Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 329,2 Kb.
Pdf görüntüsü
səhifə6/11
tarix11.06.2018
ölçüsü329,2 Kb.
#47966
1   2   3   4   5   6   7   8   9   10   11

15

 

 



 

Yüksək  inkişaf  edən  startapların  müəyyənləşdirilməsi  və  yüksək 



artıma maneələrin aradan qaldırılması; 

 



İnnovativ  startapların  və  yeni  sənaye  sahələrinin  yaradılması  üçün 

Federal  Fond  tərəfindən  araşdırma  və  inkişafı  üçün  illik  təxmini  148 

milyard dollar vəsait ayrılır. 

 



Startaplar və böyük şirkətlər arasında əməkdaşlığın genişləndirilməsi. 

 

Sahibkarlar üçün kapital imkanlarının genişləndirilməsi  

Kiçik  Biznes  Administrasiyası  (Small  Business  Administration) 

tərəfindən  növbəti  5  il  ərzində  perspektivli  və  yüksək  artım  tempinə  malik 

şirkətlərin yaranması üçün özəl sektora 2 milyard ABŞ dolları həcmində vəsait 

ayrılmışdır. 

1  milyard  ABŞ  dolları  təkan  investiya  fonduna:  Kiçik  Biznes 

Administrasiyası (Small Business Administration) bu fondlara zəif inkişaf etmiş 

regionlarda yerləşən şirkətlərin böyüməsi üçün 1 milyard dollar sərmayə ayırıb. 

Bu investisiyalar iqtisadi cəhətdən zəif olan ərazilərdə eləcə də inkişaf etməkdə 

olan təmiz enerji sektorlarını əhatə edir. 

Erkən  mərhələdə  olan  innovativ  fondlara  1  milyard  ABŞ  dolları: 

Erkən  mərhələdə  olan  şirkətlər  kapitalla  təmin  olunmaq  baxımından  olduqca 

böyük  çətinliklər  çəkirlər  xüsusilə  də  banklar  tərəfindən  maliyyələşməsi  üçün 

zəruri aktiv və pul vəsaitlərinin hərəkəti olmayan şirkətlər. 

Son  4  il  ərzində  bütün  vençur  maliyyələşdirmənin  yalnız  6%  bu 

mərhələdə  olan  startaplara  yönəldilmişdir.  Bu  maliyyələşdirmənin  70% 

Kaliforniya,  Massachusetts  və  Nyu  York  ştatlarında  yerləşən  şirkətlərə 

yönəlmişdir. 

Dövlət  Xəzinədarlıq  Agentliyi  gəlir  səviyyəsi  aşağı  olan  özəl 

investisiyalar 

üçün 



milyard 



dollar 

vergi 


kreditləri 

qaydalarını 

sadələşdirmişdir.  Dövlət  Xəzinədarlıq  Agentliyi  yeni  bazarda  mövcud  olan 

vergi  kreditləri  üçün  bir  çox  normativ  islahatlar  hazırlayır.  Belə  ki,  Agentlik 

2012  maliyyə  ilində  ayrılan  vəsaitin  3,5  milyar  dollardan  5  milyard  dollara 

qədər artırılmasını təklif edir. Bu islahatlar gəlirləri aşağı olan startaplar və kiçik 

və  orta  müəssisələrə  özəl  sektor  fondları  tərəfindən  investisiya  cəlbediciliyinin 

artırılmasını asanlaşdırmaq üçün nəzərdə tutulub. 

 

Silikon Vadisi  

Silikon  Vadisi  Amerikanın  Kaliforniya  ştatında  olan  bir  çox  istehsal  və 

inkişaf  mərhələsində  olan  şirkətlərin  yerləşdiyi  ərazidir.  Silikon  Vadisi 



16

 

 



dünyanın  ən  böyük  texnoloji  korporasiyaları  və  minlərlə  texnoloji  startapların 

evi hesab edilir. 

ABŞ-da ən məşhur texnopark Kaliforniya ştatında elmi mərkəzi Stenford 

Universiteti olan Silikon Vadisi və Kremn Vadisi texnoparklarıdır. 

 

 

 



 

 

 



 

 

 



 

Cədvəl 1: Silikon vadisinin startapları dəstəkləyən investorlar 

 

Silikon Vadisində vençur kapitalın investisiyalarla təmin olunmasında ən 



fəal  dəstəkçi  “500  startap”  şirkətidir.  Şirkətin  2009-cu  ildən  bu  yana  yüzlərlə 

sərmayələri olub. 

Şirkət  tərəfindən  yatırılan  investisiyalar  internet  sektoru  və  xüsusilə  də 

erkən  mərhələdə  olan  startapları  əhatə  edir.  Bu  gün  ABŞ-ın  milyardlarla 

dollarlıq  bütün  vençur  kapitalının  üçdə  bir  hissəsi  məhz  Silikon  Vadisində 

cəmləşir. ABŞ-da ən yüksək orta gəlir buradadır – ildə təxminən 145 min dollar. 

Vadidə  yüksək  texnologiyalar  sahəsinin  300-400  min  mütəxəssisi  çalışır.  Bura 

ABŞ-da ən yüksək texnoloji sahə alimlərinin cəmləşdiyi yerdir. Kompyuterlərin 

və digər məhsulların dünya ixracının 20%-i Silikon Vadisinin payına düşür. Bu 

texnoloji  parkın  çoxdan  yaranmasına  baxmayaraq,  yeni  texnoparklar  üçün  də 

etibarlı  sayılır.  Mütəxəssislər  Silikon  Vadisinın  formalaşmasına  həlledici  təsir 

edən üç əsas faktor müəyyənləşdirmişlər.  

1. ixtisaslı mütəxəssislərin hazırlanmasında dövlət siyasəti.  

2. mikroelektronika məhsulunun satış bazarının olması.  

3. yeni elmtutumlu şirkətlərin yaranması zamanı innovasiya prosesinin ilk 

mərhələlərində əsas rol oynayan riskli kapital bazarının olması. 



 

 

 

 

500 startups 



SV Angel 

Andreessen Horowitz 



New Enterprise Associates 

Google Ventures 



Sequoia Capital 

Kleiner Perkins Caufield & Byers 



Greylock Partners 

Intel Capital 



10 

Accel Partners 




17

 

 



AVROPA 

Estoniya 

Estoniya  düyada  startap  sahəsində  ən  tanınmış  ölkələrdən  biridir. 

Sahibkarlıq  infrastrukturu  kompleks  yanaşma  ilə  seçilir.  Belə  ki,  “Skype”, 

“Trasfer Wise” və “Grab Cab” kimi məhşur startaplar Estoniyada yaranmışdır. 

Estoniyada  startapların  inkişaf  etməsi  üçün  əlverişli  mühit  yaradılmışdır.  Hal-

hazırda Estoniyada yalnız bir dövlət dəstəyi fondu var. 2013-cü ilin dekabrında 

Estoniya  hökuməti  yeni  müəssisələrin  yaradılması  üçün  60  milyon  avro  vəsait 

ayırmaq qərarına gəlib.  

İlkin  şirkətərin  yaradılması  üçün  hökumət  tərəfindən  xüsusi  startap 

subsidiyaları da mövcuddur. Subsidiyaların həcmi vəziyyətdən aslıdır və 4.474 

avroya qədər qalxa bilər. Ölkədə yerli şirkətlərin qeydiyyatdan keçməsi bir neçə 

dəqiqə, xarici şirkətlərin qeydiyyatdan keçməsi üçün isə bir neçə gün vaxt tələb 

olunur. Ölkənin vergi sistemi dünyada ən liberal sistemlərdən biridir.  

Bundan  başqa,  ölkədə  “Startap  Estoniya”  fəaliyyət  göstərir  ki,  bu  da 

hökumətin irəli sürdüyü təşəbbüsdür. “Startap Estoniya” Estoniya İnkişaf Fondu 

tərəfindən idarə olunur və Avropa Regional Fondu hesabına maliyyələşdirilir. 

“Startap  Estoniya”nın  əsas  məqsədi  Estoniyada  startap  ekosisteminin 

inkişafına təkan vermək və startap şirkətlərin inkişafı eləcə də onların maliyyə 

vəsaiti  əldə  etmələri  üçün  köməkliyin  göstərilməsidir.  Estoniya  İnkişaf 

Fondunun məlumatına görə hal-hazırda Estoniyada təxminən 350 startap var və 

onların 2020-ci ilə qədər 1000-ə çatması gözlənilir. 

Latviya  

Latviyada kiçik biznesə dəstək və yeni layihələrin inkişafını təmin etmək 

məqsədilə  Latviya  İnvestisiya  və  İnkişaf  Agentliyi  yaradılmışdır.  Dövlət 

texnologiya sektoru və digər sahələr arasında hər hansı bir fərq qoymadan kiçik 

biznesin inkişaf etdirilməsi istiqamətində işlər görür. Həmçinin ölkədə hökumət 

tərəfindən  birgə  maliyyələşdirilən  vençur  maliyyələşdirmə  fondları  və  güzəştli 

kreditlərdə mövcuddur. 

Latviya hökuməti tərəfindən bir neçə qrantlar təqdim olunur. Qrantlar İP 

marketinq, axtarış və inkişaf fəaliyyəti sahələrinin qorunması üçün 50% startap 

xərclərini  əhatə  edir.  Həmçinin  subsidiyalar,  kreditlər  və  hökumət  tərəfindən 

maliyyələşdirilən bir neçə vençur maliyyələşdirmə fondaları da mövcuddur. 



Yüklə 329,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə