Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ


Kanalizasiya və təmizləmə qurğularına olan yanğın



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə13/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   ...   9   10   11   12   13   14   15   16   ...   244
Neft qaz yangin tehlukesizlik

 
2.3 Kanalizasiya və təmizləmə qurğularına olan yanğın
təhlükəsizliyi tələbləri 
2.3.1 
Müəssisənin istehsalat kanalizasiya şəbəkələri qapalı formada quraşdırılmalıdır. Kanali-
zasiya şəbəkəsi yanmayan materiallardan hazırlanmalı, boru və qurğuların kimyəvi aqresiv 
çirkab suların təsiri nəticəsində korroziyadan muhafizəsi nəzərdə tutulmalıdır. Kanalizasiya 
baxış quyuları qapaqla bağlı vəziyyətdə saxlanılmalı və 10 sm qalınlığı olan qum təbəqəsi ilə
örtülməlidir. 
2.3.2
Kanalizasiya şəbəkələrinin hidravlik sürgülərinin nasaz vəziyyətdə istismarıa qadağandır.
2.3.3
Tərkibində neft və neft məhsulları olan çirkab sular kanalizasiya şəbəkəsinə verilməzdən 
əvvəl təmizlənməlidir. Sənaye kanalizasiya şəbəkəsinin və neft tutucularının istismarına oraya 
axıdılan çirkab sular neft və neft məhsullarından təmizlənməmiş icazə verilmir. 
2.3.4
İstismarda olan nefttutucu qurğular fasiləsiz işləməli və müntəzəm olaraq texniki baxış 
keçirilməlidir. 
2.3.5 
Neft tutucuları yanmayan materiallardan hazırlanmalıdır. Açıq neft tutucularının ətra-
fında yanmayan materialdan hazırlanmış, hündürlüyü 1 m-dən az olmayan çəpərlər 
quraşdırılmalıdır. 
2.3.6
İstehsalat obyektlərinin ərazisində qaz kəmərlərindən 15m-ə qədər məsafədə və ondan 
hər iki tərəfdə yerləşən kanalizasiya qurğuları və yeraltı tikililərin havasının qazlılıq səviyyəsi 
ildə 3 dəfədən az olmayaraq, qaz kəmərinin istismara verildiyi birinci il isə ayda 1 dəfədən az 
olmayaraq yoxlanılmalıdır
lakin hər dəfə quyuda və yeraltı tikililərdə istehsalat işləri 
görülməzdən əvvəl yoxlanılmalıdır.
Qazlılığın səviyyəsi normadan yüksək olduqda və yaxud qaz sızması aşkar olunduqda, qaz 
kəmərləri dərhal bağlanılmalı, yoxlanılmalı və sızmanın ləğv edilməsi üçün lazımi tədbirlər 
görülməlidir, qaz kəmərinin xətti istiqamətində yuxarıda göstərilən məsafədə yerləşən bütün 
digər yeraltı tikililərin və binaların havasının qazlılıq səviyyəsi yoxlanılmalıdır.
Qazlılıq səviyyəsi qazanalizatorla yoxlanılmalı, baxışın nəticələri hava mühitinə nəzarət 
jurnalına qeyd edilməlidir (

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə