Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 329,2 Kb.
Pdf görüntüsü
səhifə11/11
tarix11.06.2018
ölçüsü329,2 Kb.
#47966
1   2   3   4   5   6   7   8   9   10   11

31

 

 



-

 

yeni texnologiyaların yaradılmasına; 



-

 

proqram təminatı vasitələrinin yaradılması; 



-

 

informasiyanın  qəbulu,  emalı,  təhlili  və  ötürülməsi  sahəsində  yeni 



xidmətlərin yaradılması; 

-

 



elmi 

tədqiqat 

işlərinin 

istehsalata 

tətbiqi, 

onların 


kommersiyalaşdırılması. 

 

ADİU-nun İnnovativ Biznes İnkubatoru 

Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən  təsdiq  edilmiş 

“Azərbaycan  gəncliyi  2011-2015-ci  illərdə”  Dövlət  Proqramı  çərçivəsində 

müvafiq  ixtisaslar  üzrə  hazırlıq  aparan  gənclər  üçün  biznes-inkubatorların 

yaradılmasına xüsusi yer verilib. ADİU-da innovasiya yönümlü iqtisadi təhsilin 

formalaşdırılması  üzrə  həyata  keçirilən  tədbirlər  çərçivəsində  yaradılmış 

İnnovativ  Biznes-İnkubator  (İBİ)  ölkəmizdə  bu  sahə  üzrə  ilk  universitet 

təşəbbüsü və layihəsidir.  

ADİU  ilə  Gənclər  və  İdman  Nazirliyi  arasında  imzalanmış  müqaviləyə 

uyğun olaraq İBİ-nin fəaliyyətinə dair tədbirlərin keçirilməsi üçün 64722 manat 

vəsait  nəzərdə  tutulub.  Əməkdaşlıq  çərçivəsində  təlim  kurslarının  keçirilməsi

startapların  inkişafına  dair  və  gənc  biznesmenlər  üçün  marifləndirici  metodiki 

vəsaitlərin,  kitabların  hazırlanması,  tərcümə  edilməsi,  İBİ-nin  internet  saytının 

yaradılması və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub”.  

Artıq  tələbələrin  ideyalarının  reallaşdırılması  məqsədilə  4  startap 

fəaliyyətə başlayıb. 

-

 



“Peşəkar mühasibat”; 

-

 



“LingvOmondo”; 

-

 



“Perfect Pictures”; 

-

 



“UniWeb”. 

 Layihə həmçinin tələbələrin asudə vaxtlarının təhsil aldıqları ixtisaslarına 

uyğun  keçirilməsi,  iş  təcrübəsi  əldə  edilməsi  və  maddi  rifahlarının 

yaxşılaşdırılması  baxımından  zamanın  tələblərinə  uyğundur.  İBİ  tələbələrin 

müştəri  ilə  ünsiyyətdə  olmaq  və  nəzəri  biliklərini  bazar  iqtisadiyyatına  tətbiq 

etmək baxımından səmərəli hesab olunur.  

Layihə  həyata  keçirilməsi  gənclərin  sahibkarlıq  fəaliyyətlərinin  önə 

çıxmasına kömək edəcək. 

 İBİ  əsasən  Startaplar,  Təlim  mərkəzi,  Biznes  klinik  və  kovorkinq 

istiqamətləri üzrə fəaliyyət göstərir. İBİ-nin məqsədi ilk növbədə “Azərbaycan 




32

 

 



Gəncliyi  2011-2015-ci  illərdə  dövlət  proqramı”nı  icra  etmək,  ADİU-nun 

professor-müəllim heyətini təhsil, elmi-innovativ layihələrə cəlb etmək, ölkədə 

gənc menecer və sahibkarların yetişdirilməsi və tələbə startaplara öz bizneslərini 

qurmaqda  tədris-metodiki,  maddi-texniki,  psixoloji  və  maliyyə  dəstəyi 

göstərməkdən ibarətdir. 

 

Yüksək Texnologiyalar Parkı 

Yüksək Texnologiyalar Parkı iqtisadiyyatın inkişafına təkan vermək üçün 

yaradılıb.  Həmçinin  yeni  texnologiya  və  innovasiyaların  inkişafı  üçün  elmi-

tədqiqat mərkəzlərinin lazımi infrastrukturla təmin edilməsini nəzərdə tutur. 

YTP  xarici  təcrübəyə  əsaslanan  bir  layihədir  və  Yüksək  Texnologiyalar 

Parkının tikintisi üçün Pirallahı adasında 50 hektar torpaq sahəsi ayrılıb. 

Layihənin  rəhbərliyi  Bakı  şəhərinin  mərkəzindəki  ofisində  həm  də  “Pi 

Campus” yaradıb ki, ərizə təqdim edərək seçilmiş startaplar burada yaradılmış 

imkanlardan  bəhrələnərək  işləyə  bilsinlər.  Startap  layihələri  YTP-yə  çevik 

onlayn  forma  vasitəsilə  təqdim  olunur.  Hər  ay  yeni  seçilmiş  startap  layihələri 

özlərini təqdim etmək üçün YTP-yə dəvət olunur. 

Startaplar  vaxtaşırı  YTP-yə  öz  ümumi  hesabatlarını  təqdim  edirlər.  Bu 

yolla hansı startapların YTP-də fəaliyyətini davam etdirəcəyi müəyyən olunur. 

Bu, ilk növbədə onunla bağlıdır ki, YTP məhz səmərəli işləyən, qısa müddətdə 

gözlənilən  nəticəni  göstərə  bilən  startapların  yaradılmış  şəraitdən 

bəhrələnməsinə  çalışır.  Vaxtı  və  yeri  səmərəli  istifadə  etməyənlər  isə  Pi 

Campusu tərk etməli olurlar. Onların bir hissəsi başqa mərkəzlərə göndərilir. 

YTP-ə  ərizə  verərək  seçilmiş  startapların  çalışdığı  məkandır.  Burada 

startapların  öz  layihələrini  inkişaf  etdirə  bilmələri  üçün  şərait  yaradılmışdır. 

Startapçılar kiçik bir məbləğ ödəməklə avadanlıq, sürətli internet və lazım olan 

kompüter  proqramları  ilə  təchiz  olunmuş  iş  yerləri  əldə  etmiş  olurlar.  Bundan 

başqa  YTP  startaplara  bacarıqların  inkişafı  sahəsində  yardımçı  olmağa  çalışır. 

Bu  inkubasiya  mərkəzində  işləyən  startapların  böyüdükcə  iri  firmalara 

çevrilərək Pirallahı adasına köçürülməsi düşünülür. 

Ümumiyyətlə,  yüksək  texnologiyalar  sahəsində  çalışan  şirkətlərin  bir-

birinə yaxın, eyni məkanda işləyə bilməsi, eyni zamanda dövlət güzəştlərindən 

faydalana bilməsini nəzərdə tutur. 

Dövlət güzəştlərinə yeddi ilə qədər gətirilən avadanlıqlar üçün ƏDV-dən 

azadolma,  illik  mənfəət, torpaq və  əmlak  vergilərindən azad olma  da  daxildir. 

Bu  isə  o  deməkdir  ki,  bu  ərazidə  yerləşmiş  şirkətlərə  verilmiş  iş  və  yaşayış 

yerləri onlar üçün daha ucuz başa gələcək. 



33

 

 



Layihənin  həyata  keçirilməsinin  üç  fazası  nəzərdə  tutulub:  ilk  fazada 

dövlət  öz  maliyyəsi  və  özü  tərəfindən  həyata  keçirir.  Bu  fazada  təhsil 

mərkəzinin, böyük inkubasiya mərkəzinin qurulması, inzibati ofis, kiçik yaşayış 

mərkəzləri və bir neçə şirkət ofisinin yaradılması nəzərdə tutulur. 

Texnoparkın  yaradılması  layihəsinə  başlanmazdan  əvvəl  dünyada  olan  400-ə 

yaxın texnoparkla bağlı araşdırma aparılıb. 

Yüksək  Texnologiyalar  Parkının  məlumatına  əsasən  YTP-yə  daxil  olan 

100-dən çox layihə içərisindən 37-i seçilib. 

Seçim YTP-nin daxili komissiyası tərəfindən aparılır. Bu startapları cəlb 

etdikdən sonra növbəti məqsəd onları həm xarici investisiya şirkətləri, həm də 

bu sahə ilə maraqlanan yerli şirkətlərlə əlaqələndirməkdir. 

Bundan  başqa  YTP-yə  nüfuzlu  xarici  proqramlaşdırma  və  biznes 

məktəblərinin cəlb edilməsi də nəzərdə tutulub. 

YTP  ilə  əməkdaşlıq  edən  startapların  bəziləri  artıq  investorları  cəlb  edə 

bilib. Bəzilərinə isə İKT fondu qrant vasitəsilə dəstək verməyə başlayıb. 

 

Qafqaz texno park 

Texnoparkın missiyası: 

-

 



Elmi  tədqiqatlar  tətbiq  olunaraq  yüksək  texnoloji  əhəmiyyətli 

məhsulların istehsalı; 

-

 

Azərbaycanda  iqtisadiyyatın,  o  cümlədən  qeyri-neft  sektorunun 



davamlı inkişafına dəstək vermək; 

-

 



İş  dünyası  ilə  Universitetin  professor-müəllim  və  tələbə  heyəti 

arasında əlaqələrin inkişaf etdirilməsi

-

 

Dünyada  sürətlə  inkişaf  edən  yüksək  texnoloji  yeniliklərin 



mənimsənilməsi və istehsalında iştirak etmək. 

Texnoparkın hədəfləri: 

Universitetlərin  təhsil,  tədris  və  araşdırma  fəaliyyətlərini  dəstəkləyərək 

daha səmərəli nəticələr əldə etmək, 

Sənayenin rəqabət gücünü artırmaq, 

Yüksək  texnologiyalara  əsaslanan  regional  və  iqtisadi  inkişafı 

sürətlənməsinə dəstək vermək. 

Texnoparkların qurulmasının əsas məqsədi aşağıdakılardır 

Yüksək  texnologiyalara  əsalanaraq  inkişaf  etdirilən  sənaye  sahələrinin 

gücləndirilməsi, 

Yeni bölgələrdə sənayenin inkişafının dəstəklənməsi, 

İnnovativ fəaliyyətlərin həyata keçirilməsi, 




34

 

 



Təhsil  və  daha  təsirli  elmi-texniki  nəticələrə  malik  fəaliyyət  sahələri  ilə 

səmərəliliyin artırılması, 

Beynəlxalq arenada rəqabət gücünün yüksəldilməsi. 

Universitet-sənaye  əməkdaşlığında  ciddi  layihələri  mövcud  olan  Qafqaz 

Universiteti texnopark fəaliyyətləri ilə də Azərbaycanın və regionun inkişafında 

öz töhfəsini verməyi hədəfləyir. 

Qafqaz  Universiteti  Texnoparkı  formalaşdırılarkən  ABŞ,  İsveç,  Türkiyə 

və Rusiyanın təcrübəsi öyrənilmişdir. Türkiyədə fəaliyyət göstərən ODTU (Orta 

Doğu  Texniki  Universiteti),  İTU  (İstanbul  Texniki  Universiteti)  və  YTU-nun 

(Yıldız  Texniki  Universiteti)  Texnopark  nümunələri  əsas  götürülərək  Qafqaz 

Universiteti Texnoparkı təsis edilmişdir. 

2013-cü ilin Yanvar ayında Qafqaz Universiteti Elmi Şurasının qərarı ilə 

təsis edilən Qafqaz Universiteti texnoparkı “QUTechnopark” adlandırıldı. 

QUTechnopark  hazırda  formalaşdırmağa  davam  etdiyi  ekosistemdə 

universitet-sənaye  əməkdaşlığının  səmərəliliyini  artırmaqdadır.  Bununla  da, 

QUTechnoparkdı fəaliyyətlər istər kadr hazılığı işində, istərsə də sosial-iqtisadi 

inkişafa  səbəb  olan  elmi  tədqiqatların  aparılmasında  şirkətlərlə  əməkdaşlığın 

daha da genişlənməsini və səmərəli nəticələrini təmin edir. 

Hazırda QUTechnopark Qafqaz Universitetində xüsusi ayrılmış 1000 m

2

-



ə  yaxın  ərazisi  olan,  20  ayrı  ofisdən  ibarətdir.  QUTechnopark-da  İnkubasiya 

Mərkəzi ilə yanaşı, 11 şirkətin fəaliyyəti üçün ofis yeri ayrılmışdır ki, onlardan 

5-i  uzun  müddətdir  ki,  burada  fəaliyyət  göstərirlər.  Hazırda  yeni  texnopark 

binasının tikilməsi üzərində iş aparılır. 

 

Xəzər Universitetinin İnnovasiya Mərkəzi 

Xəzər  Universiteti  İnnovasiya  Mərkəzinin  əsas  məqsədi  biznes  dünyası 

ilə  universitetin  arasında  qarşılıqlı  əlaqələr  sistemini  təşkil  etməkdir.  Mərkəz 

universitetlə  birgə  tədqiqat  aparması  üçün  texnologiyaya  əsaslanan  bizneslərə 

müəllim  və  tələbələrin  imkanlardan  öz  xeyirinə  istifadə  etmək  və  universitetin 

kitabxana  laboratoriyalar,  avadanlıq,  xidmətlər  və  s.  kimi  resurslarına  sərbəst 

daxil olaraq, onlardan yararlanmaq üçün şərait yaradılmışdır. Xəzər Universiteti 

İnnovasiya  Mərkəzi  sinif  otaqlarında  və  laboratoriyalarda  əmələ  gəlmiş 

ideyaları real şərtlər mühitində yoxlayaraq, akademik missiyanı zənginləşdirir. 

Bundan  başqa,  mərkəz  tələbələrə  sənaye  ilə  birbaşa  təcrübə  və  araşdırma 

imkanları  təklif  edir.  Mərkəz  ən  yaxşı  müəllim  və  tələbələrini  cəlb  etməyə  və 

saxlamağa kömək edərək, Universitetin akademik missiyasını dəstəkləyir. 




35

 

 



Xəzər  Universiteti  İnnovasiya  Mərkəzinin  (Techno-Park)  tərəfdaşları  və 

iştirakçıları  üçün  təhsil,  elm  və  biznesin  inteqrasiyası  vasitəsilə  rəqabət 

üstünlükləri yaratmaq. 

 

Hədəf fəaliyyətləri: 



-

 

Yüksək texnoloji sənayelər; 



-

 

Elmi tədqiqatlar; 



-

 

Məsləhət, layihə və dəstək xidmətləri; 



-

 

Təlimlər. 



 

Biznes inkubator 

İnnovasiya  Mərkəzinin  inkubatoru  texnologiya  yönümlü  müəssisələrin 

inkişafını  dəstəkləyərək,  bilik  və  yeni  ideyaları  faydalı  insan  həyatını 

zənginləşdirən  məhsul  və  xidmətlərə  çevirir,  iqtisadi  inkişafına  təkan  verir  və 

universitetin  akademik  missiyasını  dəstəkləyir.  Xəzər  Universiteti  Biznes 

inkubatoru  ən  ümidverici  tədqiqat  və  texnologiya  layihələrindən  dayanıqlı 

startaplar  hazırlayır.  Əsas  diqqət  yetirilən  sahələrə  İKT,  film  və  animasiya 

sənayesi,  energetika,  biotexnologiya,  elektronika,  inşaat,  multimedia,  robot  və 

digər sənaye sahələri daxildir. Mərkəz startap şirkətlərə bir sıra xidmətləri təmin 

edərək, kömək edir: 

Təlim,  biznes  məsləhətləri,  maliyyə  dəstəyi,  texnoloji  dəstək,  fiziki 

məkan və şəbəkə. 

 

 

Şəkil 2: Xəzər İnkubatorunda startapların hazırlanma prosesi.



 

 



36

 

 



Baku Business Factory (BBF) 

Müxtəlif  sahələrə  aid  biznes  ideyaları  olan  gənclərin  BBF-də  öz 

ideyalarını biznesə çevmələri üçün imkanlar yaradılmışdır. BBF-də ofis, mentor 

və  maddi  dəstək  alamaq  və  davamlı  olaraq  müxtəlif  təlimlərdə  iştirak  etmək 

üçün imkanlar yaradılmışdır. 

BBF-in fəaliyyət göstərdiyi 2-ci sahə isə sərbəst işləyən insanların iş üçün 

hər  cür  şəraitə  malik  ofislə  təminidir.  Onlar  heç  bir  ödəniş  etmədən  ofislərin 

bütün  imkanlarından:  iş  stolu,  görüş  otaqları,  istirahət  otağı,  internet,  printer, 

skayner və s., imkanlardan istifadə edə bilərlər. Həmçinin, BBF tərəfindən təşkil 

olunan təlimlərdə də iştirak etmək imkanları yaradılmışdır. 

Son  illərdə  ölkəmizdə  gənclərin  biznesə  olan  marağı  sürətlə  artır,  lakin 

çox  zaman  təcrübənin  azlığı  və  maddi-texniki  çatışmazlıqlara  görə  bu 

təşəbbüslərin böyük bir qismi uğursuzluqla nəticələnir. BBF-in startaplarla bağlı 

layihəsi  də  məhz  gəncləri  həm  də  maddi-texniki,  həm  biznes  vərdişlərinin 

artırılması baxımdan önəmlidir. Bu sahədəki əsas xidmətlər ofis təmini, maddi-

texniki təchizat, mentorluq, hüquqi dəstək və investisiyadır. 

Dəstəklənən biznes növləri müraciət edə bilər: 

-

 



Ticarət: topdan və pərakəndə satış, e-ticarət 

-

 



Xidmət:  agentlik,  konsultasiya,  dizayn,  tərcümə,  təlim  və  kurslar, 

araşdırma və s. 

-

 

İstehsal: toxuculuq, əl işləri, gündəlik istifadə malları, qida məhsulları 



və s. 

-

 



Texnoloji: internet səhifəsi hazırlanılması, tətbiqlər, robot istehsalı və 

s. 


-

 

Kənd 



təsərrüfatı: 

əkinçilik,  heyvandarlıq,  kənd  təsərrüfatı 

məhsullarının satışı və s. 

-

 



Qısa  müddətli  qazanc  gətirəcək  layihələr:  sərgilər,  aksiyalar, 

kampaniyalar, konsertlər və s. 

 

Infipro Azerbaijan  

“İnfipro”  informasiya  texnologiyası,  internet  və  proqram  təminatı  üzrə 

ixtisaslaşan  bizneslərin  başlanğıc  mərhələsinə  investisiya  edən  vençur  kapitalı 

şirkətidir. Yeni texnoloji xidmətləri meydana gətirmək məqsədilə sahibkarlarla 

birgə işləməkdən ibarətdir. 



37

 

 



Bacarıqlı sahibkarların öz ideyalarını reallaşdırılmasına təkan vermək və 

bizneslərinin  genişləndirilməsinə  kömək  etmək  məqsədilə  şirkət  tərəfindən 

kiçik həcmli investisiyalar da nəzərdə tutulub. 

Yüksək  böyümə  potensialı  olan  innovativ  şirkətlərə  investisiya  edilir. 

Həmçinin  rəqabət  mühitində  liderlik  keyfiyyətlərini  nümayiş  etdirə  bilən 

şirkətlərə dəstək verilir. 

“İnfipro” bir qayda olaraq fondlarına ehtiyat kapitalının maksimum 10%-

ni  investisiya  edir.  Bütün  potensial  layihələr  yüksək  gəlirlilik  dərəcəsi  və 

möhkəm  biznes  planına  malik  olmalıdır.  Şirkət  hər  hansı  layihəni  təhlil  etdiyi 

zaman  yüksək  bacarıqlı  və  tam  məsuliyyətli  idarə  heyətinin  mövcud  olması 

həlledici faktordur. Zəruri olduğu təqdirdə əlavə maliyyə imkanlar, bazara çıxış 

və  hərtərəfli  dəstək  təmin  edə  biləcək  digər  aparıcı  investorlar  ilə  tərəfdaşlıq 

yaradırlar. 

 

 



 


38

 

 



İstifadə edilmiş ədəbiyyat 

1.

 



https://ru.wikipedia.org/wiki/%D0%A1%D1%82%D0%B0%D1%80%D1%82%D0

%B0%D0%BF

 

2.

 



https://en.wikipedia.org/wiki/Startup_company

 

3.



 

http://www.wsj.com/articles/universities-push-harder-into-realm-of-startups-

1418842795

 

4.



 

http://www.slideshare.net/Fit4Biz/david-molesheadenvestors-raising-finance-and-

exit-stragies-for-your-business

 

5.



 

http://technimum.com/blog/featured/4570.html

 

6.

 



https://en.wikipedia.org/wiki/Angel_investor

 

7.



 

https://az.wikipedia.org/wiki/Ven%C3%A7ur_maliyy%C9%99l%C9%99%C5%9Fd

irm%C9%99si

 

8.



 

http://1net.az/ipo/

 

9.

 



https://www.cbinsights.com/blog/silicon-valley-tech-investment-exit-report/

 

10.



 

http://thenextweb.com/insider/2014/04/04/startups-state-eastern-european-

governments-helping-helping-entrepreneurs/

 

11.



 

http://www.guidemesingapore.com/doing-business/finances/singapore-government-

schemes-for-startups

 

12.



 

https://www.cbinsights.com/blog/startup-failure-reasons-top/

 

13.


 

http://1net.az/startup-visa/

 

14.


 

http://www.venturelab.ca/The-Startup-Ecosystem-Reports-2012-and-2014

 

15.


 

https://www.sba.gov/about-sba/sba-initiatives/startup-america/about-startup-america

 

16.


 

https://en.wikipedia.org/wiki/Silicon_Valley

 

17.


 

http://siepa.gov.rs/files/pdf2010/IT_industry_CeBIT.pdf

 

18.


 

http://park.by/?lng=en

 

19.


 

http://www.bionic-hill.com/

 

20.


 

http://sk.ru/news/

 

21.


 

http://director.startupgrind.com/84E64FF7-DB60-4EE6-8566-

C678E2ED7F93/FinalDownload/DownloadId-

E8CED46CA30D5BD3EF9E1E7F3C0AC568/84E64FF7-DB60-4EE6-8566-

C678E2ED7F93/wp-content/uploads/2013/10/Tel-Aviv-Startup-City.pdf

 

22.



 

https://www.techinasia.com/china-state-venture-capital-fund-over-6-billion-dollars/

 

23.


 

http://www.startup.az/

 

24.


 

http://ictfund.gov.az/

 

25.


 

http://bbf.az/

 

26.


 

http://www.aseu.az/index.php?lang=ru

 

27.


 

http://hightech.az/

 

28.


 

http://qutechnopark.az/

 

29.


 

http://technopark.khazar.org/?page_id=32&lang=az

 

30.


 

http://infipro.az/



 

 

 



Yüklə 329,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə