Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 218,37 Kb.

səhifə4/8
tarix14.05.2018
ölçüsü218,37 Kb.
1   2   3   4   5   6   7   8

11

 

 



Üçüncü nəsil kompyuterlərdə ilk dəfə olaraq multiproqram rejimi tətbiq olundu. Bu rejim 

paralel olaraq bir neçə istifadəçinin proqramının yerinə yetirilməsini təmin etdi. 

 

IV nəsil kompyuterlər 

Bu  mərhələ  böyük  inteqral  sxemlərin  kompyuter  istehsalında  tətbiqi  ilə  1974-

1976–cı ildən başlamışdır. Böyük inteqral sxemlər bir kristal üzərində minlərlə tranzistor 

və  digər  elektron  komponentləri  birləşdirməyi  təmin  etdi.  Bunun  nəticəsində  əvvəllər 

ayrı-ayrı  elementlərdən  ibarət  olan  kompyuterin  funksional  qurğularını  böyük  inteqral 

sxemlər  əvəz  etdi.  Məsələn,  böyük  inteqral  sxemlərdən  ibarət  olan  mikroprosessorlar, 

xarici  qurğular  kontrollerləri,  operativ  yaddaş  və  digər  qurğular  yaradıldı.  Bunun 

nəticəsində  kompyuterlərin  məhsuldarlığı  və  etibarlığı  on  dəfələrlə  yüksəldi.  Böyük 

inteqral  sxemlərə  keçid  kompyuterin  qurğularını  kiçik  ölçülü  bir  lövhə-“ana  lövhə” 

üzərində  asanlıqla  yerləşdirməyi  mümkün  etməklə  birlövhəli  kompyuterlərin  istehsalını 

təmin etdi. Altair adlı ilk mikro kompyuter 1974-1975-ci ildə Intel 8080 mikroprosessoru 

əsasında istehsal olundu və bununla da insanlar ucuz, az enerji sərf edən, istifadə üçün 

həddən artıq rahat və əlavə işçi heyəti tələb etməyən, şəxsi istifadə üçün nəzərdə tutulmuş 

və bu səbəbdən fərdi kompyuterlər adlanan kompyuterlər əldə etdilər. 1981-ci ildə İBM 

firması  fərdi  kompyuterlərin  kütləvi  istehsalına  başladı  və  mikroprosessorlar  istehsal 

edən İntel firması ilə əməkdaşlıq edərək fərdi kompyuterlərin əsas istehsalçısına çevrildi. 

Mikroelektronikada əldə edilən uğurlar və müasir proqram təminatının yaradılması 

sayəsində  fərdi  kompyuterlərin  sürətli  təkamülü  təmin  olunmaqdadır.  Bu  gün  çoxsaylı 

firmalar müxtəlif konfiqurasiyalı və təyinatlı fərdi kompyuterlər istehsal edirlər və insan 

fəaliyyətinin bütün sahələrində tətbiq olunurlar. 

 

V nəsil kompyuterlər 

Bu  mərhələ  müasir  dövrü  əhatə  edir  və  məqsəd  yeni  və  ən  yeni  elektron 

texnologiyalara  əsaslanan  müasir  və  gələcəyin  kompyuterlərinin  istehsalını  təşkil 

etməkdir. V nəsil kompyuterlər çox yüksək məhsuldarlığa və etibarlılığa malik olmaqla, 

keyfiyyətcə  yeni  funksional  tələblərə,  o  cümlədən  sözlə,  biliklər  bazaları  ilə  işləməyə, 

süni  intellekt  sistemlərinin  təşkilinə,  istifadəçi  ilə  nitq  və  görmə  vasitəsi  ilə  ünsiyyəti 




12

 

 



təmin  etməyə,  ən  yeni  proqram  vasitələrinin  yaradılması  prosesini  sadələşdirməyə  və  s. 

imkan verməlidirlər. Yeni arxetikturaya və texnologiyaya  malik neyrokompyuterlər real 

neyronların əsas xassələrini modelləşdirən neyron şəbəkələrinə əsaslanırlar. 

 

4. Dünyada kompyuter və elektronika sənayesində baş verən 



tendensiyalar 

 

Dünyada  elektronika  sektoru,  sürətlə  böyüyən  və  inkişaf  edən  bir  quruluşa 

malikdir.  Elektronika  sənayesinin  inkişafına  üstünlük  verən  ölkələrin  iqtisadiyyatında 

qısa  müddət  ərzində  əhəmiyyətli  dəyişikliklərin  olduğunu  görmək  mümkündür. 

Malaziya,  Sinqapur,  Cənubi  Koreya,  Tailand  kimi  ölkələr  inkişaflarını  elektronika 

sənayesinə  etdikləri  və  edəcəkləri  investisiyalara  bağlamışlar.  Qərbi  Avropa  ölkələri, 

Uzaq Şərq və Şimalı Amerika ilə girdikləri yarışda, bu sahəyə üstünlük verən ölkələr ön 

plana  bu  sektoru  çəkiblər.  Xususi  ilə  Fillandiya  və  İsveç  kimi  ölkələr,  bu  sahədə  çox 

uğurlu nümunələr nümayiş etdiriblər.  

Kompyuter və elektron avadanlıqlar sənayesi dünya istehsal həcmində işlətdiyi işçi 

sayına  görə  və  sənayenin  bütün  sahələrinə  təsir  göstərmək  baxımından  dünyanın  lider 

sənaye sahəsindən biridir. Elektron avadanlıqların ixracatında ölkələr arasında Çin, ABŞ, 



Cənubi Koreya, Yaponiya, Almaniya və Sinqapur aparıcı yerləri tutur. 

Dünyada  elektrik  və  elektronika  ixracının  2023-cü  ildə  2,5  dəfə  artaraq  7  trilyon 

dollar həcmində bir ölçüyə çatacağı proqnozlaşdırılır. 

Son  əsrdə  dünyada,  mühüm  kəşflər  edilmiş,  yeni  texnologiyalar  inkişaf 

etdirilmişdir.  Son  25  ildə  isə  elektronika  texnologiyasında  əhəmiyyətli  ixtiralar 

edilmişdir. Elektronika sənayesində yeni ixtiraların bir  çoxu heç vaxt itirmədən iqtisadi 

həyata  keçirilmişdir.  Yeni  elektron  vasitələr  istehsal  edilərək,  başda  insanlar  olmaqla 

müəssisələrə və bütün istifadəçilərə təqdim olunmuşdur. Ancaq istehsal olunan hər yeni 

texnoloji məhsulun iqtisadi həyata tətbiq edildiyini demək olmaz. Bəziləri də sektordakı 

rəqabət vəziyyətinə görə gələcəkdə genişlənmək üzrə gözləyir. 

“IBISWorld”  tədqiqat  şirkətinin  hesabatına  uyğun  olaraq,  2013-cü  ildə  dünya 

kompyuter  və  elektron  avadanlıq  sənayesi  bazarının  həcmi  587  milyard  ABŞ  dolları 




13

 

 



təşkil  etmişdir.  Bu  sahədə  28  minə  yaxın  şirkət  fəaliyyət  göstərir  və  3  milyona  yaxın 

mütəxəssis çalışır. Sənayenin 2009-2014-cü illərdə illik artım tempi 0,6 % olmuşdur.  

Qlobal  kompyuter  və  periferiya  qurğularının  istehsalı  bazarının  əsas  iştirakçıları 

arasında  Acer,  Asus,  Apple,  HTC,  Lenovo,  Motorola,  Dell,  HP,  LG,  Amazon, 



Samsung,  Sony,  Sharp  və  Toshiba  kimi  şirkətləri  göstərmək  olar.  Qlobal  stolüstü 

kompyuter  istehsalı  bazarında  Asiya-Sakit  okean  regionunun  payı  34,2%  təşkil  edir. 

Tədqiqatlar  göstərir  ki,  stolüstü  kompyuter  sənayesində  2006-2011-ci  illərdə  noutbuk 

kompyuterlərinin  istehsalında  artım  müşahidə  olunmuşdur.  İnternetdən  istifadənin 

genişlənməsi,  gəlirlərin  artması,  kompyuter  təhsilinin  inkişafı,  urbanizasiya 

səviyyəsindəki artım bu sənaye sahəsinə təsir göstərən əsas faktorlardır. Bununla yanaşı, 

son dövrlərdə e-mail, sosial şəbəkələr və internetə giriş daha çox planşetlər və smartfon 

tipli  kompyuterlər  vasitəsilə  həyata  keçirilir  və  2009-cu  ildə  bunların  istehsalı  kəskin 

şəkildə artmışdır. Belə ki, əgər 2009-cu ildə dünya üzrə 1,4 milyon ədəd planşet istehsal 

olunmuşdursa,  2015-ci  ildə  bu  göstəricinin  150  milyona  çatması  gözlənilir  ki,  bu  da 

stolüstü kompyuter istehsalına (160 milyon ədəd) yaxın bir göstəricidir. 

Qrafik 1. 

 

 



 

Beynəlxalq  İnformasiya  Korparasiyasının  (International  Data  Corporation

apardığı  son  araşdırmalara   görə,  2014-cü  ildə  dünya  üzrə  fərdi  kompyuterlərin 

istehsalı 308,3 milyon ədəd olmuşdur. 2013-cü il ilə müqayisədə 2,1 faiz azalıb. 2014-

cü ildə 


dünya  miqyasında kompyuter və noutbuk satışı

 0,8  faiz  azalaraq 201  mlrd ABŞ 

0%

20%


40%

60%


80%

100%


2007

2008


2009

2010


2015

7.5 


7.6 


10 

14 


145 

145 


126 

145 


160 

108 


140 

169 


205 

350 


1.4 

18 


150 

Kompyuterlərin satış bazarı, milyon ədəd 

Tablet


Notbuk

Destop


Server




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə