Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 329,2 Kb.
Pdf görüntüsü
səhifə2/11
tarix11.06.2018
ölçüsü329,2 Kb.
#47966
1   2   3   4   5   6   7   8   9   10   11

3

 

 



Giriş 

Şirkətlərin təsis edilməsi hər bir müasir iqtisadiyyatda zəruri və ənənəvi 

bir  prosesdir.  Şirkətlərin  fəaliyyəti  nəzəriyyələrinin  inkişaf  etməsinə 

baxmayaraq  son  dövrlərə  kimi  şirkətlərin  məhz  təsis  edilməsi  və  onların  ilkin 

ikişafı  ilə  bağlı  xüsusi  nəzəriyyələr  mövcud  deyildi.  Son  30  ildə  xüsusən  də 

1990-cı  illərdən  başlayaraq  yeni  fəaliyyətə  başlayan  şirkətlərlə  bağlı  “startap” 

(“Start up” – ingilis dilində tərcümədə “başlamaq” deməkdir) adlı yeni anlayış 

və bu anlayışla bağlı nəzəriyyələr formalaşmağa başlamışdır.  

Startap  yeni  yaradılmış  və  ilkin  inkişaf  mərhələsində  olan  şirkət 

adlandırılır. Startaplar istənilən forma və ölçüdə ola bilər. Eyni zamanda hər bir 

yeni  yaradılan  şirkətə  startap  deyilmir.  Ümumilikdə  startapların  fəaliyyətləri 

daha  çox  yeni  texnologiyaların  (innovasiyaların)  işlənilməsi  (tətqiqatı)  və 

onların tətbiqi ilə bağlıdır. Bunu nəzərə alaraq, startaplar bir tərəfdən davamlı və 

dayanaqlı,  digər  tərəfdən  isə  iri  miqyasartımı  potensialına  malik  olan  biznes 

modelinin işlənilməsinə maraq göstərirlər. 

Startap ilk öncə biznesdir və hər bir biznes kimi gəlir gətirən bir subyekt 

olmalıdır.  Bununla  yanaşı  startaplarda  “sosial  sahibkarlıq”  istiqamətiləri  də 

mövcuddur.  Bu  tip  startaplar  gəlir  güdmədən,  amma  minimal  gəlir  gətirərək 

layihənin fəaliyyətini təmin edərək fəaliyyət göstərir. 

Startaplar  universitetlər,  biznes  inkubatorlar,  biznes  mələkləri  (mələk 

investorlar),  texnoparklar,  qrant  proqramları,  vençur  maliyyələşdirmə  fondları 

və akseleratorlar tərəfindən dəstəklənir. 

Startapların  əsas  xüsusiyyətlərindən  biri  də  onun  inkişafı  üçün  maliyyə 

vəsaitinin  çatışmazlığıdır  (bəzi  hallarda  startapın  fəaliyyəti  bazar  üçün  gizli 

xarakter daşıyır, yəni tam olaraq qeydiyyatdan keçmədən). ABŞ-da startapların 

bir  çoxu  tələbələr  tərəfindən  yaradılır  və  bunlara  “qaraj”  startapları  deyilir. 

Startaplar yalnız İT sahəsində deyil, istənilən sahədə təsis edilir.  

Startapların  yaranmasına  imkan  verən  əsas  səbəb  iri  şirkətlərin  riskləri 

azaltmaq istəyidir. İri şirkətlər bazarda öz yerini qazanmış məhsulları sual atlına 

qoymağa  meyilli  deyillər.  Bu  səbəbdən  yeni  ideyalar  həyata  keçirilən  zaman 

mobilliyi  ilə  fərqlənən  startaplar  böyük  şirkətlərlə  rəqabət  göstərmək 

potensialına malikdirlər. 

Yeni startapın yaranmasının əsas mənbəyi yaradıcı ideyadır. İdeyanın özü 

ancaq  kağız  üzərində  olanda  belə  (startapın  planı)  böyük  bir  dəyərə  malik  ola 

bilər. Startapın yaranması və onun uğuru üçün vacib olan daha bir amil həmin 

ideyaya bazarda potensial tələbatdır. Belə ki, bəzi hallarda ideya maraqlı və yeni 




4

 

 



ola  bilər,  lakin  onun  bazarda  qəbul  edilməsi  üçün  əsas  olmaya  bilər.  Belə 

halların olmaması üçün bazarın ciddi araşdırılması tələb olunur. 

Həmçinin  startapın  uğuruna  təsir  edən  amillərdən  digəri  startapçının 

nisbətən  cavan  yaşı  (statistikaya  görə  startapçının  orta  yaşı  25-dir),  ideyaya 

inamı  və  ideyanın  həyata  keçməsi  üçün  böyük  zehni  və  vaxt  resurslarının 

ayrılmasıdır.  Digər  vacib  amil  –  komandadır.  Belə  ki,  adekvat  komandanın 

seçilməsi, maliyyə vəsaitinin axtarıb tapılmasını üstələyir. 

İlk  dəfə  startap  anlayışı  1939-cu  ildə  ABŞ-da  yaranır.  Həmin  ildə  San-

Fransisko  şəhərinin  yaxınlığında  Santa-Kler  vadisində  (Kaliforniya  ştatı) 

yüksək  texnologiyalar  sahəsində  fəaliyyət  göstərən  şirkətlər,  sahibkarlar  və 

Stenford Universitetinin gənc tələbələri Devid Pakkard və Vilyam Xyulett yeni 

layihə  yaradaraq  ona  startap  adını  verdilər.  Zaman  ötdükcə  bu  “kiçik”  layihə 

“Hewlett-Packard” adlı iri şirkətə çevrilmişdir. 

 

 




5

 

 



Startapın (“Start Up”) iş prinsipləri 

Qeyd  olunduğu  kimi  startaplar  yeni  texnologiya  və  innovasiyaların 

işlənilməsində  maraqlı  olan  şirkətlərdir.  Bu  xüsusiyyəti  nəzərə  alaraq 

startapların aşağıdakı növlər üzrə bölmək olar: 

-

 

Mövcud bazara yeni məhsul təqdim edən şirkətlər; 



-

 

Yeni bazara yeni məhsul təqdim edən şirkətlər; 



-

 

Mövcud bazara ucuz məhsul təqdim etməyə çalışan şirkətlər; 



-

 

Mövcud bazarda niş məhsul yaratmaq istəyən şirkətlər.  



Araşdırmalara  əsasən,  özünü  doğrultmayan  startapların  55%-i  1  milyon 

ABŞ dolları həcmində investisiya alan şirkətlərdir. 

Onlar  vəsaitin  azlığı  səbəbindən  məhsulun  tam  işlənilməsi,  bazara 

çıxarılması  və  özünüödəmə  nöqtəsinə  çata  bilmirlər  və  fəaliyyətlərinə  xitam 

verməyə  məcbur  olurlar.  Araşdırmalara  görə,  uğursuz  startapların  14%-i  1-5 

milyon  ABŞ  dolları,  9%-i  5-10  milyon  ABŞ  dolları,  8%-i  10-25  milon  ABŞ 

dolları, 13%-i isə 20 milyon ABŞ dolları investisiya əldə edirlər. 2010-2013-cü 

illər  arasında  uğursuz  olmuş  startaplar  orta  hesabla  11  milyon  ABŞ  dolları 

həcmində investisiya əldə etmişdirlər. 

Araşdırmalara əsasən məlum olmuşdur ki, şirkətlər son maliyyə yardımı 

aldıqdan sonra onların ömrü əsasən 20 ay olur. Bu müddətdən sonra qarşılarına 

qoyduqları məqsədlərə çatmadıqları üçün fəaliyyətlərini dayandırırlar. Hesabata 

görə, maliyyə cəlb etməyi bacaran startapların 36%-i 12-20 ay, 35%-i isə 1-12 

aydan  sonra  gördükləri  işlərə  son  verməli  olublar.  “CB  İnsights”  təşkilatı 

bildirir  ki,  startapların  yalnız  3%-i  maliyyə  aldıqdan  sonra  5  il  fəaliyyət 

göstərməyi bacarırlar. Bunlardan bəziləri yenə də uğursuz olurlar. 

2013-cü  ildə  uğursuz  startapların  79%-i  internet,  15%-i  isə  mobil 

texnologiya  kateqoriyasına  aid  olub.  Digər  uğursuz  layihələr  isə  domen, 

elektronika kateqoriyalarına aid edilib. 

“National  Venture  Capital  Association”  və  “Chronicle  of  Higher 

Education” təşkilatları tərəfindən verilən məlumatlara əsasən təhsil startaplarına 

illik 429 milyon ABŞ dollarına qədər edilən yatırımlara baxmayaraq, bu sahədə 

hələ də keyfiyyətli layihələrin olmadığı vurğulanır. 

Sözügedən  sahələrin  ən  çox  uğursuzluq  gətirməsinə  baxmayaraq 

gənclərin  böyük  əksəriyyəti  də  məhz  bu  sahələr  üzrə  layihələr  reallaşdırmağa 

cəhd edirlər. Gənclərin bu istəyi də özündən əvvəlkilərin böyük uğur qazanması 

və yüksək gəlir əldə etməsindən doğur. 

Universitetlər  tələbələri  və  fakültələri  tərəfindən  qabaqcıl  tədqiqatlara 

əsaslanan  biznes  startaplarının  yaradılması  istiqamətində  öz  səylərini 



Yüklə 329,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə