Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 6,26 Mb.
Pdf görüntüsü
səhifə22/66
tarix23.08.2018
ölçüsü6,26 Mb.
#63982
1   ...   18   19   20   21   22   23   24   25   ...   66

aparıcı 
istiqaməti  olmuşdur.  Xüsusən  aqrar  islahatın 
dərinləşdirilməsi  fonunda  istehsalın  iqtisadi  səmərəliliyinin 
yüksəldilməsi  üçün  informasiya  monitorinq  sisteminin 
yaradılması  üzrə  institutda 2006-cı  ildən başlayaraq  FAO  ilə 
qarşılıqlı  əməkdaşlıq  əsasmda  ölkənin  ərzaq  təhlükəsiz- 
liyinin  qiymətləndirilməsi  məqsədilə  apanlan  tədqiqatlar  bu 
gün  öz  real  nəticələrini  verməkdədir.  Aqrar  sahənin  gələcək 
inkişaf  konsepsiyasmm  hazırlanmasında,  aqrar  siyasətin 
təkmilləşdirilməsində  və 
beynəlxalq 
qurumlara 
dərin 
inteqrasiya  mərhələlərində  bu  tədqiqat  nəticələrinə  böyük 
ehtiyac  vardır.  Hazırda  respublikanm  3  pilot  regionunda 
qurulmuş  bu  sistem  2015-ci  ilədək  bütün  kənd  regionlannı 
əhatə  etməklə  mərkəzi  tətbiq  xarakterli  elmi  tədqiqat 
müəssisəsi  kimi  Az.ETKTİ  və  Tİ  olacaq  bu  sistem  stasionar 
vəziyyətdə  işləyəcək  və  dövlət  strukturlarma  müvafıq  elmi 
praktiki təkliflər hazırlayacaqdır.
İnstitutda  elmi  kadrlann  hazırlanması  istiqamətində  də 
ciddi  dönüşə  nail  olunmuşdur.  Belə  ki,  2003-2011-ci  illərdə 
kənd  təsərrüfatınm  iqtisadiyyatı  üzrə  80-dən  artıq  yüksək 
ixtisaslı  elmi  kadr  (elmlər  doktoru,  elmlər  namizədi) 
yetişdirilmişdir.  Hazırda  institutda  40-dan  çox  gənc  elmi 
tədqiqatçı 
araşdırmalar 
aparır. 
İnstitutun 
elmi 
kadr 
potensialımn 40% gənclərdən ibarətdir.
S.V.Salahov  1990-cı  ildən  iqtisad  elmləri  namizədi,
2006-cı  ildən  isə  iqtisad  elmləri  doktorudur.  7  kitab  və 
monoqrafıyanın,  çoxsaylı  elmi  və  elmi-publisistik  məqalə- 
lərin  müəllifıdir.  O  öz  tədqiqatlarmı  aqrar  sahənin  müasir 
makro  və  mikro  səviyyəsi  problemlərinə,  o  cümlədən 
istehsalın  stimullaşdınlmasına,  sahənin  regional  inkişafına,
90
ərzaq  təhlükəsizliyinə,  dövlət  dəstəyinə,  aqrar  sahənin  idarə 
edilməsinə  istiqamətləndirmiş,  respublikada  aqrar  sahənin 
dövlət  tənzimlənməsi  elmi  istiqamətin  ilk  tədqiqatçısıdır. 
Onun  2005-ci  ildə  dərc  etdirdiyi  “Aqrar  sahənin  dövlət 
tənzimlənməsi  problemləri”  monoqrafıyası  dövlət  struktur- 
lan,  elmi  ictimaiyyət  və  tədris  müəssisələri  tərəfmdən 
maraqla 
qarşılanmışdır. 
Aqrar 
iqtisadiyyatın 
nəzəri- 
metodoloji  və  praktiki  aspektlərinin  müasir  tələblər 
baxımından  təhlili,  aqrar  siyasətin  formalaşdırılması  və  bu 
siyasətin  reallaşdınlma  strategiyasınm  təkmilləşdirilməsinə 
dair  məsələlər  onun  son  elmi  araşdırmalarınm  əsas 
mövzusudur.  Aqrar  sahənin  dövlət  tənzimlənməsi  problem- 
lərinin  tətqiqatçılan  həmin  mənbələrdən  geniş  istifadə 
edirlər.  Demək  olar  ki,  artıq  bu  istiqamətdə  məktəb 
formalaşır.
S.V.Salahovun  rəhbərliyi  dövründə  institutun  elmi 
fəaliyyəti  genişləndirilmiş,  beynəxalq elmi  əlaqələrin  inkişaf 
etdirilməsində  ciddi  nailiyyətlər  əldə  olunmuşdur.  Belə  ki, 
bu  gün  institut  Rusiya  Federasiyasının  aqrar  təmayüllü  5 
elmi  tədqiqat  və  tədris  institutları,  Qazaxıstan  Aqrar 
Tədqiqatlar 
Elmlər 
Akademiyası, 
Özbəkistan 
Kənd 
Təsərrüfatı  Elmi  İslahat  Mərkəzi,  Belorus,  Moldova, 
Dağıstan  respublikalarmdakı  aqrar  tədqiqat  və  tədris 
mərkəzləri,  BMT-nin  FAO  təşkilatı,  digər  beynəlxalq 
qurumlarla  elmi  əməkdaşlıq  əlaqələrini  yüksək  səviyyədə 
qurmuş  və  müştərək  elmi  tədqiqat  işlərinin  yerinə  yetiril- 
məsinə başlanmışdır.
O,  aqrar  sahə  üzrə  Beynəlxalq  Konfrans,  Simpozium  və 
sərgilərdə  (İngiltərə,  Çin  Xalq  Respublikası,  Almaniya,
91


Qazaxıstan,  Rusiya  Federasiyası,  Türkiyə  Cümhuriyyəti, 
Ukrayna  Respublikası)  iştirakı  ilə  Respublikamızı  layiqincə 
təmsil etmişdir.
S.V.Salahovun rəhbərliyi  altmda aqrar sahə  iqtisadiyyatı 
üzrə  12  nəfər  dissertasiya  müdafıə  edərək  iqtisad  elmləri 
namizədi  və  iqtisad  üzrə  fəlsəfə  doktoru  alimlik  dərəcəsi 
almışdır.  O,  11  elmlər  namizədinin  müdafıəsində  apponent, 
5  elmi  məcmuənin  baş  redaktoru  və  elmi  məsləhətçisi 
olmuşdur.
İqtisad  elmləri  doktoru,  professor  S.V.Salahov  respub- 
lika  ictimai-siyasi  mühitində 
də  fəallığı  ilə  seçilirməklə 
kütləvi  informasiya  vasitələrində  apanlan  elmi  diskusiya- 
lann fəal iştirakçısıdır.
Ailəlidir, iki övladı var.
92
Allahverdiyev Həsən Bəkir oğlu
Allahverdiyev 
Həsən  Bəkir  oğlu
K
* -  
|   1935-ci  il  aprel 
ayınm  15-də  Qərbi
Azərbaycanda 
Krasnoselo  rayonunun 
Gölkənd  kəndində  kolxozçu  ailəsində 
■  
anadan  olmuşdur.  O  dövr  iiçiin  müstəsna
I A  
hal  olaraq  o,  6 
yaşmdan  öz  doğma
kəndində  orta  məktəbin  birinci  sinfınə 
daxil  olmuş,  iki  sinfı  bir  il  ərzində 
bitirərək  1949-cu  ildə  (14  yaşmda)  Gəncə  şəhərində 
Azərbaycan  Kənd  Təsərrüfatı  İnstitutuna  (indiki  Aqrar 
Universitetə) 
daxil 
olmuş 
və 
oranı 
1954-cü 
ildə 
müvəffəqiyyətlə bitirmişdir.
1954-1957-ci  illərdə 
İrəvanda 
Azərbaycan 
kənd
Təsərrüfatı  Texnikumunda.müəllimlik  etməklə,  1956-cı  ildə 
M.V.Lomonosov  adına  Moskva  Dövlət  Universitetində 
birillik  pedaqoji  məktəbi  bitirmişdir.  Elmi  işə  marağı  olan 
Həsən 
müəllim 
1957-ci 
ildə 
Xarkov 
şəhərində
V.V.Dokuçayev  adına  Kənd  Təsərrüfatı  İnstitutunda  isteh- 
saldan  aynlmaq  şərti  ilə  aspiranturaya  daxil  olmuş  və  1960- 
cı  ildə  həmin  ali  məktəbin  ixtisaslaşdınlmış  elmi  şurasında 
namizədlik  dissertasiyasım  müvəffəqiyyətlə  müdafıə  edərək 
iqtisad elmləri namizədi  elmi dərəcəsinə layiq görülmüşdür.
Həmin  ildən  etibarən  Bakı  şəhərində  Azərbaycan  Kənd 
Təsərrüfatı  Elmlər  Akademiyasınm  nəzdində  «İqtisadiyyat» 
bölməsində  baş  elmi  işçi  vəzifəsində  çalışmaqla  bərabər, 
Akademiyanm  həmkarlar  Təşkilatına  rəhbərlik  etmişdir. 
1962-ci  ildə 
Kənd 
Təsərrüfatı 
Elmlər  Akademiyası
93


Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə