Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 329,2 Kb.
Pdf görüntüsü
səhifə4/11
tarix11.06.2018
ölçüsü329,2 Kb.
#47966
1   2   3   4   5   6   7   8   9   10   11

9

 

 



dəqiq  müəyyən  olunmuş  müddətdə  öz  yeniliklərini  bazara  çıxaracaqlarına, 

mənfəət  əldə  edəcəklərinə  və  borcun  faizlə  bərabər  qaytarılacağına  zəmanət 

vermələrini  tələb  edə  bilməzlər.  Kreditorlar  ssuda  kapitalı  üçün  səciyyəvi  olan 

bütün maddələr üzrə öz kapitalını riskə məruz qoyur. Buna görə də bu cür riskin 

dərəcəsi yüksək hesab edilir. 

Bununla bərabər, yüksək risk müqabilində öz kapitalını dövlətin qiymətli 

kağızları,  sənaye  müəssisələri  və  bankların  səhmləri  şəklində  yerləşdirməklə, 

birjada  möhtəkirlik  etməklə  əldə  edilə  biləcək  qazancdan  qat-qat  artıq  qazanc 

əldə etmək imkanı yaranır. İnvestorlar riskin  ən az olması üçün eyni vaxta bir 

neçə müəssisəyə sərmayə qoyur ki, iflasa uğramış müəssisələrin düşdüyü zərər 

uğur qazanmış müəssisələrin hesabına ödənilsin.  

Risk  kapitalının  tətbiq  etdiyi  sığortalanma  üsulu  layihələrin  mərhələlər 

üzrə  maliyyələşdirilməsidir.  Vençur  maliyyələşdirməsinin  mahiyyəti  kreditin 

borc  qəbzləri  almaqla  verilməsindən  ibarətdir.  Bu  halda  borc  səhmlərə  və  ya 

yeni  şirkətin  səhmlərinin  alınmasına  konversiya  edilir  (ilk  dövrlərdə,  bəlkə  də 

ümumiyyətlə gəlirləri olmayan səhmlər). 

 

Vençur maliyyələşdirmənin mənbələri: 



-

 

risk kapitalının qeyri-rəsmi bazarı;  



-

 

peşəkar vençur kapitalı. 



Peşəkar  vençur  kapitalı  bazarı  adətən  peşəkar  səviyyədə  idarə  edilən 

investisiya vəsaiti şəklində çıxış edir. 1958-ci ildə ABŞ-da müvafiq qanun qəbul 

edildikdən sonra kiçik müəssisələrin yaradılması və inkişafını maliyyələşdirmək 

üçün  xüsusi  kapitalı  və  dövlət  vəsaitlərini  özündə  birləşdirən  kiçik  investisiya 

şirkətləri yaradılmağa başlanmışdır. 

 

Uğursuzluq 

 

Fəaliyyət  göstərən  startapların  daha  çox  uğursuzluqla  üzləşdiyi  sahələr 



barədə  “CB  Insights”  Araşdırma  Mərkəzi  tərəfindən  araşdırmalar  aparılmışdır. 

Hesabat müəllifləri hesab edirlər ki, startaplar üçün ən çətin sahələr sosial, bazar 

(alış-veriş), reklamçılıq sahələridir. 

Ekspertlərin  qənaətinə  görə,  bu  sahələrdə  startapların  uğur  qazana 

bilməməsinin  əsas  səbəblərdən  biri  də  sözügedən  bazarın  doyması  ilə 

əlaqədardır.  Belə  ki,  bu  vaxta  qədər  həmin  sahələr  üzrə  çoxlu  sayda  uğurlu 

şirkətlər  qurulub  və  hazırda  dünyanın  ən  böyük  şirkətlərinə  çevriliblər.  Belə 



10

 

 



olduğu təqdirdə mövcud şirkətlər yanında eyni tipli layihələrin uğur qazanması 

sual altına düşür.  

2015-ci  ilin  əvvəlində  “CB  Insights”  Araşdırma  Mərkəzi  100-dən  çox 

startap  arasında  sorğu  apararaq,  nə  üçün  uğur  əldə  etməyərək  iflasa  uğraması 

səbəbini  araşdırıb.  Startap  təsisçiləri  tərəfindən  verilən  məlumatlar,  startap 

həyatının  reallıqlarını  ortaya  qoymaqla  yanaşı,  digər  təşəbbüskarlar  tərəfindən 

təhlil üçün məlumat mənbəyi kimi istifadə oluna bilər. 

 

Diaqram 1: Startapların uğur qazana bilməməsinin əsas 20 səbəbi. (Bal dərəcələri ilə)

 

Beynəlxalq təcrübə 

 

Sinqapur 

Qeyd  edildiyi  kimi  adekvat  maliyyənin  olmaması  startapların  yaranması 

üçün  ciddi  əngəl  törədir.  Startap  layihələrin  həyata  keçirilməsində  Sinqapur 

hökumətinin  və  müvafiq  agentliklərinin  dəstəyi  xüsusi  əhəmiyyət  kəsb  edir. 

Dövlət  tərəfindən  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olmaq  istəyənlər  üçün 

əlverişli dəstək mühiti yaradılmışdır. 





10 



13 

13 


13 

14 


14 

17 


17 

18 


19 

23 


29 

42 


0

10

20



30

40

50



Təkrar buraxılışa gücün qalmaması 

Layihənin alınmaması 

Əlaqələrdən istifadə edilməməsi 

Qanunvericilikdə dəyişikliklərin olması 

Maliyyə və investorun olmaması 

İqtisadi cəhətdən zəif inkişaf etmiş … 

Yaradıcılığın və həvəsin çatışmazlığlı 

Təməlin düzgün qoyulmaması  

Komanda/investor münasibətləri  

Mərkəzləşdirmənin itirilməsi  

Məhsulun vaxtında hazır olmaması 

Müştərilərə qarşı diqqətsizlik 

Marketinqin zəif olması 

Zəif biznes/gəlir modeli 

Məhsulun rəqabətqabiliyyətli olmaması 

Yalnış qiymət siyasəti 

Rəqabətə dözməmək 

Düzgün komandanın seçilməməsi  

Maliyyə vəsaitinin çatışmazlığı  

Bazarda təlabatın olmaması  




11

 

 



Aşağı  vergi  dərəcələri,  güclü  infrastruktur  və  hüquqi  bazanın  olması  və 

işçi qüvvəsinin mövcudluğu startaplar üçün Sinqapurda  əlverişli biznes mühiti 

yaradır.  Startaplara  maliyyə  dəstəyinin  göstərilməsi  üçün  dövlət  orqanları 

tərəfindən aşağıdakı təşəbbüslər irəli sürülmüşdür. 

-

 

Kapitalın maliyyələşdirilməsi proqramı; 



-

 

Pul qrantları; 



-

 

Biznes inkubator proqramı; 



-

 

Borcun maliyyələşdirilməsi proqramı; 



-

 

Vergi təşviqi proqramı. 



 

Kapitalın maliyyələşdirilməsi proqramı 

Kapitalın  maliyyələşdirilməsi  proqramı  şirkətin  ümumi  kapitalında 

müvafiq  paya  malik  olmaq  şərtilə  investor  tərəfindən  yatırılan  sərmayə 

deməkdir. 

Bu  tip  maliyyələşmə  daha  çox  əlavə  kapital  tələb  edən  startaplar  və 

xüsusilə də erkən mərhələdə olan startaplar üçün idealdır. Özəl kapital axınının 

stimullaşdırılması məqsədilə Sinqapur hökuməti özəl mənbələrlə birgə müştərək 

maliyyələşdirmə  sxemləri  həyata  keçirir.  Hökumət  tərəfindən  kapiatın 

maliyyələşdirilməsi proqramına aşağıdakılar daxildir: 

 



SPRING  -  Başlanğıc  sahibkarlığın  inkişafı  proqramı.  SPRING 

kapital  investisiya  proqramıdır  və  dövlət  orqanından  törəmədir. 

Sinqapurda  yaradılan  startapları  müstəqil  üçüncü  tərəf  investor  ilə 

birlikdə ən çox 1 milyon Sinqapur dolları

2

 (SD) həcmində investisiya 



ilə təmin edir. İnvestisiyanın birinci mərhələsi adətən 300.000 SD ilə 

məhdudlaşır.  SPRING  SEEDS  Capital

 

və  üçüncü  investorla  birlikdə 



investisiyalara uyğun olaraq nizamnamə kapitalında iştirak edir. 

 



Erkən Mərhələ Vençur Maliyyələşdirmə proqramı. Milli Tədqiqat 

Fondu  tərəfindən  idarə  olunur.  Milli  Tədqiqat  Fondu  üçtərəfli  birgə 

maliyyə  proqramının  həyata  keçirilməsində  mühüm  əhəmiyyət  kəsb 

edir.  Belə  ki,  xüsusi  seçilmiş  investorlar  tərəfindən  Milli  Tədqiqat 

Fonduna  minimum  10  milyon  SD  vəsaitin  köçürülməsinə  və  buna 

uyğun  olaraq  fond  tərəfindən  ilkin  mərhələdə  icrası  nəzərdə  tutulan 

texnoloji startaplara maksimum 10 milyon SD-ya qədər ilkin maliyyə 

yardım göstərilə bilər. Bəzi seçmə texnoloji startaplar 3 milyon SD-ya 

qədər  maliyyə  vəsaiti  üçün  birbaşa  vençur  maliyyələşdirmə 

şirkətlərinə müraciət edə bilərlər. 

                                           

2

  1 ABŞ dolları – 1,352 Sinqapur dolları 




Yüklə 329,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə