Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 207,94 Kb.
Pdf görüntüsü
tarix18.05.2018
ölçüsü207,94 Kb.
#44705


 

AZƏRBAYCAN RESPUBLİKASI  

İQTİSADİYYAT VƏ SƏNAYE NAZİRLİYİ 

 

 

Dünyada polietilen və polipropilen istehsalı haqqında 

ARAYIŞ 

 

 

Hazırladı: 

Sənaye şöbəsinin Emal sənayesi sektorunun 

aparıcı məsləhətçisi Vasif Bayraməliyev  

 

 

BAKI – 2015 


 

 



 

Mündəricat 

Plastik sənayesi  ___________________________________________________ 3 

Polietilen haqqında ________________________________________________ 3 

Polietilenin yaranma tarixi  ___________________________________________________________ 5 

Polietilenin sinifləndirilməsi və fiziki xüsusiyyətləri _______________________________________ 5 

Polipropilen haqqında ______________________________________________ 7 

Polipropilen haqqında ümumi anlayış ___________________________________________________ 7 

Polipropilenin yaranma tarixi  _________________________________________________________ 8 

Polimerlər bazarı __________________________________________________ 9 

Dünya polietilen bazarı ____________________________________________ 12 

Xətti bağlı aşağı sıxlıqlı polietilen (LLDPE) _____________________________________________ 15 

Aşağı sıxlıqlı polietilen (LDPE) ______________________________________________________ 17 

Türkiyə polietilen sənayesi __________________________________________________________ 17 

MDB ölkələri _____________________________________________________________________ 19 

Dünya polipropilen bazarı _________________________________________ 22 

Dünyada polipropilen ticarətinin istiqamətləri ___________________________________________ 27 

Çin _____________________________________________________________________________ 28 

Azərbaycanın neft-kimya sənayesi ___________________________________ 31 

Azərikimya İstehsalat Birliyi _________________________________________________________ 33 

Azərbaycanda planlaşdırılan layihələr  _________________________________________________ 34

 

İstifadə olunmuş ədəbiyyat__________________________________________38 

 

 

 



 


 

Plastik sənayesi 

“Plastik”  yunan  dilindən  (“plastikos”)  tərcümədə  qəliblənən  deməkdir.  Plastik 

dövrü  eyni  zamanda  polimerlər  dövrü  kimi  də  adlanır.  Polimerlər  (“poly”  =  çox)  çox 

böyük  molekullar  olub,  monomerlərdən  (“mono”  =  bir)  təşkil  edilmişdir.  Polimerlərin 

çoxu  bir-birinə  bənzəyən  və  zəncir  vasitəsilə  bağlanmış  monomerlərdən  təşkil 

olunmuşdur. 

Təbiətdə  polimerlərin  minlərlə  növü  mövcuddur.  Ən  geniş  yayılmış  polimer 

ağacların  və  bitkilərin  tərkibində  olan  sellülozadır.  Eyni  zamanda  proteinlər    də  təbii 

polimerlərin geniş yayılmış bir növüdür. 

1870-ci ildə Amerika ixtiraçısı John Wesley Hyatt sellülozadan istifadə etməklə, 

çox geniş istifadə olunan sellüloid adlı yeni məhsul ixtira etdi. 

Bu və digər erkən plastiklər mövcud materiallardan yaradılmışdı. Növbəti addım 

tam sintetik plastikin yaradılması idi. 



Polietilen haqqında 

Polietilen  çox  müxtəlif  məhsullarda  istifadə  edilən  termoplastik  maddədir. 

Polietilen istehsalı etilenin polimerləşməsi ilə olur və monomer haldakı etilendən alınır. 

Polietilen  yumşaq  və  elastik,  eləcə  də  sərt  və  ağır  məhsul  kimi  istehsal  edilə  bilər. 

Xarici  mühit  şərtlərinə  və  nəmə  qarşı  davamlılıq,  rahatlıq,  zərbəyə  və  şaxtaya 

dözümlülük,  dielektrik  xüsusiyyətli  olması  ilə  fərqlənir.  Əsasən  gündəlik  tələbat 

məhsullarında, qablaşdırmada, borularda, oyuncaqlarda istifadə olunur.  

Polietilen səmərəli xammaldır. İl ərzində qlobal polietilen istehsalı üçün ümumi 

xam neft və təbii qazın bir faizdən də az hissəsi istifadə olunur. Termoplastik material 

olduğu  üçün,  dəfələrlə  təkrar  istehsal  üçün  yararlıdır.  Məsələn,  zibil  qabları  təkrar 

istehsal  olunmuş  polietilendən  istehsal  olunur.  Əgər  istifadə  edilmiş  polietilen  təkrar 

istehsal üçün yararsız olarsa, yüksək keyfiyyətli yanacağa çevrilir. 




 

Polietilenin əsas istifadə sahələri: 



 

Polietilen film (qablaşdırma, bubble, skoç)  



 

Tara 



 

Polimer borular (kanalizasiya, drenaj, su və qaz təchizatı üçün) 



 

İzoləedici materiallar 



 

Polietilen toz (termoyapışqan kimi istifadə olunur) 



 

Hərbi zireh 



 

Plastik qutular 



 

Mətbəx əşyaları 



 

Uşaq oyuncaqları 



Plastik  texnologiyasının  sürətli  inkişafı  xammal  istehsalı  sahəsində  də  mühüm 

dəyişikliklərə  səbəb  olmuşdur.  Ümumiyyətlə,  polietilen  istehsalının  iki  üsulu  vardır: 

yüksək təzyiq altında aşağı sıxlıqlı, aşağı təzyiq altında orta və yüksək sıxlıqlı polietilen 

əldə edilir.  

Monomer etilen C

2

H



4

 formulundan ibarət karbohidrogendir, hansı ki, bir-birinə bağlı 

bir  cüt  (CH

2

  =CH



2

)  metilen  qrupları  kimi  hesab  edilə  bilər.  Etilen  adətən  neft-kimya 

mənbələrdən  istehsal  olunur,  eyni  zamanda  etanolun  dehidratasiyası  (susuzlaşdırma) 

nəticəsində  yaradılır.  Etilenin  kifayət  qədər  sabit  molekulları  var  və  yalnız 

katalizatorların  təsirilə  polimerləşir  və  polietilen  yaranır.    Polietilen  istehsalı  2-5  mm 

qranullar şəklində olur və etilenin polimerləşməsi ilə əldə edilir. 



Sxem 1. Polietilenin görünüşü 

(C

2



H

4

)






 

Polietilenin yaranma tarixi 

Polietilenin ixtiraçısı alman mühəndis Hans Von Pechmann hesab edilir. O, 1899-

cu  ildə  diazometan  araşdırması  zamanı  təsadüfən  polietileni  kəşf  etdi.  Ancaq  bu  kəşf 

çox  yayılmadı.  Polietilenin  “ikinci  həyat”ı  mühəndislər  Eric  Fawcett  və  Reginald 

Gibson sayəsində 1933-cu ildə başladı. İlk sənaye üsullu polietilen sintezi (diazometan 

qeyri-sabit  maddə  idi)  Eric  Fawcett  və  Reginald  Gibson  tərəfindən  1933-cü  ildə 

Britaniyanın  Norviç  şəhərindəki  İmperial  Kimya  Sənayesində  (Imperial  Chemical 

Industries)  əldə  edilmişdir.  Onlar  çox  yüksək  təzyiq  (bir  neçə  yüz  atmosfer)  tətbiq 

etməklə, etilen və benzaldehid qarışığından polietilen əldə edirdilər. 

Eskperimentlərin təkmilləşdirilməsindən sonra Perrin və Patton 1936-cı ildə aşağı 

sıxlıqlı  polietilen  (LDPE)  üçün  patent  aldılar  və  sənaye  istehsalına  1938-ci  ildə 

başlanıldı.  

Polietilen  istehsalında  dönüş  katalizatorların  təsiri  ilə  daha  aşağı  temperatur  və 

təzyiq  şəraitində  istehsal  oldu.  Yüksək  sıxlıqlı  polietilenin  əldə  edilməsi  üzrə 

eksperimentlərə 1920-ci illərdə alman kimyaçı Karl Zigler başlamışdır. 1954-cü ildə isə 

patent əldə etmişdir. 

İlk  dövrlərdə  polietilen  yalnız  telefon  kabellərinin  istehsalında  istifadə  edilirdi. 

Yalnız  1950-ci  illərdən  qablaşdırma  vasitəsi  kimi  qida  sənayesində  istifadə  edilməyə 

başlanmışdır. 



Polietilenin sinifləndirilməsi və fiziki xüsusiyyətləri 

Polietilen  sıxlığına  və  kimyəvi  xüsusiyyətlərinə  görə  müxtəlif  kateqoriyalarda 

təsnifləşdirilir. İstifadə həcminə görə polietilenin əsas növləri YSPE, XASPE və ASPE-

dir. 


HDPE (yüksək sıxlıqlı Polietilen) 

HDXLPE (yüksək sıxlıqlı çarpaz bağlı Polietilen) 




 

XLPE(çarpaz bağlı Polietilen) 



MDPE (orta sıxlıqlı Polietilen) 

LPPE (aşağı sıxlıqlı Polietilen) 

LLDPE (xətti bağlı aşağı sıxlıqlı Polietilen)  

VLDPE(çox aşağı sıxlıqlı Polietilen) 

UHMWPE (ultra yüksək molekulyar sıxlıqlı Polietilen) 

ULMWPE (ultra aşağı molekulyar sıxlıqlı Polietilen) 



Cədvəl 1. Əsas polietilen növlərinin fiziki xüsusiyyətləri 

 

Temperatur 



Təzyiq 

Kristallılıq 

dərəcəsi 

Sıxlıq 

q/sm

3

 



Yüksək təzyiqli 

polietilen 

(LDPE) 

200 - 260 °C 



150 - 300 MPA  50 - 60 % 

0,9-0,93 

Orta təzyiqli 

polietilen 

120 - 150 °C 

3 - 4 MPA 

75 - 85 % 

0,93-0,94 

Aşağı təzyiqli 

polietilen 

(HDPE) 

100 - 120 °C 



0.1 - 2 MPA 

80 - 90 % 

0,94-0,96 

Yüksək sıxlıqlı polietilen (HDPE) – yuyucu vasitələrin şüşələri, zibil qabları, su 

boruları.  Oyuncaqların  1/3-i  HDPE-dən  hazırlanır.  Zərbəyə  davamlıdır.  2007-ci  ildə 

dünya üzrə HDPE istehlakı 30 milyon tona çatmışdır. 

Orta  sıxlıqlı  polietilen  (MDPE)  –  Sıxlığı  0.926-0.94  q/sm

3

.  Qaz  boruları  və 



fitiqlər, çantalar, çuval, qablaşdırmada istifadə olunur. 


 

Aşağı  sıxlıqlı  polietilen  (LDPE)  –  Sıxlığı 0.91- 0.94  q/sm



3

.  2013-cü  ildə  qlobal 

ASP  bazarının  həcmi  33  milyard  dollar  olmuşdur.  İzolyasiya  materialı  kimi  istifadə 

olunur. 

Ultra  yüksək  molekulyar  sıxlıqlı  polietilen  (UHMWPE)  –  Çox  yüksək 

molekulyar çəkiyə malikdir. Süni diz oynaqlarının hazırlanmasında istifadə olunur. 

 Xətti bağlı aşağı sıxlıqlı polietilen (LLDPE ) - Sıxlığı 0.915- 0.925 q/sm

3

. LDPE-



yə nisbətən zərbəyə daha dözümlüdür. 2013-cü ildə qlobal LLDPE bazarının həcmi 40 

milyard dollar olmuşdur. 

Çox aşağı sıxlıqlı polietilen (VLDPE) - Sıxlığı 0.880- 0.915 q/sm

3



Polietilen  uzun  karbohidrogen  zəncirlərindən  ibarət  termoplastik  polimerdir. 

HDPE 120-180 °C, LDPE isə 105-115 °C temperaturda əriyir. Polietilən yanarkən mavi 

alov ilə yavaş-yavaş  yanır və yanarkən şamda olduğu kimi parafin qoxusu yayılır. 

 

Polipropilen haqqında 



Polipropilen haqqında ümumi anlayış 

 



Kimyəvi formulu (C

3

H



6

)

n



 

 



Ərimə temperaturu 130 - 171°C 

 



Sıxlığı - 0.91 q/sm³ 

 Polipropilen  avtomobil  sənayesində  istifadə  olunan  hissələrdən,  tekstil  və  qida 

qablaşdırmasına  qədər  çox  geniş  istifadə  sahəsi  olan  termoplastik  bir  polimerdir. 

Monomer propilenin polimerləşməsi ilə əldə olunur.  




 

Aşağı  sıxlıqlı  polietilendən  (LDPE)  daha  az  sərt  və  yuxarı  sıxlıqlı 



polietilendən(HDPE)  daha  az  kövrəkdir.  Zərbəyə  davamlıdır,  elektrik  izolyasiyasını 

təmin edir. Açıq havada tez alışandır, oksidləşə bilir. 



Sxem 2. Polipropilenin quruluşu. 

   CH


3

     H              CH

3

   H   CH



3

   H 


     \    /               |    |    |    | 

      C==C       ->    -- C -- C -- C -- C -- 

     /    \               |    |    |    |  

    H      H              H    H    H    H 

                          

  propilen monomer                  polipropilen polimer 

 

Polipropilenin yaranma tarixi 

Kimyaçılar  Paul  Hogan  və  Robert  Bank  ilk  dəfə  1951-ci  ildə  propileni 

polimerləşdirərək  polipropilen  əldə  etdə  etdilər.  Polipropilen  ticarət  həcminə  görə  ən 

vacib  plastiklərdən  biridir.  2021-ci  ilə  qədər  təxminən  ildə  5,8%  artımla  2019-cu  ildə 

145 milyard dollara çatacağı gözlənilir. 

Molekulyar strukturuna görə polipropilenin 3 əsas növünü qeyd etmək olar: 

 

İzotaktik  



 

Sindiotaktik  



 

Ataktik 



Polietilendən  fərqli  olaraq  polipropilen  daha  aşağı  sıxlıqlı  (0.91  q/sm

3

),  daha 



möhkəm,  istiliyə  daha  çox  dözümlü  (140 °C  temperaturda  əriməyə  başlayır)  və 

aşınmaya  davamlıdır.  Polietilenlə  müqayisədə  istiliyə  daha  dözümlü,  soyuğa  qarşı  isə 

dözümsüzdür. 

 

 




 

Polimerlər bazarı 



Diaqram 1. Polimerlərin dünya bazar payı 

 

Polimerlər arasında istehlak həminə görə polietilen (37%) və polipropilen (26%) 



daha çox istehlak olunur. Dünya plastik sənayesinin təxminən 2/3 hissəsi polietilen və 

polipropilenin payına düşür. 



Şəkil 1. Dünya plastik sənayesində rəqabətqabiliyyətlilik. 

 


10 

 

Dünya  plastik  sənayesində  istehsal  olunan  məhsulun  böyük  hissəsi  Çin,  Yaxın 



Şərq və Şimali Amerika ölkərəri tərəfindən istehsal olunur.  

OECD  hesabatına  görə,  2014-cü  ildə  Çin  8.2%,  Hindistan  4.1%,  ABŞ  2.9%, 

Rusiya  2.3%,  Braziliya  2.2%,  Avropa  regionu  ölkələri  isə  1%  həcmində  istehsalda 

artıma nail olmuşlar. 

ABŞ enerji qiymətlərinin ucuz olmasına görə, Yaxın Şərq ölkələri isə zəngin neft 

və  qaz  yataqlarına  malik  olması  səbəbiylə  dünya  bazarında  əsas  plastik  məmulatlar 

istehsalçısı kimi tanınır. Çin və Hindistan ucuz işçi qüvvəsinə sahib olduğu üçün dünya 

plastik məhsulları bazarında ən böyük istehsalçı ölkələrdir. Avropa ölkələri isə əsasən 

daxili tələbatı ödəmək üçün Çin, Yaxın Şərq və ABŞ-dan plastik sənayesi məhsullarını 

idxal edirlər. 

 

Diaqram 2. Sektorlar üzrə Avropa plastik tələbatı, 2013 

 



11 

 

Cədvəl 2. Dünya plastik materiallar istehsalı, 2014 

Regionlar 

Bazar payı (%) 

Çin 

24.8 


Avropa 

20 


Şimali Amerika 

19.4 


Asiya 

16.4 


Yaxın Şərq və Afrika 

7.3 


Latın Amerikası 

4.8 


Yaponiya 

4.4 


MDB ölkələri 

2.9 


2014-cü  ildə  250  milyon  ton  plastik  materiallar  istehsal  edilmişdir.  İstehsal 

olunan plastik materialların 40%-dən çoxu Çin və digər Asiya ölkələrinin payına düşür. 

Həmin ölkələrdə həmçinin son illərdə istehsalın artım tempi də yüksək olaraq qalır. 

Ümumilikdə  isə  polietilen  istehsalının  24.8%-i  Çin,  20%-i  Avropa,  19.4%-i 

Şimali Amerika, 16.4%-i isə digər Asiya ölkələri, 7.3% Yaxın Şərq və Afrika ölkələri 

tərəfindən reallaşdırılmışdır.  

 

 

 



 

 

 



 


12 

 

Dünya polietilen bazarı 



Şəkil 2. Polietilen idxal və ixrac balansı (2010-2015) 

 

Dünyada ən böyük istehsalçı Çindir. Dünya polietilen istehsalının 19%-i Çinin payına 



düşür. Çin, Almaniya, ABŞ, Belçika və İtaliya polietilen istehsalının 40%-ini özündə 

cəmləşdirir. İllik dünya istehsalı təxminən 80 milyon ton təşkil etmişdir (2013).

 

2013-cü  dünya  polietilen  ixracatı  69  milyard  dollar  olmuşdur.  Səudiyyə 



Ərəbistanının  ixracatı  dünya  polietilen  ixracatının  13%-ni  təşkil  edir.  Digər  böyük 

ixracatçılar isə ABŞ, Belçika, Sinqapur və Qatardır. Bu 5 ölkə ümumi ixracatın 44%-ni 

əhatə edir. 

 

 

 



13 

 

Şəkil 3.Dünya polietilen tələbatının artım tempi (2010-2015) 

 

Yüsək sıxlıqlı polietilen istehsalı ümumi polietilen istehsalının yarısını təşkil edir. 



Boru kəmərlərinin inşasının sürətlənməsiylə əlaqədar yüksək sıxlıqlı polietilenə tələbat 

da sürətlə artacaq. 



Cədvəl 3. Polietilen üzrə əsas istehsalçı şirkətlər 

 

Şirkətin adı 



İstehsal 

(mln. ton) 

Bazar payı (%) 

ExxonMobil 



9.11 

8.65 


Dow Chemical 

8.13 

7.72 


SABIC 


6.63 

6.30 


Sinopec 


5.64 

5.36 


LyondellBasel 

5.52 

5.24 


PetroChina 

5.16 

4.90 



14 

 



Chevron Phillips 

4.63 


4.40 

Borealis 



4.42 

4.20 


Ineos 


3.07 

2.91 


10 

Braskem 


3.06 

2.90 


 

Cəmi istehsal 

105.29 

100 


Braskem  və  Toyota  Tsusho  Corporation  şəkər  qamışından  polietilen  istehsal 

edirlər.  Braskem  şirkəti  Braziliyanın  Triunfo  şəhərində  illik  istehsal  gücü  200.000  ton 

olan  yeni  müəssisə  inşa  edəcək.  Bu  müəssisədə  şəkər  qamışından  toplanan  bioetanol 

maddəsindən    yüksək  sıxlıqlı  polietilen  (HDPE)  və  aşağı  sıxlıqlı  polietilen  (LDPE)

 

istehsal edəcək. Dünya bioplastik kütlə ehtiyatının 35%-i Braziliyadadır. 



Diaqram 3. Regionlar üzrə dünya polietilen tələbatı (min ton) 

 

2004-2014-cü  illər  arasında  dünya  polietilen  istehsalı  Şimali  Amerika  və  Qərbi 



Avropadan  Yaxın  Şərq  və  Şərqi  Asiyaya  yönlənmişdir.  Yaxın  Şərq  və  Şərqi  Asiyada 

enerji və xammal qiymətləri aşağıdır, tələbat isə sürətlə artır. 

0

10000


20000

30000


40000

50000


60000

70000


80000

90000


100000

Şimali


Amerika

Qərbi Avropa 

Asiya/Sakit

Okean


Digərləri 

Dünya PE 

tələbatı 

2008


2013

2018



15 

 

Cədvəl 4. Dünya polietilen istehsalı 

Dünya polietilen istehsalı (min ton) 

  

  



  

  

İllik artım tempi (%) 



2008 

2013 


2018 

2008-2013 

2013-2018 

Şimali Amerika 

15295  16025  18130  0,9 

2,5 


Qərbi Avropa 

13885  12900  13780  -1,5 

1,3 

Asiya/Sakit Okean 



24730  36575  47530  8,1 

5,4 


Digərləri 

13520  16285  20160  3,8 

4,4 

Dünya polietilen 



istehsalı 

67430  81785  99600  3,9 

Dünya  polietilen  istehsalı  2018-ci  ilə  qədər  illik  4%  artacaq.  2018-ci  ildə  98.9 



milyon  ton  olacaq.  2014-cü  ildəki  statistikaya  əsasən  dünya  polietilen  istehsalının  ¼-i 

Çinin payına düşür. 



Xətti bağlı aşağı sıxlıqlı polietilen (LLDPE) 

Diaqram 4. LLDPE istehlak dünya 2014 

 

İlk dəfə 1959-cu ildə Kanadanın DuPont şirkəti tərəfindən istehsal edilen LLDPE, 



2014-cü il göstəricilərinə görə LDPE və HDPE-dən sonra dünya polietilen bazarının 31 

%-ni əhatə edir. Dünyada adam başına düşən LLDPE istehlakı 5 kq təşkil edir. 




16 

 

2014-cü  ildə  LLDPE  istehsal  olunan  əsas  regionlar  Çin,  Yaxın  Şərq  və  ABŞ 



olmuşdur.  Əsas  ixracatçılar  Yaxın  Şərq  ölkələri,  Kanada,  ABŞ,  Cənub  Şəqi  Asiya, 

idxalatçılar  isə  Çin,  Afrika,  Hindistan,  Qərbi  Avropa  ölkələridir.  Dünya  LLDPE 

bazarının 2/3 hissəsi Çin, Cənub Şəqi Asiya, Yaxın Şərq ölkələrinin payına düşür. 

Yaxın  5  ildə  Yaxın  Şərq  ölkələri,  ABŞ  və  Çin  LLDPE  istehsalını  əhəmiyyətli 

dərəcədə  artıracaqlar.  Dünya  LLDPE  tələbatının  illik  orta  hesabla  5.5%  aratacağı 

gözlənilir. 2019-cu ildə Çin dünyada ən böyük LLDPE istehsalçısı olacaq, lakin daxili 

tələbatının  30-35%-ni  idxal  hesabına  təmin  edəcək.  Ən  böyük  ixracatçılar  isə  Şimali 

Amerika və Yaxın Şərq ölkələri olacaq. 



 

Diaqram 5. Avropa polietilen tələbat/istehsal balansı 

 

 




17 

 

Aşağı sıxlıqlı polietilen (LDPE)



 

Aşağı sıxlıqlı polietilen etilenin yüksək təzyiq altında polimerləşməsindən alınır. 

Daha çox qablaşdırmada istifadə olunur. 

Asiya  –  Sakit  Okean  region  dünya  aşağı  sıxlıqlı  polietilen

 

(LDPE)  bazarında 



33.5%, Şimali Amerika region isə 26.2%  paya sahibdir (2014). 

Aşağı sıxlıqlı polietilen (LDPE)

 

bazarında əsas şirkətlər: 



 

Sealed Air Corporation (U.S.), 



 

Amcor Limited (Australia),  



 

Bemis Company (U.S.),  



 

Jindal Polyfilms Limited (India),  



 

Toyobo Co. Limited (Japan), 



 

AEP Industries Inc. (U.S.),  



 

Berry Plastics Group Inc. (U.S.),  



 

Saudi Basic Industries Corp. (Saudi Arab),  



 

Toray Industries Inc. (Japan),  



Dünya aşağı sıxlıqlı polietilen (LDPE)

 

bazarı 2014-cü ildə 18.7 mln dollar olmuşdur. 



2019-cu ildə isə bazarın həcminin 22.5 milyon dollar çatacağı gözlənilir. 

 

Türkiyə polietilen sənayesi 

Plastik  sənayeçiləri  federasiyasının  (PLASFED)  2013-cü  il  hesabatına  görə 

Türkiyənin  plastik  sektorunun  istehsalı  8.1  milyon  ton və satış  həcmi  isə  34.3  milyard 

dollar olmuşdur. Türkiyə Avropada Almaniyadan sonra 2-ci, dünyada isə 7-ci yerdədir. 

Plastik sektoru daxili tələbatın 91%-ni əhatə edir. 




18 

 

PLASFED  hesabatına  görə,  son  5  ildə  polietilen  istehsalı  azaldı,  idxalat  14% 



artdı.  Daxili  tələbat  isə  ildə  11%  artdı.  2009-cu  ildə  daxili  tələbatın  76%-i  idxal 

hesabına ödənirdi, 2013-cü ildə isə bu rəqəm 84%-ə yüksəldi. Eyni trendin 2018-ci ilə 

qədər  davam  edəcəyi  və  daxili  bazarın  idxalla  qarşılanma  nisbətinin  89%-ə  çatacağı 

proqnozlaşdırılır. 

Türkiyənin plastik sənayesində ən böyük şirkətlər: 

 



PETKİM Petrokimya Holding A.Ş.

 



 

Korozo Ambalaj San. ve Tic. A.Ş. 

 

Naksan Plastik ve Enerji San. ve Tic. A.Ş. 



 

Pakpen Plastik Boru ve Yapı Elemanları San. ve Tic. A.Ş. 



 

Polinas Plastik San. ve Tic. A.Ş. 



 

Polibak Plastik Film San. ve Tic. A.Ş. 



 

Adopen Plastik ve İnşaat Sanayi A.Ş. 



 

Elif Plastik Ambalaj San. ve Tic. A.Ş. 



 

PLASFED  hesabatına  görə,  2013-cü  ildə  Türkiyədə  1.79  milyon  ton  polietilen 

xammal  istifadə  olunub,  lakin  yerli  istehsal  miqdarı  450  min  ton  olmuşdur.  Yerli 

istehsalın  100  min  tonu  isə  ixrac  edilmişdir.  Ona  görə  də,  Türkiyə  daxili  tələbatının 

84%-ni idxal hesabına təmin edir. 

Türkiyə 2.5 milyard dollarlıq və ya 1.5 milyon ton polietilen idxal edir. Bu da dünya 

polietilen  idxalatının  3.3%-ni  təşkil  edir.  Səudiyyə  Ərəbistanı,  İran,  Qatar,  ABŞ  və 

Cənubi Koreya Türkiyənin polietilen idxal etdiyi əsas ölkələrdir. 

Türkiyə  plastik  qablaşdırma  sektoru  Türkiyənin  plastik  sektorunun  40%-ni  əhatə 

edir.  2014-cü  il  məlumatlarına  görə  plastik  qablaşdırma  sektorunun  həcmi  12,76 

milyard dollar, ixracat 2,35 milyard dollar, idxalat isə 1,89 milyard dollar çatmışdır. 



19 

 

PLASFED-in  hesabatına  görə  Türkiyə  2014-cü  ildə  3.2  milyon  ton  plastik 



qablaşdırma istehsal edərək, Avropada 3-cü, dünyada isə 9-cu olub. 

MDB ölkələri 

Rusiya polipropilen istehsalı 1981-ci ildə Tom neft-kimya kombinatında (hazırki 

“Sibur”) başlamışdır. Rusiyanın ən böyük polipropilen istehsal zavodu “Tobolsk-

Polimer”15 oktyabr 2013-cü ildə fəaliyyətə başlayıb. İllik 510 min ton istehal gücü var. 

Digər müəssisələrin istehsal gücü isə 250 min tonu keçmir. 

2009-2013-cü illərdə MDB ölkələrində polietilen istehsalı 1.8 milyon tondan 2.6 

milyon  tona  qədər  artmışdır.  Region  ölkələri  arasında  satış  həcminə  görə  Rusiya  1-ci 

yerdədir  (73%).  Rusiyadan  sonra  isə  Ukrayna  və  Qazaxıstan  gəlir.  Business  Stat-ın 

proqnozlarına görə 2018-ci ildə region üzrə polietilen satışı 3.9 milyon tona çatacaq. 

Cədvəl 5. Polietilen ixracı (min ton) 

İllər 


İxrac (min ton) 

Artım 


tempi 

2009 


606,7 

  

2010 



559 

-7,9 


2011 

574,8 


2,8 

2012 


537,4 

-6,5 


2013 

572,6 


6,6 

2014 


550,9 

-3,8 


2015 

595,6 


8,1 

2016 


843,5 

41,6 


2017 

1010,8 


19,8 

2018 


1198,5 

18,6 


 


20 

 

Diaqram 6. Polietilen ixracı (min ton) 

 

2014-cü  ildə  polietilen  ixracının  azalmasının  əsas  səbəbi  Rusiyanın  “Stavrolen” 



zavodundakı  qəza  ilə  bağlıdır.  2015-2018-ci  illərdə  MDB  ölkələrində  texnologiyanın 

modernizasiyası,  ölkələrdə  yeni  istehsal  gücünün  yaradılması  hesabına  ixracatın 

artacağı və 2018-ci ildə 1.2 milyon tona çatacağı gözlənilir. 

2013-cü  ildə  Rusiya  397  min  ton  polietilen  ixrac  etmişdir.  Rusiyadan  sonra 

Belarus 104 min ton və Azərbaycan 47 min ton polietilen ixrac etmişdir. 2015-2018-ci 

illərdə  Qazaxıstan  və  Özbəkistanın  polietilen  ixracını  artıracağı  gözlənilir.  Bunun 

nəticəsində digər MDB ölkələrinin bazar payında azalma olacağı gözlənilir.  

 

Cədvəl 6. Polietilenin tipinə görə ixracat və proqnozlar (min ton) 

İllər 

Aşağı sıxlıqlı PE  Yüksək sıxlıqlı PE  Cəmi 



2009 

409,3 


197,4  

606,7 


2010 

332,3 


226,6 

559 


2011 

332,6 


242,2 

574,8 


2012 

335,5 


201,9 

537,4 


0

200


400

600


800

1000


1200

1400


2009

2010


2011

2012


2013

2014


2015

2016


2017

2018


İxrac (min ton) 

İxrac (min ton)




21 

 

2013 



329,3 

243,3    

572,6 

2014 


331,0 

219,9 


550,9 

2015 


339,7 

255,9 


595,6 

2016 


443,2 

400,4 


843,5 

2017 


497,2 

513,5 


1010,8 

2018 


573,7 

624,8 


1198,5 

İllər  keçdikdə,  yüksək  sıxlıqlı  polietilen  ixracı  aşağı  sıxlıqlı  polietilen  ixracını 

keçəcək.  Bunun  əsas  səbəbi  isə  qlobal  bazarda  yüksək  sıxlıqlı  polietilenə  tələbatın 

artmasıdır. 



Cədvəl 7. İxracın həcmi və proqnoz (milyon dollar) 

İllər 


İxrac (mln. USD) 

Artım 


dinamikası 

2009 


595,3 

 

2010 



735,6 

23,6 


2011 

882,7 


20,0 

2012 


806,0 

-8,7 


2013 

843,6    

4,7 

2014 


924,8 

9,6 


2015 

977,5 


5,7 

2016 


1 588,7 

62,5 


2017 

2 076,2 


30,7 

2018 


2 621,7 

26,3 


2015-2018-ci illərdə polietilenin ixrac dəyəri aktiv surətdə artacaq və 2018-ci ildə 2.62 

milyard dollara çatacaq. Bu isə 2014-cü ilin göstəricisindən 2.85 dəfə çoxdur. 

 



22 

 

Dünya polipropilen bazarı 

2013-cü ildə  qlobal polipropilen bazarının həcmi təxminən 55 milyon ton olmuşdur. 

Cədvəl 8. Top-10 polipropilen istehsalı şirkətləri: (2011-ci il) 

№ 

Şirkət 



Ölkə 

İstehsal  

(min ton) 

Dünya 


bazarında payı 

(%) 


LyondellBasell 

Hollandiya 

6 471 


11,24 

Sinopec 



Çin 

4 930 


6,37 

SABIC 



Səudiyyə 

Ərəbistanı 

3455 

5,13 


PetroChina Group 

Çin 

3038 


4,69 

Braskem 



Braziliya 

2814 


4,60 

Reliace  



Hindistan 

2750 


4,54 

Total PC  



Fransa 

2715 


4,48 

Formosa  



Tayvan 

2273 


3.75 

ExxonMobil  



ABŞ 

2280 


3,61 

10 


Formosa Plastics Corp.  ABŞ 

2270 


3.59 

 

Dünya üzrə ümumi 



istehsal gücü 

 

64178 



100 

 

 

 

 

 


23 

 

Diaqram 7. Dünya polipropilen istehlakı (2014) 



 

Hazırda  polipropilen  istehlak  həcminə  görə  26%  payla  yalnız  polietilendən  geri 

qalaraq,  bütün  polimerlər  arasında  dünyada  2-ci  yeri  tutur.  Rusiyada  polipropilen 

istehlakı 2002-ci ildə 250 min tondan, 2012-ci ildə 880 min tona qədər artmışdır. 2015-

ci ildə dünya polietilen istehlakı həcminin 79 mln tona çatacağı gözlənilir. 

Cədvəl 9. Dünyada əsas polipropilen idxalatçıları (mln dollar) 

 

Ölkələr 



2014 

2015 


Çin 

6951 

7654 


İtaliya 

2325 

2603 


Türkiyə 

2191 

2456 


Almaniya 

1676 

1861 


Vyetnam 

1409 

1595 


Belçika 

1281 

1444 


Honq Konq 

1205 

1349 


İndoneziya 

1109 

1238 


Meksika 

1079 

1230 



24 

 

10 



Sinqapur 

937 

1044 

 

Cəmi 



34354 

38251 


Dünyada adambaşına düşən polipropilen istehlakı: 

 



Rusiya 6 kq/il 

 



Qərbi Avropa 18 kq/il 

 



ABŞ 17 kq/il 

 



Çin 12 kq/il 

 



Türkiyə 23 kq/il 

 

Cədvəl 10. Polipropilen idxalı və proqnozu (mlrd. dollar) 

  

2008 


2009 

2010 


2011 

2012 


2013 

2014 


İdxal 

21,8 


17 

22,8 


27,5 

27,6 


30,9 

34,4 


Dinamika  0 

-22 


34,1 

20,3 


0,5 

11,8 


11,3 

Cədvəl 11. Proqnoz (mlrd. dollar) 

 

2015 



2016 

2017 


 

İdxal 


38,3 

42,6 


47,5 

 

Dinamika  11,3 



11,4 

11,4 


 

Polipropilenin  əsas  ixracatçıları  Çin,  Yaxın  Şərq  ölkələri,  Niderland  və  Şimali 

Amerika ölkələridir. ABŞ polipropileni sadəcə ixrac etmir, eyni zamanda qeyri-ənənəvi 

enerji mənbələrindən istifadə etməklə polipropilen istehsal edir. 



 

 


25 

 

Diaqram 8. Dünyada polipropilen istehsalının dinamikası (min ton) 



 

İqtisadi inkişafın sürətinin azalması dünya polipropilen istehsalına az da olsa təsir 

etdi və 2014-cü ildə 62 milyon ton oldu. Alman araşdırma şirkəti Ceresana polipropilen 

üzrə  dünya  bazar  həcminin  2021-ci  ilə  qədər  ildə  orta  hesabla  5.8%  artacağını 

proqnozlaşdırır.  

Ümumiyyətlə,  demək  olar  ki,  növbəti  bir  neçə  il  ərzində  dünya  polipropilen 

bazarında  trend  dəyişməz  qalacaq.  Tələbat  artmaqda  davam  edəcək  və  2015-ci  ilin 

sonunda 66 milyon tonu keçəcəyi gözlənilir. İstehsal gücü isə 79 milyon tona çatacaq. 

Qiymətlərdə  də  artım  gözlənilir.  İdxalatçı  və  ixracatçı  ölkələrin  də  sabit  qalacağı 

proqnozlaşdırılır. 

 

 



26 

 

Diaqram 9. Poliproplien üzrə dünya istehsal gücü (min ton) 

 

 

 



Diaqram 10. Dünya polipropilen sənayesi, sektorlar üzrə tələbat (%-lə), 2013 

 



27 

 

2013-cü  ildə  qablaşdırma  sənayesi  ümumi  polipropilen  bazarın  30.5%-ni  təşkil 



edirdi,  elektrik  (13.6%),  avadanlıq  və  ləvazimatlar  (12.8%),  məişət  əşyaları  (10.2%), 

avtomobil (9.%), inşaat (5.1%). 

Qablaşdırma  sənayesinin  son  məhsul  istifadəsi  sahəsində  liderliyi  davam 

etdirəcəyi gözlənilir.  



Diaqram 11. Avropa ölkələri üzrə polipropilen istehsalı, 2012 

 

Qərbi  Avropanın  istehsalçı  ölkələrinin  dünya  bazarında  payı  qarşıdakı  illərdə 



13.9%-dən  11.4%-ə  düşəcək.  Bunun  əsas  səbəbi  Almaniya,  İtaliya,  Fransa  kimi  əsas 

istehsalşı  ölkələrdə  artım  tempinin  çox  yüksək  olmamasıdır.  Eyni  zamanda,  Şərqi 

Avropa ölkələrində artım tempi Rusiyanın hesabına yüksələcək. 

 

Dünyada polipropilen ticarətinin istiqamətləri 

2020-ci  ildə  dünya  polipropilen  bazarı  Asiya/Sakit  Okean  və  Yaxın 

Şərq/Afrikadakı  sürətli  inkişafın  hesabına  62.4  milyon  tona  çatacaq.  GBİ  (Blobal 

Business  İntelligence)  araşdırmalarına  əsasən  bazarda  2011-2020-ci  illər  arasında  orta 

illik artım tempi 4.5% olacaq.  



28 

 

Asiya  və  Sakit  Okean  regionu  ümumi  bazarın  62.2%-ni  təşkil  edəcək.  Çin  və 



Hindistan Asiya/Sakit Okean bazarının 84%-ni təşkil edəcək. Şimali Amerikada normal 

artım  gözlənilsə  də,  Avropadakı  krizisin  Avropa  bazarının  inkişafının  artım  tempinə 

mane olacağı gözlənilir. 

Business  Stat-ın  proqnozlarına  görə  2017-ci  ildə  dünyada  polipropilen  istehsalı 

75 mln ton olacaq ki, bu da 2012-ci ildə olan rəqəmlərdən 36% çoxdur. 

 

 

 

 

Çin  

Diaqram 12. Çin polietilen statistikası 

 

 




29 

 

Diaqram 13. Çin polipropilen istehsal/satış balansı (2014-2015 yanvar-mart) 

 

Diaqram 14. Çində Polipropilen istahlakı (2005-2013), milyon ton 

 



30 

 

Çin dünyada polipropilen istehsalına görə ən böyük ölkələrdən biridir. Hazırda Çinin 



illik istehsalı 15 milyon tondur. Çin eyni zamanda həm də polipropileni yüksək tələbat 

olan qabaqcıl ölkələrdən biridir. Proqnozlara görə tələbatın artım tempi digər ölkələrlə 

müqayisədə yüksək olacaq.  

Diaqram 15. Çin polietilen statistikası 2012-2014 (yanvar-may) 

  

Çin və Hindistanda polipropilen istehsalı sürətlə artır və bunun nəticəsində 2021-



ci ildə dünya polipropilen istehsalının 58%-inin Asiya/Sakit Okean regionunun payına 

düşəcəyi gözlənilir. 

 

 

 



 

 

 




31 

 

Azərbaycanın neft-kimya sənayesi 

Azərbaycanda  kimya  sənayesinin  yaranma  tarixi  ötən  əsrin  50-60-cı  illərinə 

təsadüf  edir.  1938-ci  ildə  Sumqayıt  şəhərində  Sintetik-kauçuk  və  digər  kimya 

zavodlarının tikintisinə başlanılmışdır.  

İkinci  Dünya  Müharibəsinin  başlanması  ilə  Sumqayıtda  aparılan  tikinti  işlərinə 

ara  verilmiş,  1945-ci  ildən  etibarən isə  Sumqayıt  ərazisində  ardıcıl  olaraq  ağır sənaye 

müəssisələri - Kimya, Boru-Prokat, Sintetik-kauçuk, Alüminium, Superfosfat zavodları 

istifadəyə  verilmişdir.  1966-cı  ildə  istifadəyə  verilən  Kimya  kombinatı  həmin  dövrdə 

Avropada ən iri neft-kimya müəssisəsi hesab olunurdu. 

70-80-ci illərdə həmin zavodlar tam gücü ilə işləmiş və keçmiş SSRİ-nin, demək 

olar ki, hər yerinə məhsul ixrac etmişdir. Bu iqtisadi yüksəliş Sumqayıtın Azərbaycanın 

ən böyük şəhərlərindən birinə çevrilməsinə səbəb olmuşdur.  

1971-ci  ildə  respublikada  kimya  sənayesinin  qarşısında  duran  vacib  məsələləri 

diqqətlə araşdıran Heydər Əliyev bu sahənin inkişaf konsepsiyasının əsasını qoydu. Ulu 

Öndərin  konsepsiyasında  nəzərdə  tutulduğu  kimi  “Kimyasənaye”  İstehsalat  Birliyində 

1970-ci  ildən  başlayaraq istehsalat  sahələrində  avadanlıqların  yenilənməsi,  yeni 

texnologiyaların tətbiqi üzrə ardıcıl və məqsədyönlü tədbirlər görüldü. 1975-ci ildə yeni 

sulfanol  istehsalı  kompleksi  istismara  verildi.  1971-ci  ildə  sintetik  kauçuk  zavodunda 

illik gücü 15 min ton olan butil-kauçuk istehsalı işə salındı və müəssisə keçmiş SSRİ-də 

bu tip kauçuk istehsal edən yeganə müəssisəyə çevrildi.  

1981-ci  ildə  Sumqayıtda  müasir,  iritonnajlı,  tullantısız  texnologiyaya,  yüksək 

istehsal  gücünə  malik,  neft  kimyasının  qiymətli  məhsulları  olan  etilen  və  propilen 

istehsal edən EP-300 kompleksinin inşasına başlanıldı. Kompleksdə respublikanın neft 

emalı  zavodlarının  karbohidrogen  xammalından  istifadə  olunması  nəzərdə  tutulurdu. 

Xüsusilə  qeyd  etmək  lazımdır  ki,  son  və  qabaqcıl  texnologiyaya  əsaslanan  belə  bir 

kompleksin işə salınması o dövr üçün, hətta SSRİ miqyasında çox böyük bir hadisə idi. 



32 

 

Məhz  EP-300  qurğusunun  sayəsində  Etilen-polietilen  zavodu  hal-hazırda  dünya 



bazarında tələbatın böyük olduğu yüksək keyfiyyətli polietilen istehsal edir və bu gün 

respublikamızda  kimya  kompleksinin  bütövlükdə  inkişafı  üçün  əsas  xammal 

tədarükçüsü rolunu oynayır. 

Həmin  dövrdə  EP-300-lə  eyni  vaxtda  onun  bir  növ  texnoloji  davamı  olan, 

polietilen  istehsalı  üçün  nəzərdə  tutulmuş  “Polimer-120”  kompleksinin  də  əsası 

qoyulmuşdur. Bu unikal komplekslər ona görə xüsusilə qiymətli və daha münasib idi ki, 

əsas qurğu olan EP-300 üçün xammal kənardan, xaricdən deyil, bilavasitə respublikanın 

neft emalı zavodlarında istehsal olunan karbohidrogen məhsullarından alınırdı.  

Kimya  sənayesi  müəssisələrinin  əksəriyyəti  yüksək  enerji  tutumludur,  onların 

vahid  məhsul  istehsalına  enerji  sərfi  xeyli  yüksəkdir.  Elə  kimyəvi  məhsullar  var  ki, 

onların maya dəyərində elektrik enerjisi və enerjidaşıyıcılarının xüsusi çəkisi, hətta 50 

faizdən də çoxdur.  

“Azərkimya”  Dövlət  Şirkətinin  tərkibində  olan  müəssisələr  son  illərdə  məhsul 

istehsalının  həcminin  və  keyfiyyətinin  artırılması  sahəsində  yüksək  nailiyyətlər  əldə 

etmişdir.  Bu  isə  şirkətin  dünya  bazarında  özünə  layiq  yer  tutmasına  zəmin  yaradıb. 

Hazırda Şirkətin müəssisələrində müxtəlif markalı və kifayət qədər yüksək keyfiyyətli 

kimyəvi məhsullar - polietilen, piroliz qətranı, propilen, izopropil spirti, propilen oksidi, 

propilenqlikol, müxtəlif markalı poliefirlər və s. istehsal olunur ki, onların da müəyyən 

hissəsi  daxili  tələbat  üçün,  böyük  əksəriyyəti  isə  yaxın  və  uzaq  xarici  ölkələrə  ixrac 

üçün nəzərdə tutulub.  

Etilen-polietilen  zavodunda  istehsal  edilən  yüksək  təzyiqli  polietilenə,  “Sintez-

kauçuk”  zavodunun  qiymətli  məhsulu  olan  mütləqləşdirilmiş  izopropil  spirtinə 

beynəlxalq bazarda olan tələbat  ildən-ilə  artır. Kimya  müəssisələrinin digər  məhsulları 

da xarici şirkət və firmalar tərəfindən böyük tələbatla və iri həcmdə alınır. 




33 

 

Hazırda  “Azərkimya”  markalı  kimyəvi  məhsullar  geniş  çeşiddə  və  iri  həcmdə 



dünyanın  bir  çox  qabaqcıl  ölkələrinə,  o  cümlədən,  ABŞ,  Almaniya,  İngiltərə,  İsveçrə, 

Rusiya, Türkiyə, Polşa, Rumıniya, İran, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan və 

s. ölkələrə ixrac edilir. Bütün bunlar bugünkü kimya və neft-kimya kompleksinin iftixar 

doğuran nailiyyətləridir və Azərbaycanın kompleks inkişafının tərkib hissəsidir.  

2003-cü illə müqayisədə əmtəəlik məhsul istehsalı həcmi 2 dəfədən çox artmışdır. 

Həmin  dövr  ərzində  məhsul  ixracı  3,6  dəfə  çoxalmışdır  ki,  bu  da  respublikaya  xarici 

valyuta axınının ümumi həcmini xeyli artırıb. 

 

Azərikimya İstehsalat Birliyi 

Azərbaycan  Respublikası  Prezidentinin  "Neft-kimya  sənayesində  idarəetmə 

mexanizmlərinin  təkmilləşdirilməsi  haqqında"  2  aprel  2010-cu  il  tarixli  Sərəncamına 

əsasən, "Azərikimya" Dövlət Şirkəti ARDNŞ-nin tabeçiliyinə verilmişdir. 

Dövlət başçısının 2010-cu il aprelin 22-də imzaladığı "Azərbaycan Respublikası 

Dövlət  Neft  Şirkətinin  strukturunun  təkmilləşdirilməsi  haqqında"  Azərbaycan 

Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanına əlavələr 

və  dəyişikliklər  edilməsi  barədə"  Fərmanla  ARDNŞ-nin  tərkibində  "Azərikimya" 

İstehsalat Birliyi təsis olunmuşdur. "Azərikimya" İB-nin strukturuna "Etilen-Polietilen" 

zavodu,  "Səthi  Aktiv  Maddələr"  zavodu,  "Üzvi  Sintez"  zavodu,  "Mexaniki  Təmir" 

zavodu,  "Kimyalayihə"  institutu,  Təmir-Tikinti  idarəsi,  Nəqliyyat  və  Xüsusi  Texnika 

idarəsi, Anbar Təsərrüfatı daxildir. 

Birliyin  "Etilen-Polietilen"  zavodunda  260000  ton/il  gücündə  Etilen,  136000 

ton/il  gücündə  Propilen,  156000  ton/il  gücündə  Polietilen,  Üzvi  Sintez  zavodunda 

15000 ton/il gücündə Propilen Oksidi, 8000 ton/il gücündə Propilen Qlikol, 10800 ton/il 

gücündə Poliefir Qətranları istehsalatları vardır. 



34 

 

"Azərikimya" İB-nin perspektiv inkişaf planına uyğun olaraq Birliyin fəaliyyətdə 



olan  müxtəlif  qurğularında  beynəlxalq  standartlara  cavab  verən  müasir  avadanlıqlarla 

əvəz  edilməklə  rekonstruksiya  işləri  həyata  keçiriləcək,  istehsal  olunan  məhsulların 

çeşidi  və  keyfiyyəti  artırılacaqdır.  "Azərikimya"  İB-də  yaxın  gələcəkdə  kimya  sənaye 

parkının  yaradılması  da  nəzərdə  tutulur  ki,  bu  da  ölkənin  iqtisadi  inkişafına  təkan 

verməklə  yanaşı  yeni  iş  yerlərinin  açılmasına  və  gənc  mütəxəssislərin  işə  cəlb 

olunmasına səbəb olacaqdır. 

"Etilen-Polietilen" 

zavodunun 

EP-300 

və 


Polimir-120 

qurğularında 

rekonstruksiya  aparılmış  və    mənəvi-fiziki  köhnəlmiş  avadanlıqlar  daha  müasir 

avadanlıqlarla  əvəzlənmişdir.  2015-ci  ilin  oktyabr  ayında  Prezident İlham  Əliyev 

Sumqayıtda  “Azərikimya”  İstehsalat  Birliyinin  etilen-polietilen  zavodunda  yeni 

qurğuların işə salınması mərasimində iştirak etmişdir. İllik layihə gücü 87.600 ton olan 

qurğunun  istismara  verilməsi  nəticəsində  məqsədli  məhsul  olan  propilenin  digər 

məhsullara çevrilməsinin qarşısı alınacaq. 

 

Azərbaycanda planlaşdırılan layihələr 

“SOCAR  Polymer”  Məhdud  Məsuliyyətli  Cəmiyyəti  (MMC)  Sumqayıt  Kimya 

Sənaye  Parkında  inşasını  nəzərdə  tutduğu  zavodda  polietilen  istehsalı  üçün  Böyük 

Britaniyanın  “Ineos  Technologies”  şirkətinin  “Innovene  S  Process”  texnologiyasını 

seçib.  

2015-ci ilin aprel ayında isə Azərbaycan-İtaliya işgüzar görüşü zamanı İtaliyanın 

“Maire Technimont” Mühəndislik Şirkətlər Qrupu və Azərbaycanın “SOCAR-Polymer” 

arasında  dəyəri  750  mln.  avro  olan  Sumqayıt  Polipropilen  zavodunun  inşası  layihəsi 

üzrə  müqavilə  imzalanıb.  İnvestisiyanın  60%-i  borc  kapitalı,  40%-i  isə  səhmdar 

kapitalından ibarətdir. 




35 

 

Milan Fond Birjasının reyestrinə daxil olan  “Maire Tecnimont S.p.A.” Şirkətlər 



qrupu  mühəndislik  və  tikinti,  texnologiyaların  hazırlanması  və  lisenziyalaşdırma, 

energetika  və  karbohidrogenlərin  sənaye  istehsalında  ixtisaslaşan  birgə  müəssisələrin 

yaradılması (neft və qaz, neft-kimyası və gübrə), o cümlədən energetika və infrastruktur 

layihələrində  dünyanın  aparıcı  müəssisələrindən  biridir.  30-dan  artıq  ölkədə 

nümayəndəliyə  malik  və  45-dən  artıq  şirkətə  nəzarət  edən  “Maire  Tecnimont  S.p.A.” 

Şirkətlər qrupunda təxminən 4300 nəfər işçi çalışır. 

Müqavilənin ümumi dəyəri 350 mln. avrodur və layihə çərçivəsində mühəndislik, 

təchizat, quraşdırma və tikinti işlərinin görülməsi nəzərdə tutulur. 

Azərbaycanın  ilk  propilen  zavodu  olacaq  bu  müəssisənin  Sumqayıt  Kimya 

Sənaye  Parkında  30  hektar  ərazidə  tikilməsi  planlaşdırılır.  “SOCAR  Polymer”  23 

sentyabr 2013-cü ildə parkın rezidenti qismində qeydə alınmışdır. 

Polipropilen-qablaşdırma, 

tekstil, 

dəftərxana 

ləvazimatı, 

avtomobil 

komponentləri,  elektron  və  elektrik  texnikası  və  digər  məqsədlər  üçün  istifadə  olunan 

əsas məhsuldur. Hazırda Azərbaycan polipropilen və yüksək sıxlıqlı polietileni xaricdən 

idxal  edir.  “SOCAR-Polymer”  layihəsinin  həyata  keçirilməsi  bu  vacib  məhsulun 

ölkəmizdə də istehsal olunmasına imkan yaradacaq. 

Layihənin  əsas  səhmdarı  SOCAR-dır.  Bundan  başqa,  layihəyə  ölkənin  3  əsas 

holdinqi - “PASHA Holding”, “Gilan Holding” və “Azersun Holding” də cəlb olunacaq. 

Layihənin 40% kapitalını bu şirkətlər ödəyəcək. 

Layihədə  istehsal  olunacaq  məhsulların  30%-i  yerli  bazara  çıxarılacaq.  Qalan 

70% isə “SOCAR-Trading” vasitəsi ilə dünya bazarlarına ixrac olunacaq. 

Müqavilənin şərtlərinə görə, "SOCAR Polymer" MMC-nin strukturuna daxil olan 

layihə  gücü  180  min  ton/il  olan  Polipropilen  qurğusunun  2018-ci  ilin  əvvəlində  və 

layihə gücü 120 min ton/il olan yüksək sıxlıqlı Polietilen (HDPE) qurğusunun isə 2018-




36 

 

ci ilin ikinci yarısında tikilib istismara verilməsi planlaşdırılır. Polipropilen  və yüksək 



sıxlıqlı  Polietilen (HDPE)    zavodlarının  tikilməsi üçün  Rusiyanın "Qazprombank"ı ilə 

425 mln. ABŞ dolları həcmində kreditin ayrılmasına dair ilkin şərtlər toplusu imzalanıb. 

Polipropilen  qurğusunun  lisenziarı  "Lyondell  Basel",  olan  yüksək  sıxlıqlı  Polietilen 

(HDPE)  qurğusunun lisenziarı isə "Ineos" şirkətidir.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




37 

 

İstifadə olunmuş ədəbiyyat 

1.

 

http://www.wikipedia.org 



2.

 

http://www.subconturkey.com/2011/Mart/koseyazisi-Dunya-ve-Turkiye-Polietilen-PE-Dis-



Ticaret-Analizi.html 

3.

 



http://www.iso.org.tr/Sites/1/content/500-buyuk-liste.html?j=5024132 

4.

 



http://www.plasfed.org.tr/index.php?cmd=haberler&id=42 

5.

 



http://www.socar.az 

6.

 



http://az.trend.az/tags/700/ 

7.

 



http://www.polypark.az/hqo.html 

8.

 



http://www.chemical-imaging.com/plastic-sorting.html 

9.

 



https://eksisozluk.com/polietilen--287064 

10.


 

http://www.giiresearch.com/report/mmm331908-global-low-density-polyethylene-ldpe-market-

by.html 

11.


 

http://www.ceresana.com/en/market-studies/value-chain/propylene-china/ 

12.

 

http://www.plasticsnews.com/article/20130909/NEWS/130909948/global-pp-market-to-reach-



62-4-million-metric-tons 

13.


 

http://www.medicinenet.com/plastic/article.htm 

14.

 

http://en.wikipedia.org/wiki/Polypropylene 



15.

 

http://www.plasticmoulding.ca/polymers/polyethylene.htm 



16.

 

http://www.cmtevents.com/aboutevent.aspx?ev=101248 



17.

 

http://polimernedir.com/?page_id=149 



18.

 

http://nakpa.com.tr/polipropilen/ 



19.

 

https://www.ihs.com/products/linear-low-density-polyethylene-chemical-economics-



handbook.html 

20.


 

http://www.brentwoodplastics.com/polyethylene 

21.

 

http://www.co2g.co.uk/?page_id=343 



22.

 

http://www.plastics.gl/market/plastics-the-facts-2014/ 



23.

 

http://www.doguspolimer.com/yuksek-yogunluklu-polietil.asp 



24.

 

http://globenewswire.com/news-release/2015/02/18/707386/0/en/Global-Low-Density-



Polyethylene-LDPE-Industry-Forecasts-to-2020.html 

25.


 

http://www.plasticsnews.com/article/20130909/NEWS/130909948/global-pp-market-to-reach-

62-4-million-metric-tons 

26.


 

http://www.giiresearch.com/report/fd318034-world-polyethylene.html 




38 

 

27.



 

http://www.rtpcompany.com/products/product-guide/polypropylene-pp/ 

28.

 

http://www.pimtasplastik.com.tr/Turkce/tbilgiler_devam2.asp?haber_id=214 



29.

 

http://composite.about.com/od/Plastics/a/What-Is-Polypropylene.htm 



30.

 

http://www.ceresana.com/en/market-studies/value-chain/propylene-china/ 



31.

 

http://www.ogj.com/articles/print/volume-108/issue-27/technology/ogj-focus-global-



ethylene.html 

32.


 

http://composite.about.com/od/Plastics/a/What-Are-Plastics.htm 

33.

 

http://rstb.royalsocietypublishing.org/content/364/1526/2115 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Yüklə 207,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə