Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 329,2 Kb.
Pdf görüntüsü
səhifə7/11
tarix11.06.2018
ölçüsü329,2 Kb.
#47966
1   2   3   4   5   6   7   8   9   10   11

18

 

 



Çexiya  

Çexiya  Respublikası  “Avast”,  “AVG”  və  “Social  Backers”  kimi 

beynəlxalq  startapların  və  böyük  şirkətlərin  evi  hesab  olunur.  Lakin  hökumət 

sahibkarlar üçün dəstək tədbirlərin həyata keçirilməsində bir o qədər də maraqlı 

deyil. 

Çexiyada  əhəmiyyətli  qrant  proqramları  və  ya  fondları  yoxdur.  Ölkədə 



Praqadan  100  km  məsafədə  yerləşən  innovasiya  və  sənaye  mərkəzi  olan 

“Paraducie”də  texnopark  istifadəyə  verilmişdir.  Texnoparkın  inşasına  Çexiya 

hökuməti  və  Avropa  İttifaqının  dəstəyi  ilə  25  milyon  ABŞ  dolları  həcmində 

sərmayə ayrılmışdır. 

Lakin  bir  neçə  il  əvvəl  Çexiya  hökuməti  tərəfindən  maliyyələşdirilən 

Parducie Texnoparkı müflis olduğunu elan etdi. 



Polşa 

Polşada  texnologiyalar  sahəsində  fəaliyyət  göstərən  sahibkarlar  üçün 

Müəssisələrin  İnkişafı  üçün  Polşa  Agentliyi  (Polish  Agency  for  Enterprise 

Development) tərəfindən dəstək göstərilir. Ümumi büdcəsi 2007-2013-cü illərdə 

7 milyard avro olmuşdur. Maliyyə vəsaiti Avropa Birliyi fondlarından gəlir və 

geniş təşəbbüslər üçün istifadə olunur. Sahibkarlar qrantlarla təmin olunmaları 

üçün 40-dan çox biznes inkubatorla təsis olunmuşdur. 

Polşada  həmiçinin  startap  araşdırma  mərkəzi  də  mövcuddur  və  əsasən 

yerli  hökumət  tərəfindən  deyil  Avropa  İttifaqı  genişlənmə  proqramları  

tərəfindən  maliyyələşdirilir.  Onuda  qeyd  edək  ki,  Avropa  Regional  İnkişaf 

Fondu  (European  Regional  Development  Fund)  tərəfindən  2008-2013-cü  illər 

ərzində  5.938  layihəyə  786,5  milyon  avro  investisiya  qoyulmuşdur. 

“Staypoland”,  “ktotomowi.pl”  və  “Audioteka”  kimi  startaplar  sözügedən  fond 

tərəfindən maliyyələşdirilmişdir.  

Polşada  güclü  iqtisadiyyatın  və  resusların  mövcudluğu  startapların 

yaradılması  üçün  əlavə  stimuldur.  2013-cü  ildə  aparılan  araşdırmalara  görə 

Polşa əhalisinin 70%  öz şirkətlərinin  qurmaqda olduqca  maraqlıdır və ölkənin 

böyük  hissəsi  mühəndis  istedadına  malikdirlər.  Polşalı  mühəndislər  Almaniya, 

ABŞ, Böyük Britaniya və Mərkəzi Asiya ölkələri üçün hədəfdirlər. 

Sloveniya 

Sloveniya 2 milyon insanın yaşadığı və dünyada ən yüksək vergi dərəcəsi 

olan  ölkədir.  Son  bir  neçə  ildə  startap  birliklərin  inkişafı  istiqamətində  işlər 

görülmüşdür.  Dövlətin  vençur  maliyyələşdirmə  sxemi  və  72.000  avro  qədər 




19

 

 



qrantları  vardır.  2011-ci  ildə  Sloveniya  bu  sahəyə  35  milyon  avro  sərf  edilib. 

Həmçinin ölkədə Avropa Birliyi genişlənmə proqramı da mövcuddur.  

2014-cü  ildə  qoyulan  investisiyanın  93%-i  vençur  maliyyələşdirmə 

fondlarının,  4%-i  özəl  sektorun,  2%-i  akseleratorların  və  1%-i  isə  dövlətin 

payına  düşür.  Həçinin  startapların  23,3%-i  tibb,  16,7%-i  mediyanın  payına 

düşmüşdür.  



Macarıstan 

 

Macarıstan vençur kapitala yatırılan investisiyalara görə Avropa ölkələri 



arasında ilk beşlikdə qərarlaşıb. Macarıstanda startaplar Litva və digər Avropa 

İttifaqı  ölkələrində  olduğu  kimi  “JEREMIE”  (Joint  European  Resources  for 

Micro  to  Medium  Enterprises)  proqramından  faydalanırlar.  “JEREMIE” 

proqramında  8  müəssisənin  birgə  kapital  vəsaiti  vardır  və  2010-cu  ilin  ikinci 

rübündən investisiya yatırılmağa başlanılmışdır. Startaplar və yerli kiçik və orta 

müəssisələrə 128 milyon avro investisiya yatırılmışdır. 

Proqramın  ikinci  hissəsində  ölkədəki  sahibkarlıq  fəaliyyətinin  inkişaf 

etdirilməsi  üçün  daha  14  milyon  avro  həcmində  investisiyanın  yatarılması 

nəzərdə  tutulur.  Yerli  hökumət  tərəfindən  “Runway  Start-up  Budapest  Creda 

2.020” adlı iqtisadi konsepsiya formalaşdırılmışdır. Bu konsepsiyada startaplar 

birbaşa və dolayı yolla müxtəlif dəstək tədbirlərindən yararlanırlar. 

On  illiyin  sonuna  qədər  Budapeşt  Mərkəzi  və  Şərqi  Avropanın  startap 

paytaxtına çevrilməyi qarşıya məqsəd olaraq qoymuşdur. 

 

Cənub Şərqi Avropa 

Cənub Şərqi Avropada startap infrastrukturunda hökumətin iştirakı qeyri-

bərabərdir.  Qərbi  Balkan  ölkəri  –  Albaniya,  Bosniya  və  Hersoqovina, 

Makedoniya  və  Çernoqoriya  kimi  ölkələrdə  dövlət  dəstəyi  təşəbbüsləri  demək 

olar  ki, mövcud deyil.  Eyni  zamanda bu  ərazidə  “Western  Balkans  Investment 

Framework” adlı təşkilat fəaliyyət göstərir.  

Bu  təşkilatın  gələcəkdə  regionun  Vençur  maliyyələşdirmə  fonduna 

çevrilməsi  nəzərdə  tutulur  və  yerli  layihələr  üçün  40  milyon  avro  pul 

ayrılmışdır.  

Digər  iki  Qərbi  Balkan  ölkəsi  Xarvatiya  və  Serbiyada  vəziyyət  daha 

yaxşıdır. Hər iki ölkə startapların dəstəklənməsində olduqca maraqlıdır, xüsusilə 

də texnologiyalar sahəsində. 

 



20

 

 



Serbiya 

Serbiyada  İT  Sənayesində  Dəstək  Proqramı  mövcuddur.  Bu  proqram 

çərçivəsində  özəl  investorla  birgə  başlanğıc  maliyyə  təşəbbüsü  mövcuddur. 

(25.000-30.000  avro).  Dövlət  tərəfindən  maliyyələşdirilən  inkubatorlar, 

texnoparklar və vergi kreditləri mövcuddur. 

 



Texnoloji park, İnkubator və Klasterlər 

Yaxın  illər  ərzində  üç  yeni  texnoloji  parkın  açılması  nəzərdə  tutulur-

Budapeşt, Novi-Sad və Nis. Hökumət yeni İT şirkətlərin yaradılması və sürətli 

inkişafına  dəstək  məqsədi  ilə  texnoloji  klasterlər  və  biznes  inkubatorlar 

yaratmaq  fikrindədir.  Bu  isə  gənc  isdedadların  İT  sahəsində  təlim  keçmələrinə 

kömək edəcəkdir. 

 

Vergi güzəştləri 



Serbiya şirkətləri araşdırma və inkişafı üçün vergi kreditlərindən istifadə 

edə biləcəklər. Ümumi investisiya dəyərinin vergi öhdəliyi 20% azalacaq (40% 

kiçik  şirkətlər  üçün),  vergi  dövrü  üçün  ümumi  vergi  öhdəliyi  33%-ə  qədər 

olacaqdır. Üçüncü dövrdən başlayaraq İT şirkətlərinin tam ştat işçilərinin əmək 

haqqı xərclərində azalmalar olacaqdır. Azalmaların 80%-i böyük şirkətlərin (50-

dən  çox  işçisi  olanlar  üçün)  və  90%-i  isə  kiçik  şirkətlərin  işçiləri  üçün  tətbiq 

olunacaq (50-də az işçisi olanlar üçün). 

 



Hüquqi çərçivə 

Yeni  qanunların  qəbulu  artıq  reallaşmaq  üzrədir.  Bu  qanunlarda  e-

hökumət,  e-ödəniş  və  e-faktura  əməliyyatlar  üçün  hüquqi  əsaslar  nəzərdə 

tutulur. 

 

İnvestisiya təşviqi 



Avropada ən aşağı korporativ vergi dərəcəsi 15% müəyyən olunmuşdur. 

Serbiya  investorlar  üçün  maliyyə  dəstəyi  təklif  edir.  Beynəlxalq  bazar 

xidmətləri  göstərən  İT  şirkətləri  tərəfindən  üç  il  ərzində  ən  az  10  yeni  iş  yeri 

yaradılıb və 500.000 avro qədər investisiya yatırılmışdır. 

Yaradılmış  yeni  iş  üçün  4.000  avro  və  10.000  avro  investisiya 

subsidiyaları  təklif  edilir.  Böyük  investisiya  layihələri  (50  milyon  avro)  üçün 

xüsusi maliyyə paketləri də mövcuddur. Maliyyə paketində hökumət tərəfindən 

ümumi investisiyaların dəyərinin 10-20% arasında mükafat verilir. 

 

Təşkilati dəstək  



Serbiya  İxrac  və  İnvestisiyaların  Təşviqi  Agentliyi  Serbiya  şirkətlərinin 

xaricdə  iş  və  Serbiyada  biznes  əlaqələrin  qurulması  istiqamətində  peşəkar 

xidmətlər təklif edir. Serbiya İxrac və İnvestisiyaların Təşviqi Agentliyi ümumi 



Yüklə 329,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə