Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 6,26 Mb.
Pdf görüntüsü
səhifə2/66
tarix23.08.2018
ölçüsü6,26 Mb.
#63982
1   2   3   4   5   6   7   8   9   ...   66

* —  >
imkanları  müəyyən  etmiş  və  elmi  nailiyyətlər  əsasında 
kənd 
təsərrüfatında 
məhsuldarlığm 
yüksəldilməsinin 
konkret  istiqamətlərini  təklif  etmişdi.  Respublika  rəhbəri 
həmin  Plenumda  yüksək  məhsuldar,  xəstəliyə  davamlı 
yerli  bitki  sortları  yaratmağa  imkan  verən  aqrar  elmin 
nailiyyətlərinə,  toxumçuluq  təsərrüfatlarmm  inkişafına, 
damazlıq  təsərrüfatlarmm  işinin  yaxşılaşdırılmasına  və 
məhsuldar  heyvan  cinslərinin  yetişdirilməsi  məsələlərinə 
böyük diqqət  yetirməsinin vacibliyini  əsaslandırmışdır.  Bu 
baxımdan  plenumda  həmçinin  aqrar  sahədə  çalışan  alim- 
lərin  qarşısında  dənli  bitkilər,  pambıq,  üzüm,  tərəvəz, 
meyvə  və  başqa  məhsullarm  yetişdirilməsi  və  becərilməsi 
ilə  əlaqədar  mütərəqqi  texnologiyalarm  işlənib  hazır- 
lanması və tətbiqi üzrə vəzifələr qoyulmuşdur.
1970-ci  il  iyulun  23-də  Sov.İKP  M K və  SSRİ  Nazirlər 
Soveti  respublika  rəhbərliyinin  təşəbbüsü  əsasında  "Azər- 
baycan  SSR-də  kənd  təsərrüfatmm  inkişafı  tədbirləri 
haqqında"  qərar  qəbul  etdi.  Bu  sənəd  respublikada  kənd 
təsərrüfatmm  sonrakı  inkişafı  üzrə  konkret  məsələləri 
müəyyən  edən  fəaliyyət  proqramı  oldu.  Tezliklə  kənd 
təsərrüfatınm  pambıqçılıq,  üzümçülük,  taxılçılıq,  meyvə- 
çilik,  çayçılıq  və  heyvandarlıq  kimi  sahələrinin  sonrakı 
inkişafı  üzrə  proqram lar  işlənib  hazırlandı.  Respublikanm 
ayrı-ayrı  regionlarında  bitkiçilik  və  heyvandarlıq  sahələri 
üzrə  ixtisaslaşmamn  əsası  qoyuldu.  Suvarılan  əkinçiliyin 
respublikada  kənd  təsərrüfatınm  inkişafının  əsasını  təşkil 
etdiyini  nəzərə  alaraq,  irriqasiya-meliorasiya  qurğuları 
tikintisinin  genişləndirilməsi,  onların  keyfıyyətinin  yaxşı- 
laşdırılması,  şoran  torpaqlarm  yuyulması  üzrə  işlərin
6
sürətləndirilməsi  əsas  vəzifələrdən  biri  hesab  edilirdi. 
İstehsal  proseslərinin  kompleks  mexanikləşdirilməsi  və 
əməyin  təşkilinin  təkmilləşdirilməsi  üzrə  işlər  də  geniş 
vüsət  almışdı.  İttifaq  Hökuməti  yuxarıda  göstərilən 
məsələlərin  həllini  təmin  etmək  məqsədi  ilə  respublikanm 
texnika  əldə  etməsi  üçün  milyonlarla  maliyyə  vəsaiti, 
ehtiyat  hissələri,  tikinti  materialları,  mineral  gübrələr, 
bitkilərin  xəstəliklərinə  və  zərərvericilərə  qarşı  mübarizə 
üçün kimyəvi preparatlar ayırmışdı.
Kənd  təsərrüfatınm  sonrakı  inkişafı  üzrə  İttifaq  və 
respublika  hökumətinin  qərarları  İnstitutun  fəaliyyətində 
islahatların  və  elmi  tədqiqat  işləri  planmda  köklü  dəyişik- 
liklərin  əsasını  təşkil  etdi.  Aqrar  elmin  qarşısında  duran 
yeni  vəzifələr  nəzərə  almmaqla  institutun  strukturu,  elmi 
axtarışların  və  tədqiqatların  mövzuları  yenilənmiş,  təsər- 
rüfatlararası  kooperasiya  və  aqrosənaye  inteqrasiyası, 
istehsalın  və  əməyin  təsərrüfatdaxili  təşkili,  maddi  həvəs- 
ləndirmə  və  başqa  məsələlər  tədqiq  edilmiş,  kənd 
təsərrüfatı 
müəssisələrinin 
optimal 
ölçüləri, 
onların 
rasional  yerləşdirilməsi,  kənd  təsərrüfatında  ixtisaslaş- 
manın  dərinləşməsi  və  respublika  təsərrüfatlarında  əkin 
sahələrinin  strukturunun  əsaslandırılması  üzrə  tövsiyələr 
verilmişdi.  Həmçinin  aqrar  sahənin  əsas  sahələri,  o 
cümlədən  -   pambıqçılıq,  üzümçülük,  tərəvəzçilik,  tütün- 
çülük,  taxılçılıq,  quşçuluq və heyvandarlığın  infrastrukturu 
ilə  bağlı  bir  sıra  tədqiqatlar  və  araşdırmalar  həyata 
keçirilmiş,  kollektiv  münasibətlərin,  kooperasiya  və 
inteqrasiya  proseslərinin  inkişafı  və  təkmilləşdirilməsi, 
özünümaliyyələşdirmə  prinsipinin  reallaşdırılması,  təbii
7


şərait  nəzərə  alınmaqla  kənd  təsərrüfatının  ixtisaslaş- 
masına  dair  tövsiyələr  verilmişdir.  Bu  tədqiqatlar  institu- 
tun  alimləri  tərəfmdən  dərc  edilmiş  bir  sıra  monoqrafiya 
və kitabların əsasını təşkil etmişdir.
M üxtəlif  illərdə  instituta  kənd  təsərrüfatı  istehsalı 
sahəsində  tanmmış  mütəxəssis  və  təşkilatçı,  i.e.d.,  profes- 
sor  M irzəyev  Sultan  Abbas  oğlu  (1963-1973-cü  illər), 
i.e.d.  professor 
Qayıbov  Kərim  Məmməd  oğlu  (1973- 
1977-ci  illər),  i.e.n.  dosent  Məmmədov  Rasim  Fəti  oğlu 
(1977-1979-cu  illər),  i.e.n.  dosent  Hacıyev  Əhməd  Hafız 
oğlu  (1979-1987-ci  illər),  i.e.d.  professor  Qasımov  Həsən 
Allahyar  oğlu  (1988-1992-ci  illər),  i.e.d.  professor 
Verdiyev  Əhməd  Çoban  oğlu  (1993-2001-ci  illər)  rəhbər- 
lik etmişdir.
Qorbaçovun  dağıdıcı  yenidənqurmasının  son  mərhə- 
ləsində  Azərbaycanda  kənd  təsərrüfatınm  üzümçülük, 
pambıqçılıq və başqa bu kimi  sahələrinin  fəaliyyəti  əslində 
dağıdılırdı.  Həmin  illərdə  ölkə  ərzaq  təhlükəsi  ilə  üzləşdi.
1990-cı  illərin  əvvəllərində  aqrar  iqtisadiyyatın  göstəri- 
cilərinin  təhlili  göstərir  ki,  aqrar  sahə  öz  imkanlarından 
qat-qat aşağı səviyyədə işləyirdi.  Kənd təsərrüfatında əmək 
məhsuldarlığı kəskin azalmışdı.
SSRİ  dağılandan  və  Azərbaycan  öz  dövlət  müstəqil- 
liyini  bərpa  edəndən  (18  oktyabr  1991-ci  il)  sonra  ölkənin 
tarixinin  yeni  dövrü  -  müstəqil,  suveren  dövlət  dövrü  baş- 
landı.  1993-cü  ilin  iyununda xalqm  təkidli  tələbi  ilə  dünya 
miqyaslı  görkəmli  siyasətçi  Heydər  Əliyev  hakimiyyətə 
gəldikdən  sonra  ölkədə  vəziyyət  kökündən  dəyişdi.  O,  ilk 
növbədə vətəndaş  müharibəsini və erməni  silahlı  qüvvələri
8
tərəfmdən  hərbi  təcavüzü  dayandırmağa  nail  oldu.  Bunun 
nəticəsində  respublika  iqtisadiyyatınm  böhrandan  çıxarıl- 
ması  və  sabitləşdirilməsinə  şərait  yarandı.  1995-ci  ilin 
noyabrmda  müstəqil  Azərbaycanm  Konstitusiyası  qəbul 
edildi. 
Bu  əsasda 
sonradan 
Respublika  parlamenti 
tərəfındən  1000-dən  çox  qanunverici  və  normativ-  hüquqi 
aktlar  qəbul  edilm işdir  Onların  500-dən  çoxu  aparılan 
islahatlarm  sürətləndirilməsinə  və  respublika  iqtisadiy- 
yatının effektivliyinin artırılmasına yönəldilmişdir.
Bu  mürəkkəb  illərdə  Heydər  Əliyevin  ölkəmizin 
həyatmda yürütdüyü  hərtərəfli  düşünülmüş  xarici və  daxili 
siyasət  nəticəsində,  daxili  və  xarici  qüvvələrin  yaratdığı 
maneələr  aradan  qaldırıldı,  ölkəni  vətəndaş  qarşıdurması, 
özbaşınalıq,  dərin  iqtisadi  və  sosial-siyasi  böhran,  xarici 
siyasi  mühitdən  təcrid  olunma  vəziyyətindən  çıxardı,  onu 
sabit və davamlı  inkişaf məcrasına salınması təmin olundu. 
Ölkə  inamla  ayağa  qalxdı,  həm  yaradıcı  fəaliyyət  üçün, 
həm  də  dövlətçiliyin  qorunub  saxlanması  və  inkişafı  üçün 
şərait  yarandı.  Buna  görə  1996-cı  ildən  başlayaraq  və 
sonrakı  illərdə  Azərbaycanm  sosial-iqtisadi  inkişafı  bir 
qədər  sabitləşməyə  başladı  ki,  bu  da  ilk  növbədə,  real 
ÜDM -nin artımında əks  olundu.
Keçid  dövrünün  bütün  çətinliklərinə  baxmayaraq, 
dövlət  hər  vasitə  ilə  ölkənin  ərzaq  təhlükəsizliyinin 
təminatında  aparıcı  rol  oynayan  aqrar  sahənin  inkişafına 
qayğı  və  yardım  göstərirdi.  1995-ci  ildən  başlayaraq 
həyata  keçirilən,  əsasını  ümummilli  lider  Heydər  Əliyevin 
qoyduğu  aqrar  islahatlar  bazar  münasibətlərinin  yaran- 
masına ciddi təsir göstərdi.  Azərbaycanm ərzaq təhlükəsiz-
9


Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə