Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 329,2 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix11.06.2018
ölçüsü329,2 Kb.
#47966
1   2   3   4   5   6   7   8   9   10   11

24

 

 



mərkəzlərində,  o  cümlədən  Kembric  və  Redmonddakı  Microsoft  Research-də 

əmək təcrübəsi keçə bilərlər. 

 

İsrail  

Təl  Aviv  yeni  yaradılan  staraplar  üçün  ən  əlverişli  ekosistemə  görə 

dünyada  ikinci  yeri  tutur.  Dünyada  ikinci  ən  yenilikçi  şəhər  hesab  olunur  və 

burada 700 dən çox startap şirkətləri, təhqiqat və inkişaf mərkəzləri yerləşir. 

Təl  Aviv  yüksək  texnologiyalar  sənayesi  sahəsində  1000-dən  çox  şirkət 

yerləşir  və  bu  şirkətlər  İsrailin  yüksək  texnologiyalar  şirkətlərinin  23  faizini 

təşkil edir. 

İnternet əsas sektorlardan biridir və şəhərin bütün yüksək texnologiyalar 

şirkətlərinin  təxminən  43  faizini  təşkil  edir.  Digər  önəmli  sektorlardan  olan 

rabitə  sektoru  və  informasiya  texnologiyaları  sektoru  bütün  şəhərin  yüksək 

texnologiyaların şirkətlərinin 20 faizini təşkil edir. 

Şəhərdə  olan  64  faizi  yüksək  texnolgiyalar  şirkətləri  startapların 

nəticəsidir.  Başqa  sözlə  desək,  bu  şirkətlər  təkmilləşdirilmə  prosesində  olan 

erkən inkişaf  mərhələsində olan  şirkətlərdir. Təl  Avivdə  yüksək texnologiyalar 

sənayesi sahəsində 31.000-ə yaxın adam işlə təmin edilmişdir. 

2007-2011-ci  illər  ərzində  Təl  Avivda  635  yüksək  texnologiyalar 

şirkətləri fəaliyyətə başlamışdır və 345 müəssisə isə fəaliyyətin dayandırmışdır. 

Bu  isə  İsraildə  fəaliyyətə  başlayan  və  fəaliyyətin  dayandırmış  yüksək 

texnologiyalar şirkətlərinin 30 faizini təşkil edir. 

2007-2011-ci  illər  ərzində  İsrailin  yüksək  texnologiyalar  şirkətlərindən 

70-i Təl Avivdə yerləşmişdir və onların ümumi dəyəri 3 milyard dollardan çox 

təşkil edir.  



Çin 

Çin  hökuməti  yüksək  texnologiyalar  və  ekoloji  təmiz  enerjinin  istehsalı 

kimi  yeni  sahələrdə  fəaliyyət  göstərən  şirkətlərin  dəstəklənməsinə  yönələn 

vençur fondu təsis edəcək. Fonda yatırılacaq vəsaitlərin həcmi 40 milyard yuan 

(6,5 milyard dollar) təşkil edəcək. 

Çində vençur kapital bazarı zəif inkişaf edib. Bunun əsas səbəbi onunla 

əlaqədardır  ki,  yerli  iqtisadiyyat  onilliklər  boyunca  planlaşdırma  və  inzibati 

tədbirlərə əsaslanıb. 2014-cü ilin birinci yarısında Çində 83 yeni vençur fondu 

yaradılıb,  onlara  investisiyaların  həcmi  isə  2013-cü  illə  müqayisədə  157  faiz 

artıb. 



25

 

 



Son  illər  Çin  hökuməti  vençur  investisiyalar  bazarının  inkişafına  zəmin 

yaradır.  Ötən  ay  sahə  üzrə  tənzimləyici  orqanlar  ilk  dəfə  olaraq  sığorta 

şirkətlərinə toplanan yığımları vençur fondlara yatırmağa icazə verib. 

Yaxın  zamanda  yaradılacağı  gözlənilən  yeni  fond  dövlət,  eləcə  də  özəl 

investorların vəsaitləri hesabına maliyyələşdiriləcək. 

 

 



 

 



26

 

 



Azərbaycanda Startaplar 

Azərbaycanda  startapların  dəstəklənməsi  istiqamətində  bir  sıra  tədbirlər 

həyata  keçirilir.  Bunun  nəticəsi  olaraq  investisiya  ilə  məşğul  olan  bir 

sıra şirkətlər yaradılmışdır.  

Bunların  içərisində

 

Azərbaycan  Respublikası  Rabitə  və  Yüksək 

Texnologiyalar Nazirliyi yanında İnformasiya texnologiyalarının inkişafı dövlət 

fondunu  göstərmək  olar.  Fondun  məqsədi  Azərbaycan  Respublikasında  İKT 

sahəsində sahibkarlığın inkişafı və onun maliyyə dəstəyi ilə təmin edilməsi, bu 

sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi, yeni texnologiyaların yerli 

iqtisadiyyata  inteqrasiyası,  elmi  tədqiqat  işlərinin  və  eyni  zamanda 

innovasiyaların  tətbiqinin  genişləndirilməsi  üzrə  layihələri  dəstəkləməkdən, 

habelə  İKT  sahəsində  investisiya  mühitini  yaxşılaşdırmaq,  yerli  və  xarici 

investorların maraqlarının stimullaşdırılmasını təmin etməkdir. 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu gənclərə 

böyük dəstək verir, müxtəlif qrantlar elan edir. 

Hal  hazırda  Azərbaycanda  vençur  fondları  da  mövcuddur  –  “Khazar 

Ventures”  və  “İnfipro”  -  informasiya  texnologiyası,  internet  və  proqram 

təminatı  üzrə  ixtisaslaşan  bizneslərin  başlanğıc  mərhələsinə  investisiya  edən 

vençur kapitalı şirkətidir. Yeni texnoloji xidmətləri meydana gətirmək məqsədi 

ilə sahibkarlarla birgə işləyirlər. “İnfipro” tərəfindən bacarıqlı sahibkarların öz 

ideyalarını reallaşdırılmasına təkan vermək və bizneslərinin genişləndirilməsinə 

kömək etmək məqsədilə kiçik həcmdə investisiyalar etməyi də nəzərdə tutulub. 

İnfipro”  yüksək  böyümə  potensialı  olan,  xarici  bazara  gələcəkdə  çıxa  bilən 

innovativ  şirkətlərə  investisiya  edir  və  həmçinin  rəqabət  mühitində  liderlik 

keyfiyyətlərini nümayiş etdirə bilən şirkətləri dəstəkləyir. 

Bundan başqa müxtəlif sahələrə aid biznes ideyaları olan gənclər “Baku 

Business Factory”də öz ideyalarını biznesə çevirmək imkanları vardır. BBF-də 

ofis,  mentor  və  maddi  dəstək  və  davamlı  olaraq  müxtəlif  təlimlərdə  iştirak 

etmək imkanları yaradılmışdır. 

 

Startap Azərbaycan (Start-up Azərbaycan) 

“Startap  Azərbaycan”  Layihəsinin  əsas  məqsədi  ölkədə  İKT  sektorunda 

investisiya  mühitini  yaxşılaşdırmaq,  ən  yaxşı  İnternet  və  İT  layihələrini  üzə 

çıxarmaq,  innovativ  ideyaların  uğurlu  biznes  sahəsinə  çevrilməsinə  yardım 

etməkdir. 



27

 

 



İnnovativ ideya dedikdə əsasən informasiya texnologiyalarından effektiv 

istifadə edilməklə hər hansı məhsul və ya xidmətin təqdim edilməsinə yönələn 

fəaliyyət nəzərdə tutulur.  

Təqdim  edilən  layihələrin  son  məqsədi  real  biznesin  qurulmasına, 

xidmətlərin,  sosial  servislərin  təqdim  edilməsinə  yönəlməli  və  müştəri  cəlb 

edilməsinə  istiqamətləndirilməlidir.  Hansısa  mövcud  biznes-ideyalar  üzrə 

layihələr təklif etmək mümkündür, belə halda təklif olunan layihə daha effektiv 

innovasiyalar üzərində qurulmalıdır. 

Layihələr  elmi  -  tədqiqat,  araşdırma  tipli  olmamalıdır.  Bu  tip  layihələr 

“Startap  Azərbaycan”  çərçivəsində  keçirilən  müsabiqə  və  digər  yarışmalara 

qəbul edilmir. Biznes layihələr bir və ya bir neçə nəfərdən ibarət olan komanda 

tərəfindən verilə bilər. 

Müsabiqəyə  həm  qlobal  və  həm  də  yerli  şəraitdə  istifadə  oluna  biləcək 

layihələr  verilə  bilər.  “Startap  Azərbaycan”  çərçivəsində  yarışmalarda  iştirak 

edən Startapların ekspert qiymətləndirilməsi təşkil olunur. 

“Startap  Azərbaycan”  yalnız  yarışmadan  ibarət  deyildir.  Layihə 

çərçivəsində  Startapçılar  üçün  təlimlər  təşkil  olunur,  investorlarla  görüşlər 

keçirilir.  Startaplara  komanda  formalaşdırmağa  köməklik  göstərilir.  İnternet 

biznesə  başlamaq  istəyənlər  üçün  Layihə  çərçivəsində  keçirilən  təlimlərdə 

uğurlu bizneslə bağlı bilik və təcrübə əldə etmək imkanları yaradılır. 

“Startap  Azərbaycan”  komandası  uğurlu  hesab  ediləcək  layihələrin 

investorlara  təqdim  edilməsində  və  investor  axtarışında  seçilmiş  startap-lara 

köməklik  edir.  Həmçinin  investorlar  üçün  cəlbedici  layihələrə  əlçatımlığın 

təmin edilməsi istiqamətdə fəaliyyət göstərir. 

“Startap  Azərbaycan”  qaliblərə  simvolik  mükafatlar  təqdim  etsə  də, 

layihələrin  birbaşa  maliyyələşməsi  onların  investorlara  və  müxtəlif  Fondlara 

təqdim  edilməsiylə  həyata  keçirilir.  “Startap  Azərbaycan”  uğurlu  İnternet 

Layihələrə  maliyyə,  dəstək  əldə  olunmasına,  investorlarla  görüşlərə,  yerli  və 

xarici ekspertlərin dəstəyi ilə təcrübə keçmələrinə yardım edir. 

“Startap  Azərbaycan”  öz  yeni  İnternet-biznesini  yaratmaq  istəyənlərə 

arzularının  gerçəkləşdirilməsi,  sərmayə  tapılması,  biznesin  idarə  edilməsi 

istiqamətində yardımçı olmağı düşünür. 

 

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu 

İnformasiya  Texnologiyalarının  İnkişafı  Dövlət  Fondu  informasiya  - 

kommunikasiya  texnologiyaları  sahəsində  fəaliyyətin  stimullaşdırılmasını,  bu 

sahədə  innovasiyaların  tətbiqini,  habelə  tətbiqi  elmi  tədqiqat  işlərinin 




Yüklə 329,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə