Əlavə 15
İlkin yanğınsöndürmə vasitələrinin zəruri miqdarının təyini
1. İlkin yanğınsöndürmə vasitələrinin növü və miqdarının təyini zamanı yanar maddələrin yanğın təhlükəliliyi və fiziki-kimyəvi xüsusiyyətləri, onların odsöndürücü maddələrlə qarşılıqlı təsiri, istehsalat binalarının, xarici qurğuların avadanlıq, qurğu və tikililərin sahələri nəzərə alınmalıdır.
2. Texniki avadanlığın odsöndürücülərlə komplektləşdirilməsi, bu avadanlığa texniki şərtlərə (pasport) və ya yanğın təhlükəsizliyi qaydalarına müvafiq şəkildə aparılmalıdır.
3. Xaricdə istehsal ounmuş avadanlıqların odsöndürücülərlə komplektləşdirilməsi, onların ölkəyə gətirilməsi müqaviləsinə müvafiq şəkildə həyata keçirilir.
4. Odsöndürücülərin seçilməsi və zəruri sayının hesablanması onların odsöndürmə xüsusiyyətlərindən, söndürmə sahəsinin ölçülərindən, İSO№3941-77 sənədinə müvafiq obyekt və ya binadakı yanar maddə və materialların yanğın sinfindən asılı olaraq aparılır.
A sinfi - əsasən üzvi mənşəli və yanması közərmə ilə müşahidə edilən bərk maddələrin (ağac, tekstil, kağız və s.) yanması ilə yanğın.
B sinfi - yanar mayelərin və ya əriyən bərk maddələrin yanması ilə yanğın.
C sinfi- qaz yanğınları.
D sinfi- metal və onların ərintilərinin yanğınları.
E sinfi- elektrik qurğularının yanması ilə yanğınlar.
Odsöndürücünün tipinin seçilməsi (səyyar və ya əl ilə) mümkün yanma mənbələrinin ölçülərindən asılı olaraq seçilir.
5. Müvafiq temperatur həddlərində istifadə edilən odsöndürücülərin seçilməsində iqlim şəraiti nəzərə alınmalıdır.
6. Kombinəli yanğın mənbələrinin ləğvi üçün universal odsöndürücü seçilməlidir.
7. Müxtəlif kateqoriyalı otaqların sahə ölçülərindən asılı olaraq, odsöndürənlərin saya bir və iki cədvəllərinə əsasən müəyyən edilir.
8. İctimai bina və tikililərin hər mərtəbəsində ən azı iki əl odsöndürücüləri yerləşdirilməlidir.
9. Sahəsi 100 m2-dən az olan D kateqoriyalı otaqlar odsöndürücülərlə təchiz olunmaya bilər.
10. Yanğın təhlükəliliyi üzrə eyni kateqoriyalı bir neçə kiçik otaqların odsöndürücülərlə təchiz edilməsi bu otaqların ümumi sahələrinə uyğun, bu Əlavənin 14 bəndinə, 1 və 2 saylı cədvəllərə müvafiq surətdə yerinə yetirilir.
11. Müəssisədən doldurma üçün göndərilən odsöndürücülər müvafiq sayda doluları ilə əvəz edilməlidirlər.
12. Elektron - hesablama maşınları, telefon stansiyaları, muzey və arxiv binaları üçün odsöndürücülərin seçilməsində odsöndürücü maddələrlə həmin otaqlardakı avadanlıq, məlumat, mal-materiallarla qarşılıqlı əlaqəsinin spesifik xüusiyyətləri nəzərə alınmalıdır. Bu otaqlar, odsöndürücü maddələrin buraxıla bilən hədd miqdarı nəzərə alınmaqla, qazlı odsöndürücülərlə təchiz olunmalıdırlar.
13. Stasionar avtomatik yanğınsöndürmə qurğuları quraşdırılmış otaqlar zəruri hesablanmış qiymətin 50% miqdarında ilkin yanğınsöndürməvasitələri ilə təchiz olunmalıdırlar.
14. Mümkün yanğın mənbələrindən odsöndürücülərin yerləşdiyi yerə qədər məsafə ictimai bina və tikililərdən 20 m, A, B, V kateqoriyalı otaqlarda 30 m, Q kateqoriyalı otaqlarda 40 m, D kateqoriyalı otaqlarda isə 70 m çox olmamalıdır.
Hər bir obyektdə ilkin yanğınsöndürmə vasitələrinin alınması, saxlanılması, təmiri və işə hazırlığına cavabdeh şəxs təyin edilməlidir.
İlkin yanğınsöndürmə vasitələrinin obyektdə mövcudluğu və vəziyyətləri xüsusi jurnalda qeyd edilməlidir. Obyektdəki hər bir odsöndürücünün gövdəsində ağ boya ilə sıra nömrəsi göstərilməli, ona xüsusi pasport tərtib olunmalıdır.
15. Qış fəslində (havanın mənfi temperaturlarında) odsöndürücülər isidilən otaqlarda saxlanılmalıdırlar.
16. İlkin yanğınsöndürmə vasitələrinin dəhliz və keçidlərdə yerləşdirilmə qaydası insanların təhlükəsiz köçürülməsinə mane olmamalıdır. Onlar binadan çıxışa yaxın yerdə, 1,5 m çox olmayan hündürlükdə yerləşdirilməlidirlər.
17. Yanğına qarşı daxili su xətti avtomatik sistemləri ilə təchiz olunmamış istehsalat və anbar otaqlarında, ərazisində yanğına qarşı xarici su xətti olmayan müəssisələrdə və ya xarici texnoloji qurğuları və binaları xarici yanğın su mənbələrindən 100 m artıq məsafədə yerləşən müəssisələrdə ilkin yanğınsmöndürmə vasitələri, yanğın alət və inventarların yerləşdirilməsi üçün yanğın şitləri quraşdırılmalıdır. Yanğın şitləri cədvəl 4 müvafiq şəkildə ilkin yanğınsöndürmə vasitələri, yanğın alət və inventarları ilə komplektləşdirilməlidir.
18. Şitin yanındakı su tutumu 200 litrdən az olmamalı, vedrələrlə komplektləşdirilməlidir.
19. Şit yanında qum yeşikləri əsasən asan alışan və yanar mayelərin dağılma ehtimalı olan otaqlarda və açıq meydançalarda qoyulur. A, B, V kateqoriyalı otaqlar və texnoloji xarici qurğuların hər 500 m2 üçün və D, Q kateqoriyaları üçün isə hər 1000 m2 sahəyə 0,5 m3 qum ehtiyatı nəzərdə tutulmalıdır.
Dostları ilə paylaş: |