Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Gəminin doka çıxarılması və təmirə hazırlanması üçün yanğına



Yüklə 2,46 Mb.
səhifə116/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   112   113   114   115   116   117   118   119   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

6.4 Gəminin doka çıxarılması və təmirə hazırlanması üçün yanğına
qarşı hazırlıq tədbirləri


6.4.1 Gəmi sahibi ilə təmir müəssisəsi arasında, gəminin təmirə verilməsindən əvvəl müqavilə bağlanmalıdır. Müqavilədə aşağıdakıların nəzərə alınması tövsiyyə olunur:
- gəminin təmir edən müəssisənin müdriyyətinin cavabdehliyinə verilməsi üzrə sənədləşmə qaydaları;
- gəmi sahibi tərəfindən, gəminin yanğından təhlükəsiz vəziyyətə gətirilməsi üçün, icraedicilər və yerinə yetirilmə müddəti göstərilməklə, görüləcək lazımi hazırlıq işlərinin siyahısı;
- rəhbər heyət üzvlərindən cavabdeh olan şəxslərin göstərilməsi;
- gəmidə yanğınla mübarizə üçün saxlanılmış yanğınsöndürmə vasitələri, onların qorunması və dərhal istifadə üçün hazır olmasına cavabdehlik;
- gəmidə olan elektrik avadanlığının təmir dövründə istifadə qaydası;
- qüvvədə olan texnoloji təlimatlara uyğun olaraq, təmizləmə işlərinin aparılması qaydası və eyni zamanda göstərilən işlərin aparılmasına tərəflərin məsuliyyəti.
6.4.2 Gəminin yanğından təhlükəsiz vəziyyətə gətirilməsi üçün hazırlıq işlərinin siyahısında aşağıdakılar nəzərdə tutulur:
- gəminin anbarlarının, novlarının, göyərtəsinin partlayış, yanğıntəhlükəli yüklərin qalıqlarından, yanacaq sızmalarından (axmalarından), zibildən təmizlənməsi, neft məhsulları ilə çirklənmiş suların təhvil verilməsi;
- texnoloji təlimat üzrə təmir ilə əlaqədar olaraq neftdaşıyan gəmilərin yük tanklarının, onların yük və təmizləyici boru xətlərinin, kofferdamlarının, nasosxanalarının və digər otaqlarının yanğın təhlükəsizliyini təmin etmək məqsədi ilə təmizlənməsi və deqazasiyası;
-soyuducu qurğuların və onların boru xətlərinin yerləşdiyi yerlərdə odlu işlərin görülməsi nəzərdə tutulursa, onların partlayıştəhlükəli soyuducu reagentlərinin boşaldılması;
- pirotexniki vasitələrin gəmidən uzaqlaşdırılması (aparılması);
- gəmidə olan yanar və sürtgü materiallarının yerləşmə sxeminin tərtib edilməsi.
Yanacaq sistemlərinin və yük tanklarının təmizlənməsi və deqazasiyası faktı, orada olan mühitin təsirsiz (inert) olması, hava mühitinin kimyəvi analizinin nəticələri əsasında, kimya laboratoriyasının arayışı ilə təsdiq olunmalıdır.
Gəminin gövdəsinin içərisində sərbəst (maneəsiz) yanaşma imkanı olan, qorunmayan və təsirsiz (inert) qaz, su ilə doldurulmayan sistemlərin xarici səthlərinə çevrə boyunca fərqli boya ilə xətt çəkmək və «Yanacaq» sözü yazmaqla markalamaq lazımdır. Gəmi qısa müddətə doka qoyulduqda, bu sisternlərin yerləşdiyi yerlər gəminin xarici gövdəsi boyunca fərqli boya ilə xəttlənməli və markalanmalıdır.
Gəmilər təmir üçün doka çıxarılmazdan əvvəl, onların bütün sisternləri təmizlənməli və deqazasiya olunmalıdır.
6.4.3 Doka çıxarılmazdan əvvəl gəmidə təmirə hazırlıq üçün 9.4.2. bəndində göstərilən bütün tədbirlər görülməlidir.
Gəminin rəhbər heyəti dokun müdiriyyəti ilə birlikdə, dokun və gəminin yanğınaqarşı vasitələrinin istifadə edilməsini nəzərdə tutan yanğınla mübarizənin müvəqqəti cədvəlini tərtib etməlidir.
Gəmi doka çıxarılmazdan əvvəl, onun mühərriklərinin, qızdırıcı qazan və kambuzunun işi dayandırılmalıdır.
6.4.4 Təmirdən əvvəl, təmir olunacaq gəmilərdə elektrik şəbəkələrinin və elektrik avadanlığının yanğından təhlükəsiz istismarını təmin etməyə cavabdeh olan şəxslər təyin edilməlidir.
6.4.5 Dokun müdiriyyəti təmir olunacaq gəmi ilə etibarlı telefon və ya radio əlaqəni və eyni zamanda gəmilərə yanğın maşınlarının sərbəst (maneəsiz) yanaşmasını təmin etməlidir.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə