 0,002

200 0,005 300 0,003 500 0,001

Suyun borularda minimal axma sürəti 0,7 m/s-dən az qəbul edilməməlidir.



8.1.4.9. Su qəbul edən dəhlizlər divarında yarıqlar, yaxud günlüyü olan pəncərələr açılmış yığma dəmir-beton elementlərdən layihələndirilməlidir.

8.1.4.10. Dəmir-beton elementlərin altında istismar zamanı çökərək bir-birinə nisbətən vəziyyətlərinin dəyişməsinin qarşısını almaq üçün özül layihələndirilməlidir. Dəhlizin yan divarlarında onun su qəbul edən hissəsi sahəsində əks süzgəc olmalıdır.

8.1.4.11. Üfüqi suqəbuledicilər onlara yerüstü axım sularının daxil olmasından qorunmalıdırlar.

8.1.4.12. Borulu və dəhliz şəkilli suqəbuledicilərin işinə nəzarət etmək, onların ventilyasiyası və təmirini həyata keçirmək üçün baxış quyuları layihələndirilməlidir. Quyular arasındakı məsafə diametri 150 mm-dən 500 mm-ə qədər olan borulu suqəbuledicilər üçün 50 m, 500 mm-dən böyük olan hallarda 75 m; dəhliz şəkilli suqəbuledicilər üçün 100-150 m qəbul edilməlidir.

Baxış quyuları həmçinin suqəbuledici hissənin üfüqi və şaquli vəziyyətdə istiqamətinin dəyişdiyi yerlərdə də qoyulmalıdır.



8.1.4.13. Baxış quyularının diametri 1 m qəbul edilməli, quyunun yuxarı hissəsi yer səthindən ən azı 0,2 m hündürə qalxmalıdır; quyunun ətrafında eni 1 m olan sukeçirməyən meydança səki və gil açar nəzərdə tutulmalıdır; quyular 8.1.3.7 maddəsinə uyğun ventilyasiya boruları ilə təchiz olun-malıdırlar.

8.1.4.14. Üfüqi suqəbuledicilərin nasos stansiyaları, bir qayda olaraq, qurğunun su toplanan quyusu ilə birləşdirilməlidir.

8.1.4.15. İki laydan-yuxarı basqısız və aşağı basqılı-su götürdükdə kombinə edilmiş üfüqi suqəbuledicilərdən istifadə edilməlidir. Suqəbuledici yuxarı basqısız layda yerləşmiş, alt və kənarlarından qol borular vasitəsilə şaquli borularla aşağı basqılı layla əlaqələndirilmiş üfüqi borulu drenaj şəklində layihələndirilir.

8.1.5. Şüavari suqəbuledicilər

8.1.5.1. Şüavari suqəbuledicilər tavanı yer səthindən 15-20 m-ə qədər dərinlikdə yerləşən və hündürlüyü 20 m-dən çox olmayan sudaşıyıcı laylardan su götürmək üçün tətbiq edilirlər.

Q e y d. D ≥70 mm fraksiyalı çaqıl daşlı qruntlarda, sudaşıyıcı layda 10%-dən artıq qaya parçaları olduqda və lilli kiçik dənəli süxurlarda şüavarı suqəbuledicilərin qəbulu tövsiyə edilmir.

8.1.5.2. Eyni cinsli olmayan, yaxud güclü eyni cinsli sudaşıyıcı laylarda şüaları müxtəlif tərəflərə istiqamətlənən çoxyaruslu şüavari suqəbuledicilər qəbul edilməlidir.

8.1.5.3. Suqəbuledicinin məhsuldarlığı 150-200 l/s olduqda və əlverişli hidrogeoloji və hidro-kimyəvi şərait olduqda bir, 200 l/s-dən çox olduqda iki bölməlisu toplayan quyu layihələndirilməlidir.

8.1.5.4. Uzunluğu 60 m-ə bərabər və ondan çox olan şüalar boruların diametri azalmaqla teleskopik konstruksiyada layihələndirilməlidir.

8.1.5.5. Eyni cinsli sudaşıyıcı laylarda uzunluğu 30 m-dən az olan şüalar arasındakı bucaq 300-dən az olmamalıdır.

8.1.5.6. Su qəbul edən şüalar məsaməliliyi 20%-dən çox olmayan deşikli, yaxud yarıqlı polad borulardan qəbul edilməlidir; su toplayan quyularda şüaların üstündə siyirtmələrin qoyulması nəzərdə tutulmalıdır.

8.1.6. Bulaq sularının kaptajı

8.1.6.1. Kaptaj qurğuları, yaxud dərin olmayan endirmə quyuları bulaqlardan su götürmək üçün tətbiq edilirlər.

8.1.6.2. Torpaqdan qalxan çeşmələrin suyu kaptajın dibindən, yamac bulaqlarının suyu kaptajın divarında açılmış deşiklərdən qəbul edilməlidir.

8.1.6.3. Çatlı süxurlardakı bulaqlardan qidalanan kaptajların su qəbul edən hissəsində suzgəc yaradılmaya bilər; yumşaq süxurlardakı bulaqlardan su götürən kaptajların su qəbul edən hissəsində əks suzgəc yaradılmalıdır.

8.1.6.4. Kaptajlar səth çirkləndiricilərindən, donmadan və yerüstü axım sularının təsirindən qorunmalıdır.

8.1.6.5. Kaptajlarda bulağın maksimal məhsuldarlığına hesablanan və sonunda bağlayıcı klapan qoyulmuş daşma borusu, 8.1.3.7 maddəsinə əsasən havalandırma borusu və diametri 100 mm-dən az olmayan suaparıcı boru nəzərdə tutulmalıdır.

8.1.6.6. Bulaq suyunu asılı maddələrdən azad etmək üçün kaptaj suaşıran divarla iki bölməyə ayrılmalıdır: biri hissəciklərin çökməsi (çöküntünün sonradan təmizlənməsi ilə), ikincisi isə nasosun sorma borusunu yerləşdirmək üçün.

8.1.6.7. Bir-birinə yaxın yerləşmiş bir neçə yamac bulağının suyunu toplamaq üçün bulaqlar açılmalı və kaptaja istiqamətləndirilməlidir.

8.2. Yeraltı su ehtiyatlarının süni üsulla artırılması

8.2.1. Aşağıdakı hallarda yeraltı su ehtiyatları artırılmalıdır:

fəaliyyətdə olan və layihələndirilən yeraltı suqəbuledicilərin məhsuldarlığını artırmaq və sabit işləməsini təmin etmək üçün;

infiltrasiya edilən və götürülən yeraltı suların keyfiyyətini yaxşılaşdırmaq üçün;

yeraltı suların mövsümi ehtiyatlarını yaratmaq üçün;

ətraf mühitin qorunması üçün (qrunt sularının səviyyəsinin bitki aləminin məhv olmasına səbəb ola biləcək yol verilən həddən aşağı düşməsinin qarşısını almaq).

8.2.2. İstismar edilənsudaşıyıcı layın yeraltı su ehtiyatını artırmaq üçün yerüstü və yeraltı sulardan istifadə edilməlidir.

8.2.3. Yeraltı su ehtiyatlarının artırılması açıq və bağlı tipli infiltrasiya qurğuları ilə həyata keçirilməlidir.

8.2.4. Açıq tipli infiltrasiya qurğuları kimi hövzələrdən, relyefin təbii və süni enməsindən (yarğanlar, qobular, qurumuş köhnə çay yataqları, karyerlər) istifadə edilməlidir.

8.2.5. Açıq infiltrasiya qurğuları yer səthinə yaxın, zəif keçiricili çöküntülərdən yaranmış tavanı olmayan, yaxud az hündürlüyə malik (3 m-ə qədər) tavanı olan birinci sudaşıyıcı layın ehtiyatını artırmaq üçün tətbiq edilir.

8.2.6. İnfiltrasiya hövzələri layihələndirilərkən aşağıdakılar nəzərdə tutulmalıdır:

dibin kəsilərək yaxşı süzmə qabiliyyəti olan süxurlara ən azı 0,5 m endirilməsi;

suyun çıxarıldığı yerdə dibin möhkəmləndirilməsi və yamacların yuyulmadan qorunması;

infiltrasiya qurğusuna verilən suyun sərfini ölçmək və tənzimləmək üçün avadanlıq;

maşın və mexanizmlərin hərəkəti üçün yollar.

8.2.7. İnfiltrasiya hovuzlarının dibinin eni 30 m-dən çox olmamalı, hovuzun uzunluğu 500 m-dən çox olmamalı, hovuzda su layının hündürlüyü 0,7-2,5 m, hovuzların sayı isə ikidən az olmamalıdır.

8.2.8. Hovuza su səpələyici, yaxud sərbəst axınlı kaskad vasitəsilə verilməlidir.

8.2.9. Hovuzları iri dolduruculu çınqıllı-çaqıl daşlı ərazidə yerləşdirdikdə onun dibinin hündürlüyü 0,5-0,7 m olan iri dənəli qum layı ilə doldurulması nəzərə alınmalıdır.

8.2.10. Təbii enişli relyef istifadə edildikdə süzmə səthinin hazırlanması nəzərə alınmalıdır.

8.2.11. Bağlı tipli infiltrasiya qurğuları kimi borulu (uducu və drenaj-uducu) və şaxtalı quyular qəbul edilməlidir.

8.2.12. Uducu, drenaj-uducu və şaxtalı quyular layihələndirilən zaman verilən suyun sərfinin ölçülməsi və tənzimlənməsi, həmçinin qurğularda və sudaşıyıcı layda suyun dinamik səviyyəsini ölçmək üçün qurğu və avadanlıqlar nəzərdə tutulmalıdır.

8.2.13. İnfiltrasiya qurğusunun konstruksiyası onların məhsuldarlığını bərpa etmək üçün açıq infiltrasiya qurğularında suzgəc səthinin çirklənmiş (kolmatasiyaya uğramış) layının mexaniki, yaxud hidravlik üsulla çıxarılmasını, bağlı qurğularda isə suqəbuledici quyuların regenerasiyasında istifadə edilən üsulların tətbiqini təmin etməlidir.

Q e y d. Açıq infiltrasiya qurğularının mənfi temperaturlar dövründə boşaldılması və regenerasiyasına yol verilmir.

8.2.14. İnfiltrasiya qurğularının yerləşmə sxemi, onların sayı və məhsuldarlığı yeraltı su ehtiyatlarının süni yolla artırılmasının təyinatı, suqəbuledici qurğuların yerləşmə sxemi, verilən suyun keyfiyyəti, infiltrasiya və suqəbuledici qurğuların istismar xüsusiyyətləri nəzərə alınmaqla kompleks hidrogeoloji və texniki-iqtisadi hesabatlarla təyin edilir.

8.2.15. İnfiltrasiya və suqəbuledici qurğular arasındakı məsafə infiltrasiyaya verilən suyun əlavə təmizlənməsi və onun yeraltı sularla qarışması nəzərə alınmaqla götürülən suyun keyfiyyətinin proqnozu əsasında qəbul edilməlidir.

8.2.16. Süni artırılma üçün istifadə edilən suyun keyfiyyət göstəriciləri DÜİST-2761-in tələblərinə cavab verməlidir.

8.2.17. Təsərrüfat-içməli su təchizatı sistemlərinin infiltrasiya qurğularına verilən suyun keyfiyyəti onun sudaşıyıcı laya infiltrasiyası zamanı təmizlənməsi və yeraltı su ilə qarışmasından sonra DÜİST-2784-ün tələblərinə cavab verməlidir.

8.3. Yerüstü suları qəbul edən qurğular

8.3.1. Suqəbuledici qurğular aşağıdakıları təmin etməlidirlər:

su mənbəyindən hesabi su sərfini götürüb tələbatçıya çatdırmağı;

su təchizatı sistemini bioloji örtüyün yaranmasından və ona lil, zibil, plankton, xəşələ buz və bu kimi maddələrin daxil olmasından qorumağı;

balıq təsərrüfatı əhəmiyyətli sututarlarda balıq ehtiyatlarının mühafizəsi ilə məşğul olan qurumların tələblərini ödəməyi.



8.3.2. Suyun verilməsinin təmin edilmə dərəcəsinə görə suqəbuledicilər 7.4 maddəsinə əsasən üç kateqoriyaya bölünürlər.

8.3.3. Suqəbuledicinin konstruktiv sxemi tələb olunan kateqoriyadan, su mənbəyinin hidroloji xarakteristikasından (suyun maksimal və minimal səviyyələrinin cədvəl 11-də göstərilən qiymətləri nəzərə alınmaqla), həmçinin suyun mühafizəsi və istifadəsinin tənzimlənməsi, sanitariya-epidemioloji xidmət, balıq ehtiyatlarının qorunması və su nəqliyyatı orqanlarının tələbləri nəzərə alınmaqla qəbul edilməlidir.

Cədvəl 11. Suqəbuledicilərin kateqoriyasından asılı olaraq yerüstü mənbələrdə hesabi su

səviyyələrinin təminatı

 


Suqəbuledicilərin kateqoriyası

Yerüstü mənbələrdə suyun hesabi səviyyəsinin təminatı, %

maksimal

minimal

I

II

III



1

3

5



97

95

90



Yüklə 5,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə