Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 6,26 Mb.
Pdf görüntüsü
səhifə58/66
tarix23.08.2018
ölçüsü6,26 Mb.
#63982
1   ...   54   55   56   57   58   59   60   61   ...   66

Avropa  Birliyinin  TACİS  proqramı,  Alman  Texniki 
Əməkdaşlıq  Cəmiyyəti  (GTZ),  BMT  İnkişaf  Proqramı 
(UNDP),  BMT-nin  Ərzaq  və  Kənd  Təsərrüfatı  Təşkilatı 
(FAO),  Dünya  Bankının  Beynəlxalq  Kənd  Təsərrüfatınm 
İnkişafı  Fondu  (IFAD),  Beynəlxalq  İnkişaf Assosiasiyası  və 
s. 
çərçivəsində 
beynəlxalq 
təşkilat 
və 
proqramlara 
Azərbaycanın  cəlb  edilməsi  istiqamətində  əvəzsiz  xidmət 
göstərmişdir.  Təsadüfı  deyildir  ki,  bu  sahədə  təşəb- 
büskarlığım  və  işgüzarlığım  nəzərə  alaraq  o,  1997-ci  ildə 
KTN-nin  mərkəzi  aparatında  Beynəlxalq  əlaqələr  idarəsinə 
rəis təyin olunmuşdur.
F.İsgəndərov  Avropa  Birliyinin  MDB  ölkələrinə  texniki 
yardım  (TACİS)  proqramı  üzrə  beş  layihənin,  Alman 
Texniki  Əməkdaşlıq  Cəmiyyəti  xətti  ilə  isə  iki  layihənin 
koordinatoru kimi məqsədyönlü fəaliyyət göstərmişdir.
Dünyanm inkişaf etmiş ölkələrində aqrar bölmənin bazar 
iqtisadiyyatı  prinsipləri  əsasında  inkişafı  barədə  əldə  edilmiş 
qabaqcıl 
təcrübənin 
öyrənilməsi 
üçün 
F.İsgəndərov 
respublikanm  200  nəfərdən  çox  aqrar  sahə  üzrə  rəhbər, 
mütəxəssis,  alim  və  sahibkarlanmn  Qərbi  və  Şərqi  Avropa, 
Şimali  Amerika,  Yaxın,  Orta  və  Uzaq  Şərq  ölkələrində 
konfrans,  seminar və  simpoziumlarda,  müxtəlif kurslarda və 
sərgilərdə  iştirakını  təşkil  etmişdir.  Ən  önəmlisi  odur  ki,  bu 
səfərlərin  böyük  hissəsi 
xarici 
ölkə 
və  beynəlxalq 
təşkilatlann maliyyə vəsaiti hesabına həyata keçirilmişdir.
F.İsgəndərov  Azərbaycanm  aqrar  sahədə  əldə  etdiyi 
nailiyyətlərin  beynəlxalq  aləmdə  tamdılmasında  da  öz 
əməyini  əsirgəməmişdir.  O,  nüfuzlu  beynəlxalq  sərgilərdə
270
yeni  formalaşmış  milli  aqrar  sahibkarlann  iştirakım  təşkil 
etmişdir.
2000-ci  ildə  Faiq  İsgəndərov  aqrar  sahədə  toplanmış 
yerli  və  beynəlxalq  təcrübəni  praktikada  tətbiq  etmək 
məqsədilə  Dünya  Bankı  və  Azərbaycan  Hökuməti  arasında 
əməkdaşlıq  çərçivəsində  təsis  edilmiş  Kənd  Təsərrüfatında 
Özəl  Bölmənin  İnkişafına  Yardım  Agentliyinə  (indiki  Kənd 
Təsərrüfatı  Nazirliyi  yanında  Kənd  Təsərrüfatı  Kreditləri 
üzrə Dövlət Agentliyi) məsul vəzifəyə təyin olunmuşdur.
Agentlikdə həyata keçirilən  «Kənd təsərrüfatınm  inkişafı 
və  kreditləşdirilməsi» 
layihəsinin 
icrası  məqsədi 
ilə 
F.İsgəndərovun  təşkilatçılığı  ilə  ölkə  fermerlərinə  və  digər 
aqrar  sahibkarlara  zəruri  biliklər  verilməsi  üzrə  onlara 
məsləhət  və  informasiya  xidməti  göstərmək  üçün  bir  sıra 
rayonlarda  regional  məsləhət  mərkəzləri  yaradılmış  və  bu 
mərkəzlər  bu  gün  də  müvəffəqiyyətlə  fəaliyyət  göstərirlər. 
Eyni  zamanda  fermerlər  üçün  aktual  olan  məlumatlann 
onlara  operativ  qaydada  çatdırılması  üçün  respublikamızda 
analoqu 
olmayan 
informasiya 
kampaniyaları 
həyata 
keçirilmişdir.  Daha sonra F.İsgəndərov həmin layihədə  Kənd 
Təsərrüfatı  Siyasəti  Qrupunun  direktoru  vəzifəsinə  təyin 
olunmuş  və  ölkənin  aqrar  siyasəti  və  strategiyasının 
müəyyən  edilməsi,  həmin  strategiyanın  investisiya proqramı 
və  maliyyə  planı  kimi  məsul  sənədlərin  hazırlanmasına 
rəhbərlik  etmişdir.  Bu  sənədlər  respublikanın  aidiyyatı 
nazirlikləri  və  habelə  Dünya  Bankı  tərəfındən  yüksək 
qiymətləndirilmışdir.
2006-2010-cu  illərdə  F.İsgəndərov  BMT-nin  Ərzaq  və 
Kənd  Təsərrüfatı  Təşkilatınm  (FAO)  Kənd  Təsərrüfatı
271


Nazirliyi  ilə  birgə  müvəffəqiyyətlə həyata keçirdiyi  “Ferm er 
təsərrüfatlanmn 
məlumat 
və 
monitorinq 
sisteminin 
yaradılmasma  kömək”  texniki  əməkdaşlıq  layihəsində  fəal 
iştirak etmişdir.
2009-cu  ildən  Azərbaycan  Respublikası  İqtisadi  İnkişaf 
Nazirliyində  sektor  müdiri,  baş  məsləhətçi  vəzifələrində 
çalışan  Faiq  İsgəndərov  ölkə  və  regional  əhəmiyyətli  dövlət 
proqramlannm  və  konsepsiyalarm  hazırlanmasında  fəal 
iştirak  edir.  İqtisadi  İnkişaf  Nazirliyin  nümayəndəsi  kimi 
F.İsgəndərov,  keçmiş  SSRİ  Əmanət  Bankınm  Azərbaycan 
Respublikası  Bankınm  Azərbaycan  Respublikası  vətən- 
daşları  olan  əmanətçilərə  fərdi  birdəfəlik  ödəmələrin 
verilməsi  üzrə  Maliyyə  Nazirliyinin  nəzdində  yaradılmış 
Xüsusi Komissiyanm üzvüdür.
Faiq  İsgəndərov  Almaniyada,  İsraildə,  Niderlandda, 
eləcə  də  ölkəmizdə  bir  sıra  nazirlik,  elmi  mərkəzlər və  elmi 
tədqiqat  institutları  tərəfındən  təşkil  olunmuş  beynəlxalq 
konfranslarda, 
simpoziumlarda  və 
seminarlarda  aqrar 
siyasətin  formalaşdırılması,  ərzaq  təhlükəsizliyi,  aqrar 
sahədə  sahibkarlıq  fəaliyyətinin  təşkili,  aqromarketinq 
problemləri,  aqrar  kredit  siyasəti  və  menecment  mövzu- 
larında  çıxış  etmişdir.  O,  aqrar  sənaye  kompleksinin 
iqtisadiyyatı,  idarə  edilməsi,  təşkili,  kreditləşdirilməsi, 
aqromarketinq  və  s.  problemlərə  dair  50-dən  çox  broşura, 
məqalə, 
tövsiyə  və 
sair  elmi 
əsərlərin 
müəllifıdir. 
F.İsgəndərov  aqrar  siyasətinin  və  aqrar  islahatınm  prioritet 
istiqamətləri 
üzrə  Azərbaycan 
Elmi 
Tədqiqat 
Kənd 
Təsərrüfatmm  İqtisadiyyatı  və  Təşkili  İnstitutunda  elmi- 
tədqiqatlannı  davam etdirir və bu mövzuda elmi məqalələrlə
272
mütəmadi  olaraq  çıxış  edir.  O,  gənc  aqrar-iqtisadçı  alim 
kadrlann hazırlanmasında da fəal içtirak edir.
F.İsgəndərov  uzun  müddət  Azərbaycan  Elmi  Tədqiqat 
Kənd  Təsərrüfatınm  İqtisadiyyatı  və  Təşkili  İnstitutunda 
ixtisaslaşdırılmış müdafıə şurasınm üzvü olmuşdur.
F.İsgəndərov  öz  prinsipiallığı,  tələbkarlığı,  işgüzarlığı, 
nüfuzu  ilə  seçilən  iqtisadçı-alim,  öz  işinə  hədsiz  sədaqətli, 
amalı  uğrunda  fədakar,  xeyirxah  və  həssas  insan,  həm  də 
qayğıkeş ata və ailə başçısıdır.


Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə