Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 6,26 Mb.
Pdf görüntüsü
səhifə12/66
tarix23.08.2018
ölçüsü6,26 Mb.
#63982
1   ...   8   9   10   11   12   13   14   15   ...   66

M üəllif  kənd  təsərrüfatı  istehsalının  və  eləcə  də 
üzümçülük 
aqrar-sənaye 
kompleksinin 
kəmiyyət 
və 
keyfıyyət  baxımmdan  inkişafım  təhlil  edərək,  onun  iqtisadi 
səmərəliliyini  və  perspektivini  işləmişdir.  Bu  baxımdan 
"Azərbaycan  SSR-in  üzümçülük xalq təsərrüfatı  kompleksi" 
kitabınm  nəşr  edilməsi  maraqlıdır.  Əsərdə  ilk  dəfə  olaraq 
respublikada  üzümçülük  xalq  təsərrüfatı  kompleksinin 
formalaşmasmm  zəruriliyi,  onun  müasir  vəziyyəti  tədqiq 
edilir, 
iqtisadi 
cəhətdən 
qiymətləndirilir  və 
gələcək 
istiqamətləri elmi baxımdan əsaslandırılır.
"Ərzaq proqramı və onun həyata keçirilməsi yollan"  adlı 
əsərində  respublikada  ərzaq  məhsullanna  tələbatı  müəy- 
yənləşdirərək,  ərzaq proqrammm həyata keçirilməsi yollannı 
və  istiqamətlərini  tədqiq  etmiş,  aqrar-sənaye  kompleksinin 
maddi-texniki  bazasmm  inkişaf  yollarmı  və  kəndin  sosial- 
məişət  həyat  şəraitinin  yaxşılaşdınlması  istiqamətlərini 
müəyyənləşdirmişdir.
Ağasəlim  müəllimin  birbaşa  rəhbərliyi  və  bilavasitə 
iştirakı  ilə  hazırlanıb  nəşr  edilmiş  "Azərbaycan  SSR-in 
respublikalararası  nəqliyyat-iqtisadi  əlaqələrinin  təkmilləş- 
dirilməsinin  bəzi  məsələləri"  adlı  kollektiv  monoqrafıyada 
ictimai  istehsalın  inkişaf  sürətinin  artırılması  və  onun 
səmərəliliyinin yüksəldilməsinin nəqliyyat-iqtisadi  əlaqələrin 
qarşısında duran kompleks  vəzifələrin tam yerinə yetirilməsi 
ilə  əlaqədar  olduğunu  müəyyənləşdirərək,  müəllif  bu 
vəzifələrin həlli  istiqamətləri aydmlaşdınlır.
Respublikada  regional  iqtisadiyyatm  aqrar  bölmələri 
sahəsində müəllifın elmi-tədqiqat işlərinin nəticələri müvafıq
48
direktiv orqanlar tərəfındən yüksək  qiymətləndirilərək tətbiq 
üçün qəbul edilmişdir.
Azərbaycan  SSR-in  elmi-texniki  tərəqqisinin  1986-
2005-ci  illər  üçün  kompleks  proqrammın  mühüm  hissəsi 
olan  respublikanm  xalq  təsərrüfatınm  əsas  istiqamətlərinin 
işlənməsində  aparıcı  müəlliflərdən  biri  kimi,  A.K.Ələsgərov 
perspektivdə 
Azərbaycanm 
sosial-iqtisadi 
inkişafınm 
sürətləndirilməsi,  mülahizə  və konsepsiyanm  işlənməsinə  də 
ciddi  diqqət  vermiş  və  böyük  əmək  sərf  etmişdir.  O,  eyni 
zamanda  respublikanm  görkəmli  iqtisadçı  alimləri  ilə 
birlikdə 
Azərbaycanm 
iqtisadi 
suverenliyi 
haqqında 
konstitusiya  qanununun,  eləcə  də  Azərbaycan  Respublika- 
sının 
iqtisadi 
müstəqilliyi, 
özünümaliyyələşdirmə 
və 
təsərrüfat  hesabına  keçirilməsi  proqramlannm  hazırlan- 
masında iştirak edir.
90-cı  illərdə  müstəqillik  qazanmış  Azərbaycan  Respub- 
likasınm  bazar  iqtisadiyyatı  münasibətlərinə  keçməsi  ilə 
əlaqədar  olaraq  müxtəlif  məsələlərinə  dair  bir  sıra  elmi, 
nəzəri  və  praktiki  əhəmiyyətli  məqalələr  yazıb  çap 
etdirmişdir.  Onlardan  "Bazar  iqtisadiyyatına  keçidin  aktual 
problemləri:  nəzəri-metodoloji  və  sosial-iqtisadi  aspektlər", 
"Bazar  münasibətlərinə  keçid  və  Azərbaycanm  iqtisadi 
inkişafınm  bəzi  problemləri",  "Bazar  münasibətlərinə  keçid 
problemləri",  "Keçid  dövrünün  iqtisadiyyatı:  inkişaf yolu", 
"Müstəqil  Azərbaycan  Respublikası  bazar  iqtisadiyyatma 
keçid  yollarmda",  "Azərbaycan  Respublikasınm  köklü  milli 
iqtisadi  inkişaf problemlərinin həlli  yollan"  və  digər əsərləri 
göstərmək olar.
49


Hazırda  o,  Azərbaycan  Respublikasının  Iran  İslam 
Respublikası  ilə  iqtisadi  əlaqələrinin  təkmilləşdirilməsi  üzrə 
intensiv  elmi-tədqiqat  işi  apanr.  M üəllif  xarici  iqtisadi 
əlaqələrin 
elmi 
əsaslannı, 
istiqamətlərini, 
amillərini, 
prinsiplərini,  meyar  və  göstəricilər  sistemini  öyrənməklə, 
yaxşılaşdınlması 
yollannı 
da 
müəyyənləşdirir. 
Onun 
Azərbaycan Respublikasınm İranla xarici iqtisadi əlaqələrinə 
həsr edilmiş monoqrafıyası çapa hazırdır.
A.K.Ələsgərov  Azərbaycan  Respublikası,  keçmiş  İttifaq 
və  habelə  xarici  ölkələrdə  çap  olunmuş  bir  neçə 
monoqrafıya,  kitabça,  165  elmi  məqalələnin,  elmi  tezislərin 
müəllifıdir.  Onlann  ümumi  həcmi  isə  300  çap  vərəqindən 
çoxdur.
Azərbaycan Milli EA-nın müxbir üzvü A.K.Ələsgərovun 
əsərləri  elmi  ictimaiyyətə  yaxşı  tanışdır,  onlar  ABŞ, 
İngiltərə,  Almaniya,  Çexiya,  Slovakiya,  İran  və  digər 
ölkələrin  nəşriyyatlannda  çap  olunmuşdur.  Keçmiş  İttifaqm 
və  respublikanm  mətbuat  səhifələrində  onun  elmi  əsərləri 
haqqmda bir sıra müsbət rəylər dərc edilmişdir.
A.K.Ələsgərov  iqtisadiyyat  elminin  daim  inkişafmı  və 
onun  prioritet  təşkil  edən  problemlərinin  gələcək  istiqamət- 
lərini  dərk  etməyi  bacaran,  gənclərə  qarşı  daim  qayğıkeş  olan 
şəxsiyyət  kimi  onlarrn  hazırlanmasmda  və  ixtisaslannm 
artınlmasında böyük qüw ə və vaxt sərf edir. On illərdir ki, emi 
fəaliyyətini  Azərbaycan  Dövlət  İqtisad  Universiteti,  Azər- 
baycan  Neft  Akademiyası,  Bakı  Dövlət  Universiteti  və  digər 
ali məktəblərdə müəllimlik fəaliyyəti ilə əlaqələndirmişdir.
A.K.Ələsgərovun  elmi  rəhbərliyi  ilə  onlarla  namizədlik 
və  2  doktorluq  dissertasiyası  müdafıə  edilmişdir.  Hazırda
50
namizədlik  işi  üzərində  çalışan  3  aspirantm  elmi  rəhbəridir. 
Keçən  dövr  ərzində  16  doktorluq  və  43  namizədlik 
dissertasiyasmm  müdafıəsi  ilə  əlaqədar  respublika  və  digər 
MDB  ölkələrində  rəsmi  opponent  olmuşdur.  A.K.Ələsgərov 
Moskva,  Sankt  Peterburq,  Aşqabad,  Tbilisi,  Daşkənd, 
Bişkek,  Minsk,  Bakı  şəhərlərində  keçirilən  Ümumittifaq 
konfrans  və  sessiyalarm  fəal  iştirakçısı  olmuşdur.  Bundan 
başqa,  o, Almaniya, Bolqanstan, Çexoslovakiya,  Macarıstan, 
Türkiyə,  İran  və  digər  ölkələrdə  keçirilən  beynəlxalq  elmi 
forumlarda məruzələr və çıxışlar etmişdir.
A.K.Ələsgərov  1995-ci  ildə  Azərbaycan  Respublikası 
Prezidentinin  "Dövlət  aqrar  islahatı  komissiyasmm  yara- 
dılması  haqqında"  fərmanma  əsasən  həmin  komissiyanın 
üzvü  kimi,  bir  sıra  əsaslı  tədbirlərin  hazırlanıb  tətbiqində 
bilavasitə  fəal  iştirak  etməkdədir.  Bundan  başqa  Respublika 
Nazirlər  Kabinetinin  yaratmış  olduğu  "Statistikanm  yeni 
sistemə  keçirilməsi"  hökumət  komissiyasının  üzvü  kimi  də 
daim fəaliyyət göstərməkdədir.
Azərbaycan  Respublikası  Milli  Məclisində  baxılmaq 
üçün  onlarla  qanun  layihəsinin  hazırlanması,  Milli  Məclisin 
iqtisadi  siyasət  daimi  komissiyası  və  həmçinin  büdcə 
məsələləri  daimi  komissiyalannm  müzakirələrində  mün- 
təzəm olaraq yaxından iştirak edir.
A.K.Ələsgərov  iqtisadiyyat  elminin  fəal  təbliğatçısıdır. 
O, ölkəmizin müxtəlif bölgələrində onlarla elmi-nəzəri, elmi- 
praktik  konfransın 
təşkilatçısı 
olmuşdur. 
O,  keçmiş 
Ümumittifaq  "Bilik"  cəmiyyətinin,  eləcə  də  Zaqafqaziya 
respublikalannın  "Bilik"  cəmiyyətlərinin  Fəxri  Fərmanlan 
ilə təltif edilmişdir.
51


Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə