Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 6,26 Mb.
Pdf görüntüsü
səhifə59/66
tarix23.08.2018
ölçüsü6,26 Mb.
#63982
1   ...   55   56   57   58   59   60   61   62   ...   66

Kərimov Akif Əkbər oğlu
Kərimov A kif Əkbər oğlu  1951-ci 
il  avqustun  10-da  Beyləqan  şəhərində 
anadan 
olmuşdur. 
1968-ci 
ildə 
Beyləqanda orta məktəbi,  1973-cü ildə 
Azərbaycan  Xalq  Təsərrüfatı  İnstitu- 
tunun  əməyin  iqtisadiyyatı  və  təşkili 
fakültəsini  bitirmişdir.  O,  həmçinin
1982-ci  ildə  KP  M K  yanında  iki  illik 
Marksizim və Leninizm məktəbini bitirmişdir.
A.Kərimov  1969-cu  ilin  yanvar  ayından  1979-cu  ilin 
iyun  ayınadək  Azərbaycan  SSR  ət  və  süd  sənayesi 
nazirliyinin  əməyin təşkili və  istehsalı  idarəetmə mərkəzində 
böyük  mühəndis,  iqtisadçı,  laboratoriya  müdirinin  müavini, 
laboratoriya və şöbə müdiri vəzifələrində çalışmışdır.
O,  1973-1974- cü ildə hərbi xidmətdə olmuşdur.
A.Kərimov  1979-cu  ilin  iyun  ayından  1986-cı  ilin 
oktyabr  aymadək  Azərbayacan  Dövlət  Üzümçülük  və 
Şərabçılıq  komitəsində  plan  iqtisad  idarəsinin 
rəisi 
vəzifəsində çalışmışdır.
0,1982-ci  ildə  "Əmək  igidliyinə  görə"medalı  ilə  təltif 
edilmişdir.
1986-cı  ildə  Respublikada  kənd  təsərrüfatı  istehsalı  və 
emalı,  tikintisi  və  təchizatı  ilə  məşğul  olan  nazirliklər  və 
dövlət  komitələri  birləşdirilərək  Respublika  Aqrar-sənaye 
kompleksi  yaradıldı.  A.Kərimovun  bacarıqlı  təşkilatçılığı 
nəzərə  alınaraq  Dövlət  Aqrar-sənaye  komitəsində  sosial  və 
iqtisadi  inkişafın  planlaşdınlması  baş  idarəsində  rəis
274
müavini,  az  müddət  keçdikdən  sonra  isə  baş  idarənin  rəisi 
vəzifəsinə  təyin  edilmişdir.  O,  bu  vəzifədə  1990-cı  ilədək 
çalışmışdır.
A.Kərimov  1990-1992-ci  illərdə  "Azərsığorta  Azər- 
baycan  Dövlət 
Sığorta  Şirkəti"nin 
sədri 
vəzifəsində 
çalışmışdır.
A.Kərimov  1992-ci  ildə  Respublikada  yeni  yaradılmış 
Azərbaycan Respublikası  Əmək və Əhalinin  Sosial  Müdafiə 
Nazirliyində nazir vəzifəsinə təyin olunmuşdur.
0 ,  1994-cü  ildə  Azərbaycan  Respublikası 
Nazirlər 
Kabinetində  regionlararası  iqtisadi  əlaqələr şöbəsinin  müdiri 
vəzifəsində çalışmışdır.
A.Kərimov  1992-1996-cı  illərdə  Azərbaycan  Respub- 
likası  Səhmdar  Kommersiya  Aqrar  Sənaye  Bankının 
Müşahidə Şurasınm sədri olub.
O,  1996-2006-cı  illərdə Respublika  Sığorta Cəmiyyətləri 
İttifaqınm prezidenti olmuşdur.
A.Kərimov  2008-ci  ildə  Azərbaycan  Elmi-Tədqiqat 
Kənd  Təsərrüfatınm  İqtisadiyyatı  və  Təşkili  İnstitutunda 
Xalq  təsərrüfatının  iqtisadiyyatı  və  idarə  edilməsi  (kənd 
təsərrüfatı)  ixtisası  üzrə  "Keçid  iqtisadiyyatında  səmərəli 
aqrar 
sığorta 
sisteminin 
formallaşması 
məsələləri" 
mövzusunda yazdığı dissertasiya işini müdafıə edərək iqtisad 
elmləri  namizədi  alimlik  dərəcəsini  almışdır.  Bir  neçə 
monoqrafıyanm və  "Sığorta haqqında" kitabın müəllifıdir.
A.Kərimov  1994-cü  ildən  bu  günə  qədər  “Başak-İnam 
Sığorta  Şirkəti”  ASC-da  Direktorlar  Şurasınm  sədri 
vəzifəsində çalışır.
Evlidir,  iki övladı var.
275


Qasımlı Vüsal Əfras oğlu
Qasımlı  Vüsal  Əfras  oğlu  1975-ci 
il 
aprelin  7-də 
İmişli 
şəhərində 
doğulmuşdur. 
Orta 
məktəbi 
əla 
qiymətlərlə  bitirib,  ən  yüksək  balla 
Azərbaycan Dövlət İqtisad Universite- 
tinə  daxil  olmuşdur.  Vüsal  Qasımlı 
iqtisad  üzrə  fəlsəfə  doktorudur.  Onun 
ikinci 
ixtisası 
Gürcüstan 
İctimai 
Əlaqələr İnstitutundan 
(Luiziana 
Dövlət 
Universiteti
proqramı çərçivəsində)  aldığı  jumalistika  üzrə  magistr
dərəcəsidir.  Vüsal  Qasımlı  ANS-Press  Nəşriyyat  Evinin 
Prezidenti, 
Avropa 
İttifaqınm 
eksperti 
vəzifələrində
işləmişdir.  Hazırda  V.Qasımlı  Azərbaycan  Respublikasınm 
Prezidenti  yanmda  Strateji  Araşdırmalar  Mərkəzində  çalışır. 
O,  Azərbaycan  Dövlət  İqtisad  Universitetində  Xüsusi 
İstedadlar 
Qrupu 
və 
MBA-də 
pedaqoji 
fəaliyyətlə 
məşğuldur.  Vüsal  Qasımlı  Vaşinqton  Universiteti,  Varşava 
Universiteti  və  bir  sıra  digər  nüfuzlu  xarici  universitetlərdə 
məruzələrlə 
çıxış 
etmişdir. 
Onun 
tədqiqat 
sahəsi 
makroekonometrika,  beynəlxalq  iqtisadi  münasibətlər  və 
aqrar iqtisadiyyatdır.
Vüsal Qasımlınm "Valyutamagedon:  beynəlxalq maliyyə 
arxitekturasınm  məhək  daşı"  adlı  təhlil  yazısı  "G-Global 
platformasmm  ən  yaxşı  məqaləsi"  nominasiyasmda  pul 
mükafatı və diplomla təltif olunub.
276
İqtisadçı  alim  ingilis,  rus  və  Azərbaycan  dillərində  10 
kitabm  və  500-ə  qədər  elmi  əsər  və  analitik  məqalənin 
müəllifıdir.
Hazırda  V.Qasımlı  Az.ETKTİ  və  Tİ-da  elmlər  doktoru 
hazırlığı üzrə doktorantura təhsili alır.


Qafarov Nizami Cəlal oğlu
Nizami  Cəlal  oğlu  Qafarov  1958  - c i  
ildə 
Dərələyəz 
mahalımn 
K öçbəy 
kəndində 
anadan  olub.  1981  -c i  ildə 
Bakı  -   Plan  Uçot  Texnikumunu,  1986  — 
ci 
ildə 
Naxçıvan 
Dövlət 
Pedoqoji
İnstitutunu,  1997  -c i  ildə  Azərbaycan 
Dövlət  İqtisad  Universitetinin  “Uçot  -  
İqtisad” 
fakültəsini, 
2002- 
ci 
ildə
Dağıstan  Dövlət  Universitetinin  hüquq  fakultəsini  bitirib.
1980  -1988  —ci  illərdə  sovxozda  mühasib,  baş  mühasib 
işləyib.  1988  -   1994  -   cü  illərdə  Şuşa  kənd  təsərrüfatı 
texnikumunda  iqtisadi  fənlər  kafedrasında  müəllim,  baş 
müəllim  vəzifələrində  çalışıb. 
1997-  2002  -  ci  illərdə  Az. 
ETKTİ  və  Tİ  -  nun  dissertantı  olub.  “Aqrar  sahədə  kiçik  və 
orta 
biznesin  iqtisadi 
səmərəliliyinin 
yüksəldilməsi
istiqamətləri” mövzusunda yazdığı dissertasiya işini 2006 - c ı 
ildə  müdafiə  edib  və  iqtisad  elmləri  namizədi  elmi  adına 
layiq  görülüb.  1997  -   2006  -c i  illərdə  Dağıstan  Dövlət 
Universitetinin  Bakı  fılialında  “İqtisadi  fənlər  kafedrasında 
baş  müəllim,  dosent,  kafedra  müdiri  və  direktor  müavini 
vəzifələrində  işləyib.  2008  -ci  ildə  Azərbaycan  Kooperasiya 
Universitetinin  “Marketinq  və  turizm  xidməti”  kafedrasınm 
müdiri  vəzifəsinə  seçilib  və  hal  -   hazırda  da  orada  çalışır. 
2010  -c u   ildə  AR  Prezidenti  yanında  AAK-sı  tərəfmdən 
dosent  elmi  adı  verilib.  50  -   dən  çox  elmi  məqalənin,  2 
monoqrafıyanm,  2  dərsliyin,  9  fənn  proqramı  və  metodiki 
göstərişlərin müəllifıdir.  YAP -ın  üzvüdür.
278
Qəhrəmanov Eldar Əvəz oğlu
T *  
Qəhrəmanov  Eldar  Əvəz  oğlu  1948-
ci  ildə  Oğuz  şəhərində  anadan  olmuş,  1 
nömrəli  Oğuz  şəhər  orta  məktəbini 
 
bitirmiş,  1966-cı  ildə  M.Qorki  adına

Türkmənistan 
Dövlət 
Universitetinin

“ İqtisadiyyat”  fakültəsinə  qəbul  olun-
muşdur. 
Türkmənistan 
Respublikası 
Mərkəzi  Statistika  İdarəsi  sistemində  fəhlə,  mexanik 
təsərrüfat  müdiri,  sənaye,  nəqliyyat  və  rabitə  statistikası 
şöbəsində  iqtisadçı  vəzifəsində  işləmişdir.  1971-1973-cü 
illərdə Oğuz Kolxozlararası  Tikinti  İdarəsində  inşaat texniki, 
mühasib  və  iqtisadçı  vəzifələrində  çalışmışdır.  1974-cü  ildə 
Oğuz 
rayon 
Məlumat-Hesablama 
Stansiyasınm 
rəisi 
vəzifəsinə 
təyin 
olunmuş, 
1978-ci 
ildə 
Azərbaycan 
Respublikası  Mərkəzi  Statistika  İdarəsi  kollegiyasınm  qəran 
ilə  Bakıya  dəvət  edilmiş  və  mərkəzi  aparatda  “Kənd 
təsərrüfatı  statistikası”  şöbəsinin  rəisi  vəzifəsinə  təyin 
edilmiş,  1979-cu ildə kollegiya üzvü seçilmişdir.
1981-ci  ildə  Azərbaycan  KP  MK-nın  aparatma  işə  dəvət 
edilmiş  və  1989-cu  ilin  aprel  ayınadək  burada  Kənd 
təsərrüfatı  və  yeyinti  sənayesi  şöbəsində  əw əlcə  təlimatçı, 
sonra isə elm və iqtisadiyyat bölməsinin müdiri vəzifələrində 
çalışmışdır.
1990-cı  ildə  Bakı  Politologiya  İnstitutunda  qiyabi 
təhsilini başa çatdırmış və politoloq ixtisasına yiyələnmişdir.
1989-cu  ildən  1996-cı  ilədək  Azərbaycan  Respublikası 
Dövlət 
Statistika 
Komitəsi 
sədrinin 
birinci 
müavini
279


Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə