Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 218,37 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix14.05.2018
ölçüsü218,37 Kb.
#44034
1   2   3   4   5   6   7   8

17

 

 



 

Bundan əlavə, “Apple” tarixində ilk dəfə satışlara görə, “Nokia” şirkətinin bütün 

modellərini üstələyib. Əslində, fin istehsalçısının vəziyyətini nəzərə alsaq, bu, əvvəl-axır 

olmalıydı. “Apple” həmçinin “Mac” kompyuterlərinin satışına görə də rekorda imza atıb 

və  ötən  il  ərzində  ümumilikddə  5,5  milyon  kompyuter  satıb.  Lakin  şirkətin  digər 

qadcetləri  satışlara  görə  bir  o  qədər  fərqlənməyib.  “iPod”ların  adı  son  hesabatda 

ümumiyyətlə  hallanmayıb  ki,  bu,  sözügedən  cihazın  yaxın  zamanda  mağazalardan 

itəcəyindən  xəbər  verir.  “iPad”-lər  21,4  milyon  ədəd  satılmasına  baxmayaraq,  ötən  ilin 

eyni dövrü ilə müqayisədə 18%-lik eniş nümayiş etdirib. Bu göstərici, hətta 2013-cü ilin I 

rübü ilə müqayisədə də geri qalır (22,9 milyon). Qeyd edək ki, mütəxəssislər gələcəkdə 

bahalı  planşetlərin  bazar  payının  azalacağını  və  onları  daha  ucuz  cihazların 

əvəzləyəcəyini proqnoz edirlər. 

 

Hərçənd  ümumilikdə  2014-cü  ildə  satışın  həcminə  görə,  “Samsung”  hələ  də 



“Apple”ni üstələyir.  2014-cü ildə 192,7 milyon ədəd «iPhone»  satılıb ki, bu da ümumi 

həcmdə bazarın 15,0 faizi deməkdir. ABŞ şirkəti "Microsoft/Nokia” korporasiyası 185,7 

milyon satılmış qurğu ilə üçüncü yeri tutub.  Nəhəng mobil telefon şirkətləri reytinqində 

dördüncü yerə “Motorola” şirkətini satın alan Çinin "Lenovo” istehsalçısı yüksəlib. 2014-

cü il ərzində “Lenovo” və “Motorola” markalı satılan telefonların sayı 92,7 milyon ədədə 

(ümumdünya göstəricisinin 7,2 faizi) çatıb, halbuki ötən il satış həcmi 62,1 milyon ədəd 

(6,3 faiz) olub. Ümumilikdə, 2014-də dünyada 1283,5 milyon smartfon satılıb. Bu 2013-

cü ilə nisbətən 29,6% artıqdır. 

 

 

 



2019-cu ilədək dünyada mobil rabitənin nüfuzetmə səviyyəsi 125 faizə çatacaq 

 

Bu  barədə  "iGR”  tədqiqat  şirkətinin  mobil  rabitə  sahəsi  üzrə  proqnozuna  əsasən 



smartfon  və  planşetlərə  artan  tələbat  mobil  rabitə  bazarının  həcminin  artmasına  səbəb 

olur. 


Qiymətləndirmlərə  görə, 2019-cu ildə dünya üzrə  mobil qoşulmaların sayı 2014-

cü  ilə  nisbətən  (6,9  milyard)  daha  da  artım  nümayiş  etdirərək  9,5  milyarda  çatacaq. 

Bununla  yanaşı,  mobil  rabitənin  ümumi  nüfuzetmə  səviyyəsinin  96,4  faizdən  125 

faizədək artacağı proqnozlaşdırılır. 




18

 

 



Mobil şəbəkələrə qoşulmaların sayının dünya əhalisinin sayını ötməsi faktı onunla 

izah  edilir  ki, bəzən  abunəçi  internetə  çıxışı  olan  bir  neçə  qurğuya  malik  olur.Xüsusilə, 

mobil rabitə abunəçisi smartfon, planşet, mobil çıxış nöqtəsi və avtomobilə quraşdırmaq 

üçün bir neçə SİM kart əldə edir. 

 

 

 



5. Elektron avadanlıqların mənfi cəhətləri 

 

 



Elektron  avadanlıqların  müsbət  cəhəti  olduğu  kimi  mənfi  cəhətləri  də  az  deyil. 

Ötən il dünyada 41,8 milyon ton elektron və elektron avadanlığı tulantıya atılıb. 

 

Mütəxəssislərin hesablamasına görə, bu qədər tullantı ilə 23 kilometrədək uzanan 



1,15 milyon yük maşınını doldurmaq olardı. Yenidən istifadə məqsədilə təkrar emal üçün 

yarıyan zibillərin, eləcə də tullantılardan hasil edilən materialların dəyəri 52 milyard ABŞ 

dolları  təşkil  edir.  Bu  emal  prosesi  “elektron  tullantının”  (e-waste)  ümumi  həcminin 

yalnız altıda bir hissəsi üzərində aparılıb. Məsələn, bütün tullanan zibilərdə 300 ton qızıl 

olub  ki,  bu  da  2013-cü  ildə  dünyada  bu  qiymətli  metalın  istehsalının  11  faizinə 

bərabərdir.  Bundan  başqa,  tullantılarda  qurğuşun,  eləcə  də  civə,  kadmium  və  xromun 

olduğu 2,2 milyon ton material tapılıb. 

 

Ümumi  “e-waste”in  təxminən  60  faizini  soyuducu,  paltaryuyan  maşın  və  digər 



məişət  texnikası  təşkil  edir.  Mobil  telefon,  kalkulyator,  kompyuter  və  printerlərin  bu 

zibildə ümumi payı 7 faizdir. 

 

Adambaşına  düşən  “elektron  tullantı”nın   istehsalında  “qabaqcıl”  ölkələr  ekoloji 



səviyyəsi  yüksək  olan  ölkələrdir.  Məsələn,  Norveçdə  2014-cü  ildə  adambaşına  28,4, 

İsveçrədə  26,3,  İslandiyada  26,1,  Danimarka  24,  Böyük  Britaniyada  23,5  kiloqram  “e-

waste”  düşüb.  Ən  aşağı  göstərici  Afrikada  qeydə  alınıb.  Burada  adambaşına  1,7  kq 

“elektron tullantı”  düşür. Qitədə ümumilikdə 1,9 milyon ton tullantı yaranıb. 

 

Bu göstərici üzrə “liderlər” sırasına ABŞ və Çin (bütün zibilin 32 faizi) daxildir. 



Onlardan  sonrakı  yerlərdə  Yaponiya,  Almaniya  və  Hindistan  qərarlaşıb.  2013-cü  ildə 

dünyada 39,8 milyon ton “elektron tullantı” istehsal olunub. 2018-ci ildə bu göstəricinin 

50 milyon ton olacağı proqnozlaşdırılır. 



19

 

 



Qızıl, məsələn, kompyuter mikrosxemlərindən hasil olunur. Qızıl və digər qiymətli 

və  ya  nadir  metalların  kompyuter  və  başqa  elektron  texnikadan  hasil  edilməsi  kifayət 

qədər baha başa gəlir ki, bu da onların qlobal miqyasda tətbiqinə mane olur. 

 

 



6. Elektronika sənayesi sahəsində dünyanın aparıcı ölkələri 

 

Texnoloji  məhsullar  dünyada  böyük  bir  sürətlə  yayılır  və  daim  daha  yeni 

texnologiyalar  istehsal  edilir.  İstər  Şərqi  Asiya  Ölkələri,  istər  ABŞ,  İsrail  kimi  Qərb 

ölkələri  elektron  məsələsində  çox  inkişaf  etmişlər.  Hər  birinin  elm-texnologiya  və 

elektron sektorun təşviqləri sektorun inkişafında mühüm rollar oynamışdır. 

  

Dünyanın elektronika sənayesi ən çox inkişaf etmiş ölkələri 



ABŞ 

İlk  satışa  çıxarıla  bilən  çiplər  1964-cü  il  tarixində  ABŞ  Prezidenti  Con  Kennedi 

Zamanında  istifadə  edilməyə  başlanmışdır.  Bu  çiplər  ilk  kosmos  işlərində  də  istifadə 

olunmuşdur.  Həmçinin  zaman  keçdikcə  texnologiya  inkişaf  etdikcə  təbii  olaraq 

qiymətlərdə də düşməyə başlamışdır. Məsələn, 1964-cü ildə 64 elementi əhatə edən bir 

çip 32 dollar idisə, 1971-ci ildə  minlərlə elementi saxlayan bir çip 1 dollara satılmağa 

başlanmışdır.

 

1980-ci illərin ortalarında dünya üzrə 150-200 firma var idi. 1985-ci ildə ən böyük 



10 firmanın 60% ABŞ-a aid idi. Sənayedə çox sayda firma olmasına baxmayaraq yalnız 

beş dənəsi topdan çip satışını həyata keçirirdi. Bu firmalar; Texas Instruments, Motorola, 

Intel,  National  Semiconductor  və  Advenced  Micro  Device  idi.  Bunların  1986-ci  ildə 

satışları ABŞ satışlarının 40%-na çatmışdır. 

ABŞ  elektronika  sektorunda  əmək  xərclərini  minimuma  endirmək  üçün  1980-ci 

illərdə ortaq bir strategiya yürüdərək elektron investisiyalarını xarici ölkələrə, ya da bir 

növ sərbəst sahə olan maquladoralara (əkiz zavod) investisiyalar yatırmağa başlamışdır. 

Məsələn:  Commonwealt  Karaip  adalarından  Barbados,  Sankt-Lucıa,  Sankt-Kids  kimi 

yerlərdə  ABŞ  mənşəli  investisiyalar  artmışdır.  Buralarda  emal  adətən  kit  sisteminə 



Yüklə 218,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə