Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 200,55 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix18.04.2018
ölçüsü200,55 Kb.
#39448
  1   2   3   4   5   6   7


 

AZƏRBAYCAN RESPUBLİKASI  

İQTİSADİYYAT VƏ SƏNAYE NAZİRLİYİ 

 

 

 

 

Dünya Neft-qaz maşınqayırması sənayesi haqqında 



ARAYIŞ 

 

 

 

 

 

 

 

Hazırladı: 

Sənaye şöbəsinin Ağır sənaye və maşınqayırma  sektorunun 

aparıcı məsləhətçisi Əhməd Hüseynzadə 

 

 

Bakı – 2015 




MÜNDƏRİCAT 

Giriş ............................................................................................................... 3 

FƏSİL I. Dünyada neft-qaz maşınqayırması 

1.1 Regionlar üzrə neft-qaz maşınqayırması sənayesi.................................... 5 

1.2 Dünya neft-qaz maşınqayırması məhsulları bazarının xarakteristikası.. 10 

FƏSİL II. Xəzər hövzəsi və Ön Asiya ölkələrində neft-qaz maşınqayırması  

2.1 Rusiyanın neft-qaz maşınqayırması sənayesi .........................................14  

2.2 Qazaxıstanın neft-qaz maşınqayırması sənayesi .................................... 17 

FƏSİL III. Azərbaycanda neft-qaz maşınqayırması 

3.1 Azərbaycan neft-qaz maşınqayırma sənayesi ........................................ 19 



İstifadə olunmuş ədəbiyyat siyahısı........................................................... 28 

 

 






Giriş 

 

Maşınqayırma  dünya  emal  sənayesinin  aparıcı  sahələrindən  biri  olmaqla  əsası 



200  il  əvvəl  İngiltərədə  baş  verən  sənaye  inqilabından  sonra  qoyulmuşdur.  Bu  sahə 

elmi-texniki tərəqqinin inkişafını, ölkənin  müdafiə qüdrətinin səviyyəsini, habelə digər 

təsərrüfat sahələrinin inkişafını özündə əks etdirir. İnkişaf etmiş maşınqayırma sənayesi 

ölkənin  iqtisadi  və  hərbi  qüdrətini,  siyasi  müstəqilliyini  təmin  edir.  Maşınqayırma 

sənayesi  sənaye  sahələri  arasında  istehsal  olunan  məhsulun  dəyərinə  və  işçilərinin 

sayına görə birinci yeri tutur. 

Dünya  emal  sənayesinin  strukturunda  maşınqayırma  sənayesi  40%,  kimya 

sənayesi 15%, yeyinti sənayesi 14%, yüngül sənaye sahələri 9%, metallurgiya 7% paya 

malikdir.  Bu  sahələr  arasında  az-çox  dəyişiklik  olsa  da  nisbi  sabitlik  nəzərə  çarpır. 

Maşınqayırma  sənayesində  daha  dinamik  dəyişiklik  mövcuddur.  Maşınqayırma 

sənayesinin  tərkibində  elektrotexnika  və  elektron  sənayesi  daha  sürətlə  artmaqdadır. 

Ümumi  emal  sənayesi  sahəsində  bu  sahənin  xüsusi  çəkisi  10%-ə  bərabərdir.  Ümumi 

maşınqayırmada da dinamik artım xarakterikdir. Kənd təsərrüfatı maşınları, toxuculuq 

sənayesi  maşın  və  avadanlıqları  azalır,  yol-nəqliyyat  maşınları,  robotlar,  idarə 

avadanlıqlarının istehsalı artır. Həmin sahənin coğrafi strukturunda da dəyişikliklər baş 

verir. Son dövrlərdə inkişaf etmiş ölkələrlə (İEÖ) inkişaf etməkdə olan ölkələrin (İEOÖ) 

sənayedə payı ciddi dəyişikliyə uğramışdır. Cənub ölkələrində sənayenin sürətlə artması 

sənaye  sahəsində  də  onların  xüsusi  çəkisini  artırmışdır.  Belə  ki,  1950-ci  ildəki  (Çin 

istisna  olmaqla)  4%-dən  artaraq  1975-ci  ildə  11%,  1995-ci  ildə  19%-ə  çatmışdır. 

(Hazırda  Çin  də  daxil  olmaqla  bu  ölkələrin  xüsusi  çəkisi  35-40%  təşkil  edir.)  Cənub 

ölkələri  sənaye  istehsalının  quruluşuna  görə  də  Şimal  ölkələrinə  çatmaqdadır.  Həmin 

ölkələrin  əsl  gücü  dağ-mədən  sənayesinə  görə  deyil,  emal  sənayesinə  görə  müəyyən 

edilir. 1950-2000-ci illərdə Şimal ölkələrində emal sənayesi 5 dəfə artdığı halda Cənub 

ölkələrində  emal  sənayesi  16-17  dəfə  artmışdır.  1990-cı  illərdə  İEOÖ  yüngül  sənaye 

məhsulları  istehsalına  görə  İEÖ-i  ötüb  keçmiş,  hazırda  isə  ağır  sənaye  məhsulları 

istehsalına  görə  həmin  ölkələrə  yaxınlaşırlar.  Şimal  ölkələri  elmtutumlu  məhsullar 

istehsalına  görə  həddən  artıq  irəlidədirlər.  2000-ci  ilin  əvvəllərinə  cəmi  elmtutumlu 



məhsul  istehsalı  2,5  –  3  trln.  dollar  təşkil  etmişdir.  Böyük  “yeddilər”  həmin  sahənin 

80%-nə,  bütün  İEÖ  isə  90%-nə  nəzarət  edirlər.  ABŞ,  Yaponiya,  Almaniya  və  Böyük 

Britaniyada  sənayenin  tərkibində  elmtutumlu  məhsullar  20-25%,  ixracda  isə  30-35% 

təşkil  edir.  İEOÖ-də  sənaye  istehsalındakı  üstünlüklər  onların  hamısında  deyil  Çin, 

Hindistan, Braziliya, Meksika və yeni sənaye ölkələrinin hesabına əldə edilmişdir. 

Maşınqayırma  sənayesi  kompleks  kimi  bir-biri  ilə  qarşılıqlı  əlaqədə  olan 

energetika,  elektrotexnika,  radioelektronika,  cihazqayırma,  dəzgahqayırma,  nəqliyyat, 

kənd təsərrüfatı və s. maşınqayırma sahələrini özündə birləşdirir. 

Maşınqayırma  sənayesinin  əsas  tərkib  hissələrindən  biri  də  neft-qaz 

maşınqayırmasıdır. Neft-qaz maşınqayırması sənayesi ölkə iqtisadiyyatında önəmli rol 

oynayır  ki,  bu  da  öz  növbəsində  neft-mədən  avadanlıqlarının  dünya  bazarına 

çıxartmaqla ölkəyə valyuta axını təmin edir. Neft-mədən avadanlıqlarına nümunə olaraq 

mancanaq  dəzgahlarını,  dərinlik  nasoslarını,  dəyişən  cərəyanlı  elektrik  mühərriklərini, 

güc  transformatorlarını,  fontan  armaturlarını,  qazma  boruları  üçün  elevatorları, 

tullantıya qarşı avadanlıqları, yuyucu aqreqatları, quyuların tədqiqi üçün avadanlıqları, 

quyuların təmiri və mənimsənilməsi üçün aqreqatlar və qaldırıcıları, kalon başlıqları və 

s. göstərmək olar. 

Dünya  neft-qaz  maşınqayırması  sənayesinin  regionlarına  Şimali  Amerika, 

Mərkəzi və Cənubi Amerika, Avropa, Afrika, Asiya/Sakit okean və Orta Şərq daxildir. 

Xüsusilə  neft-qaz  maşınqayırması  sənayesində  fərqlənən  ölkələrə  ABŞ,  Meksika, 

Kanada, Rusiya, Çin, Hindistan, İndoneziya, Kamerun, Nigeriya, İran, Böyük Britaniya, 

Norveç, Braziliya, Argentina və Venesuelanı qeyd etmək olar. 

Dünya neft-qaz maşınqayırması sənayesində fəaliyyət göstərən əsas şirkətlərə isə 

“Schlumberger”, 

“Halliburton”, 

“Saipem”, 

“Transocean”, 

“Baker 

Huges”, 


Weatherford”,  “China  Oilfield  Services  Ltd”,  “Cameron  International”  və  s.  şirkətlər 

daxildir. 

 

 

 



 


Yüklə 200,55 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə