Azərbaycan respublikasi əMƏk və ƏhaliNİn sosial müdafiƏSİ naziRLİYİNİn kollegiyasi



Yüklə 496,99 Kb.
səhifə4/7
tarix02.10.2017
ölçüsü496,99 Kb.
1   2   3   4   5   6   7

Bilməlidir: aidiyyəti sahənin inkişaf istiqamətlərini müəyyənləşdirən normativ-hüquqi aktları, dövlət proqramlarını; aidiyyəti metodik təlimatları və materialları; müəssisənin fəaliyyətinin perspektiv istiqamətlərini; muzeyin (heyvanat parkının) informasiya təminatı sistemini; aidiyyəti sahə üzrə xarici və ölkədaxili qabaqcıl iş təcrübəsini; ixtisas üzrə elmin nailiyyətlərini; elmi-tədqiqat və təhqiqat işlərinin təşkili və planlaşdırılmasını, onların aparılması və keyfiyyətinə qiymət verilməsini; müəllif hüquqlarının müdafiəsinə dair qanunvericilik aktlarını; patentşünaslığın əsaslarını; elmi işçilərin vəzifəyə təyin olunması tələblərini; müəyyən vakant vəzifələrin tutulması üçün müsabiqənin keçirilməsi qaydasını; işçilərin attestasiyasının keçirilməsi qaydasını; işlərin yerinə yetirilməsi üçün mülki-hüquqi və sair müqavilələrin bağlanılması qaydasını; kargüzarlıq üzrə normativ hüquqi aktları; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsil və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı.

12-ci dərəcə: III və ya IV qrupa aid olan muzeylərdə (heyvanat parkında);

13-cü dərəcə: II qrupa aid olan muzeylərdə (heyvanat parkında);

14-cü dərəcə: I qrupa aid olan muzeylərdə (heyvanat parkında), muxtar respublika miqyaslı, nadir kolleksiyalı muzeylərdə (təsdiq edilmiş siyahı üzrə);

15-ci dərəcə: respublika əhəmiyyətli muzeylərdə (təsdiq edilmiş siyahı üzrə);

16-cı dərəcə: milli statusa malik muzeylərdə.

 

Klubun (mədəniyyət evinin (sarayının), mədəniyyət və istirahət parkının, mədəni-maarif müəssisəsinin) bədii rəhbəri

 

Əmək funksiyası. Bədii özfəaliyyət kollektivlərinin işini təşkil edir və planlaşdırır. Elmi-metodiki mərkəz funksiyalarını yerinə yetirən mədəniyyət müəssisəsində çalışdıqda rayon, şəhər, qəsəbə, kənd klublarına metodiki köməklik göstərir. Yaradıcılıq fəaliyyəti göstərən şöbələrinin bədii tədbirlərin keçirilməsi üzrə işlərini uzlaşdırır. Kütləvi bədii tədbirlərin (tamaşaların, bayramların, xalq gəzintilərinin, mahnı bayramlarının və s.) keçirilməsi ssenarilərinin hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edir. Bədii özfəaliyyət kollektivlərinin və ayrı-ayrı kollektivlərin repertuarını müəyyənləşdirir və onlara ixtisaslı rəhbərlər seçir. Dərnək rəhbərləri ilə seminarlar keçirir. Bədii özfəaliyyət kollektivlərinin işi üzrə təcrübə mübadiləsi aparmaqla baxış və festivallar keçirir və onların rayon, mikrorayon, şəhərdə çıxışlarını təşkil edir. Əhaliyə xidmətin təkmilləşdirilməsi məqsədilə yaradıcı işçiləri keçirilən tədbirlərə cəlb edir, bu məqsədlə iş prosesində yaradıcılıq ittifaqları və ictimai təşkilatlarla əlaqə yaradır.



Bilməlidir: mədəniyyət və incəsənət sahəsinə aid qanunvericiliyi, dövlət proqramlarını; mədəni-maarif işinə dair qərar, sərəncam və digər sənədləri; incəsənət tarixi və nəzəriyyəsinin əsaslarını; kütləvi nümayiş və teatr bayramlarının keçirilməsi üzrə rejissorluğu; yaradıcı kollektivlərin təşkilatı və metodik işinin, repertuarının formalaşması prinsiplərini; klubun bədii özfəaliyyət kollektivlərində aparılan təlim-tərbiyəvi işin xüsusiyyətlərini; iqtisadiyyatın və əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

11-ci dərəcə: orta ixtisas təhsilli, əmək stajına tələb qoyulmadan, IV qrupa aid olan mədəni-maarif müəssisələrində və yaxud xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və 10 ildən az olmayaraq uyğun vəzifələrdə əmək stajı;

12-ci dərəcə: ali ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və yaxud orta ixtisas təhsili, ixtisası üzrə 2 ildən az olmayaraq əmək stajı, III qrupa aid olan mədəni-maarif müəssisələrində;

13-cü dərəcə: ali ixtisas təhsili, ixtisası üzrə 2 ildən az olmayaraq əmək stajı, II qrupa aid olan mədəni-maarif müəssisələrində;

14-cü dərəcə: ali ixtisas təhsili, ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı, I qrupa aid olan mədəni-maarif müəssisələrində;

15-ci dərəcə: ali ixtisas təhsilli, ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı, respublika əhəmiyyətli elmi-metodiki mərkəz funksiyalarını yerinə yetirən mədəni-maarif müəssisələrində.

 

Bərpaçı emalatxanasının müdiri

 

Əmək funksiyası. Muzeyin bərpa işlərinə rəhbərlik edir. Muzey fonduna daima nəzarət edir, bərpaya ehtiyacı olan eksponatları aşkar edir. Eksponatların yaradılması texnologiyası və materiallarını, onun ilkin halının (formasının, şəklinin) dəyişməsi səbəblərini tədqiq edir və dəyişmə səbəblərinin aradan götürülməsi üsullarını müəyyən edir. Zədələnmiş eksponatların bünövrəsini möhkəmləndirir və ya onların tarixi-bədii əhəmiyyətini qorumaq şərti ilə ilkin forması (şəkli) üzrə bərpa edir. Bərpaçı emalatxanasının işini planlaşdıraraq bərpa işlərinin ardıcıllıq qrafikini hazırlayır. Emalatxananın tələb olunan materialla təchiz edilməsi üçün sifarişlər hazırlayır. Bərpa işlərinin texnologiyasının mükəmməlləş-dirilməsinə, iş yerlərin səmərəli təşkilinə, əmək hasilatının yüksəldilməsinə, çox əmək tələb edən işlərin azaldılmasına, materialların qənaətlə işlədilməsinə yönəldilmiş tədbirlər hazırlayır və onları həyata keçirir. Rəhbərlik etdiyi işçilərin müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edir.



Bilməlidir: muzey eksponatlarının hazırlanması texnologiyasını, onların fiziki və fiziki-kimyəvi xüsusiyyətlərini; bərpa işi üzrə milli və xarici ölkələrin elmi nailiyyətlərini; bərpa işlərinin aparılması üsullarını; bərpa işlərində istifadə olunan materialları və onlarla təchiz olunmanı; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsilli və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı.

11-ci dərəcə: III və ya IV qrupa aid olan muzeylərdə;

12-ci dərəcə: II qrupa aid olan muzeylərdə;

13-cü dərəcə: I qrupa aid olan muzeylərdə, nadir kolleksiyalı muzeylərdə (təsdiq edilmiş siyahı üzrə);

14-cü dərəcə: respublika əhəmiyyətli muzeylərdə (təsdiq edilmiş siyahı üzrə);

15-ci dərəcə: elmi-tədqiqat fəaliyyətli respublika miqyaslı muzeylərdə.

 

Heyvanat parkının şöbə (bölmə) müdiri

 

Əmək funksiyası. Heyvanat parkının sektor, seksiya müdirləri və baytar həkimləri arasında işi əlaqələndirir. Şöbədə (bölmədə) elmi-tədqiqat işini təşkil edərək ona rəhbərlik edir. Şöbədə (bölmədə) heyvanat kolleksiyasını komplektləşdirir. Fəaliyyət növləri üzrə perspektiv və illik planları tərtib edir, onların yerinə yetirilməsini təmin edir. İşdə istifadə olunan müasir metodikanı tədqiq edir. Heyvanların sayına, düzgün saxlanılmasına və yemlənməsinə nəzarət edir, onlara düzgün qulluğu təmin edir. Heyvanların ehtiyaclarını maksimal dərəcədə ödəyən şəraitin yaradılmasına, qəfəs və volyerlərin bədii tərtibat işinə rəhbərlik edir. Heyvanat parkının rəhbərliyi və elmi şurası tərəfindən təsdiq olunmuş plana əsasən elmi-tədqiqat işlərini aparır. Şöbənin (bölmənin) işini təhlil edir və müəyyən heyvan növlərinin saxlanılması, yemlənməsi, artırılması və müalicəsi şəraitinin təkmilləşdirilməsinə dair təlimatlar hazırlayır. Elmi əməkdaşlar və laboratoriyalar arasında işi əlaqələndirir. Hər il şöbənin (bölmənin) işi haqqında hesabat verir. Heyvanlar üzərində iş zamanı qabaqcıl iş təcrübəsini tətbiq edir. Yem normalarının təkmilləşdirilməsi ilə məşğul olur. Bölmədə saxlanılan növlərin artırılmasını təmin edir. Heyvan növlərinin biologiyasını öyrənmək məqsədi ilə təbiət qoynuna ekspedisiyalar təşkil edir. Şöbə (bölmə) işçiləri arasında iş bölgüsü aparır, onların səmərəli yerləşdirilməsini təmin edir. Qəbul edilmiş qaydada uçot və hesabat işlərini aparır. Şöbə (bölmə) işçilərinin əmək funksiyalarının icrasına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edir.



Bilməlidir: milli mədəniyyətin inkişafı üzrə qanunvericiliyi; heyvanat parklarının işi ilə əlaqədar sənədləri; biologiya elminin müasir durumunu; vəhşi heyvanların biologiyasını, onların heyvanat parkı şəraitində saxlanılması qaydalarını; fəaliyyət istiqaməti üzrə xüsusi ədəbiyyatı; heyvanat parklarında elmi-tədqiqat işlərinin aparılmasının müasir üsullarını; zootexnikanın, baytarlığın, tədqiq edilən heyvan qruplarının etnologiya, genetika və sistemləşdirilməsi əsaslarını; heyvan artırılmasının müasir üsullarını; əmək qanunvericiliyinin əsaslarını; istehsal proseslərinin təşkilinin iqtisadi üsulları; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı.

11-ci dərəcə: IV qrupa aid olan heyvanat parklarında;

12-ci dərəcə: III qrupa aid olan heyvanat parklarında;

13-cü dərəcə: II qrupa aid olan heyvanat parklarında;

14-cü dərəcə: I qrupa aid olan heyvanat parklarında;

15-ci dərəcə: muxtar respublika və respublika miqyaslı heyvanat parklarında.

 

Heyvanat parkının baytarlıq laboratoriyasının müdiri

 

Əmək funksiyası. Laboratoriyanın fəaliyyətinə rəhbərlik edir. Laboratoriyanın işinin cari, perspektiv istehsal və tematik planlarını işləyib hazırlayır, onların yerinə yetirilməsinə nəzarət edir. Laboratoriyada diaqnostik tədqiqat işləri aparır. Heyvanat parklarında saxlanılan vəhşi heyvanların xəstəliklərinin yaranma səbəblərinin tədqiqini aparır. Vəhşi heyvanlarda patologiya məsələləri üzrə elmi-tədqiqat işi aparır. Ölmüş heyvanların yarılmasında iştirak edir və ölümün səbəblərini müəyyən edir. Baytarlıq laboratoriyaları, elmi-tədqiqat və baytarlıq institutları ilə əlaqə yaradır. Elmi-tədqiqat işlərinin təşkilini təkmilləşdirir, laboratoriya və elmi tədqiqatların nailiyyətlərindən istifadə olunmasını təmin edir. Qəbul edilmiş qaydada uçot və hesabat işlərini aparır. Laboratoriya işçilərinin əmək funksiyalarının icrasına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edir.



Bilməlidir: elmin inkişafını üzrə qanunvericiliyi; heyvanat parkının işi ilə əlaqədar sənədləri; vəhşi heyvanların biologiyasının əsaslarını; xarici və ölkədaxili heyvanat parklarının qabaqcıl iş təcrübəsini; əmək qanunvericiliyinin əsaslarını; baytarlıq-sanitariya ekspertizasını və bu sahədə ən yeni nailiyyətləri; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı.

11-ci dərəcə: IV qrupa aid olan heyvanat parklarında;

12-ci dərəcə: III qrupa aid olan heyvanat parklarında;

13-cü dərəcə: II qrupa aid olan heyvanat parklarında;

14-cü dərəcə: I qrupa aid olan heyvanat parklarında;

15-ci dərəcə: muxtar respublika və respublika miqyaslı heyvanat parklarında.

 

Sistem inzibatçısı[10]



 

Əmək funksiyası. Elektron kataloqun administrator modulu vasitəsilə kitabxanada istifadə olunan avtomatlaşdırılmış kitabxana-informasiya sisteminin (elektron kataloq və elektron kitabxana) fəaliyyətini əlaqələndirir və sistemin işinə nəzarət edir. Sistemin işini təmin etmək məqsədilə işçilərə tapşırıq və göstərişlər verir və icrasına nəzarət edir. Tabelikdə olan işçilərə nasazlıqların aradan qaldırılması üzrə məsləhətlər verir. Sistemdə baş vermiş nasazlıqların aradan qaldırılması üçün operativ tədbirlər görür. Avtomatlaşdırılmış kitabxana-informasiya sisteminin yenilənməsi, əlavə və dəyişikliklərlə təmin edilməsinə dair kitabxana rəhbərliyinə mütəmadi olaraq təkliflər verir. Oxuculara xidmətin və təbliğat işinin yaxşılaşdırılmasına yönəldilmiş təkliflər hazırlayır. Kitabxananın elmi-tədqiqat və elmi-metodik işində iştirak edir.

Bilməlidir: mədəniyyət və turizmin inkişafını müəyyən edən qanunvericiliyi, dövlət proqramlarını; kitabxana işinə dair sənədləri; kitabxanaşünaslığı; kitabların qəbul edilmiş təsnifat sistemini; kataloqların tərtib edilmə qaydalarını; ədəbiyyat fondunun komplektləşdirilməsini, qorunmasını və uçotunu; kitabların təbliği üzrə kütləvi işin forma və metodlarını; xarici və ölkədaxili kitabxanaların qabaqcıl iş təcrübəsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və ya orta ixtisas təhsili və 3 ildən az olmayaraq müvafiq sahədə əmək stajı.

10-cu dərəcə: IV qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

11-ci dərəcə: III qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

12-ci dərəcə: II qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

13-cü dərəcə: I qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

14-cü dərəcə: respublika miqyaslı kitabxanalarda;

15-ci dərəcə: milli statusa malik kitabxanalarda.

 

Baş kitabxanaçı

 

Əmək funksiyası. Kitabxananın (mərkəzləşdirilmiş kitabxana sisteminin) ən mürəkkəb iş sahələrindən birinə (komplektləşdirmə, xidmət, ədəbiyyatın işlənməsi və kataloqların təşkili, biblioqrafiya, elmi-metodiki, elmi-tədqiqat və s.) rəhbərlik edir. Kitabxana işlərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə təkliflərin işlənib hazırlanmasında iştirak edir. Oxucu marağının öyrənilməsi və onlara səmərəli xidmətin göstərilməsi üzrə təkliflərin işlənib hazırlanmasını təşkil edir. Kitabxanaların planlarına müvafiq olaraq kitabxanaşünaslıq sahəsində elmi-tədqiqat və elmi-metodiki işləri aparır. Xarici və ölkədaxili kitabxanaların qabaqcıl iş təcrübəsini öyrənir, nəticələrini sistemləşdirir və təhlil edir, onların istifadə edilməsi üzrə təkliflər hazırlayır. Mətbuatda, iclaslarda, kitabxana işçilərinin konfrans və seminarlarında iştirak edir, elmi-tədqiqat işlərinin nəticələrinin tətbiqi üzrə tövsiyələri və metodik vəsaitləri nəşrə hazırlayır. Kitabxana işini nizamlayan normativ sənədlərin layihələrini hazırlayır. İşçilərin ixtisasının artırılması üzrə işləri aparır, bu sahədə onlara metodiki köməklik göstərir.

Bilməlidir: elm və mədəniyyətin, turizmin inkişafını müəyyən edən normativ hüquqi aktları, dövlət proqramlarını; kitabxana işi sahəsinə aid yuxarı orqanların kitabxana işinə aid qərar, əmr və sərəncamlarını; kitabxana fondunun uçotunu, saxlanmasını və düzəldilmə qaydalarını; kitabxanaşünaslıq nəzəriyyəsini, xarici və ölkədaxili kitabxanaların qabaqcıl iş təcrübəsini; oxuculara xidmət qaydalarını; kitabların qəbul edilmiş təsnifat sistemini və kataloqunun tərtibi qaydalarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə

ildən az olmayaraq əmək stajı və yaxud II və III qrup kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində) çalışdıqda orta ixtisas təhsilli olmaqla ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı. [11]

10—11-ci dərəcələr: III qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

12-ci dərəcə: II qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

13-cü dərəcə: I qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

14-cü dərəcə: respublika miqyaslı kitabxanalarda;

15-ci dərəcə: milli statusa malik kitabxanalarda.

 

Baş biblioqraf

 

Əmək funksiyası. Kitabxananın (mərkəzləşdirilmiş kitabxana sisteminin) ən mürəkkəb müstəqil sahələrindən biri olan məlumat-biblioqrafiya işinə rəhbərlik edir. Kitab sərvətlərinin bütünlüklə istifadə edilməsi məqsədilə məlumat biblioqrafiya fəaliyyətinin genişləndirilməsi, insanların tərbiyəsinin, mədəni və elmi-texniki səviyyələrinin yüksəldilməsi üzrə iş aparır. Biblioqrafiya məsələləri üzrə metodik vəsaitlərin, tövsiyə edilən ədəbiyyat siyahısının, biblioqrafik göstəricilərin tərtib edilməsi və məlumat-biblioqrafiya xidmətinin göstərilməsi üzrə işləri təşkil edir. Kitab tarixi, biblioqrafiya sahəsində elmi-tədqiqat işlərini aparır, onların aparılması metodlarını müəyyən edir. Biblioqrafıq arayışı hazırlayır. Kitabxana işçilərinin konfrans və seminarlarında, müşavirələrində, mətbuatda çıxış edir. Elmi-metodiki işlərə rəy hazırlayır.

Elmi-tədqiqat işlərinin nəticələrinin işlədilməsi üzrə metodik tövsiyələrin nəşrini təşkil edir, məsləhətlər verir. Müqavilə əsasında və ya ödənişli qaydada göstərilən xidmətləri keyfiyyətlə yerinə yetirir. Məlumat mübadiləsi və biblioqrafik fəaliyyət üzrə işləri başqa kitabxanalarla uzlaşdırır. Kitabxana işçilərinin peşəkarlığının yüksəldilməsinə səy göstərir. Buraxılan metodiki vəsaitlərin redaktə edilməsində və onlara rəy verilməsində iştirak edir.



Bilməlidir: elm və mədəniyyətin, turizmin inkişafını müəyyən edən normativ hüquqi aktları, dövlət proqramlarını; kitabxana işi sahəsinə aid yuxarı orqanların kitabxana işinə aid qərar, əmr və sərəncamlarını; kitabxana fondunun uçotunu, saxlanmasını və düzəldilmə qaydalarını; kitabxanaşünaslıq və biblioqrafiya nəzəriyyəsini, xarici və ölkədaxili kitabxanaların qabaqcıl iş təcrübəsini; oxuculara xidmət qaydalarını; kitabların qəbul edilmiş təsnifat sistemini və kataloqunun tərtibi qaydalarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 8 ildən az olmayaraq əmək stajı və yaxud II və III qrup kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində) çalışdıqda orta ixtisas təhsilli olmaqla ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı.

10—11-ci dərəcələr: III qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

12-ci dərəcə: II qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

13-cü dərəcə: I qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

14-cü dərəcə: respublika miqyaslı kitabxanalarda;

15-ci dərəcə: milli statusa malik kitabxanalarda.

 

Mədəniyyət evinin (sarayının, mərkəzi klubun, mədəni-maarif müəssisəsinin) şöbə (bölmə) müdiri

 

Əmək funksiyası. Rəhbərlik etdiyi şöbənin (bölmənin) fəaliyyət sahəsinə dair konkret plan və proqramları hazırlayır. Qəbul edilmiş plan və proqramların həyata keçməsi üçün təşkilati, maddi və intellektual imkanları araşdırır, bu məqsədlə məqsədilə bütün marağı olan strukturların fəaliyyətini əlaqələndirir. Şöbə (bölmə) işçilərinin əmək funksiyalarının icrasına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edir.



Bilməlidir: mədəniyyət və incəsənət sahəsinə aid qanunvericiliyi, dövlət proqramlarını; mədəni-maarif fəaliyyətinə və asudə vaxtın təşkilinə dair sənədləri; əhalinin demoqrafik, yaş və milli xüsusiyyətləri nəzərə alınmaqla mədəni-kütləvi tədbirlərin təşkilinin forma və üsullarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

a) əsas şöbələrdə (bölmələrdə): ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı.

10-cu dərəcə: IV qrupa aid olan mədəni-maarif müəssisələrində;

11-ci dərəcə: III qrupa aid olan mədəni-maarif müəssisələrində;

12-ci dərəcə: II qrupa aid olan mədəni-maarif müəssisələrində;

13-cü dərəcə: I qrupa aid olan mədəni-maarif müəssisələrində, elmi-metodiki mərkəzlərdə şöbə müdiri, respublika miqyaslı elmi-metodiki mərkəzlərdə və mədəni-maarif müəssisələrində bölmə müdiri;

14-cü dərəcə: respublika əhəmiyyətli elmi-metodiki mərkəzlərdə və mədəni-maarif müəssisələrində şöbə müdiri.

 

b) köməkçi şöbələrdə (bölmələrdə) (xidmət, büro, mikrofilm, fotolaboratoriya və s.): ali ixtisas təhsili və ixtisası üzrə mədəni-maarif müəssisələrində 1 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsili və ixtisası üzrə mədəni-maarif müəssisələrində 5 ildən az olmayaraq əmək stajı.

9-cu dərəcə: IV qrupa aid mədəni-maarif müəssisələrində;

10-cu dərəcə: III qrupa aid mədəni-maarif müəssisələrində;

11-ci dərəcə: II qrupa aid mədəni-maarif müəssisələrində;

12-ci dərəcə: I qrupa aid mədəni-maarif müəssisələrində;

13-cü dərəcə: respublika əhəmiyyətli elmi-metodiki mərkəzlərdə və mədəni-maarif müəssisələrində.

 

Attraksion müdiri

 

Əmək funksiyası. Attraksionun mütəxəssis və fəhlələrinin arasında iş bölgüsünü aparır, onların işini təşkil edir. İşlərin qəzasız aparılmasını, attraksionun və işlədilən ləvazimatın bütün növlərinin işlək vəziyyətdə saxlanılmasını, saz vəziyyətdə olmasını, etibarlı, düzgün və təyinatı üzrə istifadəsini təmin edir. Sistematik olaraq onları yoxlayır və qəza şəraitinin aradan qaldırılması üçün zəruri tədbirlər görür. Attraksion qəzalarının səbəblərinin tədqiqində, istehsalat travmatizminin aradan qaldırılması tədbirlərinin işlənib hazırlanmasında iştirak edir. Attraksiona gələnlərin bədbəxt hadisələrdən təhlükəsizliyini təmin edir. Təmir işlərinin aparılması, attraksionların montaj və demontajı üçün xərclər smetasını tutur. Attraksionun istifadəyə verilməsi üçün zəruri materialların və əlavə hissələrin alınması üçün sifarişlər verir. Attraksion işçilərinin səmərəli iş rejimini, onların düzgün yerləşdirilməsini təmin edir. Qəbul edilmiş qaydada uçot və hesabat işlərini aparır. Attraksion işçilərinin əmək funksiyalarının icrasına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edir.



Bilməlidir: Attraksion ləvazimatlarının texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini; attraksion işçilərinin əmək funksiyalarını və iş rejimini; ləvazimatın texniki istismar və təmirdən sonra qəbul qaydalarını; iqtisadiyyatın, əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı;

11-ci dərəcə: II qrupa aid olan attraksionlarda;

12-ci dərəcə: I qrupa aid olan attraksionlarda.

 

Bədii-tərtibat emalatxanasının müdiri

 

Əmək funksiyası. Fəaliyyətin bütün növləri üzrə emalatxana işini təmin edir. Tərtibat elementləri eskizlərini, reklam, plakat, dəvətnamə eskizlərini və s. təsdiq edir. İşin icrası zamanı texniki estetika tələblərinin ödənilməsinə nəzarət edir. İş yerlərinin səmərəli təşkil olunmasını təmin edir. İcra olunan işlərin uçotu aparır. Emalatxananın təchizat materiallarına olan ehtiyacını müəyyən edir, onların alınması üçün qəbul olunmuş qaydada tədbir görür və emalatxanada işlədilən materialların saxlanılmasına nəzarət edir. Qəbul edilmiş qaydada uçot və hesabat işlərini aparır. Emalatxana işçilərinin əmək funksiyalarının icrasına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edir.


: system -> files -> legislation
legislation -> Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında
legislation -> Sosial müavinətlərin məbləğinin artırılması haqqında
legislation -> Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun q ə r a r I
legislation -> Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında
legislation -> Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında
legislation -> Dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərin Siyahısının təsdiq edilməsi haqqında
legislation -> Qərara alıram: Aşağıdakı şəxslər inzibati-iqtisadi məhkəmələrin hakimləri təyin edilsinlər: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi
legislation -> Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə
legislation -> Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə
legislation -> Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının Nizamnaməsi


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə