Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 6,26 Mb.
Pdf görüntüsü
səhifə18/66
tarix23.08.2018
ölçüsü6,26 Mb.
#63982
1   ...   14   15   16   17   18   19   20   21   ...   66

Məmmədov Rasim Fəti oğlu
Məmmədov  Rasim  Fəti 
oğlu 
1940-cı ildə İmişli rayonunda dünyaya 
göz  açmışdır.  O,  1957-ci  ildə  İmişli 
şəhər  orta  məktəbini  bitirib,  K.Marks 
adma  Azərbaycan  Xalq  Təsərrüfatı 
İnstitutuna  daxil  olmuşdur.  Təhsil 
illərində  özünün  iti  zəkası,  bacanğı, 
təşkilatçılığı, tələbə elmi  cəmiyyətində 
və  institutun  ictimai  işlərində  fəal  iştirakı  ilə  fərqlənmiş, 
hörmət qazanmışdır.
R.Məmmədov  institutu  yüksək  qiymətlərlə  bitirib, 
doğma  rayonunda  müxtəlif vəzifələrdə  işləmişdir.  O,  1963- 
cü  ildə  Azərbaycan  Kənd  Təsərrüfatınm  İqtisadiyyatı  və 
Təşkili  İnstitutunun  aspiranturasına  daxil  olmuş,  sonralar 
təhsilini  Moskva  şəhərində  davam  etdirmişdir.  Orada  1967- 
ci  ildə  "Region  ASK-da  kənd  təsərrüfatınm  ixtisaslaşdı- 
nlması  və  sahə  quruluşunun  təkmilləşdirilməsi  problemləri" 
mövzusunda  namizədlik  dissertasiyası  müdafıə  etmişdir. 
Bakıya qayıdan R.Məmmədov  1970-ci  ilədək keçmiş Dövlət 
Plan  Komitəsinin  Kənd  təsərrüfatı  şöbəsində  işləmişdir. 
Əmək  fəaliyyətinin  sonrakı  15  ildən  çoxu  Az.ETKTİ  və  Tİ 
ilə  bağlı  olmuşdur.  Həmin  institutda  şöbə  müdiri,  elmi  işlər 
üzrə direktor müavini,  1977-1981-ci illərdə isə direktor əvəzi 
işləmişdir.
R.Məmmədov  1987-ci  ildə  "Region  ASK-da  kənd 
təsərrüfatınm  inkişafı  və  ixtisaslaşdmlması  problemləri" 
mövzusunda doktorluq dissertasiyası müdafıə etmişdir.
74
* —
R.Məmmədov uzun  illər boyu qazandığı  zəngin biliyi və 
təcrübəsini  gənc  nəslə  aşılamaq,  yüksək  ixtisaslı  mütəxəs- 
sislər  hazırlamaq  işində  fəal  iştirak  etmişdir.  Azərbaycan 
Dövlət 
İqtisad 
İnstitutu 
yaradıldıqdan 
sonra 
orada 
“İqtisadiyyatın  tənzimlənməsi”  fakültəsinin  dekanı  işləmiş- 
dir.  Professor  R.  Məmmədovun  rəhbərliyi  və  qayğısı  ilə 
onlarca aspirant və dissertant alimlik dərəcəsi  almışdır.  Alim 
aqrar  iqtisadiyyatın  aktual  məsələlərinə  dair  150-yə  yaxın 
elmi əsərin müəllifıdir.
Professor  R.  Məmmədov  keçmiş  Ümumittifaq  Kənd 
Təsərrüfatı  EA  Zaqafqaziya  fılialınm  Kənd  təsərrüfatının 
iqtisadiyyatı  və  təşkili  bölməsinin  sədr  müavini,  respub- 
likada  ASK-nın  elmi  təminatı  Mərkəzindəki  iqtisadiyyat  və 
idarəetmə  bölməsinin  üzvü,  Elmlər  Akademiyası  yanında 
iqtisadi 
problemlər 
üzrə 
Elmi 
Şuranın 
Aqrosənaye 
inteqrasiyası  problemləri  bölməsinin  sədri  və  bir  sıra 
respublika jum allan  redaksiya  heyətinin  üzvü  kimi  səmərəli 
fəaliyyət göstərmişdir.
Professor R.Məmmədov təkcə  Azərbaycanda  deyil,  həm 
də  MDB  respublikalarmda  kənd  təsərrüfatınm  iqtisadiyyatı, 
inkişafınm  proqnozlaşdınlması  və  məhsuldar  qüw ələrin 
yerləşdirilməsi  sahəsində görkəmli alim kimi tanmırdı.
2000-ci ildə vəfat etmişdir.
75


R
Hacıyev Əhməd Hafiz oğlu
Əhməd  Hafız  oğlu  Hacıyev  1937-ci 
ildə Gürcüstan Respublikasının Qardabani 
rayonunun  Qaracalar  kəndində  anadan 
olmuşdur.  Orta  məktəbi  doğma  Qaracalar 
kəndində  bitirdikdən  sonra  Azərbaycan 
Xalq 
Təsərrüfatı 
İnstitutuna 
(indiki 
ADİU)  daxil  olaraq  təhsilini  davam 
etdirmişdir.  Əhməd  Hacıyev  təyinatla  Azərbaycan  Elmi- 
Tədqiqat  Kənd  Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili 
İnstitutunda  kiçik  elmi  işçi  kimi  işə  başlamış  və  iki  ildən 
sonra Moskvaya aspiranturaya göndərilmişdir.
1967- 
ci  ildə  Moskvada  Ümumittifaq  Elmi-Tədqiqat 
Kənd  Təsərrüfatının  İqtisadiyyatı  İnstitutunda  namizədlik 
dissertasiyası  müdafıə  etmişdir.  Bakıya  qayıdan  Əhməd 
Hacıyev  doğma  institutda  əw əlcə  kiçik  elmi  işçi,  1971-ci 
ildən  isə  şöbə  müdiri  vəzifəsində  işləmişdir.  1980-ci  ildə 
həmin  instituta  direktor  təyin  olunmuşdur.  Əhməd  Hacıyev
1990-1992-ci  illərdə  Elmi  -  Tədqiqat  Kənd  Təsərrüfatının 
İqtisadiyyatı  və  Təşkili  İnstitutunda  şöbə  müdiri  işləmiş,
1992-ci  ildən  hal-hazıra  kimi  Azərbaycan  Dövlət  İqtisad 
İnstitutunun dosentidir.
Əhməd  Hacıyev  Ümumittifaq  miqyaslı,  Zaqafqaziya  və 
Respublika 
konfranslannda 
müvəffəqiyyətlə 
çıxışlar 
etmişdir.  14  nəfər  elmlər  namizədinə  elmi  rəhbər  olmuşdur. 
Onun 200-ə yaxın elmi  əsəri,  20 kitabı çap edilmişdir (2006- 
cı  ildə  «Aqrar-sənaye  kompleksinin  iqtisadiyyatı»,  2011-ci 
ildə 
«Aqrar  sferanın  iqtisadiyyatı  və 
idarəedilməsi»
76
(müştərək)  dərslikləri və  s.).  Ə.  Hacıyevin bir çox elmi  əsəri 
respublikadan  kənarda  -   Moskvada,  Kiyevdə,  Leninqradda, 
Rostovda  və  s.  dərc  olunmuşdur.  Ə.  Hacıyev  elmi-tədqiqat 
işlərinin təbliği  sahəsində də ciddi işlər yerinə yetirmişdir. O, 
keçmiş  SSRİ-də,  respublikada  100-dən  çox  beynəlxalq 
konfrans və  seminarda  iştirak etmiş,  radio-televiziya vasitəsi 
ilə  geniş  təbliğat  işi  aparmışdır.  Əhməd  Hacıyev  dəfələrlə 
SSRİ  Xalq  Təsərrüfatı  nailiyyətləri  sərgisinin  iştirakçısı 
olmuş  və  sərgilərin  gümüş  və  qızıl  medallarma  layiq 
görülmüşdür.  Azərbaycan  Kənd  Təsərrüfatı  Nazirliyinin  və 
Dövlət Plan Komitəsinin Kollegiya üzvü olmuşdur.
O,  keçmiş  ittifaq  və  respublika  səviyyəsində  dərc  edilən 
jumallann, 
Moskvada 
çıxan 
«ƏKOHOMHKa  cejibCKoro 
xo33HCTBa»  və  «XjıonKOBO^CTBO»,  habelə  Ümumittifaq 
Kənd  Təsərrüfatının  İqtisadiyyatı  İnstitutunun  elmi  əsərləri, 
Azərbaycan  Elmlər  Akademiyasınm  «İqtisadiyyat  bölməsi» 
redkollegiyasınm  üzvü  seçilmiş,  Az.ETKTİ  və  Tİ-nin  elmi 
əsərlərinin  baş  redaktom,  «Azərbaycan  Kənd  Təsərrüfatının 
aparılma  sistemi»  (5  kitab)  baş  redaktomnun  müavini 
olmuşdur.
Eyni  zamanda  bir  sıra  müdafıə  şuralarınm  (Azərbaycan 
Elmlər  Akademiyasmm  İqtisadiyyat  İnstitutu,  Azərbaycan 
Xalq  Təsərrüfatı  İnstitutu,  Moskva  İqtisadiyyat  İnstitutunun) 
üzvü olmuşdur.
Ə.Hacıyev pedaqoji  sahədə də ciddi  işlər yerinə yetirmiş, 
aqrar-sənaye  kompleksinin  tədrisi  üzrə  müxtəlif proqramlar 
hazırlamış,  bir  çox  bakalavr  və  magistr  işlərinə  rəhbərlik 
etmiş və hazırda bu istiqamətdə fəaliyyətini davam etdirir.  Ə. 
Hacıyev Az.ETKTİ  və Tİ-na rəhbərlik etdiyi  dövrdə  institut
77


Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə