Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 6,26 Mb.
Pdf görüntüsü
səhifə61/66
tarix23.08.2018
ölçüsü6,26 Mb.
#63982
1   ...   58   59   60   61   62   63   64   65   66

Əsgərov Abdulla  Çingiz oğlu
Əsgərov  Abdulla  Çingiz  oğlu  20 
fevral  1962-ci  ildə  Gəncə  şəhərində 
anadan  olmuşdur.  1979-cu  ildə  Gəncə 
şəhəri  4N2-1İ  orta  məktəbi  bitirmiş,
1980-ci 
ildə 
Azərbaycan 
Kənd 
Təsərrüfatı  Akademiyasınm  “Kənd 
təsərrüfatınm  iqtisadiyyatı  və  təşkili” 
fakültəsinə  qəbul  olunmuş,  1985-ci  ildə  həmin  fakültəni 
fərqlənmə  diplomu  ilə  bitirərək, 
“iqtisadçı” 
ixtisası 
almışdır.
Əmək  fəaliyyətinə  1984-cü  ildən  başlamışdır.  Hələ 
tələbə  olarkən  1984-1985-ci  illərdə  Azərbaycan  Kəndə 
Təsərrüfatı  Akademiyasınm  komsomol  komitəsi  katibinin 
müavini, 
1986-1988-ci 
illərdə  həmin  Akademiyanm 
Həmkarlar 
Komitəsinin  sədri  vəzifələrində  işləmişdir.
1988-1997-ci 
illərdə  Azərbaycan  Kəndə  Təsərrüfatı 
Akademiyasınm 
“İqtisadiyyat” 
fakültəsində 
assistent 
vəzifəsində çalışmışdır.
1998-2001-ci  illərdə  “XXI  əsr  Yeni  nəşrlər  evi”ndə 
baş  redaktorun  köməkçisi  olmuş,  2001-2004-cü  illərdə 
“M üasir  Təhsil  Kompleksi”ndə  təsərrüfat  işləri  üzrə 
direktor  müavini  vəzifələrində  işləmişdir.  2004-cü  ildən 
hal-hazıra  kimi  “ Şərq-Qərb”  Açıq  Səhmdar  Cəmiyyətinin 
Müşahidə  Şurasınm sədri vəzifəsində çalışır.
Əsgərov  Abdulla Çingiz oğlu 2007-ci  ildə Azərbaycan 
Elm i-Tədqiqat 
Kənd 
Təsərrüfatınm 
İqtisadiyyatı 
və 
Təşkili  İnstitutunun  dissertantı  olmuş,  2010-cu  ildə  “Aqrar
286
istehsalın  intensiv  inkişafınm  iqtisadi-ekoloji  səm ərəliliyi” 
mövzusunda  dissertasiya müdafıə  edib,  iqtisad üzrə  fəlsəfə 
doktoru elmi  dərəcəsi  adım almışdır.
Əsgərov  A.Ç.  aqrar  sahənin  iqtisadiyyatına  dair 
respublikada və xaricdə keçirilən elm i-praktik konfranslar- 
da  iştirak  və  çıxışlar  etmişdir.  Onun  10-dan  artıq  elmi 
məqaləsi  (2-si  xaricdə  olmaqla),  “Aqrar  istehsalın  intensiv 
inkişafınm  iqtisadi-ekoloji  prioritetləri”  adlı  monoqra- 
fıyası,  30-a  qədər  publisistik  məqalələri  nüfuzlu  elmi 
nəşrlərdə və qəzetlərdə dərc  edilmişdir.


Quliyev Vasif Məmmədqulu oğlu
V asif  Məmmədqulu  oğlu  Quliyev 
05 
yanvar 
1972-ci 
ildə 
Masallı 
rayonunun  Təzə  Alvadı  kəndində  ziyalı 
ailəsində  anadan  olmuşdur.  1979-1989- 
cu  illərdə  Təzə  Alvadı  kənd  orta 
məktəbində  təhsil  alaraq  oranı  əla 
qiymətlərlə bitirmişdir.
1990-1992-ci  illərdə  hərbi  xidmətdə  olmuşdur.  Əmək 
fəaliyyətinə  1989-cu  ildən,  elmi  fəaliyyətə  isə  1992-ci  ildən 
başlamışdır.  1992-1997-ci  illərdə  Azərbaycan  Memarlıq  və 
İnşaat  Universitetində  “Tikintinin  iqtisadiyyatı  və  idarə 
edilməsi”  ixtisası  üzrə  əyani  təhsil  alaraq  universiteti  əla 
qiymətlərlə  bitirmişdir.  1997-ci  ildə  “Rabitə”  ATSC-də 
iqtisadçı  mühəndis,  1998-ci  ildə  Azərbaycan  Elmi  Tədqiqat 
Kənd  Təsərrüfatınm  İqtisadiyyatı  və  Təşkili  İnstitutunda 
elmi  işçi,  aparıcı  elmi  işçi,  baş  elmi  işçi,  “Marketinq 
xidmətinin 
təşkili 
və 
menecment”  şöbəsinin 
müdiri 
vəzifəsində  işləmişdir.  1998-ci  ildə  Azərbaycan  Elmi- 
Tədqiqat  Kənd  Təsərrüfatımn  İqtisadiyyatı  və  Təşkili 
İnstitutunda  aspiranturaya  daxil  olmuş  və  “Aqrar-sənaye 
kompleksi  sistemində  səmərəli  idarəetmə  strukturlannm 
formalaşdınlması  problemləri”  mövzusunda 
namizədlik 
dissertasiyasım  vaxtmdan  əw əl  (2000-ci  ildə)  müdafıə 
etmişdir.  2003-cü  ildə  iqtisad  elmləri  namizədi,  2006-cı  ildə 
dosent,  Azərbaycan  Respublikasınm  ikinci  dərəcəli  dövlət 
qulluqçusu  adına  layiq  görülmüşdür.  Xalq  təsərrüfatınm  və 
onun  sahələrinin  iqtisadiyyatı,  planlaşdmlması  və  idarə
288
<■ —  \
edilməsinin  təşkili  sahəsində,  menecment,  marketinq  və  s. 
üzrə  iki  kitabın,  40-dan  çox  elmi  məqalənin  müəllifıdir. 
Azərbaycan  dili  ilə  yanaşı,  rus,  ingilis,  polyak  və  türk  dilini 
bilir.  Ailəlidir  iki  övladı  var.  Yeni  Azərbaycan  partiyasınm 
üzvüdür.
289


*
Quliyev Vaqif Məhərrəm oğlu
Quliyev  V aqif Məhərrəm  oğlu  1950- 
ci  ilin  noyabr  ayınm  10-da  Gürcüstan 
Respublikası  Bolnisi  rayonunun  Ayorta 
kəndində 
anadan  olmuş,  1968-ci  ildə 
D.Bünyadzadə  adma  Azərbaycan  Xalq 
Təsərrüfatı  İnstitutuna daxil  olmuş,  1972- 
ci  ildə  həmin  institutun  Uçot-İqtisad 
fakultəsini bitirmişdir.
İnstitutu  bitirdikdən  sonra 
bir  müddət  Azərbaycan 
Dövlət  Əmək  Əmanət  Kassaları  İdarəsində  təftişçi-mühasib 
işləmiş, 
1972-1973-cü 
illərdə 
hərbi 
xidmətdə 
olmuşdur.Hərbi  xidməti  başa  vurduqdan  sonra 
Quliyev 
V.M.  1974-cü  ildən  1976-cı  ilə  qədər  Azərbaycan  Elmi- 
Tədqiqat  Kənd  Təsərrüfatınm  İqtisadiyyatı  və  Təşkili 
İnstitutunda  (Az.ETKTİ  və  Tİ)  işləmiş,  1976-cı  ildə  həmin 
institutda əyani  aspiranturaya daxil  olmuş və təhsilini  davam 
etdirmək  üçün  Moskva  şəhərinə  -   Ümumittifaq  Elmi- 
Tədqiqat  Kənd  Təsərrüfatınm  İqtisadiyyatı  İnstitutuna  ezam 
olunmuşdur.
1981-ci  ildə 
həmin  institutda  dissertasiya  müdafıə 
edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
Aspiranturada  təhsilini  başa  vurduqdan  sonra  Quliyev 
V.M.  Az.ETKTİ və Tİ-yə qayıtmış,  1988-ci  ilə qədər  həmin 
institutda  elmi  işçi,  Elmi  Katib  və  şöbə  müdiri  vəzifələrində 
işləmişdir.
1988-ci  ildə  müsabiqə  yolu  ilə 
Azərbaycan  Dövlət 
İqtisad Universitetinə müəllim keçmiş,  hal-hazırda da həmin
290
institutun 
«Mühasibat 
uçotu» 
kafedrasmın 
dosenti 
vəzifəsində  işləyir.  Müxtəlif  dövrlərdə  o,  «Uçot-iqtisad» 
fakültəsinin dekan müavini  vəzifəsini icra etmişdir.
Quliyev  V.M.  ölkədə  uçot  və  hesabatın  yenidən 
qurulması,  onlann  beynəlxalq  praktikaya  uyğunlaşdmlması, 
tədris  prosesinin  yeni  sistemə  uyğunlaşdınlması  sahəsində 
fərdi fəaliyyət göstərmişdir.
V.M.Quliyev AR Nazirlər Kabinetinin 25 avqust 2005-ci 
il  tarixli  250  nömrəli  qəran  ilə  Azəraycan  Respublikasmın 
Mühasibat Uçotu üzrə Məsləhət Şurasınm üzvü seçilmişdir.
O,  bir  neçə  dərsliyin,  tədris  vəsaitinin,  çoxlu  sayda 
proqramlann, metodik göstərişlərin və 70-dən çox məqalənin 
müəllifıdir.  O,  uçot-hesabat  sahəsində  və  digər  sahələr  üzrə 
keçirilən  bir  çox  yerli  və  beynəlxalq  konfranslann  fəal 
iştirakçısı  olmuş,  maraqlı  və  aktual  problemlərə 
dair 
məruzələrlə çıxış etmişdir.
Quliyev V.M.  ailəlidir, iki övladı var.
291


Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə