Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 218,37 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix14.05.2018
ölçüsü218,37 Kb.
#44034
1   2   3   4   5   6   7   8

14

 

 



Dolları  həcmində  olmuşdur.  2015-ci  ildə  də  satılacaq  kompyuterlərin sayının  293 

milyona düşəcəyi proqnozlaşdırılır. 

 

İnkişaf etmiş iqtisadiyyatlarda satışların artacağını bildirən şirkət inkişaf etməkdə 



olan ölkələrdə eniş gözləndiyini açıqlayıb. Vəziyyətə səbəb kimi isə sərmayə və istehlaka 

əlverişli olmayan pis iqtisadi gedişatı göstərib. 

 

Hazırda  ABŞ-ın  “HP”  şirkəti  xokkey  şaybası  ölçüsündə  miniatür  kompyuter 



istehsal  edib.  Hündürlüyü  5,2  sm  olan  “HP  Pavilion  Mini  Desktop”  və  “Stream  Mini 

Desktop” modellərinin çəkisi 600 qram təşkil edir. Əlin içinə asanlıqla yerləşən qurğular 

“Windows  8.1”  əməliyyat  sisteminin  idarəetməsi  ilə  işləyir  və  “Intel  Core  i3” 

prosessorlarını dəstəkləyir. Onlara “DisplayPort” və “HDMI” portları vasitəsilə ikiyədək 

monitor  qoşmaq  mümkündür.  Modellərdə  həmçinin  “Wi-Fi”,  “Bluetooth”  və  dörd 

“USB” çıxışı yer alıb. Qiyməti 320 dollar olan “HP Pavilion Mini Desktop” modeli 45 

Vatt enerji sərf edir. 

 

Dünyanın aparıcı  Noutbuk markaları 



 

1)  APPLE  -  Ağıllı  telefonlarda,  musiqi  çalarlarda  və  həblərdə  olduğu  kimi, 

notebooklarda  da  bir  nömrə  olan  Apple  bu  xüsusiyyətini  OS  əməliyyat  sisteminə 

borcludur.  Hal-hazırda  demək  olar  ki,  yalnız  7-8  laptop  növünün  olmasına  baxmayaraq 

Apple hələdə professionalların birinci seçimidir. Əməliyyat sisteminin bu ana qədər heç 

bir  şəkildə  problem  çıxartmaması,  ekran  çözünürlüğündeki  qüsursuzluq,  klaviatura 

asanlığı, Touchpad, uzun batareya ömürü və təbii ki 80-ci illərdən bəri davam edən fərqli 

dizaynıyla bütün dünyada bir nömrədir. 

2)  LENOVO  -  Kompyuter  deyiləndə  ağla  gələn  ilk  markalardan  biri  olan 

Lenovodır. Hazırda Windows əməliyyat sisteminə sahib ən yaxşı kompyuter markasıdır. 

Qiyməti digər markalardan bir az daha çox olsa belə bunu sonuna qədər haqq edir. Çünki 

həm dizaynı, həm də avadanlığı istifadəçilərə ən yaxşı variantları təqdim edir. Lenovo, 

səs, qrafik, klaviatura, touchpad, ekran xüsusiyyətləri və texniki xidmətindəki həssaslıqla 

digər markaların qabaqlayır. 




15

 

 



3) ASUS - 20,000 dən çox çalışana sahib və mərkəzi Çin olan Asus, xüsusilə mini 

laptoplar mövzusunda olduqca yaxşıdır. Multimedia sevərlər üçün xüsusi olaraq çıxarılan 

4  dinamikli  N  seriyası,  incə  və  yüngül  laptopları  sevənlər  üçün  çıxarılan  ZENBOOK 

ardıcıllığı, bu anda öndə gedən serialar arasındadır. 

4)  ALIENWARE -  Yüksək  performanslı  kompyuterlərdən  söhbət  getmişkən 

Alienware  -  dan  danışmamaq  olmaz.  Yüksək  performanslı  kompyuterlər  içərisində  bir 

nömrə olan Alienware, Dell-in xüsusi olaraq istehsal edilmiş bir yan məhsul markasıdır. 

Noutbuklarında istifadə etdiyi xüsusi komponentlər, qrafik kartı, ekran, qulaqcıq və siçan 

sayəsində multimedia və oyun sevərlər üçün ideal bir kompyuterdi. 

5)  SONY  -  Samsung  kimi  Sonidə  televiziya,  səs  sistemləri,  telefon  kimi  bir  çox 

elektron  alət  mövzusunda  dünyanın  ən  əhəmiyyətli  markalarından  biridir. 

Noutbuklarından  bazara  təqdim  etdiyi  Soni  Vaio  seriyası  dünyada  söz  etməyə  nail 

olmuşdur.  Batareya  müddəti,  klaviatura  erqonomikası  və  çıxışına  görə  məhsul  qiyməti 

digər brendlərə nisbətən daha uyğundur. Son dövrlərdə istehsal etdiyi yeni nəsil Vaio Fit 

multi-flip  seriyası  çevrilən  kompyuter  adlanır.  Belə  ki,  ekranı  tək  bir  hərəkətlə 

döndərərək həb rejiminə gətirə və praktiklər arasında rahatlıqla görünə bilərsiniz. 

6)  HP  -  1939-ci  ildə  ABŞ-da  qurulan  və  Dünyadakı  ən  köhnə  kompyuter 

istehsalçılarından biri olan HP, köhnə zamanlardakı taxtından enmiş vəziyyətdə. Bunun 

səbəbi  isə  bu  günlərdə  istifadəçilərin  laptoplarında  modelləşdirmə,  oyun  oynama  kimi 

daha  mürəkkəb  əməliyyatlar  etməsidir.  Ancaq  HP  dünya  səviyyəsində  çox  böyük  və 

köhnə marka olduğu üçün müştəri və ehtiyat hissələri xidməti olduqca inkişaf etmiş bir 

şəkildə dünyanın dörd bir yanına çox yaxşı xidmət verir. 

7)  SAMSUNG  -  Televizor,  soyuducu,  kondisioner  kimi  bir  çox  ev  avadanlığı 

istehsalçısı olan Samsung, son illərdə istehsal etdiyi ağıllı telefonlarda Galaxy S seriyası 

da adından söz etdirməyi bacarır.  İstehsal etdiyi bu elektronların yanında noutbuklarla da 

uğur təmin etməyə çalışan Samsung, rəqiblərinin bir az da arxasında qalır. Bunun səbəbi 

də  istehsal  etdiyi  noutbukların  işletimcilerinin  çox  güclü  olmaması  və  səs  çıxışındakı 

çatışmamazlıqdir.  

 

 

 




16

 

 



2014 -cü ildə dünya mobil telefonlar bazarının həcmi 4 faiz artıb 

 

“Gartner”  analitik  şirkəti  dünyada  satılan  mobil  telefonların  sayını 



açıqlayıb.“Apple”  şirkəti  "iPhone  6”  və  “iPhone  6  Plus”  modelləri  sayəsində  dünyada 

ikinci telefon istehsalçısı olub. 

 

Ekspertlərin  2014-cü  il  üçün  məlumatına  görə,  adi  mobil  telefonların  və 



smartfonların dünya səviyyəsində ümumi satış həcmi 1,88 milyard ədəd təşkil edib ki, bu 

da bir il əvvəldən 3,9 faiz çoxdur. Müsbət dinamika mobil telefonlara tələbatın müvafiq 

olaraq  2,8  və  9,1  faiz  azaldığı  Yaponiya  və  Qərbi  Avropadan  başqa  bütün  regionlarda 

müşahidə olunub. 

Dünyanın  əsas  smartfon  istehsalçıları  2014-cü  ilin  nəticələrini  açıqlayıblar. 

Gözlənildiyi kimi, ən parlaq hesabatla “Apple” şirkəti çıxış edib. 

 

 

"Samsung  Electronics”  şirkəti  nəhəng  mobil  telefon  istehsalçısı  olaraq  qalsa  da, 



rəqiblərin  təzyiqi  fonunda  Cənubi  Koreya  istehsalçısının  qurğularının  satışı  azalmağa 

doğru  gedir.  2014-cü  ildə  dünya  istehlakçıları  317,2  milyon  “Samsung”  telefonu  alıb, 

halbuki  2013-cü  ildə  bu  göstərici  319,8  milyon  təşkil  edib.  Nəticədə  hesabat  dövründə 

istehsalçının bazar payı 32,3 faizdən 24,7 faizədək azalıb. Lakin bu hələ də onun yaxın 

izləyicilərindən xeyli çoxdur.  

Bu  dəfə  “Apple”  yeni  uğurla  yadda  qalıb.  Şirkət  “iPhone”-ların  rekord  rüblük 

satışları  ilə  yanaşı,  ümumiyətlə,  satışın  həcminə  görə,  bazarın  lideri  olan  “Samsung”a 

çatıb. Belə ki, hər iki şirkət 2014-cü ilin 4-cü rübündə eyni sayda – 74,5 milyon smartfon 

satıblar. Nəticədə 2014-cü ilin son rübündə hər iki istehsalçının smartfon bazarında payı 

ayrılıqda 19,6% təşkil edib. 




Yüklə 218,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə