Azərbaycan respublikasi əMƏk və ƏhaliNİn sosial müdafiƏSİ naziRLİYİNİn kollegiyasi



Yüklə 496,99 Kb.
səhifə2/7
tarix02.10.2017
ölçüsü496,99 Kb.
#2898
1   2   3   4   5   6   7

TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ

 

1. RƏHBƏRLƏR

 

Kitabxana direktoru (müdiri);

Mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru (müdiri)

 

Əmək funksiyası. Kitabxana işini təşkil edir. Kitabxananın elmi və təsərrüfat-istehsalat fəaliyyətinə rəhbərlik edir. Müəyyən edilmiş qaydada perspektiv və cari işlər planını təsdiq edir. Oxuculara vaxtında xidmət göstərilməsinə nəzarət edir. İnformasiya və kitabxananın işinin formalaşdırılması işlərini, kitab təbliği və sərgisinin keçirilməsi kimi aktiv tədbirləri təşkil edir. Başqa kitabxanalarla kitabxanalararası abonement üzrə əlaqələr yaradır. Kitabxana məsələləri üzrə beynəlxalq kitabxana təşkilatları, elmi-texniki informasiya orqanları, ictimai təşkilatlar, arxivlər və başqa idarə və müəssisələr ilə daimi əlaqə saxlayır. Kitabxananın lazımi texniki vasitələrlə təmin edilməsi üçün tədbirlər görür. Kitabxanada veb-saytının, elektron kataloqun və elektron kitabxananın yaradılmasına və idarə olunmasına, yeni elektron resursların, bazaların yaradılmasına, elektron kataloqun kataloqlaşdırma, komplektləşdirmə, oxucu, kitab verilməsi modullarının işinin təşkilinə və avtomatlaşdırılmış kitabxana-informasiya sisteminin fəaliyyətinə nəzarət edir. Kitabxana işinin mexanikləşdirilməsinə səy göstərir. Kitabxananı ixtisaslı kadrlarla təmin edir. İşçilərin bilik və bacarıqlarından səmərəli istifadə edir. İşçilərin ixtisaslarının artırılması üçün tədbirlər həyata keçirir. Əmək intizamının gücləndirilməsi üçün işçilərin maddi həvəsləndirilməsi, eləcə də zəruri hallarda onlara inzibati tənbeh verilməsi üçün tədbirlər görür. Kitabxananın müəyyən olunmuş forma üzrə müasir və sistematik uçot fəaliyyətini təşkil edir. İşçilərin müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edir. [6]



Bilməlidir: kitabxana işi sahəsinə aid normativ hüquqi aktları; mədəni-maarif, turizm müəssisələrinin inkişaf perspektivlərini, bu sahədə qanunvericiliyi, dövlət proqramlarını; yuxarı orqanların kitabxana işinə dair qərar, əmr, sərəncam və digər sənədlərini; kitabxanaşünaslıq və biblioqrafiya nəzəriyyəsini; xarici və ölkədaxili kitabxanaların qabaqcıl iş təcrübəsini; iqtisadiyyatın əsaslarını; əməyin təşkili və idarə olunmasını; əmək qanunvericiliyinin əsaslarını; əmək müqavilələrinin bağlanmasını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı.

13-cü dərəcə: IV qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində) çalışdıqda və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda;

14-cü dərəcə: IV qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində) çalışdıqda və ixtisası üzrə 7 ildən az olmayaraq əmək stajı olduqda;

15-ci dərəcə: III qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

16-cı dərəcə: II qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

17-ci dərəcə: I qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində) və muxtar respublika miqyaslı kitabxanalarda;

18-ci dərəcə: respublika miqyaslı elmi, uşaq və gənclər, gözdən əlillər və s. təyinatlı kitabxanalarda;

19-cu dərəcə: milli statusa malik kitabxanalarda.

 

Muzey direktoru;

Muzey tipli müəssisənin direktoru

 

Əmək funksiyası. Əsasnaməsinə (nizamnaməsinə) uyğun olaraq muzeyə və ya muzey tipli müəssisəyə rəhbərlik edir. Əhalinin ideya-siyasi və mənəvi tərbiyəsi məqsədilə bədii və mədəni irsin, ölkənin, eləcə də dünya mədəniyyətinin ən yaxşı mədəniyyət incilərinin elmi cəhətdən təbliğini təşkil edir. Muzeyə gələnlərə elmi-mədəni, estetik baxışların formalaşmasına kömək üçün elmi-təbliğat işini aparır. Muzey işinin perspektiv cari planlarını təsdiq edir. Müəyyən edilmiş qaydada elmi əlaqələri, yerli və xarici muzeylərdə sərgi mübadiləsini təşkil edir. Muzey fondunun təkmilləşdirilməsini, onların öyrənilməsini və mühafizəsini təmin edir. Muzey fondunun uçotunu, qeydiyyatını, xüsusi təchizatlı fond xəzinələrində onların yerləşdirilməsini, həmçinin bərpa işlərini təşkil edir.

İctimai təşkilatlar, müəssisələr, idarələr, təhsil ocaqları və digər təşkilatlar ilə daima əlaqə yaradır. Muzeyi ixtisaslı kadrlarla təmin edir. Muzey işçilərinin yaradıcı təşəbbüsünün inkişafına, onların ixtisaslarının artırılmasına kömək edir.

İqtisadi və inzibati üsullardan, maddi və mənəvi amillərdən səmərəli istifadə etməklə muzeyin fəaliyyətinin təkmilləşdirilməsinə çalışır. Pul vəsaitinin düzgün xərclənməsini, muzey əşyalarının və kolleksiyalarının qorunub saxlanmasını təmin edir. Muzeydə qeydiyyat, uçot və hesabat işlərini təşkil edir.



Bilməlidir: muzey işinin iqtisadi və sosial inkişafının əsas istiqamətlərini müəyyənləşdirən normativ hüquqi aktları, dövlət proqramlarını; yuxarı dövlət orqanlarının muzey işi üzrə qərar, sərəncam, əmr və sair sənədlərini; muzey fondunun uçotunu, qeydiyyatını və mühafizəsini; muzeyin elmi-tədqiqat, elmi-təbliğat, ekspozisiya-sərgi, metodik, bərpa və nəşriyyat işlərinin aparılması üsullarını; xarici və ölkədaxili muzeylərin qabaqcıl iş təcrübəsini; muzeyşünaslığı; iqtisadiyyatın və idarəetmənin əsaslarını; işçilərin əmək haqlarının ödənilməsi sistemini, maddi həvəsləndirmənin formalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı.

13-cü dərəcə: səyyar xarakterli muzey tipli müəssisələrdə;

14-cü dərəcə: IV qrupa aid olan muzeylərdə (muzey tipli müəssisələrdə);

15-ci dərəcə: III qrupa aid olan muzeylərdə (muzey tipli müəssisələrdə);

16-cı dərəcə: II qrupa aid olan muzeylərdə (muzey tipli müəssisələrdə);

17-ci dərəcə: I qrupa aid olan muzeylərdə (muzey tipli müəssisələrdə), muxtar respublika miqyaslı muzeylərdə, nadir kolleksiyalı muzeylərdə (təsdiq edilmiş siyahı üzrə), digər təşkilatlar üçün elmi-metodiki mərkəz sayılan muzeylərdə;

18-ci dərəcə: respublika əhəmiyyətli muzeylərdə və yaxud muzey tipli müəssisələrdə (təsdiq edilmiş siyahı üzrə);

19-cu dərəcə: müvafiq beynəlxalq təşkilatın üzvü olan, 40 ildən çox fəaliyyətdə olan elmi-tədqiqat fəaliyyətli respublika miqyaslı muzeylərdə (muzey tipli müəssisələrdə) və ya milli statusa malik muzeylərdə (muzey tipli müəssisələrdə)”.

 

Mehmanxana müdiri

 

Əmək funksiyası. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq mehmanxananın istehsalat-təsərrüfat və iqtisadi-maliyyə fəaliyyətini idarə edir. Qəbul edilən qərarlara, mehmanxananın əmlakının saxlanılmasına və səmərəli istifadə edilməsinə görə tam məsuliyyət daşıyır. Mehmanxananın təsərrüfat-maliyyə fəaliyyəti, əmlakından səmərəli istifadə edilməsi ilə bağlı qəbul etdiyi qərarların nəticələrinə görə məsuliyyət daşıyır. Mehmanxananın struktur bölmələrinin qarşılıqlı fəaliyyətini təşkil edir. Onların fəaliyyətini işin keyfiyyətinin yüksəldilməsinə, göstərilən xidmətlərin satış həcminin və gəlirlərin artırılmasına, göstərilən xidmətlərin dünya standartlarına uyğun olmasına, rəqabət qabiliyyətli olmağa, bina və avadanlığın texniki təhlükəsizlik norma və qaydalarına uyğun olaraq istismar edilməsinə yönəldir. İşçi heyətin sanitar-gigiyenik və yanğından mühafizə norma və qaydalarına riayət etmələrini təmin edir. Müştərilərə göstərilən xidmətin keyfiyyətinə, yaşayış otaqlarının təmizliyinə, düzgün istifadə edilməsinə və pasport rejiminə riayət edilməsinə nəzarəti həyata keçirir. Mehmanxananın yerli büdcə və xidmət göstərən bank müəssisəsi qarşısında, biznes-planda, təsərrüfat və əmək müqavilələrində nəzərdə tutulan öhdəliklərinin yerinə yetirilməsini təmin edir.

Qabaqcıl yerli və xarici təcrübəni, yeni texnika və texnologiyanı öyrənməklə istehsalat-təsərrüfat işlərini təşkil edir. Mehmanxananı peşəkar kadrlarla təmin etmək məqsədilə tədbirlər həyata keçirir. İşçilər tərəfindən əmək intizamına riayət edilməsinə nəzarət edir və mehmanxanada göstərilən xidmətlərin keyfiyyətinə müəssisədaxili qiymət verir. Mehmanxanada işçilərin işə qəbul edilməsi, əmək intizamına riayət edilməsi, işdən azad edilməsi, onlara inzibati tənbeh verilməsi üçün müvafiq qaydada qərar qəbul edir. Təsərrüfat-maliyyə fəaliyyəti haqqında hesabatın aparılmasını və vaxtında təqdim olunmasını təmin edir. Mehmanxananın təsərrüfat fəaliyyəti və əmlakla bağlı maraqlarını məhkəmədə və dövlət idarəetmə orqanlarında müdafiə edir.

Bilməlidir: mehmanxana xidmətinin iqtisadi və sosial inkişafının əsas istiqamətlərini müəyyənləşdirən normativ hüquqi aktları, dövlət proqramlarını; yuxarı dövlət orqanlarının mehmanxana işi üzrə qərar, sərəncam, əmr və sair sənədlərini; mehmanxananın nizamnaməsini, müəssisədaxili intizam qaydalarını, mehmanxananın inzibati-təsərrüfat fəaliyyətinə dair metodiki materialları; müştərilərə xidmətin təşkili qaydalarını; cari və perspektiv proqnozlaşdırmanı; qabaqcıl iş təcrübəsini; idarəetmənin və əmək qanunvericiliyinin əsaslarını; işçilərin əmək haqlarının ödənilməsi sistemini, maddi həvəsləndirmənin formalarını; psixologiyanın əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq sahə üzrə ali ixtisas təhsili və müvafiq sahə üzrə 3 ildən az olmayaraq əmək stajı.

15-ci dərəcə: IV qrupa aid olan mehmanxanalarda;

16-cı dərəcə: III qrupa aid olan mehmanxanalarda;

17-ci dərəcə: II qrupa aid olan mehmanxanalarda;

18-ci dərəcə: I qrupa aid olan mehmanxanalarda.

 

Turizm agentliyinin direktoru;



Turizm müəssisəsinin direktoru

 

Əmək funksiyası: Qüvvədə olan qanunvericiliyə uyğun olaraq turist agentliyinin təsərrüfat-maliyyə və iqtisadi fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir. Tabeliyində olan struktur bölmələrin işinə rəhbərlik edir. Turist agentliyinin təsərrüfat-maliyyə fəaliyyəti, əmlakından səmərəli istifadə edilməsi ilə bağlı qəbul etdiyi qərarların nəticələrinə görə məsuliyyət daşıyır. Planlaşdırılmış maliyyə-iqtisadi göstəricilərin yerinə yetirilməsini təmin edir. Cari və perspektiv turizm xidmətlərinin göstərilməsi və məhsullarının realizə istiqamətlərinin və həcminin planlaşdırılması işinə rəhbərlik edir. Tabeliyində olan struktur bölmələrinin qarşılıqlı səmərəli fəaliyyətini təşkil edir, sosial-iqtisadi aspektlər və bazar iqtisadiyyatı prinsipləri nəzərə alınmaqla onların fəaliyyətini təkmilləşdirir və inkişaf etdirir. Milli və xarici bazarda rəqabət qabiliyyətli olmaq üçün əhalinin turist xidmətlərinə olan tələbatının öyrənilməsi, xidmət həcminin və mənfəətin artırılması, dünya standartlarına uyğun xidmətlər göstərməklə keyfiyyətin yüksəldilməsi istiqamətində struktur bölmələrlə birgə iş aparır.

Təsərrüfat və biznes planlarının, eləcə də turizm xidmətlərinin və məhsullarının sifarişçiləri qarşısında öhdəliklərin yerinə yetirilməsi üçün zəruri tədbirlər görür. Turizm agentliyinə ixtisaslı kadrları işə qəbul edir, onların peşə biliklərinin və təcrübələrinin artırılması, həyat və sağlamlıqlarının qorunması, əmək haqlarının vaxtında ödənilməsi və işin nəticələrinə görə mükafatlandırılması, əmək intizamına riayət etmələri üçün müvafiq tədbirlər görür.

Tabeliyində olan struktur bölmələrin rəhbərləri (direktor müavinləri, filial rəhbərləri)arasında iş bölgüsü aparır. Maddi resurslardan səmərəli istifadə edilməsinə, görülən işlərin nəticələrinə və keyfiyyətinə, işçilər tərəfindən əmək intizamına riayət edilməsinə nəzarət edir və ümumilikdə turizm agentliyi tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə qiymət verir. Turizm agentliyinin fəaliyyətinin bütün istiqamətləri üzrə əmrlər verir.

Qanunvericiliyə uyğun olaraq müəssisədaxili intizam qaydalarını, işçilərin məzuniyyət cədvəlini, vəzifə təlimatlarını və digər təşkilati-hüquqi sənədləri təsdiq edir. İşçilərin vəzifədə irəli çəkilməsi, işə qəbul edilməsi, işdən azad edilməsi, onlara inzibati tənbeh verilməsi üçün müvafiq qaydada qərar qəbul edir. Turizm agentliyində uçot işlərini təşkil edir və aidiyyəti qurumlara hesabatın verilməsini təmin edir.

Turizm agentliyini məhkəmələrdə, dövlət orqanlarında və ya digər təsərrüfat subyektləri ilə münasibətdə təmsil edir.



Bilməlidir: turizm işinin iqtisadi və sosial inkişafının əsas istiqamətlərini müəyyənləşdirən normativ hüquqi aktları, dövlət proqramlarını; yuxarı dövlət orqanlarının turizm fəaliyyəti üzrə qərar, sərəncam, əmr və sair sənədlərini; turizmin inkişaf konsepsiyasını; marketinq nəzəriyyəsini və metodlarını, turizm məhsullarının marketinqini; turizm xidmətləri bazarının konyunkturasını; turizm fəaliyyətinin iqtisadiyyatını və təşkilini; turizmdə nəqliyyat sistemlərini; vergitutmanın və mühasibat uçotunun əsaslarını; planlaşdırmanın əsalarını, strateji və operativ planlaşdırmanı; istehsalat menecmenti nəzəriyyəsinin əsaslarını; turizm agentliyinin maliyyə-təsərrüfat və biznes planlarının tərtib və təsdiq edilməsini; əmək müqaviləsinin və mülki-hüquqi müqavilələrin bağlanılması qaydasını; kargüzarlıq işlərinin aparılmasının əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; işçilərin əmək haqlarının ödənilməsi sistemini, maddi həvəsləndirmənin formalarını; psixologiyanın əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili, “Turizmdə menecment və marketinq” üzrə əlavə hazırlıq, turizm sahəsində rəhbər vəzifələrdə 5 ildən az olmayaraq əmək stajı.

15-ci dərəcə: I qrupa aid olan turizm agentliyində (turizm müəssisəsində);

16-cı dərəcə: II qrupa aid olan turizm agentliyində (turizm müəssisəsində);

17-ci dərəcə: III qrupa aid olan turizm agentliyində (turizm müəssisəsində);

18-ci dərəcə: IV qrupa aid olan turizm agentliyində (turizm müəssisəsində).

 

Turizm informasiya mərkəzinin direktoru

 

Əmək funksiyası: Qüvvədə olan qanunvericiliyə uyğun olaraq turizm informasiya mərkəzinin təsərrüfat-maliyyə və iqtisadi fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir. Turizm informasiya mərkəzinin təsərrüfat-maliyyə fəaliyyəti, əmlakından səmərəli istifadə edilməsi ilə bağlı qəbul etdiyi qərarların nəticələrinə görə məsuliyyət daşıyır. Turizm informasiya mərkəzinin iş planının hazırlanmasını təmin edir.



Turizm informasiya mərkəzinə ixtisaslı kadrları işə qəbul edir, onların peşə biliklərinin və təcrübələrinin artırılması, işinin nəticələrinə görə mükafatlandırılması və əmək intizamına riayət etmələri üçün müvafiq tədbirlər görür.

Tabeliyində olan rəhbər işçilər (direktor müavinləri, filial rəhbərləri) və mütəxəssislər arasında iş bölgüsü aparır. Turizm informasiya mərkəzinin sərəncamına verilmiş maddi-texniki təminat vasitələrini işçilərin iş həcminə uyğun olaraq bölüşdürür. Maddi resurslardan səmərəli istifadə edilməsinə, görülən işlərin nəticələrinə və keyfiyyətinə, işçilər tərəfindən əmək intizamına riayət edilməsinə nəzarət edir. Kargüzarlıq işinin aparılmasını təşkil edir. Öz səlahiyyətləri daxilində əmr və göstərişlər verir. Turizm informasiya mərkəzinin tabeliyində olan qurumların işini tənzimləyir.

Qanunvericiliyə uyğun olaraq müəssisədaxili intizam qaydalarını, işçilərin məzuniyyət cədvəlini, vəzifə təlimatlarını və digər təşkilati-hüquqi sənədləri təsdiq edir. İşçilərin vəzifədə irəli çəkilməsi, işə qəbul edilməsi, işdən azad edilməsi, onlara inzibati tənbeh verilməsi üçün müvafiq qaydada qərar qəbul edir.

Turizm informasiya mərkəzini məhkəmələrdə, dövlət orqanlarında və ya digər təsərrüfat subyektləri ilə münasibətdə təmsil edir.



Bilməlidir: turizm işinin iqtisadi və sosial inkişafının əsas istiqamətlərini müəyyənləşdirən normativ hüquqi aktları, dövlət proqramlarını; yuxarı dövlət orqanlarının turizm fəaliyyəti üzrə qərar, sərəncam, əmr və sair sənədlərini; turizmin inkişaf konsepsiyasını; marketinq nəzəriyyəsini və metodlarını, turizm məhsullarının marketinqini; turizm xidmətləri bazarının konyunkturasını; turizm fəaliyyətinin iqtisadiyyatını və təşkilini; turizmdə nəqliyyat sistemlərini; vergitutmanın və mühasibat uçotunun əsaslarını; planlaşdırmanın əsalarını, strateji və operativ planlaşdırmanı; istehsalat menecmenti nəzəriyyəsinin əsaslarını; turizm informasiya mərkəzinin maliyyə-təsərrüfat və biznes planlarının tərtib və təsdiq edilməsini; əmək müqaviləsinin və mülki-hüquqi müqavilələrin bağlanılması qaydasını; kargüzarlıq işlərinin aparılmasının əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; işçilərin əmək haqlarının ödənilməsi sistemini, maddi həvəsləndirmənin formalarını; psixologiyanın əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali təhsil, “Turizmdə menecment və marketinq” üzrə əlavə hazırlıq, turizm sahəsində rəhbər vəzifələrdə 5 ildən az olmayaraq əmək stajı.

16-cı dərəcə: şəhər və rayonlarda (Bakı şəhəri istisna olmaqla) yerləşən turizm informasiya mərkəzlərində;

17-ci dərəcə: Bakı şəhərində yerləşən turizm informasiya mərkəzində.

 

Mədəni-maarif müəssisəsinin direktorunun iqtisadi məsələlər  üzrə müavini - baş mühasibi; Turizm müəssisəsinin direktorunun iqtisadi məsələlər üzrə müavini - baş mühasibi

 

Əmək funksiyası. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik edir. Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin edir. Müəssisənin struktur bölmələri ilə əlaqəli surətdə maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir.

Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclər smetasının hazırlanmasını, aidiyyəti maliyyə xidmətlərin yerinə yetirilməsini təşkil edir. Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edir. Əmək haqqı ödənişləri, dövlət büdcəsinə ödəmələr, məcburi dövlət sosial sığorta ayırmaları, vergi ödənişləri, kapital qoyuluşu və qanunvericiliklə müəyyən edilmiş digər ödəmələr üzrə əməliyyatları vaxtında və keyfiyyətlə tərtib edir və yerinə yetirilməsini təmin edir.

İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının mühasibat uçotu və hesabatının düzgün aparılmasına nəzarət edir.

Pul vəsaitləri və mal-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edir. Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görür. Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edir. Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə kitabxananın struktur bölmələrinin işçilərinə rəhbərlik edir. Əmək intizamının gücləndirilməsi üçün işçilərin maddi həvəsləndirilməsi, eləcə də zəruri hallarda onlara inzibati tənbeh verilməsi üçün tədbirlər görür.

İşçilərin müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edir.

Bilməlidir: müəssisənin aid edildiyi sahə üzrə normativ hüquqi aktları və aidiyyəti dövlət proqramlarını; müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinə aid olan maliyyə və nəzarət-təftiş orqanlarının və digər rəhbər orqanların metodiki, normativ və digər rəhbər materiallarını; yuxarı orqanların müəssisənin işinə dair qərar, əmr, sərəncam və digər sənədlərini; müəssisənin inkişaf perspektivlərini və maliyyə-təsərrüfat fəaliyyətinin təkmilləşdirilməsində qabaqcıl təcrübəni; mühasibat uçotunun təşkilini və mühasibat hesabatlarının və balansının tərtib edilməsi qaydalarını; maliyyə hesablarının forma və qaydalarını; pul, maddi vəsaitlərin daxil edilməsi, qəbulu, saxlanılması, silinməsi və xərclənməsi qaydalarını; debitor borclarının silinməsi qaydalarını; debitor və kreditorlarla hesablaşma qaydalarını; yoxlama və təftişin aparılma qaydalarını; iqtisadiyyatın əsaslarını; istehsalın, əməyin və idarəetmənin təşkilini; mülki hüququ, əmək, maliyyə və təsərrüfat qanunvericiliyini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: mühasibat uçotu üzrə ali ixtisas təhsili və maliyyə-mühasibat işi üzrə 10 ildən az olmayaraq əmək stajı və milli status almış mədəni-maarif və ya turizm müəssisəsinin direktorunun (müdirinin) iqtisadi məsələlər üzrə müavini - baş mühasibi vəzifəsini yerinə yetirdikdə-- aylıq vəzifə maaşı müəssisə direktorunun (müdirinin) vəzifə maaşından 10-20 faiz aşağı məbləğdə müəyyən olunur.

 

Uşaq musiqi (incəsənət, rəssamlıq, muğam və s.) məktəbinin direktoru;



Xoreoqrafiya məktəbinin direktoru

 

Əmək funksiyası. Əsasnaməsinə uyğun olaraq məktəbin fəaliyyətini təşkil edir. İncəsənətin müəyyən istiqaməti üzrə məktəbdə təhsil proqramlarının hazırlanmasını və təsdiq edilməsini təmin edir. Təhsilin bütün mərhələlərində işlərin düzgün təşkilinə, tələbələrin (şagirdlərin) keyfiyyətli bilik almasına, təhsilinin səmərəli aparılmasına nəzarət edir. İstedadlı tələbələrin (şagirdlərin) müxtəlif müsabiqələrdə iştirak etməsinə şərait yaradır. Məktəbdə qabaqcıl təcrübənin tətbiqinə səy göstərir. Dövlət tərəfindən ayrılan, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada məktəbin büdcəsinə digər mənbələrdən daxil olan vəsaitlərin səmərəli və məqsədyönlü xərclənməsini təmin edir. Müəllimlərin ixtisaslarının artırılması üçün lazımı şərait yaradır. Kadrların seçilməsi və yerləşdirilməsi məsələlərini həyata keçirir. Məktəbin lazımi avadanlıq və texniki vasitələrlə təmin edilməsi üçün tədbirlər görür, onlardan düzgün istifadə olunmasını təmin edir. Əmək intizamının gücləndirilməsi üçün işçilərin maddi həvəsləndirilməsi, eləcə də zəruri hallarda onlara inzibati tənbeh verilməsi üçün tədbirlər görür. Məktəbin fəaliyyəti üzrə tələb olunan uçot və hesabat işlərini təşkil edir. Məktəbdə əməyin mühafizəsi, sanitar-gigiyena, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarına riayət edilməsinə nəzarət edir.

Bilməlidir: milli mədəniyyətin və incəsənətin inkişafını müəyyənləşdirən normativ hüquqi aktları, dövlət proqramlarını; aidiyyəti orqanların incəsənətin tədris olunan müəyyən istiqaməti ilə əlaqədar qərar, sərəncam və digər sənədlərini; pedaqogikanı və pedaqoji psixologiyanı; xarici və ölkədaxili incəsənət məktəblərinin qabaqcıl iş təcrübəsini; iqtisadiyyatın, əməyin təşkilinin və maliyyə təsərrüfat fəaliyyətinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili, ixtisası üzrə 5 ildən az olmayaraq pedaqoji əmək stajı və yaxud orta ixtisas təhsili və ixtisası üzrə 10 ildən az olmayaraq pedaqoji əmək stajı.

a) uşaq musiqi (incəsənət, rəssamlıq, muğam və s.) məktəbində:

13-cü dərəcə: şagirdlərin sayı 100-dək olduqda;

14-cü dərəcə: şagirdlərin sayı 100-dən 220-dək olduqda;

15-ci dərəcə: şagirdlərin sayı 220-dən 360-dək olduqda;

16-cı dərəcə: şagirdlərin sayı 360-dan 700-dək olduqda;

17-ci dərəcə: şagirdlərin sayı 700-dən çox olduqda.

 


Yüklə 496,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə