Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 218,37 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix14.05.2018
ölçüsü218,37 Kb.
#44034
  1   2   3   4   5   6   7   8


 

AZƏRBAYCAN RESPUBLİKASI  

İQTİSADİYYAT VƏ SƏNAYE NAZİRLİYİ 

 

 

 

 

Dünya Kompyuter və elektronika sənayesi haqqında 



ARAYIŞ 

 

 

 

Hazırladı: 

Sənaye şöbəsinin Sənaye siyasəti sektorunun 

böyük məsləhətçisi Ceyhun Həsənov  

 

 

Bakı – 2015 

 

 

 


1

 

 



Mündəricat 

 

1. Əsas göstəricilər  .......................................................................................... 2 

2. Kompyuter və elektronika sənayesi haqqında ümumi anlayış  .............. 3 

3. Kompyuterlərin yaranma və inkişaf tarixi  .............................................. 5 

4. Dünyada kompyuter və elektronika sənayesində baş verən  

    tendensiya ................................................................................................... 12 

5. Elektron avadanlıqların mənfi cəhətləri  ................................................. 18 

6. Elektronika sənayesi sahəsində dünyanın aparıcı ölkələri  ................... 19 

7. Region ölkələrində elektronika sənayesinin inkişafı  ............................. 25 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


2

 

 



1.Əsas göstəricilər 

 

Ümumi  istehsal:  2013-cü  ildə  dünya  kompyuter  və  elektron  avadanlıq  sənayesi 

bazarının həcmi 587 milyard ABŞ dolları təşkil etmişdir. 



Əsas  istehsalçılar:  Dünyanın  ən  iri  kompyuter  və  elektron  avadanlıqları  istehsal  edən 

ölkələr – Çin, ABŞ, Cənubi Koreya, Yaponiya, Almaniya, Finlandiya və Sinqapur. 



Əsas  istehsalçı  şirkətlər:  Acer,  Asus,  Apple,  HTC,  Lenovo,  Motorola,  Dell,  HP,  LG, 

Amazon, Samsung, Sony, Sharp və Toshiba kimi şirkətləri göstərmək olar. 



Komputer  istehsalı:  2014-cü  ildə  dünya  üzrə  fərdi  kompyuterlərin  istehsalı  308,3 

milyon ədəd olmuşdur. 2013-cu illə müqayisədə 2,1 faiz azalıb. 



Komputer satışı: 2014-cü ildə 

dünya miqyasında kompyuter və noutbuk satışı

  0,8  faiz 

azalaraq 201 mlrd ABŞ Dolları həcmində olmuşdur. 



Mobil telefonların ümumi satışı:  2013-cü illə müqayisədə 3,9 faiz artaraq 1,88 milyard 

ədəd olmuşdur. 



Smartfonların satışı: 2014-də dünyada 1283,5 milyon smartfon satılıb. Bu 2013-cü ilə 

nisbətən 29,6% çoxdur. 2014-cü ildə “Samsung” 317,2 milyon telefon satışı ilə 1-ci yeri, 

Apple 192,7 milyon ədəd «iPhone» satışı ilə 2-ci yeri, "Microsoft/Nokia” korporasiyası 

isə 185,7 milyon satılmış qurğu ilə üçüncü yeri tutub. 



Elektron və elektron avadanlıqların tullantıları: Ötən il dünyada elektron və elektron 

avadanlığı tullantısı 42,0 mln ton olub. 



İlk  kompyuterin  yaranma  tarixi:  1946-cı  ildə  ABŞ-ın  Pensilvaniya  ştatında  ENIAC 

adlı universal kompyuter Con Mokli və Presper Ekkertin rəhbərliyi altında yaradılmışdır. 

Məhz həmin tarix kompyuterlərin yaranma tarixi hesab olunur. 

 

 



3

 

 



2. Kompyuter və elektronika sənayesi haqqında ümumi anlayış 

 

Elektronika – elektron və ya başqa yüklü zərrəciklərlə işləyən elektrik qurğularının 

tətbiqini öyrədən elmdir. Elektronikada sistemlər iki hissəyə bölünür: analoq və rəqəmli 

sistemlər. 

Elektronikanın  bazasında  düzəldilmiş  texnikaya  da  elektronika  deyilir.  Burada 

elektronik  hissələrin  yaradılması,  modelləşdirilməsi  və  tətbiqi  araşdırılır.  Elektron 

element  kimi  təkcə  televiziya  borusu  yox,  həm  də  müxtəlif  yarımötürücülərdən  və 

metallardan hazırlanmış tranzistorlar da tətbiq olunurlar. 

Elektronikanın əsas sahələrindən biri sabit siqnal axını və onların emalı ilə məşğul 

olan  analoq  texnikasıdır.  Bundan  əlavə  diskret  halları  emal  edən  rəqəmli  texnika,  ayrı-

ayrı elektronik elementlərin bir inteqrasiya olunmuş idarə dövriyyələrində tətbiqi, enerji 

çevriciləri, simsiz yüksək tezlikli ötürmələr də elektronikanın tərkib hissələridir. 

Elektronika bu gün yarımötürücülərdən başlayaraq kvant elektronikasından tutmuş 

nano  elektronikaya  qədər  böyük  bir  sahəni  əhatə  edir.  Kompyuterin  qəlibindən  sonra, 

informasiya  texnologiyalarının  daimi  inkişafı  və  getdikcə  genişlənməkdə  olan 

avtomatlaşdırma elektronikanın əhəmiyyətini daha da artırmışdır. 

 

 

 



Müasir  dövrdə  elektron  avadanlıqlar  insan  həyatının  ən  mühüm  hissələrindən 

birinə  çevrilmişdir.  Hansı  fəaliyyət  növünün  olmasından  asılı  olmayaraq,  biz  gündəlik 




4

 

 



məişətimizdə  bəzi  növ  elektron  avadanlıqlardan  istifadə  etmək  məcburiyyətindəyik. 

Texnoloji  irəliləyişlər  müntəzəm  əsaslarla  yaradılmış  olan  yeni  texnologiyalar  və 

elektron məhsullara gətirib çıxartdı. 

Kompyuter  və  elektron  avadanlıqlar  sənayesi  tərəfindən  kompyuterlər, 

kompyuterə  aid  hissələr,  kommunikasiya  avadanlıqları,  ev  elektronika  avadanlıqları, 

eləcə də kommersiya və hərbi məqsədlərlə istifadə olunan ləvazimatlar istehsal edilir.  

Bu sənaye sahəsi aşağıdakı sənaye qruplarına bölünür: 

1. Kompyuterin və periferiya qurğularının istehsalı; 

2. Kommunikasiya avadanlıqlarının istehsalı; 

3. Audio və video ləvazimatlarının istehsalı; 

4. Yarımkeçirici və digər elektron tərkib hissələrinin istehsalı; 

5. Naviqasiya, ölçü, elektrotibbi, yoxlama alətlərinin istehsalı; 

6. Maqnetik və optik media istehsalı və təkrar istehsalı.  

 

Kompyuterlərin yaranmasından yetmiş ildən artıq vaxt keçməsinə baxmayaraq, bu 



müddət ərzində onlar çox böyük sürətlə inkişaf etmişdir. Bu inkişaf yolu kompyuterlərin 

istehsalında,  həcmində  və  funksionallığında  özünü  açıq  şəkildə  büruzə  verir. 

Kompyuterlər,  yalnız  hesablama  əməliyyatı  aparmağa  qadir  olan,  istehsalı  və  istismarı 

böyük  xərc  tələb  edən  böyük  həcmli  cihazlardan,  kütləvi  istehsal  edilən,  çox  funksiyalı 

və maya dəyəri az olan, kiçik ölçülü cihazlara çevrilmişdir. Kompyuterlərin sürəti, böyük 

həcmli informasiyaları qəbul etmək, saxlamaq və emal etmək qabiliyyəti kəskin sürətdə 

yüksəlmişdir. 

İstifadəçi kompyuterlərdə tələb olunan məsələləri həll etmək üçün dəqiq başlanğıc, 

informasiyalar,  səhvsiz  alqoritm  və  səmərəli  proqram  təminatına  malik  olmalıdır.  Belə 

proqramların  yaradılması  isə  kompyuter  texnikasının  arxitekturasını  və  funksional 

imkanlarını, alqoritmik dilləri bilməyi və proqramlaşdırma vərdişinə malik olmağı tələb 

edir. 


Kompyuter nədir: 

 

Kompyuter,  istifadəçidən  aldığı  məlumatlarla  məntiqi  hesablamalar  aparan, 



hesablamaların  nəticəsini  saxlaya  bilən,  saxladığı  məlumatlarla  istənilən  vaxt  yenidən 

işlənə bilinən bir elektron maşındır. 




Yüklə 218,37 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə