Azərbaycan respublikasi əMƏk və ƏhaliNİn sosial müdafiƏSİ naziRLİYİNİn kollegiyasi



Yüklə 496,99 Kb.
səhifə5/7
tarix02.10.2017
ölçüsü496,99 Kb.
#2898
1   2   3   4   5   6   7

Bilməlidir: bədii-tərtibat işlərinə qoyulan tələblərə dair normativ hüquqi aktları və digər sənədləri; bədii-tərtibat işlərinin yerinə yetirilməsinin üsul və vasitələrini, onların aparılmasına dair standartları və texniki şərtləri; bədii-tərtibat, texniki estetikaya dair metodikaları və onların tərtibat işlərində istifadəsini; iqtisadiyyatın, əməyin elmi təşkilinin, əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 1 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı.

9-cu dərəcə: III və ya IV qrupa aid olan mədəni-maarif müəssisələrində;

10-cu dərəcə: II qrupa aid olan mədəni-maarif müəssisələrində;

11-ci dərəcə: I qrupa aid olan mədəni-maarif müəssisələrində;

12-ci dərəcə: respublikanın müvafiq müəssisələri üçün elmi-metodiki mərkəz funksiyalarını yerinə yetirən mədəni-maarif müəssisələrində.

 

Oxu zalının müdiri[12]



 

Əmək funksiyası. Kitabxananın kitab fondunun düzülüşünü, uçotunu və saxlanılmasını təşkil edir. Oxucu sorğularının öyrənilməsi əsasında kitabxana fondunun komplektləşdirilməsi üzrə təkliflər hazırlayır. Oxuculara göstərilən abonement və oxu zalı xidmətinə nəzarət edir. Oxu zallarının, habelə oxu zalının nəzdində yaradılmış internet mərkəzinin fəaliyyətini təşkil edir. Müasir informasiya texnologiyaları, elektron resurslar vasitəsi ilə oxuculara xidmət işini peşəkar səviyyədə həyata keçirir. Ədəbi gecələr təşkil etməklə fərdi və kütləvi kitab təbliği işini aparır. Oxucu konfransları, ədəbiyyat icmalları, kitab sərgiləri və başqa tədbirlər təşkil edir. Oxucu sorğuları əsasında yeni daxil olmuş ədəbiyyat siyahılarının, biblioqrafik məlumatların tərtib edilməsini təmin edir. Başqa kitabxanalarda qiyabi və kitabxanalararası abonement üzrə əlaqəni həyata keçirir. Kitabxana filialının fəaliyyəti haqqında uçot və hesabat işlərini aparır. Filialı olduğu kitabxananın (mərkəzləşdirilmiş kitabxana sisteminin) və filialın perspektiv inkişaf proqramlarının və iş planlarının hazırlanmasında iştirak edir. Oxu zalında müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarına riayət edilməsinə nəzarət edir.

Bilməlidir: kitabxana işi sahəsinə aid normativ hüquqi aktları; mədəni-maarif müəssisələrinin inkişaf perspektivlərini, bu sahədə qanunvericiliyi; dövlət proqramlarını; yuxarı orqanların kitabxana işinə aid qərar, əmr və sərəncamlarını; kitabxanaşünaslıq və biblioqrafiya nəzəriyyəsini; xarici və ölkədaxili kitabxanaların qabaqcıl iş təcrübəsini; oxuculara xidmət qaydalarını; kitabxana fondunun uçotunu və saxlanılmasını; kitabların qəbul edilmiş təsnifat sistemini və kataloqunun tərtibi qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı.

9-cu dərəcə: I, II, III və IV qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

10-cu dərəcə: respublika miqyaslı kitabxanalarda;

11-ci dərəcə: milli statusa malik kitabxanalarda.

 

Rəqs gecəsinin sərəncamçısı; Diskoteka



aparıcısı; Diskotekanın musiqi hissəsinin rəhbəri

 

Əmək funksiyası. Rəqs gecəsinin, diskotekaların musiqi proqramının ssenarisinin, bədii tərtibatın hazırlanmasında iştirak edir. İşıq tərtibatında və müxtəlif yaş təbəqəli gələnlər üçün musiqi repertuarının seçilməsində iştirak edir. Rəqs gecəsini keçirir, sərəncamçı və aparıcı kimi çıxış edir. Musiqi proqramının yerinə yetirilməsinə nəzarət edir.



Bilməlidir: aidiyyəti orqanların mədəni-maarif işinə dair qərar, sərəncam və təlimatlarını; auditoriyanın fəallaşdırılması, gələnlərin kollektiv rəqsə cəlb olunması üsullarını; mədəni-kütləvi tədbirlərin keçirilməsi formalarını; rəqs və musiqi sənətinin tarixini və nəzəriyyəsini; aparıcı diskotekaların qabaqcıl iş təcrübəsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edir.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

8-ci dərəcə: əmək stajına tələb qoyulmadan orta ixtisas təhsili;

9-cu dərəcə: əmək stajına tələb qoyulmadan ali ixtisas təhsili və yaxud orta ixtisas təhsilli olmaqla mədəni-maarif müəssisələrində 3 ildən az olmayaraq əmək stajı.

 

Dərnək rəhbəri; Həvəskar birliyin rəhbəri;



Maraq dairəsi üzrə klub rəhbəri

 

Əmək funksiyası. Dərnək (musiqi, xor, xoreoqrafiya və s.) kollektivinə, həvəskar birliyin, maraq dairəsi üzrə klubun işinə rəhbərlik edir. Perspektiv və cari iş planlarının hazırlanmasında, təşkilatı-yaradıcı tədbirlərin keçirilməsində iştirak edir. Aktyor sənətkarlığı, nitq texnikası, bədii söz, səsin qoyuluşu, vokal partiyaların öyrənilməsi, tematik proqram üzrə işə aid qrup halında və fərdi məşğələlər keçirir. Musiqi partiyalarının öyrənilməsi üzrə orkestr məşğələləri keçirir. Klassik və səviyyəli trenaj, təsviri incəsənət tarixinin tədqiqi, emalatxanalarda rəssamlıq texnikası və texnologiyası, bədii-tərtibatçılıq sənətkarlığı, sirk sənətkarlığının tədqiqi və müzakirəsi, foto sərgilərin təşkili metodikası; göstərilən texnika növünün inkişafı və tarixinin öyrənilməsi, texniki yaradıcılıq sərgilərinin təşkili üzrə məşğələlər keçirir. Təlim məşğələləri, kollektiv və dərnəklərin konsert və tamaşalarla çıxışlarını təşkil edir. Metodiki kabinetin kütləvi tamaşaların, tematik gecələrin, teatr bayramlarının, karnavalların, xalq gəzintilərinin təşkili və keçirilməsi üzrə işində iştirak edir. Xərclər smetasını tutur və qəbul olunmuş qaydada təsdiqə təqdim edir.



Bilməlidir: mədəni quruculuq məsələlərinə dair dövlət proqramlarını; bədii özfəaliyyətin və texniki yaradıcılığın inkişafına dair sənədləri; müvafiq incəsənət növünün nəzəriyyəsini; repertuarın formalaşması prinsiplərini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: əmək stajına tələb qoyulmadan orta ixtisas təhsili;

8-ci dərəcə: əmək stajına tələb qoyulmadan ali ixtisas təhsili və ya orta ixtisas təhsilli olmaqla mədəni-maarif müəssisələrində 3 ildən az olmayaraq əmək stajı;

9-cu dərəcə: ali ixtisas təhsili və ixtisas üzrə 3 ildən az olmayaraq əmək stajı.

 

Mehmanxana administratoru

 

Əmək funksiyası. Mehmanxanaya gələn müştəriləri qəbul edir və qeydiyyata alır, onları mehmanxanada göstərilən xidmətlər barədə məlumatlandırır. Mehmanxanada yerləşdirilən müştərilərin xahişlərinin nəzərə alınmasına və yerinə yetirilməsinə nəzarət edir. Rəhbərliyin aidiyyəti tapşırıqlarını yerinə yetirir. Müştərilərə və qonaqlara mədəni xidmətin göstərilməsini və rahat şərait yaradılmasını təmin edir. Mövcud olan xidmətlər, keçirilən tədbirlər barədə müştəriləri məlumatlandırır. Mehmanxana xidmətləri üçün sifarişləri qəbul edir və bu barədə rəhbərliyi vaxtaşırı məlumatlandırır. Telefon zənglərini qəbul edir və telefon vasitəsi ilə xəbərdarlıq etməklə nömrələrin bronlaşdırılmasını təmin edir. Otaqları yığışdıran xadimələrin işinə və otaqların təmizliyinə nəzarət edir. Kiçik mehmanxanalarında müştərilərlə hesablaşaraq xəzinədarın əmək funksiyalarını yerinə yetirir. Müştərilərlə yaranan mübahisəli halların qarşısını almaq üçün tədbirlər görür, müştərilərə qeyri-kafi xidmətlə əlaqədar mübahisələrə baxır.

Müştərilərə xidmət sahəsində mövcud olan çatışmamazlıqlar və qüsurlar barəsində rəhbərliyi məlumatlandırır və onların aradan qaldırılması üçün tədbir görür. Binanın, material və avadanlıqların mühafizəsinə, binanın önündə və daxilində reklamların yerləşdirilməsinə, binanın xarici görünüşünə və daxili tərtibatına nəzarəti həyata keçirir. İşçilərin daxili intizam qaydalarına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yançından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edir.

Bilməlidir: mehmanxananın inzibati-təsərrüfat fəaliyyətinə dair normativ hüquqi aktları, yuxarı dövlət orqanlarının mehmanxana işi üzrə qərar, sərəncam, əmr və sair sənədlərini; mehmanxananın nizamnaməsini, müəssisədaxili intizam qaydalarını, müştərilərə xidmətin təşkili qaydalarını; qabaqcıl mehmanxanaların xidmət sahəsində iş təcrübəsini; əməyin təşkilini və idarəetmənin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikasını, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını; mehmanxana işçilərinin vəzifələrini və səlahiyyətlərini; müştərilərə xidmət prosesinin təşkili qaydaları və üsullarını, göstərilən xidmətlərin növlərini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: orta ixtisas təhsili.

6-cı dərəcə: IV qrupa aid olan mehmanxanalarda;

7-ci dərəcə: III qrupa aid olan mehmanxanalarda;

8-ci dərəcə: II qrupa aid olan mehmanxanalarda;

9-cu dərəcə: I qrupa aid olan mehmanxanalarda.

 

2. MÜTƏXƏSSİSLƏR

 

Uşaq musiqi (incəsənət, rəssamlıq, muğam və s.) məktəbinin müəllimi (konsertmeysteri); Xoreoqrafiya məktəbinin müəllimi (konsertmeysteri)

 

Əmək funksiyası. Tədris edilən incəsənət növünün müəyyən fəni üzrə spesifik xüsusiyyətlər nəzərə alınmaqla şagirdlərlə (tələbələrlə) təlim məşğələləri aparır. Tədris prosesində qəbul edilmiş müxtəlif formalardan, üsullardan və metodlardan istifadə edir. Keçdiyi incəsənət növünün fəni üzrə tədris materiallarını planlaşdırır, tədris proqramlarının yerinə yetirilməsini, bütün şagirdlərin (tələbələrin) onları baza səviyyəli tələblər əsasında mənimsənilməsini təmin edir. Tədris etdiyi fənə dair sinifdənkənar tədbirlər üzrə iş aparır. Tədris intizamına riayət edilməsini və məşğələlərə davamiyyət rejiminə əməl olunmasını təmin edir. Tədris avadanlığından istifadə zamanı texniki təhlükəsizlik və istehsalat sanitariyası tələblərinin yerinə yetirilməsinə nəzarət edir. Həyata keçirilən metodik iş formaları üzrə fəaliyyət göstərir. Təlim prosesinin təkmilləşdirilməsinə dair təkliflər irəli sürür, peşə ixtisasının yüksəldilməsinə səy göstərir.



Bilməlidir: uşaqların və gənclərin təhsili, təlim-tərbiyəsi üzrə normativ hüquqi aktları, dövlət proqramlarını; incəsənət növünün tədris etdiyi fənni üzrə təlimin məzmununu, fənnin tədris metodikasını və təşkili formalarını; pedaqoji fənlər silsiləsini, pedaqogikanı, psixologiyanı, fizioloji inkişafı və məktəb gigiyenasını; tədris otaqlarının texniki vasitələrlə təchiz olunmasına qoyulan tələbləri; əməyin elmi təşkilini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

a) uşaq musiqi (incəsənət, rəssamlıq, muğam və s.) məktəbində:

9-cu dərəcə: əmək stajına tələb qoyulmadan orta ixtisas təhsili və yaxud xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və 3 ildən az olmayaraq uyğun vəzifələrdə əmək stajı;

10-cu dərəcə: əmək stajına tələb qoyulmadan ali ixtisas təhsili və ya fərqlənmə diplomu ilə bitirilmiş orta ixtisas təhsili; orta ixtisas təhsilli olmaqla 3 ildən 5 ilə qədər pedaqoji əmək stajı;xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və 5 ildən az olmayaraq bu vəzifədə əmək stajı;

11-ci dərəcə: ali ixtisas təhsili və 3 ildən 8 ilədək pedaqoji əmək stajı; əmək stajına tələb qoyulmadan və fərqlənmə diplomu ilə bitirilmiş ali ixtisas təhsili; orta ixtisas təhsili və 5 ildən 10 ilədək pedaqoji əmək stajı; orta ixtisas təhsili, 7 ilədək pedaqoji əmək stajı və keçmiş SSRİ-nin və ya Azərbaycan Respublikasının dövlət təltifləri olduqda və yaxud qabaqcıl iş təcrübəsi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kollegiyası tərəfindən bəyənilərək müvafiq qaydada rəsmiləşdirildikdə; xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və 7 ildən az olmayaraq bu vəzifədə əmək stajı;

12-ci dərəcə: ali ixtisas təhsili və 8 ildən 13 ilədək pedaqoji əmək stajı;

ali ixtisas təhsili, 8 ilədək pedaqoji əmək stajı və keçmiş SSRİ-nin və ya Azərbaycan Respublikasının dövlət təltifləri olduqda; orta ixtisas təhsili və 10 ildən az olmayaraq pedaqoji əməkstajı; orta ixtisas təhsili, 7 ildən az olmayaraq pedaqoji əmək stajı və keçmiş SSRİ-nin və ya Azərbaycan Respublikasının dövlət təltifləri olduqda və yaxud qabaqcıl iş təcrübəsi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kollegiyası tərəfindən bəyənilərək müvafiq qaydada rəsmiləşdirildikdə;

13-cü dərəcə: ali ixtisas təhsili və 13 ildən 18 ilədək pedaqoji əmək stajı; ali ixtisas təhsili, 8 ildən 13 ilədək pedaqoji əmək stajı və keçmiş SSRİ-nin və ya Azərbaycan Respublikasının dövlət təltifləri olduqda; əmək stajına tələb qoyulmadan ali ixtisas təhsili, keçmiş SSRİ-nin və ya Azərbaycan Respublikasının dövlət təltifləri olduqda və qabaqcıl iş təcrübəsi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kollegiyası tərəfindən bəyənilərək müvafiq qaydada rəsmiləşdirildikdə;

14-cü dərəcə: ali ixtisas təhsili və 18 ildən çox pedaqoji əmək stajı; 13 ildən 18 ilədək pedaqoji əmək stajı və keçmiş SSRİ-nin və ya Azərbaycan Respublikasının dövlət təltifləri olduqda və qabaqcıl iş təcrübəsi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kollegiyası tərəfindən bəyənilərək müvafiq qaydada rəsmiləşdirildikdə;

15-ci dərəcə: ali ixtisas təhsili, 20 ildən çox pedaqoji əmək stajı və ya fəxri adı və alimlik dərəcəsi olduqda; [13]

b) xoreoqrafiya məktəbində:

9-cu dərəcə: əmək stajına tələb qoyulmadan orta ixtisas təhsili;

10-cu dərəcə: orta ixtisas təhsili və 3 ildən 8 ilədək pedaqoji əmək stajı;

11-ci dərəcə: əmək stajına tələb qoyulmadan ali ixtisas təhsili və yaxud orta ixtisas təhsilli olmaqla 8 ildən 13 ilədək pedaqoji əmək stajı;

12-ci dərəcə: ali ixtisas təhsili və 3 ildən 8 ilədək pedaqoji əmək stajı və yaxud orta ixtisas təhsilli olmaqla 13 ildən 18 ilədək pedaqoji əmək stajı;

13-cü dərəcə: ali ixtisas təhsili və 8 ildən 13 ilədək pedaqoji əmək stajı və yaxud orta ixtisas təhsilli olmaqla 18 ildən az olmayaraq pedaqoji əmək stajı;

14-cü dərəcə: ali ixtisas təhsili və 13 ildən 18 ilədək pedaqoji əmək stajı;

15-ci dərəcə: ali ixtisas təhsili və 18 ildən az olmayaraq pedaqoji əmək stajı və ya fəxri adı və alimlik dərəcəsi.

 

Rejissor (dirijor, baletmeyster, xormeyster)

 

Əmək funksiyası. Musiqi, xor, xoreoqrafiya kollektivlərinin, həvəskar birliklərin, studiyaların, yaradıcılıq emalatxanalarının, klubun, mərkəzin və s. işinə rəhbərlik edir. İşin carı və perspektiv repertuar planlarını işləyib hazırlayır. Tamaşa, konsert nömrələri proqramlarını hazırlayır və həyata keçirir. Kollektiv ifaçılığın kamilləşdirilməsi üzrə məşğələlər keçirir, metodiki təlim işini aparır. Əhalinin müxtəlif təbəqələri üçün klub və mədəni-maarif tədbirlərinin hazırlanmasında iştirak edir. Keçirilən tədbirlərin xərclər smetasını tərtib edir.

Bilməlidir: mədəniyyət və incəsənət sahəsinə aid qanunvericiliyi, dövlət proqramlarını; mədəni-maarif fəaliyyətinə və asudə vaxtın təşkilinə dair sənədləri; əhalinin demoqrafik, yaş və milli xüsusiyyətləri nəzərə alınmaqla mədəni-kütləvi tədbirlərin təşkilinin forma və üsullarını; kütləvi nümayiş və teatr bayramlarının keçirilməsi üzrə rejissorluğu; müvafiq incəsənət növünün nəzəriyyəsini; repertuarın formalaşması prinsiplərini; bədii yaradıcılıq kollektivlərində təlim-tərbiyə işinin təşkilini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

10-cu dərəcə: əmək stajına tələb qoyulmadan ali ixtisas təhsili və ya orta ixtisas təhsilli olmaqla ixtisası üzrə yaradıcılıq işlərində 3 ildən az olmayaraq əmək stajı;

11-ci dərəcə: ali ixtisas təhsili və 3 ildən az olmamaqla ixtisası üzrə yaradıcılıq işlərində əmək stajı;

12—13-cü dərəcələr: ali ixtisas təhsili və 5 ildən az olmayaraq fəxri ad daşıyan studiya və kollektivlərdə ixtisası üzrə yaradıcılıq işlərində əmək stajı.

 

Quruluşçu rəssam

 

Əmək funksiyası. Səhnə materialları əsasında tamaşaların bədii dekorativ tərtibatını hazırlayır. Rejissorun ümumi yaradıcılıq ideyasına müvafiq olaraq dekorasiya, eskiz və maketləri, qrim, kostyum, butaforiya, eləcə də reklam, afişa, proqram, dəvətnamə eskizləri yaradır. Dekorasiya və digər tərtibat detallarının işçi və konstruktiv çertyojlarını işləyib hazırlayır. Tamaşanın işıq tərtibatı məsələsini həll edir. Bütün tərtibat işlərinin yerinə yetirilməsinə, onların eskizlərə, çertyojlara, təsvirlərə müvafiq təşkil olunmasına nəzarət edir. Səhnə texnikasından düzgün istifadə edilməsini, onun işçi vəziyyətdə saxlanılmasını təmin edir. Montaj məşqi keçirir, deyilən qeydləri nəzərə alaraq tərtibatı təsvir edir. Baş məşqlər və tamaşalar zamanı texniki heyətə rəhbərlik edir. Tamaşanın tərtibi və səhnə təchizatı üçün lazım olan materialları müəyyənləşdirir, onların alınması üçün sifarişlər verir. Stasionar və səyyar şəraitdə dekorasiya montajını təmin edir.



Bilməlidir: teatrda bədii tərtibat işi texnikasını və texnologiyasını; səhnə texnikası və ondan istifadə qaydalarını; peşəkar və özfəaliyyət teatrlarının tamaşaların tərtibatı və səhnə texnikasından istifadə üzrə qabaqcıl iş təcrübəsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

10-cu dərəcə: əmək stajına tələb qoyulmadan orta ixtisas təhsili;

11-ci dərəcə: əmək stajına tələb qoyulmadan ali ixtisas təhsili və yaxud orta ixtisas təhsilli olmaqla 3 ildən az olmayaraq ixtisası üzrə yaradıcılıq işlərində əmək stajı;

12-ci dərəcə: ali ixtisas təhsili və 3 ildən az olmayaraq ixtisası üzrə yaradıcılıq işlərində əmək stajı;

13-cü dərəcə: ali ixtisas təhsili və 5 ildən az olmayaraq fəxri ad daşıyan studiya və kollektivlərdə ixtisası üzrə yaradıcılıq işlərində əmək stajı.

 

Bərpaçı-rəssam

 

Əmək funksiyası. Yüksək bədii və tarixi əhəmiyyətli əsərlər, eləcə də bərpaçılıq komissiyasının (şurasının) tapşırığına əsasən nadir incəsənət əsərləri üzərində çox mürəkkəb, ən çətin, orta səviyyəli bərpaçılıq və konservasiya işlərini aparır. Bərpa işlərinin aparılması metodikasını tərtib edir, bu məqsədlə materialları seçir, bərpa işlərinin gedişini sənədlə əsaslandırır. Obyektin zədələrinin və onların bərpası üçün istifadə edilən materialların və tətbiq olunacaq üsulların siyahısını tutur. Bərpa işlərinə başlamazdan əvvəl, iş prosesində və iş başa çatdıqdan sonra obyektin şəklini çəkir. Bərpa edilən obyekti çox ciddi tədqiq edir və vəziyyətinin təsvirini verir, onun ilkin şəklini, dəyişmə tarixini müəyyən edir. Kimyəvi, fiziki və bioloji tədqiqatlar nəticəsində xarab olmanın səbəblərini və xarakterini təyin edir. Təsviri incəsənət əsərinin bərpası zamanı onun bünövrəsini, rəng astarını möhkəmləndirir, eləcə də müəllif əsərini gizlədən və ya pozan, sonradan əmələ gəlmiş örtükləri təmizləyir. Bərpa işlərinin müxtəlif proseslərinin sənədli fotofiksasiyası üzrə fotoqraflara göstərişlər verir. Muzey fondlarını və ekspozisiyalarını tədqiq edir. Eksponatların qorunması və zədələnməməsi məsələləri baxımından muzey mühafizələrinə nəzarət edir. Stajorların işinə rəhbərlik edir. Bərpaya ehtiyacı olan eksponatları tədqiq edən elmi əməkdaşlara köməklik göstərir.

Bilməlidir: bədii, tarixi və nadir incəsənət əsərlərinin bərpa texnologiyasını və üsullarını; bərpa işlərində istifadə olunan materialların xüsusiyyətlərini və onların bərpa işlərində istifadəsini; monumental, dəzgah rəssamlığı, tempera, yağlı boya, qrafika, tətbiqi sənət və heykəltəraşlıq üslubunda hazırlanmış əsərlərinin bərpasında qəbul olunmuş xarici və ölkədaxili əsas üsulları; tarix qoyma və atribusiya prinsiplərini; eksponatların xarab olma səbəblərini; xarab olmanın səbəb və xarakterlərinin təyin olunmasında istifadə edilən laboratoriya tədqiqatının əsas növlərini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

9-cu dərəcə: ali incəsənət və ya sənətşünaslıq təhsili və yaxud orta ixtisas (incəsənət) təhsili və 2 ildən az olmayaraq bərpaçılıq işlərində əmək stajı. Orta peşə təhsilli olduqda bərpaçılıq işlərində 3 ildən və ya xüsusi təhsili olmadıqda isə bərpaçılıq işlərində 5 ildən az olmayaraq əmək stajı;

10-cu dərəcə: ali incəsənət və ya sənətşünaslıq təhsili və yaxud orta ixtisas (incəsənət) təhsili və 4 ildən az olmayaraq bərpaçılıq işlərində əmək stajı. Orta peşə təhsilli olduqda bərpaçılıq işlərində 5 ildən və ya xüsusi təhsili olmadıqda isə bərpaçılıq işlərində 7 ildən az olmayaraq əmək stajı;

11-ci dərəcə: ali incəsənət və ya sənətşünaslıq təhsili və yaxud orta ixtisas (incəsənət) təhsili və 6 ildən az olmayaraq bərpaçılıq işlərində əmək stajı. Orta peşə təhsilli olduqda bərpaçılıq işlərində 7 ildən və ya xüsusi təhsili olmadıqda isə bərpaçılıq işlərində 10 ildən az olmayaraq əmək stajı;

 12-ci dərəcə: ali incəsənət və ya sənətşünaslıq təhsili və yaxud orta ixtisas (incəsənət) təhsili və 6 ildən az olmayaraq bərpaçılıq işlərində əmək stajı. Orta peşə təhsilli olduqda bərpaçılıq işlərində 7 ildən və ya xüsusi təhsili olmadıqda isə bərpaçılıq işlərində 10 ildən az olmayaraq əmək stajı;

13-cü dərəcə: ali incəsənət və ya sənətşünaslıq təhsili və yaxud orta ixtisas (incəsənət) təhsili və 8 ildən az olmayaraq bərpaçılıq işlərində əmək stajı. Orta peşə təhsilli olduqda bərpaçılıq işlərində 9 ildən və ya xüsusi təhsili olmadıqda isə bərpaçılıq işlərində 12 ildən az olmayaraq əmək stajı;

 

Elektron kitabxananın proqramçısı[14]



 

Əmək funksiyası. Kitabxananın informasiya texnologiyalarının (kompüter, skaner, printer, surətçıxarma aparatı, modem) işlək vəziyyətini, lokal və internet şəbəkəsi, habelə şəbəkənin antivirus proqramının fəaliyyətini təmin edir və normal işləməsinə nəzarət edir. Kitabxananın veb-saytının idarə edilməsi ilə bağlı işləri yerinə yetirir, veb-saytın operativ yenilənməsinə, domen və hostinqin fəaliyyətinə nəzarət edir, vəziyyətlə bağlı rəhbərliyi mütəmadi olaraq məlumatlandırır, təkliflər verir. Elektron kitabxananın yaradılması işini həyata keçirir və nəşrlərin elektron formaya çevrilməsi işini təmin edir. Lokal şəbəkə xidmətinin, lokal şəbəkəyə qoşulmuş kompüterlərin və məlumat bazasının təhlükəsizliyinin, daimi işləməsinin, internetə çıxışının təmin edilməsi, kompüterdən istifadə zamanı əməkdaşlara texniki köməkliyin göstərilməsi, çap qurğuları və kompüterlərdə yaranmış problemlərin aradan qaldırılması işlərinin yerinə yetirir.

Bilməlidir: verilən bazaları və onların idarəetmə sistemlərini; internet texnologiyalarını; lokal kompüter şəbəkələrinin qurulması, inkişaf etdirilməsi və istismarını, servis və tətbiqi proqram vasitələrinin istismarını, şəbəkə texnologiyalarını; lokal kompüter şəbəkələrinin server səviyyəsində qurulmasını; əməliyyat sistemlərinin qurulmasını; xarici və ölkədaxili kitabxanaların informasiya texnologiyalarından istifadə üzrə qabaqcıl iş təcrübəsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı.

9-cu dərəcə: III və IV qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

10-cu dərəcə: II qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

11-ci dərəcə: I qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

12-cu dərəcə: respublika miqyaslı kitabxanalarda;

13-ci dərəcə: milli statusa malik kitabxanalarda.

 


Yüklə 496,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə