Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 329,2 Kb.
Pdf görüntüsü
səhifə3/11
tarix11.06.2018
ölçüsü329,2 Kb.
#47966
1   2   3   4   5   6   7   8   9   10   11

6

 

 



gücləndirir. Bəzi universitetlər başlanğıc xərclərin ödənilməsində yardımı əhatə 

edən  fondlar  yaradır.  Digərləri  isə  biznes  inkubatorların  yaradılması,  biznesin 

inkişaf etdirilməsi üzrə proqramların təşviqi, sahibkarlıq təhsilinin artırılması və 

sahibkarlarla  elm  adamlarının  əlaqələrinin  gücləndirilməsi  istiqamətində  işlər 

görür.  

Universitetlərdə  biznes  inkubatorların  yaradılması  heyətin  təhsil,  elmi-

innovativ layihələrə cəlb olunması, gənc menecer və sahibkarların yetişdirilməsi 

baxımından olduqca önəmlidir. Həmçinin, biznes inkubatorların yaradılmasının 

əsas  məqsədi  tələbələrə  öz  startap  bizneslərini  qurmaqda  tədris-metodiki, 

maddi-texniki, psixoloji və maliyyə dəstəyi göstərməkdən ibarətdir. 

“Association  of  University  Technology  Managers”  təşklatının 

məlumatına  əsasən  universitetlər  və  digər  elmi  tədqiqat  institutları  tərəfindən 

2011-ci  ildə  670  startap,  2012-ci  ilə  705  startap,  2013-cü  ildə  isə  818  startap 

yaradılmışdır. 

Minnesota  Universiteti  (Minnesota  University)  universitetdə  fəaliyyət 

göstərən  startapları  dəstəkləmək  üçün  20  milyon  ABŞ  dolları  maliyyə  vəsaiti 

ayıraraq erkən mərhələdə olan vençur maliyyələşdirmə fondu yaratmışdır. 

Visconsin  Sistem  Universiteti  (Wisconsin  System  University)  tərəfindən 

universitet  heyətinin,  fakultələrinin  və  elmi  təhqiqat  aparan  tələbələrin 

maliyyələşdirilməsi 

üçün 



milyon 



ABŞ  dolları  həcmində  erkən 

maliyyələşdirmə fondu yaradılıb. 

Kaliforniya  Universiteti  (California  University)  startapların  tətqiqat 

aparması  üçün  vençur  maliyyələşdirmə  fondunun  yaradılmasını  təsdiqləyib  və 

ilkin olaraq 250 milyon dollar sərmayə ayırıb. 

Startapın digər xüsusiyyəti onun yeni olmasından irəli gəlir – startapların 

zəif  maliyyə  resursları  olur.  Bunun  nəzərə  alaraq,  son  20  ildə  startaplar 

fəaliyyətə başlayanda ilkin mərhələdə maliyyələşmə üçün 2 əsas mexanizmdən 

istifadə edirlər: biznes mələkləri və vençur kapitalı (şəkil 1). 

Biznes-mələkləri  –  hələ  ideya  mərhələsində  olan  startaplara  pul  ayıran 

fərdi şəxslərdir.  

Vençur  fondları  isə  orta  və  ya  böyük  riskli,  lakin  gəlirlilik  səviyyəsi 

yüksək  olan  startaplara  maliyyə  vəsaiti  ayırırlar.  Vençur  fondları  da  “biznes-

mələkləri” kimi hələ yalnız biznes planı olan layihəyə maliyyə vəsaiti ayırırlar. 

Ancaq  onlar  bazara  çıxan,  lakin  daha  geniş  inkişafı  üçün  pulları  olmayan 

şirkətləri maliyyəşdirməyə daha çox üstünlük verirlər. 




7

 

 



 

Şəkil 1. Startapların inkişaf mərhələləri 

 

Bizines mələkləri (Mələk investorları)  

Şəkil 1-də görsəndiyi kimi startap üçün ən ilkin kapital startapı təsis edən 

şəxslər və onlara yaxın olan adamlardan (ailə və dostlar) alınır (və buna toxum 

kapitalı deyilir). Lakin bu kapitalın həcmi çox cüzi olur və ən ilkin tədqiqatın 

aparılması  və  prototipin  hazırlanaması  üçün  ayrılır  (və  çox  zaman  yetərli 

olmur).

 

Bu kateqoriya startaplara yatırım dünyada üçüncü yeri tutur. 



Toxum  kapitalının  nəticəsində  məhsula  dair  hər  hansı  ilkin  məlumatlar, 

biznes  plan,  prototipin  nüxsələri  və  hətta  kiçik  miqyaslı  modeli  qurulandan 

sonra  növbəti  maliyyələşdirmə  mərhələsinə  keçid  baş  verir.  Bu  mərhələdə 

maliyyə  sərmayəsi  “biznes  mələkləri”  və  ya  başqa  formada  desək  “mələk 

investorları”  tərəfindən  verilir.  Qeyd  etmək  lazımdır  ki,  “mələk  investorları” 

investisiyalı “vençur kapitalı” ilə müqayisədə daha yüksək riskli investisiyalar 

hesab edilir. 

Mələk  investorların  ən  böyük  xüsusiyyəti  odur  ki,  bunlar  qeyri-rəsmi 

investorlardır.  Bu  tip  inverstorlar  öz  şəxsi  büdcələrindən  biznes  startapların 

ayağa qalxması üçün vəsait ayırır və bunu geri dönəcək borc olaraq, yaxud da 

layihəyə ortaq olaraq həyata keçirirlər. 

Risk  sərmayədarı  (“venture  capital”)  şirkətlərindən  fərqli  olaraq  biznes 

mələkləri  startapları  öz  şəxsi  vəsaitləri  hesabına  dəstəkləyirlər.  Bu  sərmayələr 

çox  riskli  olduğu  üçün  onlar  5-7  il  kimi  uzun  müddətli  deyil,  1-2  il  ərzində 

qazanc olaraq geri dönüş edə biləcək startaplarla maraqlanırlar. 



8

 

 



Nyu Hampşir Universitetinin (New Hampshire University) professoru və 

Venture Araşdırmalar Mərkəzinin təsisçisi Uilyam Vetrel (William Wetrel) ilk 

dəfə  1978-ci  ildə  ABŞ-da  başlanğıc  kapitalın  necə  inkişaf  etdirilməsi 

istiqamətində qabaqcıl tədqiqatlara dəstək verən investorlar barədə ümumi fikir 

formalaşdırmaq üçün “angel” terminindən istifadə etmişdir. 

Digər  amerikalı  tədqiqatçılar

1

 tərəfindən  hazırlanmış  hesabatda  yer  alan 



cədvəllərdə, biznes mələkləri tərəfindən dəstəklənən startapların digər alternativ 

sərmayə  dəstəyi  alan  startaplardan  daha  uğurlu  nəticələr  əldə  etdikləri  barədə 

məlumat yayımlanıb. 

Belə  ki,  ABŞ-da  startaplar  2007-ci  ildən  biznes  mələkləri  tərəfindən 

dəstəklənməyə  başlayıb  və  həmin  dövrdə  qoyulan  investisiyaların  ortalama 

büdcəsi 450 min ABŞ dollarına qədər qalxmış, sonra isə 2009-cu ildə müxtəlif 

biznes  sahələrinə  daha  böyük  büdcəli  sərmayələr  ayrılmış  və  bu 

investisiyalardan İKT sektorunun payı 5% olmuşdur. 2011-ci ilin 2-ci rübündə 

ABŞ-dakı  mələk  sərmayələrin  7,5  milyard  dollarının  39%-i  coğrafi  olaraq, 

ABŞ-ın  ən  böyük  texnoloji  şirkətlərinin  yerləşdiyi,  Silikon  Vadisinin  payına 

düşüb. 

 

Vençur maliyyələşdirməsi 

Elmi-texniki  araşdırmaların,  kəşflərin,  ixtiraların,  kiçik  və  yeni  şirkətlər 

tərəfindən  aparılan  hər  hansı  riskli,  lakin  perspektivli  xarakter  daşıyan 

yeniliklərin  tətbiq  edilməsinin  kreditləşdirmə  və  maliyyələşdirmə  forması  və 

müvafiq mexanizmin elementidir. 

Banklar  və  kredit  qurumları  adətən  kredit  riskinin  minimum  olduğu 

sahələrə  üstünlük  verirlər.  Buna  görə  də  yeni  yaradılan  şirkətlərin  kreditlərdən 

istifadə etmək imkanı həmişə məhduddur. Şirkətlərin mövcud olması müddətinə 

dair  sərt  tələblər  (3-5  il),  onun  aktivləri,  minimum  emissiyasının  həcmi,  kiçik 

şirkətlərin  öz  qiymətli  kağızları  ilə  fond  bazarına  çıxmalarına  mane  olan 

səhmlərin  buraxılması  proseduru  ilə  bağlı  tələbləri  həmin  şirkətlərin  qiymətli 

kağızlar  bazarına  çıxmasını  praktiki  olaraq  qeyri-mümkün  edir.  Bu  vəziyyət 

kiçik  tədqiqatlarla  və  tətbiq  layihələri  ilə  məşğul  olan  müəssisələrin 

fəaliyyətinin  maliyyələşdirilməsi  üçün  vençur  maliyyələşdirməsi  sisteminin 

yaranmasına səbəb olmuşdur. 

Pul kapitalı sahibləri ixtiraçılara və sahibkarlara ssudalar verərkən kredit 

müqabilində əmlakın girov qoyulması barədə iddialar təqdim etə və ya onların 

                                           

1

 Uilyam Ker (William R. Kerr), Coş Lerner (Josh Lerner) və Antoanet Şoar (Antoinette Schoar) 




Yüklə 329,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə